Sərilən əzgən
Sərilən əzgən
== Təbii yayılması ==
Avropa,Aralıq dənizi,Kiçik Asiya,İran,Monqolustan və Rusiyada yayılmışdır.Şimali Amerikadan təsvir edilmişdir.
== Botaniki təsviri ==
Hündürlüyü 30-75 sm olan qıvrım tüklü yarımkoldur.Yarpaqları xətvari,yastı,tüklü,növbəli düzülüşlüdür.Çiçəkyanlığı tüklü,meyvələrdəki çiçəkyanlıqları isə uzunsov qanadcıqlar üzərində çıxıntılıdır.Çiçəklərin 3-4-ü bir yerdə yerləşməklə,sünbülvari və ya süpürgəvari çiçək qrupu əmələ gətirir.May ayında çiçəkləyir.Oktyabr ayında meyvə verir.Meyvəsi yumrudur.Toxumları hamar,dəyirmi olub,diametri 2 mm-dir.
== Ekologiyası ==
Yarımsəhra və səhra zonalarında,düzənliklərdə yuxarı dağ zonalarında (dəniz səviyyəsindən 3800 m hündürlükdə),qumluqlarda bitir.Quraqlığa və duzluluğa davamlı,torpağa az tələbkar,işıqsevən və küləklə tozlanan bitkidir.
== Azərbaycanda yayılması ==
Samur-Dəvəçi,Xəzər,Kür-Araz ovalıqlarında,Naxçıvanda,Lənkəran və Abşeronda yayılmışdır.
== İstifadəsi ==
Zülallarla zəngin yem bitkisidir.Yüksək qida xüsusiyyətləri,məhsuldarlığı ilə fərqlənir.Ekstremal şəraitində mədəni otlaqların yaradılmasında çoxillik komponent kimi istifadə edilə bilər.
== Məlumat mənbəsi ==
Tofiq Məmmədov, "Azərbaycan dendroflorası II cild", Bakı:-"Səda"-2015.