Qoşma (nitq hissəsi)
Qoşma — ismin adlıq, yiyəlik, yönlük və çıxışlıq hallarına qoşularaq müəyyən məna çaları yaradan köməkçi nitq hissəsidir. Qoşmanı başqa köməkçi nitq hissələrindən fərqləndirən əsas cəhətlərdən biri onun qoşulduğu sözlə birlikdə cümlə üzvü olmasıdır və şəkilçi qəbul etməsidir.
Həmçinin qoşmalar qoşulduğu sözlə cümlə üzvü olur və qoşma kimi qalır.
== Qoşmanın məna növləri 1 ==
Birgəlik, vasitə – ilə (-la -lə), -ca (-cə)
Zaman – əvvəl, qabaq, sonra, bəri.
Məsafə – kimi, qədər, -dək, -can²
İstiqamət – sarı, tərəf, doğru, qarşı, bəri
Bənzətmə – kimi, qədər, tək, təki, -can²
Fərqləndirmə –özgə, başqa, savayı, qeyri, əlavə.
İstinad – görə, əsasən
Səbəb-məqsəd – üçün, ötrü, görə, uğrunda, sarı.
Aidlik – aid, dair, məxsus, xas, haqqında, haqda, barədə.
== Qoşmaların sinonimliyi ==
kimi, qədər, -dək, -can2; məsafə qoşmaları
kimi, tək; bənzətmə, oxsatma
mənasında
əvvəl, qabaq; zaman mənasında
tərəf, doğru, sarı; istiqamət mənasında
-ca, qədər, kimi, -tək; bənzətmə mənasında
-ca, ilə: birgəlik, vasitə mənasında və s. kimi
== Qoşmaların ismin halları ilə işlənməsi ==
Qoşmalar, əsasən isimlərə qoşulur və həmin isimlərlə başqa isimlər arasında əlaqə yaradır. Ancaq qoşmalar ismi əvəz edən əvəzliklərlə, məsdərlə, bəzi feili sifətlərlə, zərflərlə, eləcə də substantivləşən başqa sözlərlə də işlənə bilir.