NADİNC

sif.
1. Dəcəl, şuluq, dinc oturmayan. Nadinc qız.
– Çünki yazıq Cəmil doğrusu çox nadinc idi. C.Məmmədquluzadə.
Nadinc uşaqlar … bağırışırdılar: – Molla Qasım, qaç, xortdan gəldi. S.S.Axundov.

2. məc. Dinc oturmayan, ona-buna sataşan, araqarışdıran, pozğunluq salan, fitnə törədən; təhrikçi. [Hacı Nuru:] Ümənayi-dövləti təqsirlidən, təqsirsizdən şikayət etmək ilə təngə gətirdin.
Axırda nadinc adam qələminə getdin. M.F.Axundzadə.
[Təbrizdə] nadinc adamların sayı çoxalır(dı). M.S.Ordubadi.

3. məc. Sakitlik bilməyən, coşqun.
Xəzərin nadinc dalğaları … o tənha buruq ətrafında rəqs edir… Ə.Məmmədxanlı.

Синонимы

  • NADİNC NADİNC Nadinc uşaqlar Molla Qasımın evinin yanından keçdikdə bağırırdılar (S.S.Axundov); DƏCƏL Məktəbdən çıxıb evlərinə gedəndə isə nizami onu [Mehrib
  • NADİNC dəcəl — şuluq — ərköyün

Антонимы

  • NADİNC NADİNC – SAKİT Sakitdir, nadinc deyil (M.Talıbov)
NADİDƏ
NADİNCLİK

Значение слова в других словарях

дети́нушка казуи́стика ледобу́р невы́зревший почмо́кивать бурида́нов отве́рстый о́тдух подсви́стывать хлорофи́лловый шелкови́ца Christian Scientist conga eulogic granny intaglio memoria technica rescissory sheep-pen thermoelement импонировать обвязать рок угол фронтовик