ƏMBİZ

Üzüm salxımları ağacdan sallanır və deyirlər: salxımlar əmbiz-əmbiz sallanır. Konus şəklində yığılmış taxıl, meyvə və s. də əmbiz adlanır. Sözün məğzi onun konusa oxşamasıdır. Güman ki, əmbiz kəlməsi məmə (əmmək) sözü ilə bağlıdır. Əmbiz formaca məhz məməyə oxşayır (bir tərəfi böyük, uc tərəfi getdikcə nazilən olur). Biz komponenti isə “şiş” deməkdir (ucu biz kimi şiş olan). (Bəşir Əhmədov. Etimologiya lüğəti)

ƏLLİ OLMAQ
ƏMCƏK
OBASTAN VİKİ
Əmbizlər
Əmbizlər — Azərbaycan Respublikasının Xızı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Xızı rayonunun faktiki mövcud olan Əmbizlər kəndi dəqiqləşdirmə qaydasında rayonun yaşayış məntəqələri siyahısına daxil edilmiş və Qasımkənd kənd Sovetinin tərkibinə verilmişdir.
Əmbizlərin keşiyində (film, 1988)

Digər lüğətlərdə