AHƏNG

is. [ fars. ]
1. Səslər, rənglər və s. arasında uyğunluq, müvafiqət. Ahəngi pozmaq. Səslərin xoş ahəngi. Boyalarda ahəng yoxdur.
– Səslərin ahəngi cırcıramanın oxumasına elə bənzəyirdi ki, sanki, doğrudan da, cırcırama o sözləri deyirdi. S.S.Axundov.

// Məc. mənada.
Sabunçudan şəhərə gələn qatar küçənin ahəngini birdən-birə dəyişdirdi. M.S.Ordubadi.
…Hər şey əbədi və pozulmaz bir ahənglə qəlbini oxşayır, hər şey füsunkar bir gözəlliklə ona [Firiduna] baxıb gülümsəyirdi. M.İbrahimov.

2. məc. Gözəl səs, avaz.
Bu səs Jenyanın qulağında başqa bir ahənglə cingildədi. M.S.Ordubadi.
[Mirzə Valeh] bülbüllərin min bir nəğməsini dinləyir, … axırda bir neçə beyt söyləyir, bu ahəngə qoşulurdu. S.Rəhimov.

// Ton.
Balacayev acıqlı bir ahəng ilə: – Bəs bu gün haranız ağrıyır? – deyə soruşdu. S.Rəhimov.
Gəldiyev həmişə səsinə, hərəkətinə sirli bir ahəng verməyi sevərdi. Mir Cəlal.

3. Nəğmə, mahnı, hava.
Səhər bülbüllər əfğanı deyil bihudə gülşəndə; Füzuli, naleyidilsuzinə ahəng tutmuşlar. Füzuli.
Oxu şiddətlə bir ahəngi-hicaz; Ucadan başla, oxu bir avaz. S.Ə.Şirvani.
Bizi ahənglərin şad eylər; Qəlbi yatmışları irşad eylər. A.Səhhət.

◊ Ahəng qanunu dilç. – əsasən türk dillərində: sözlərdə, həmçinin kök və şəkilçilərdə qalın saitlərin qalınları, incələrin incələri izləyib, bir-birinə uyğunlaşması hadisəsi.

Синонимы

  • AHƏNG 1. AHƏNG, UYĞUNLUQ 2. ahəng bax səs 3. ahəng bax 1. mahnı; melodiya 1
  • AHƏNG uyğunluq
  • AHƏNG avaz
  • AHƏNG nəğmə — hava — mahnı
AHƏN
AHƏNGDAR
OBASTAN VİKİ
Ahəng qanunu
Ahəng qanunu — qalın və ya incə saitlərin bir-birini izləməsi. Ahəng qanunu çox sayda Aqqlütinativ dillərində müşahidə olunur. == Nümunələr == === Türk dilləri === Ahəng qanunu bütün türk dillərinin əsas qanunudur. Bəzən bu qanunu türk dillərinin "dəmir qanunu" adlandırırlar. Bu qanuna görə sözün ilk hecası incə saitlidirsə, sonrakı saitlər də incə, qalın saitlidirsə, sonrakı saitlər də qalın sait olmalıdır. Ahəng qanunu fonetikanın mövzusu olduğu kimi, həm də morfoloji xüsusiyyət daşıyır. Hər hansısa bir sözə şəkilçi qoşulduqda həmin sözün son hecasına uyğun olaraq qoşulur; sözün son şəkilçisi incə saitlidirsə, ona uyğun olaraq incə (köynək-dən²) saitli, son şəkilçi qalın saitlidirsə, uyğun olaraq qalın (yağmur-dan²) saitli şəkilçi əlavə edilir. Yəni sözə şəkilçi əlavə edildikdə mütləq son saitin ahəngi qorunmalıdır. (İstisna olaraq bir cür yazılan şəkilçilərimiz bəzən ahəng qanununa tabe olmaya bilər, məsələn; xalam-gil, vətən-daş, dəftər-xana). Bu xüsusiyyətinə görə ahəng qanunu həmçinin morfonoloji hadisə də adlanır.
Kəbudər Ahəng
Kəbudər Ahəng və ya Göyrəng — İranın Həmədan ostanında yerləşən şəhər, Kəbudər Ahəng şəhristanının inzibati mərkəzi. Əhalisi Azərbaycan türklərindən, əslən Qaragözlü oymağının Hacılar tayfasındandır və azərbaycan dilində danışırlar.2006-cı il əhalinin siyahıya alınmasına əsasən şəhərin əhalisi 19216 nəfər və ya 4940 ailədən ibarət idi.
Kəbudər Ahəng şəhristanı
Kəbudərahəng (Göyrəng) şəhristanı — İranın Həmədan ostanında şəhristanlarından. Paytaxtı Kəbudər Ahəng şəhəridir. == Əhali == 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 137,919 nəfər və 32,178 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti Azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar. Azərbaycan dilində ki adı "Kəvrəng"dir ki, su axınları deməkdir.
Ahəngyol
Ahəngyol — dünyanın vəhdətdə olduğunu əsas tutaraq bütün sahələrdə elmi tədqiqatların ahəng məntiqi ilə, ahəng meyarları üzərində aparılmasını, elmdən yalnız ahəngə xidmət prinsipi ilə istifadəni zəruri sayan elmi-fəlsəfi konsepsiya. Hər hansı sahədə aparılan tətqiqatlar geniş mənada ahəngin pozulmasına yol açırsa, həmin tətqiqatların tətbiqinin ən azı müvəqqəti olaraq (onun ahəngə xidmət edəcəyi vaxta qədər) dayandırılmasını məqsədəuyğun bilir. "Ahəngyol" elmini sosioloq Əhməd Qəşəmoğlu 1990-cı illərdə tamamlamışdır. "Ahəngyol" elmi Şərq və Qərb fəlsəfəsinin bir-birini tamamlayaraq tədqiqata cəlb olunması, dini kitabların fəlsəfi yöndən öyrənilməsi və sistemli yanaşma metodlarından dərindən istifadə əsasında yaradılıb. Bu elmin əsas müddəaları "Sosial idarəetmənin fəlsəfi, sosioloji problemləri (Ahəngyol elminə giriş)" monoqrafiyasında əks olunub. Kaliforniyadakı Berkli Universitetinin professoru Lütfi Zadə onun kəşf etdiyi "Ahəngyol" elmini 2011-ci ildə dünyanın aparıcı alimləri arasında müzakirəyə təqdim etmişdir. Əhməd Qəşəmoğlunun sözlərinə görə, bu elm dünyanın bir sıra nüfuzlu alimlərinin diqqətini cəlb edib, onların müzakirə obyektinə çevrilib: "Lütfi Zadə bu elmi dünyanın aparıcı alimlərinin dəyərli elmi ideyaları müzakirə etdiyi "BİSC" saytında müzakirəyə çıxarıb. Bu xüsusi sayt müasir elmin zirvələrindən biri sayılır və "Ahəngyol"un burada müzakirəyə çıxarılması həm Azərbaycan elminin, həm də ümumilikdə fəlsəfə, sosiologiya elminin uğurudur". == Mənbə == Əhməd Qəşəmoğlu. "Sosial idarəetmənin fəlsəfi, sosioloji problemləri (Ahəngyol elminə giriş)", Bakı, 2008 == İstinadlar == == Xarici keçidlər == Ahəngyol elmi haqda Arxivləşdirilib 2013-09-18 at the Wayback Machine Tanınmış sosioloq Əhməd Qəşəmoğlunun "Ahəngyol" adlı elmi-fəlsəfi konsepsiyası dünyada əks-səda doğurub Azərbaycanlı QHT sədrinin dünya elminə yeni töhfəsi Azərbaycan aliminin nailiyyəti Əhməd Qəşəmoğlu.
Ahəngər Məhəllə (Mazandaran)
Ahəngər Məhəllə — İranın Mazandaran ostanında kənd..

Значение слова в других словарях

бора ворчу́нья дожёвывать ограня́ться подуши́ть захва́ливать кнут наку́тать перетяну́ть пробуксо́вывание психометри́я дисциплина офеня Atlantean discover glider-borne jam law-office night vision scratch Swaziland titanite tund обнажение тягчайший