ƏMƏKGÜN
ƏMƏKÖMƏÇİ
OBASTAN VİKİ
1 dollarlıq əməkhaqqı
1 dollarlıq əməkhaqqı (ing. One-dollar salary) — ABŞ-də ölkənin böhran yaşadığı dövrlərdə həyata keçirilən iqtisadi konsepsiya. ABŞ-də ölkənin böhran yaşadığı bir neçə dövr olmuşdur. Bu dövrlərin əksəriyyəti isə son vaxtlara təsadüf edir. Birinci və İkinci dünya müharibələri, Koreya müharibəsi ölkəni bərbad vəziyyətə gətirib çıxarmışdı və hökumət öz gücünün köməkliyi ilə bu vəziyyətdən çıxa bilmirdi. Bu zaman, yəni XX əsrin əvvəlində "One-dollar salary" konsepsiyasını yaratmaq qərarına gəlirlər. Bu ideya çərçivəsində ölkə rəhbərliyi məşhur biznesmen və sahibkarları məsləhətçi qismində dəvət edirdi və onlar da öz növbəsində səfərbər olmalı, ölkə iqtisadiyyatını idarə etməli idilər. Dəvət edilmiş sahibkarlar müxtəlif vəzifələri tutur, məsləhətçi qismində fəaliyyətə başlayaraq nazir olaraq bitirirdilər. Onları birləşdirən ümumi cəhət isə 1 dollarlıq əməkhaqqı idi. Belə düşünülürdü ki, hər bir sahibkar artıq sərvətə sahibdir və buna görə də göstərdikləri xidmət qarşılığında əmək haqqı almağa ehtiyacları yoxdur.
Minimum aylıq əməkhaqqı
Minimum aylıq əməkhaqqı — işçinin əməyinə görə ona ödənilən maaşın ən aşağı pilləsidir. Minimum aylıq əməkhaqqı siyasətinin dəstəkçiləri iddia edirlər ki, bu siyasət işçilərin həyat şəraitini yüksəldir, yoxsulluq səviyyəsini azaldır və biznesin effektli olması yönündə stimul yaradır. Ancaq digər iqtisadçılara görə isə əslində minimum əmək haqqı siyasəti faktiki olaraq yoxsulluq səviyyəsini yüksəltməsi , işsizlik səviyyəsini yüksəltməsi və biznes aktivliyinə ziyan olması yönündə tənqid edilir. Azərbaycanda minimum əməkhaqqı – qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir. Azərbaycanda minimum əməkhaqqı ölkə prezidenti tərəfindən təyin olunur.
Minimum əməkhaqqına görə ölkələrin siyahısı
Siyahıda Birləşmiş Millətlər Təşkilatının üzvü olan 193 ölkə və həmçinin bu təşkilatın keçmiş üzvlərinin, məhdud tanınmaya sahib ölkələrin, o cümlədən Şimali Kipr Türk Respublikası və Kosovonun rəsmi minimum əməkhaqqı dərəcələri göstərilmişdir. Bəzi ölkələrin çox qarışıq minimum əməkhaqqı təyinetmə sistemi vardır. Məsələn, Hindistan 1202-dən artıq minimum əməkhaqqı dərəcəsinə sahibdir. Siyahıda sadalanmış ölkələrdəki əməkhaqqıları ümumi miqdara əsasən hazırlanmışdır, yəni, əməkhaqqının ölkədən ölkəyə fərqlənən vergi ödənişləri və sosial təhlükəsizlik ianələrindən əvvəlki vəziyyət nəzərə alınır. Həmçinin ictimai bayramlar, xəstəlik maaşı, məzuniyyət və işə götürən tərəfindən ödənilən sosial sığorta ianələri də əməkhaqqılarının hesablanması zamanı nəzərə alınmamışdır. Müqayisə məqsədilə illik əməkhaqqının sadalandığı sütun insanların son istehlak xərclərinin alıcılıq qabiliyyəti paritetinə (ing. purchasing power parity, PPP) əsaslanaraq hesablanan fərzi valyuta olan beynəlxalq dollarla təqdim olunmuşdur. İllik əməkhaqqını hesablamaq üçün ən kiçik ümumi minimum əməkhaqqı istifadə olunmuşdur.

Значение слова в других словарях