əyyubi

əyyubi
əyyaşlıq
əyyubilər
OBASTAN VİKİ
Nəcməddin Əyyubi
Necmeddin Eyyub (ərəb. الملك ألأفضل نجم الدين أيوب بن شاﺬي بن مروان‎) — "əl-Məlik əl-Əfdal Nəcməddin Əyyub ibn Şadi ibn Mərvan"; (d.? – ö. 9 avqust 1173). Əyyubi sülaləsinin əcdadı. Atası Şadi, Bağdad şəhərinin hakimi olan Bəhruzun yaxın dostu idi. Bəhruz nüfuzundan yararlanaraq kullanarak Nəcməddin Əyyubinin Tikritin komandanlığına keçməsinə köməklik etdi. Beləliklə Böyük Səlcuq sultanı Məhəmməd Təpər Şadini ailəsi ilə birlikdə Tikrit ətrafına yerləşdirdi. I İmadəddin Zənginin ordusu 1131-ci ildə Qaraca əl-Saki tərəfindan məğlup edildi və Zəngi, Tikritə sığındı. Səlahaddinin atası Nəcməddin Əyyubi ve əmisi Əsədüdüddin Şirkuh (fars.
Səlahəddin Əyyubi
Səlahəddin Əyyubi (1138, Tikrit – 4 mart 1193, Dəməşq) — Misir, Suriya, Yəmən, Hicaz və Fələstinin Səlahəddin kürd ailəsindən sultanı və Əyyubilər sülaləsinin ilk hökmdarı. Səlahəddin Əyyubi 1187-ci il oktyabrın 2-də Qüdsü səlibçilərdən azad edərək 88 il sürmüş xristian ağalığına son qoymuş və avropalıların III xaç yürüşünü dəf etmişdir. Səlahəddin müsəlman mədəniyyətinin qəhrəmanı hesab olunur. Ailəsinin kürd əsilli olduğu güman olunur. Əyyubilər sülaləsindən idi. əl-Məlik əl-Mənsur Əsəd əd-Din Əbül-Haris Şirkuh ibn Şadi ibn Mərvan əl-Məlik əl-Əfdal Nəcm əd-Din Əyyub ibn Şadi ibn Mərvan (ərəb. الملك ألأفضل نجم الدين أيوب بن شاﺬي بن مروان‎) və Məsudə Xatun binti Tokuş un övladları: əl-Məlik əl-Müəzzəm Şəms əd-Dövlə Fəxr əd-Din Turanşah ibn Əyyub ibn Şadi ibn Mərvan əl-Məlik ən-Nasir Saləh əd-Dünya və-d-Din Əbül-Müzəffər Yusif ibn Əyyub ibn Şadi ibn Mərvan (ərəb. الملك الناصر أبو المظفر يوسف بن أيوب بن شاﺬي بن مروان‎) Arvadı: İsmət əd-Din Xatun (ərəb. عصمة الدين خاتون‎) Səlahəddin təxminən 1138-ci ildə müasir İraqın Tikrit şəhərində doğulmuş, kiçik yaşlarında təhsilini davam etdirmək üçün Dəməşqə göndərilmişdir. Onun atası Nəcməddin Əyyub, Baalbek əyalətinin əmiri idi.
Əyyubi sultanlığı
Əyyubilər dövləti — 1174-1250-ci illərdə Mövcud olmuş feodal dövlət. Mosul Atabəyi Nurəddin Mahmud Zəngi (1146–1174) öz komandiri, Səlahəddin Əyyubi ilə birgə Misiri tutaraq Fatimilərə son qoymuş, səlib yürüşlərinin qarşısını almışdır. Nurəddin Zənginin ölümündən (1174) sonra Səlahəddin Əyyubi hakimiyyəti ələ alaraq Əyyubilər sülaləsinin Misirdə təqribən 75 illik hakimiyyətinin əsasını qoymuşdu.
Əyyubi hökmdarlarının siyahısı
12-14-cü əsrlər arasında Orta Şərqə və Şimali Afrikaya nəzarət edən Əyyubi sülaləsindən olan hökmdarların siyahısı. == Misir sultanları == Səlahəddin, Nəcməddin Əyyubun oğlu, 1174–1193; Əziz Osman, Səlahəddinin oğlu, 1193–1198; Mənsur Məhəmməd, Əziz Osmanın oğlu, 1198–1200; I Adil, Səlahəddinin qardaşı, 1200–1218; Kamil Məhəmməd, I Adilin oğlu, 1218–1238; II Adil, Kamil Məhəmmədin oğlu, 1238–1240; Saleh Əyyub, Kamil Məhəmmədin oğlu, 1240–1249; Müəzzəm Turanşah, Saleh Əyyubun oğlu, 1249–1250; Əşrəf Musa, Səlahəddinin nəslindən olduğu ehtimal edilir (de-yure hökmdar elan edilsə də, faktiki olaraq dövlət Aybək tərəfindən idarə olunurdu), 1250–1254. Məmlük sultanlığı tərəfindən süquta uğradıldı. == Dəməşq əmirləri və sultanları == Səlahəddin, 1174–1193; Əfdal Əli, Səlahəddinin oğlu, 1193–1196; I Adil, Səlahəddinin qardaşı, 1196–1218; Müəzzəm İsa, I Adilin oğlu, 1218–1227; Nasir Davud, Müəzzəm İsanın oğlu, 1227–1229; Əşrəf Musa, I Adilin oğlu, 1229–1237; Saleh İsmayıl, I Adilin oğlu, 1237–1238; Kamil Məhəmməd, I Adilin oğlu, 1238; II Adil, Kamil Məhəmmədin oğlu, 1238–1239; Saleh Əyyub, I Adilin oğlu, 1239; Saleh İsmayıl (ikinci hakimiyyəti), 1239–1245; Saleh Əyyub (ikinci hakimiyyəti), 1245–1249; Müəzzəm Turanşah, Saleh Əyyubun oğlu, 1249–1250; Nasir Yusif, Əziz Məhəmmədin oğlu, 1250–1260. Bölgə 1260-cı ildə Əyn Cəllud döyüşündən sonra Monqol imperiyası tərəfindən ələ keçirildi. Daha sonra isə Məmlük sultanlığının tabeliyinə keçdi. == Hələb əmirləri == Səlahəddin, 1183–1193; Zahir Qazi, Səlahəddinin oğlu, 1193–1216; Əziz Məhəmməd, Zahir Qazinin oğlu, 1216–1236; Nasir Yusif, Əziz Məhəmmədin oğlu, 1236–1260. Bölgə 1260-cı ildə Əyn Cəllud döyüşündən sonra Monqol imperiyası tərəfindən ələ keçirildi. Daha sonra isə Məmlük sultanlığının tabeliyinə keçdi. == Bəəlbək əmirləri == Şəmsəldin Məhəmməd, (sülalənin üzvü deyildi, Dəməşqin keçmiş valisidir), Səlahəddin tərəfindən təyin edilib, 1175–1178; Turanşah, Səlahəddinin qardaşı, 1178–1179; Fərruxşah, Səlahəddinin qardaşı oğlu, 1179–1182; Bəhramşah, Fərruxşahın oğlu, 1182–1230; Əşrəf Musa, I Adilin oğlu, 1230–1237; Saleh İsmayıl, Əşrəf Musanın qardaşı, 1237–1246; Sədəldin əl-Humeydi (sülalənin üzvü deyildi, Saleh Əyyub tərəfindən vali təyin olunub), 1246–1249; Müəzzəm Turanşah, Saleh Əyyubun oğlu, 1249–1250; Nasir Yusif, Hələb və Dəməşq sultanı, Əziz Məhəmmədin oğlu, 1250–1260.
Əyyubi sultanlarının siyahısı

Adil ibn Nəcməddin Əyyubi
I Adil (tam adı : əl-Malik əl-Adil Seyfəddin Əbubəkir Əhməd ibn Nəcməddin Əyyub; ərəb : بو بكر سيف الدين "الملك العادل" أحمد بن نجم الدين أيوب; iyun 1145 – avqust 1218) — Nəcməddin Əyyubinin oğlu və Səlahəddin Əyyubinin kiçik qardaşı. 1196–1218-ci illərdə Şam Əyyubi sultanı, 1200-cü ildə Misirdəki hakimiyyəti ələ keçirdikdən sonra həmçinin Misir Əyyubi sultanı kimi hakimiyyətdə olub. == Həyatı == === Səlahəddin Əyyubi dövründə === Adilin harada anadan olması barədə mənbələrdə məlumatlar müxtəlifdir. Mənbələrə görə 1145-ci ildə Dəməşqdə, və yaxud Bəəlbekdə anadan olub. Onun haqqında ilkin məlumatlar Şamdakı Zəngi atabəyi Nurəddin Zənginin ordusuna rəhbərlik edən əmisi Sirkuhun 1168–1169-cu illərdə Misirə üçüncü və sonuncu səfərində iştirakı və burada göstərdiyi hərbi uğurlarla bağlıdır. 1169-cu il yanvarın 18-də əmisi Sirkuh Fatimilər tərəfindən vəzir təyin olunsa da, bir neçə gün sonra gözlənilmədən öldü. Onun yerinə Sirkuhun qardaşı oğlu və Adilin böyük qardaşı Səlahəddin Əyyubi seçildi. Səlahəddinin Qahirədə inzibati vəzifələrə öz adamlarını yerləşdirməsi və getdikcə güclənməsi Fatimilərə tabə olan hərbi qüvvələrin üsyanı ilə nəticələndi. Lakin bu üsyan Adil tərəfindən sərt şəkildə yatırıldı. Həmçinin üsyançıların Nubiyadakı hərbi düşərgələrinə basqın edildi və üsyana rəhbərlik edən şəxslər də daxil olmaqla üsyançıların əksəriyyəti öldürüldü.
Əziz Osman ibn Səlahəddin Əyyubi
Əziz Ömər (tam adı: ərəb. الملك العزيز عماد الدين أبو الفتح عثمان بن صلاح الدين يوسف‎; əl-Məlik əl-Əziz İmadəddin Əbülfəth Osman ibn Səlahaddin Əyyubi; 1171, Qahirə – 29 noyabr 1198) — Səlahəddinin ikinci oğlu və Əyyubi sultanı. 1198-ci ildə atdan yıxılaraq vəfat etdi və yerinə oğlu Mənsur Məhəmməd keçdi. == Həyatı == Əyyubi tarixçisi Əbülfida Əziz Osmanın Səlahəddinin ikinci oğlu olduğunu və böyük oğlu Əfdal Əlidən iki yaş kiçik olduğunu yazır. Təxmini 1186-cı ildə Səlahəddin Misirdəki dövlət işlərindən ayrılaraq yaxın qohumları ilə birlikdə Dəməşq və Hələb tərəfə çəkilmişdi. O, burada olarkən qurduğu dövlətin taleyi ilə bağlı mühüm qərarlar verdi və qardaşı Adilə də bunları qəbul etdirdi. Bu qərarlara görə birinci oğlu Əfdal Fələstinin də içərsinə daxil olduğu "Suriya və Şam əmiri", ikinci oğlu Əziz Osman "Misir sultanı", üçüncü oğlu Zahir Qazi isə "Hələb əmiri" olacaqdı. Qardaşlarından Turanşah Yəmən əmiri, Adil isə Əlcəzirə və Diyarbəkir bölgələrinə əmir təyin edildi. Həmçinin İordaniyadakı Kərak və Şüvbək qalaları da Adilə veriləcəkdi. Tarixçi Əbülfidanın yazdığına görə, 12-ci əsrin 80-ci illərində Səlahəddin 14 yaşlı oğlu Əziz Osmanı Misirə vali təyin etdi və gənc Əziz Osman bu vəzifəni əmisi Adillə bölüşdü.
Mənsur Məhəmməd ibn Əziz Ömər Əyyubi
Mənsur Məhəmməd (tam adı: ərəb. المنصور ناصر الدين محمد بن العزيز‎; əl-Mənsur Nasirəddin Məhəmməd ibn Əziz; 1189 – ən tezi 1216) — III Əyyubi hökmdarı, 29 noyabr 1198-ci ildən 1200-cü ilin fevralına qədər hakimiyyətdə olub. == Həyatı == Səlahəddin Əyyubinin nəvəsi və ikinci Əyyubi sultanı Əziz Osmanın oğludur. 1198-ci ildə atasının ölümündən sonra 9 yaşında sultan elan edildi və əmir Bahəddin Qaraquş onun atabəyi (naibi) təyin edildi. Sonrakı dövrdə Əyyubi əyanları Səlahəddinin digər oğlu Əfdal Əlini Mənsur Məhəmmədin atabəyliyini icra etməsi üçün Misirə dəvət etdilər. Əfdal 1199-cu ilin yanvarında Qahirəyə gələndə şəhər əhalisi tərəfindən böyük rəğbətlə qarşılandı. Əfdal əvvəlcə Suriya və ətraf əraziləri mərkəzi hakimiyyətə tam tabe etmək üçün Şam əmiri, əmisi I Adilin üzərinə yürüş təşkil etdi. Əfdal Misir ordusu və qardaşı Hələb əmiri Zahir Qazinin qüvvələri ilə 14 iyun 1199-cu ildə Şama (indiki Dəməşq) çatdı. Lakin tərəflərdən heç biri birbaşa döyüşə girməyə risk etmədikləri üçün 6 aylıq sülh imzalandı və Əfdal Şamdan Misirə doğru geri çəkildi. Misirə qayıtdıqdan sonra Əfdal ordunun saxlanılmasının əlavə iqtisadi yük olmsı və həmçinin əsgərlərin əkinçiliklə məşğul olmaları üçün onların evlərinə qayıtmaqları haqqında əmr verdi.
Əyyubilər
Əyyubilər dövləti — 1174-1250-ci illərdə Mövcud olmuş feodal dövlət. Mosul Atabəyi Nurəddin Mahmud Zəngi (1146–1174) öz komandiri, Səlahəddin Əyyubi ilə birgə Misiri tutaraq Fatimilərə son qoymuş, səlib yürüşlərinin qarşısını almışdır. Nurəddin Zənginin ölümündən (1174) sonra Səlahəddin Əyyubi hakimiyyəti ələ alaraq Əyyubilər sülaləsinin Misirdə təqribən 75 illik hakimiyyətinin əsasını qoymuşdu.
Əyyubilər dövləti

Əyyubilər sülaləsi

Значение слова в других словарях