ƏMİRİ

sif.
1. Əmirə mənsub, məxsus olan.
2. məc. Ən yaxşı, ən əla mənasında. Əmiri xörək. Əmiri paltar.
◊ Əmiri papaq köhn. – dəridən tikilən hündür papaq növü. Başında əmiri papaq vardı.
ƏMİRAXUR
ƏMİRLİK
OBASTAN VİKİ
Əmiri-Gur
Əmiri-Gur və ya Gur-Əmir – Orta Asiyanın görkəmli abidələrindən biri. Səmərqənddə XV əsrin əvvəllərinə aid türbə. Teymurun əmrilə tikilmişdir. 1420-ci illərdə Uluqbəy tərəfindən genişləndirilmişdir. Teymur, Uluqbəy və b. Teymurilər burada dəfn olunmuşlar.
Əfşin Əmiri Cəcin
Əfşin Əmiri Cəcin (fars. افشین امیری ججین‎) — azərbaycanlı yazıçı. Əfşin Əmiri Cəcin 1982-ci ildə İranın Ərdəbil şəhərində doğulub. Odiologiya, dilçilik və rehabilitasiya bölümündə fəlsəfə elmlər doktoru dərəcəsini alıb. 2010-cu ildə İranın "Gənclər" milli festivalında ədəbiyyat nominasiyasının qalibi olub. Odiologiya sahəsində dünyada ilk dəfə olaraq "Sırğa və yumşaq" model eşitmə cihazları ixtira edib. Biri...
III Əbdülmalik (Dərbənd əmiri)
III Əbdülmalik (Dərbənd – Dərbənd) — Dərbəndin son əmiri. == Hakimiyyətə gəlişi == Atası II Ləşkərinin öldürüldüyü il doğulmuşdu və anasının vətəni olan Qaytaqda böyümüşdü. 1065-ci ilin aprelində rəislərdən biri olan Müfərric ibn Müzəffər Sərirə qaçdı və oradan Qaytağa keçdi. 10 yaşındakı Əbdülmaliki də özü ilə götürüb Dərbəndə gələn Müfərric Maymunu devirdi. == Hakimiyyəti == Əmirliyi əslində əmirin qəyyumu Müfərric idarə edirdi. Şirvanşahın hücumlarından qorunmaq üçün Müfərric əvvəlcə Məmlan ibn Yezidi Dərbəndə gətirtsə də, sonra fikrindən daşındı. Oktyabr ayında böyük bir qüvvə ilə yürüşə keçən Şirvanşah I Fəribürz Dərbəndi ələ keçirdi və Dərbənd əmirliyinin müstəqilliyinə son qoydu. Dərbənd həmişəlik Şirvanşahlar dövlətinə birləşdirildi. == Geri dönüşü == İşğaldan sonra Qaytaq ölkəsinə qaçan Əbdülmalik səlcuqların Şirvana basqınından istifadə edərək 27 oktyabr 1068-ci ildə Dərbəndə qayıdaraq şəhəri geri aldı. 28 dekabr 1068-ci ildə rəislərin arasındakı münaqişələrlə bacarmayan əmir yenidən Qaytağa qayıtdı.
II Maymun (Dərbənd əmiri)
II Maymun — Dərbəndin son əmiri. == Hakimiyyəti == Atası Mənsur ibn Əbdülmalikin öldüyü il doğulmuşdu və doğulan kimi də əmir olmuşdu. Onun dövründə kürdlərin qarətçi yürüşlərinə məruz qalan Dərbənd daha sonra I Fəribürzün intiqam hücumuna məruz qaldı. 1065-ci ilin aprelində rəislərdən biri olan Müfərric ibn Müzəffər Sərirə qaçdı və oradan Qaytağa keçdi. 6 yaşındakı Əbdülmalik ibn Ləşkərii də özü ilə götürüb Dərbəndə gələn Müfərric Maymunu devirdi. == Əmirliyə qayıdışı == Əbdülmalik ibn Ləşkərinin 1075-ci ildə həbs edilməsindən sonra xalq Maymunu 20 avqustda yenidən taxta dəvət etdi. Lakin həmin ilin dekabrında səlcuqlar tərəfindən devrilən II Maymundan sonra əmirlik birdəfəlik Şirvanşah mülkü oldu.
II Məhəmməd (Dərbənd əmiri)
II Məhəmməd - Dərbənd Haşimiləri sülaləsindən olan 7ci müstəqil Dərbənd əmiridir. Sıra sayına görə isə doqquzuncudur. == Hakimiyyəti == Qardaşının ölümündən sonra əmir olmuşdu. Cəmi 10 ay, 18 gün hakimiyyətdə qaldı. Dekabrda qardaşı Maymunun bir qulamı tərəfindən Cihad qapısı yaxınlığında öldürüldü.
II Mənsur (Dərbənd əmiri)
II Mənsur (1038, Dərbənd – 1065, Dərbənd) — Dərbənd əmiri. == Hakimiyyəti == 1038-ci ildə anadan olmuşdu. 4 yaşında əmir elan olundu. Dövlətin idarəsi əslində vəzir Əbül Fəvaris Əbdülsələmin əlində toplaşmışdı. 1051-ci ildə vəzirin ölümündən sonra əmir müstəqil idarəetməyə başladı. == Üsyan == 24 iyul 1054-cü ildə rəislər və onun arasında münaqaişə yarandı.Bir neçə gün sonra anası Şəmkuyə ilə şəhəri tərk edən əmir şəhərətrafı ərazilərdən qoşun toplayaraq Fələstin qapısının önündə rəislərdən tərəfindən ağır məğlubiyyətə uğradı. == Sürgün və ikinci hakimiyyət == Məğlub olan Mənsurun yerinə rəislər qardaşı II Ləşkərini əmir elan etdilər. Lakin buna daha artıq dözə bilməyən Mənsur 3 yanvar, 1055-ci ildə II Ləşkərini öldürtdü. 1055-ci ilin iyulunda Sərir hökmdarının köməyi ilə taxta qayıtdı. Bundan sonrakı hakimiyyətini rəislərin nüfuzunu azaltmağa həsr edən Mənsur tez-tez onları həbs etdirirdi.
II Əbdülmalik (Dərbənd əmiri)
II Əbdülmalik (Dərbənd – 10 mart 1043, Dərbənd) — Dərbənd əmiri. == Hakimiyyəti == 1034-cü ildə əmir olmuşdu. Lakin 9 fevral 1034-cü ildə rəislər tərəfindən devrilərək Əbu Mənsur Əli ibn Yezidə beyət etdilər, Şirvanşah vəziri Mənsur ibn Müsəddidi öz canişini təyin edərək onu "hökumət binası"nda yerləşdirdi, özü isə 1035-ci ildə paytaxtı Yezidiyyəyə qayıtdı. Həmin ilin apreli Əbdülmalik geri qayıdaraq şəhəri ələ keçirdi, Şirvanşahı sülhə məcbur etdi və 1035-ci ilin dekabrında onun bacısı, Yəzidin qızı Şəmkuyə ilə evləndi. == Üsyan == Əmirin güclənməsini görən digər rəislər vəzir Səqlab ibn Məhəmmədin evinə hücum çəkdilər və onu bıçaqladılar. Həyatının təhlükədə olduğunu görən əmir Əbd ül-Malik ailəsi ilə Şirvana qaçdı. Rəislər onu paytaxta qaytarıb gətirmək üçün Şirvana iki ağsaqqal göndərdilər. Lakin Şirvanşah elçiləri həbs etdi, onları qandallayıb qalalardan birinə saldı. Bundan sonra o, əmirə əl-Babda öz hakimiyyətini bərpa etməkdə kömək göstərdi. 1038-ci ildə rəis Əli ibn Həsən onu devirməyə çalışsa da, saray çevrilişinin qarşısı alındı.
Əbu Həsən Əl-Əmiri
Əbu Həsən Əl-Əmiri (913 və ya təq. 912, Xorasan – 6 yanvar 992[…], Nişapur) — xorasanlı filosof və fəlsəfə tarixçisidir. Buxara, Bağdad, Rey şəhərlərində olmuşdur. Fəlsəfi mövzular üzrə araşdırmalar etmişdir. Fəlsəfəni dinlə əlaqələndirməyə çalışmışdır. Təsəvvüf anlayışını islam ənənələrinə daxil etməyə çalışmışdır. İslamın ortaya çıxan gerçəklərinin fəlsəfənin ən önəmli məntiqi məzmununa sahib olduğunu bildirmişdir. Fəlsəfə və dinin toqquşmadığını izah etməyə çalışdı. İslam daxilindəki bölünmələr arasında izah və sintez aradı.Digər dinlərlə nisbətdə islamın əxlaqi olaraq üstün mövqedə olduğunu bildirmişdir. Xüsusilə zərdüştlük və maniheizmə bu baxımdan yanaşmışdır.Kindi ənənələrini izləyən filosoflar arasında ən qabaqcıl filosofdur.
Dost Məhəmməd xan (Əfqanıstan əmiri)
Əmir Dost Məhəmməd Xan Barakzay (eləcə də Əmir Dostməhəmməd xan; 23 dekabr 1793, Qəndəhar, Dürranilər İmperiyası – 9 iyun 1863, Herat, Əfqanıstan əmirliyi) — .tənəzzülü ilə 1826-cı ildə Əfqanıstan əmiri oldu. == Həyatı == O, Payandə xanın 20-ci oğludur. Anası Cavanşir tayfasındandır. Barakzay tayfasının başçısı idi. 1818-ci ildə Dürranilər sülaləsi süquta uğrayandan sonra Payəndə xan Barakzay hökuməti ələ keçirib, Barakzaylar sülaləsinin əsasını qoydu və 1827-ci ilədək iqtidarda oldu. 1834-cü ildə isə Dostməhəmməd xan iqtidara yiyələndi.
Heysam ibn Məhəmməd (Tabasaran əmiri)
Heysəm ibn Məhəmməd (v. 1025, Tabasaran) — Məzyədilər sülaləsindən Tabasaran və Dərbənd əmiri. == Dərbənd əmirliyi == Haqqında çox məlumat yoxdur. Hələ babası Əbu Tahir Yezid ibn Məhəmməd vaxtında 930-cu ilin oktyabrında Heysəmin atası Məhəmməd Dərbənd əmiri Əbdülmalik ibn Haşim ilə təkbətək vuruşmuş və qalib gələ bilməmişdi. Əbdülmalik ibn Haşim 24 fevral 939-cu ildə gözlənilmədən vəfat etmişdi. Taxta onun 3 yaşlı oğlu Əhməd ibn Əbdülmalik gətirilmişdi və bundan düz 5 ay sonra rəislər Əhmədi devirmişdilər. İyun ayında Heysəmi taxta dəvət edən rəislər onu Dərbənd əmiri kimi tanıdılar. Lakin 941-ci ilin mayı Haşimilər sülaləsinə sadiq rəislər yenidən Əhmədi taxta gətirdilər. Lakin 6 ay sonra, 941-ci ilin dekabrın Əhməd ibn Əbdülmalik yenə devrildi və taxta yenidən Heysəm gəldi. Bu dəfə onun hakimiyyəti 942-ci ilin mayına qədər çəkdi və yerinə Xəşrəm Əhməd adlı ləzgi rəis əmir elan olundu.
Heysəm ibn Məhəmməd (Tabasaran əmiri)
Heysəm ibn Məhəmməd (v. 1025, Tabasaran) — Məzyədilər sülaləsindən Tabasaran və Dərbənd əmiri. == Dərbənd əmirliyi == Haqqında çox məlumat yoxdur. Hələ babası Əbu Tahir Yezid ibn Məhəmməd vaxtında 930-cu ilin oktyabrında Heysəmin atası Məhəmməd Dərbənd əmiri Əbdülmalik ibn Haşim ilə təkbətək vuruşmuş və qalib gələ bilməmişdi. Əbdülmalik ibn Haşim 24 fevral 939-cu ildə gözlənilmədən vəfat etmişdi. Taxta onun 3 yaşlı oğlu Əhməd ibn Əbdülmalik gətirilmişdi və bundan düz 5 ay sonra rəislər Əhmədi devirmişdilər. İyun ayında Heysəmi taxta dəvət edən rəislər onu Dərbənd əmiri kimi tanıdılar. Lakin 941-ci ilin mayı Haşimilər sülaləsinə sadiq rəislər yenidən Əhmədi taxta gətirdilər. Lakin 6 ay sonra, 941-ci ilin dekabrın Əhməd ibn Əbdülmalik yenə devrildi və taxta yenidən Heysəm gəldi. Bu dəfə onun hakimiyyəti 942-ci ilin mayına qədər çəkdi və yerinə Xəşrəm Əhməd adlı ləzgi rəis əmir elan olundu.
Hacı Əmirin evi
Hacı Əmirin evi — Şuşa şəhərinin Təbrizli məhəlləsində yerləşən, XVIII əsrin ortalarında tacir Hacı Əmir tərəfindən inşa etdirilmiş tarix-memarlıq abidəsi. == Memarlıq xüsusiyyətləri == İki mərtəbəli yaşayış binasının birinci mərtəbəsində xidməti və qismən yaşayış otaqları, ikinci mərtəbəsində isə qonaq və yataq otaqları yerləşir. Lakin, ikinci mərtəbədə Şuşa evləri üçün ənənəvi olan lodciyanın yerinə, evlə eyni fasad xətti içində yerləşən açıq eyvana malikdir. Evin fasadında inşa edilmiş açıq pilləkən eyvana aparır. Eyvandan kiçik keçid otağına keçmək mümkündür. Həmin otaqdan yanlarda yerləşən iki otağa qapı açılır. Yataq otağı kimi istifadə edilmiş həmin iki otaqdan birindən evin daxili həyətinə şəbəkəli pəncərə açılır. Qonaqların qarşılanması üçün nəzərdə tutulmuş digər otağın divarları və tavan isə freska rəsmləri ilə bəzədilmişdir. == İstinadlar == == Ədəbiyyat == Авалов, Э. В. Архитектура города Шуши и проблемы сохранения его исторического облика. Баку: Элм.
Əlahəzrət Buxara əmirinin "Veliki knyaz Aleksey" paroxodunda yolasalma mərasimi (film, 1898)
Əlahəzrət Buxara əmirinin "Veliki knyaz Aleksey" paroxodunda yolasalma mərasimi — 1898-ci ildə çəkilmiş qısametrajlı sənədli film. İyulun 24-də əlahəzrət Buxara əmiri Seyid Mir Əbdül Əhəd xan sürət qatarı ilə Bakıya gəlir və milyonçu Hacı Zeynalabdin Tağıyevin qonağı olur. O, iyulun 27-də paroxodda Krasnovodska gedir. Hörmətli qonağı yola salmaq üçün "Qafqaz və Merkuri" limanına çoxlu adam, o cümlədən şəhərin müxtəlif idarələrinin başçıları toplaşmışdı. Limanda qonağın şərəfinə orkestr çalırdı. Kinosüjet təntənəli yolasalma mərasiminə həsr olunmuşdur. Xronikal film protokol informasiyanın xəbər janrında çəkilmişdir. Kinosüjet Bakıda V.İ. Vasilyev-Vyatskinin teatr-sirkində avqustun 2-də axşam saat 21.00-da ayrıca proqramla nümayiş etdirilmişdir. Kinosüjet "Canlı fotoşəkillər" kolleksiyası adı altında 1900-cü ildə Parisdə Ümumdünya sərgisində böyük uğurla nümayiş etdirilmişdir. Nümayiş etdirilən süjetlər arasında "Qafqaz rəqsi", "İlişdin", "1898-ci il avqustun 4-də Balaxanıda neft fontanı" kinosüjetləri də var idi.
Əmiriyyə
Əmiriyyə — İranın Simnan ostanının Damğan şəhristanının Əmiriyyə bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,541 nəfər və 455 ailədən ibarət idi.
Əmiriyə
Əmiriyyə — İranın Simnan ostanının Damğan şəhristanının Əmiriyyə bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,541 nəfər və 455 ailədən ibarət idi.

Digər lüğətlərdə