AHƏNGDAR

sif. [ fars. ]
1. Səsləri və ya rəngləri arasında uyğunluq (ahəng) olan; qulağa (gözə) xoş gələn, qulaqları (gözləri) oxşayan, gözəl səslənən; ahəngli, xoş, lətif. Ahəngdar səs. Ahəngdar şeir. Ahəngdar nəğmə.
– Əncir ağacı altında inləyən sazın ahəngdar səsi ətrafı bürümüşdü. A.Şaiq.
Sabahın bu ahəngdar musiqisini ordanburdan ucalan insan bağırtıları, at kişnəmələri, şeypur nidaları pozurdu. M.Rzaquluzadə.

2. məc. Uyğun, müntəzəm, qaydalı, səlis. Canlı orqanizmin ayrı-ayrı üzvləri həmişə bir-biri ilə ahəngdar (z.) işləyir.
– Harada isə, lap uzaqda tənha bir traktorun ahəngdar tırıltısı eşidilirdi. İ.Şıxlı.
Bəsti çox ahəngdar bir surətdə işləyirdi. Ə.Sadıq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • AHƏNGDAR uyğun — müntəzəm — qaydalı — səlis
AHƏNG
AHƏNGDARLIQ

Digər lüğətlərdə

насажде́ния наши́вки не в ме́ру цука́т билль губе́рния зыря́нский обдёргать послужно́й список постфа́ктум телескопи́чески уме́ло карусель о-го-го соловеть desurfacing doum-palm Slavophobe syllogism tally-ho tron trunks имажинист пробирка терпимо