SARVAN

Fars mənşəlidir, əsli sərban kimidir. Farslar dəvəyə sar deyirlə (sər isə fars­ca “baş” deməkdir). Sarvan hərfi mənada “dəvəçi” deməkdir, indi karvanın önündə gedənə deyirlər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

SARSILMAQ
SATAŞMAQ
OBASTAN VİKİ
Sarvan
Sarvan — Azərbaycanda daha çox işlədilən ad və təxəllüs. Bu təxəllüsü olan tanınmış insanlar Salam Sarvan — Yazıçı, şair, publisist.Şəhərlər GürcüstanSarvan (şəhər) — Gürcüstanın Aşağı Kartli diyarında şəhər, Sarvan bələdiyyəsinin inzibati mərkəzi.Kəndlər AzərbaycanSarvan (Salyan) — Azərbaycanın Salyan rayonunun inzibati ərazi vahidində kənd. Sarvan (Şabran) — Azərbaycanın Şabran rayonunun inzibati ərazi vahidində kənd.GürcüstanSarvan (kənd) - Gürcüstanın Marneuli bələdiyyəsində kənd.Bələdiyyələr AzərbaycanSarvan bələdiyyəsi (Salyan) — Azərbaycanın Salyan rayonunda bələdiyyə.GürcüstanSarvan bələdiyyəsi (Borçalı) — Gürcüstanın Aşağı Kartli diyarında inzibati-ərazi vahidi.
Aran Sarvan
Aran Sarvan Marneuli rayonunda kənd adı. == Toponimkası == Aran Sarvan- Marneuli rayonunda kənd adı. Kənd Sarvan elinin və Qızıl Hacılı elindən bir qrup ailənin aranda (düzdə, yəni, qışlaq yerində) məskunlaşması nəticəsində yaranmışdır.
Baydar (Sarvan)
Baydar — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.
Candar (Sarvan)
Candar, Aran Candar — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd..
Hallavar (Sarvan)
Hallavar — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.
Keşəli (Sarvan)
Keşəli — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.
Kəpənəkçi (Sarvan)
Kəpənəkçi (Kürüstü Kəpənəkçi) — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. == Coğrafi mövqeyi == Kəpənəkçi kəndi Marneuli rayonunun Qardabani ilə sərhəd zonasında Kür çayının sağ sahilində dəniz səviyyəsindən 280-300 metr hündürlükdə yerləşir. == Əhalisi == 2002-ci ilin siyahıyaalmasının nəticələrinə əsasən kənddə 1383 nəfər əhali yaşayır ki, bunların da 711-i kişilər, 672-si isə qadınlardır. Kənd əhalisinni 96%-i azərbaycanlılardan ibarətdir. = Xarici keçidlər = Региональный Информационный портал Квемо-Картли: Поселившимся в Квемо Болниси беженцам выдали удобрение для аграрной деятельности.
Lələli (Sarvan)
Axlılələ — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. Kənd əhalisinin sayı 690 nəfərdir (2014).
Mahmudlu (Sarvan)
Mahmudlu — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.
Qasımlı (Sarvan)
Qasımlı — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. == Əhalisi == 2002-ci il yanvar tarixinə olan məlumata görə 2921 nəfər 2014-cü ilin məlumatına görə isə kənddə yaşayanların sayı 2299 nəfərdir (1162 kişi,1137 qadın). === Tanınmış sakinləri === Bürcəli Əsgərov — Azərbaycan aktyoru, Azərbaycan Respublikası əməkdar artisti.
Qaçağan (Sarvan)
Qaçağan — Gürcüstanın Aşağı Kartli bölgəsinin (Borçalı), Marneuli bələdiyyəsinin ərazisində, inzibati-ərazi vahidi və türkdilli əhali yaşayan kənd. == Tarixi == Qaçağan Cənubi Qafqazın qədim yaşayış məskənlərindən biridir. Kəndin 1 kilometrliyində yerləşən "Təkəli" kurqanında aparılan arxeoloji qazıntılar zamanı ibtidai icma qurluşu dövrünə aid qəbirlər və yaşayış məskəni, kiçik gil parçalardan bütöv antropomorfik qadın heykəlcikləri aşkar edilmişdir. Qaçağan kəndi yaxılığında aparılmış arxeoloji qazıntılar təsdiq edir ki, kəndin ərazisində hələ e.ə. II minillikdə yaşayış məskənləri olub. Tarixi mənbələr kəndin XII əsrdə Dəşti-Qıpçaq çölündən gəlmiş Qıpçaq tayfaları tərəfindən salındığını təsdiq edir. 1118-ci ildə Gürcü çarı Qurucu David Qaçağan ərazisini qıpçaq xanı Artıq xana yaxın şəxs sayılan Qaraçuxa Arslana iqta verildiyini təsdiq edir. 654–1116-ci illərdə indiki Qaçağan kəndi ərazisindəki yaşayış məntəqəsi Tiflis Müsəlman Əmirliyinin tərkibində olmuşdur. 1116-ci ildə ərazi Gürcü çarlığının tərkibinə daxil edilmişdir. 1460-cı ildə Ağqoyunlu dövlətinin bəylərbəyinə tabe edildi və burada Ağqoyunlu hakimiyyəti 1497-ci ilə qədər davam etdi.
Qurdlar (Sarvan)
Qurdlar — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. == Tanınmış şəxsləri == İsgəndərov İsgəndər Namaz oğlu - İkinci dünya müharibəsi iştirakçısı.
Quşçu (Sarvan)
Quşçu — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Marneuli bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.
Qırıxlı (Sarvan)
Qırıxlı — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. == Əhalisi == 2002-ci ilin rəsmi siyahıya alınmasına görə , Qırıxlı kəndinin əhalisi 1262 nəfər olaraq, onların 100% Azərbaycan türkləridir. == Toponimiyası == Kəndin adı Oğuz türklərinin Əfşar boyunun Qırıxlı tayfasının adından gəlir. == İqtisadiyyat == Əhali əsasən əkinçilik, qoyunçuluq , maldarlıq və tərəvəzçiliklə məşğul olur. == Din == Kənddə Həzrət Fatiməyi-Zəhra adına məscid fəaliyyət göstərir.
Qızılhacılı (Sarvan)
Qızılhacılı və ya Aran Qızılhacılı — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Marneuli bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. == Coğrafi mövqe == Qızılhacılı kəndi Marneuli şəhərinin qərb hissədində, dəniz səviyyəsindən 400–420 metr yüksəklikdə yerləşir. Coğrafi cəhətdən rayonun Bala Muğanlı, Tamaris, Hallavar və Candar kəndləri ilə qonşudur. == Əhali == 2002-ci il siyahıyalamasının nəticələrinə əsasən Qızılhacılı kəndinin əhalisinin sayı 7124 nəfər (rayon əhalisinin 7,5%-i) olmuşdur ki, onlardan da 50,5%-i kişilər, 49,9%-i isə qadınlardır. Kənd əhalisinin 98%-i azərbaycanlılardan ibarətdir. Qızılhacılı əhalisinin sayına görə Sadaxlı kəndindən sonra Borçalının azərbaycanlılar yaşayan ən iri kəndi hesab olunur. == Təsərrüfatı == Kənd əhalisinin əsas məşğulluq sahəsi kənd təsərrüfatıdır. Faraş tərəvəzçilik və kartofçuluq kifayət qədər inkişaf etmişdir.
Sabir Sarvan
Məlikov Sabir Soltan oğlu — şair, tərcüməçi, Prezident təqaüdçüsü Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1996–2016-cı ilə qədər AYB Sumqayıt bölməsinin sədri vəzifəsində çalışmışdır. == Həyatı == Sabir Soltan oğlu Məlikov 1956-cı il mart ayının 5-də Ağsu rayonunun Pirhəsənli kəndində anadan olmuşdur. Əsil anası Cəmilə xanım olsa da, bir yaşından Sarvan kəndində yaşayan ana nənəsi Səkinə xanım övladlığa götürmüş, onun himayəsində böyüyüb, təlim-tərbiyə almışdır. 1971-ci ildə Sarvan kəndində səkkizillik məktəbi,1973-cü ildə isə Növcü kənd orta məktəbini bitirmişdir. 1977-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki mədəniyyət və İncəsənət Universiteti) Dram və kino aktyorluğu fakultəsinin bitirmişdir.1977-1980-ci illərdə N.Vəzirov adına Lənkəran Dövlət Dram teatrında, 1981-1987-ci illərdə isə Bakı Tədris Teatrında aktyor işləmişdir. Onun üçün Vətən məvfumu böyük məna kəsb etsə də, doğulduğu yurda, elə-obaya bağlılığı ilə də örnək idi. Hər dəfə Pirhəsənliyə yolu düşəndə ahıl insanlara, kimsəsizlərə baş çəkər, onlarla zarafatlaşar, dərd-sərini öyrənib, əlindən gələn köməyi edərdi. 2014-cü ildə Ağsu rayonunda, 2016-cı ildə Sumqayıt şəhərində, 2017-ci ilin fevral ayında AYB-nin “Natavan” klubunda 60 illik yubileyi geniş şəkildə qeyd olunmuşdur. 2017-ci il, fevral ayının 28-də onu çoxdan narahat edən kəskin ağrılar ucbatından Sumqayıt 1 saylı xəstəxanaya yerləşdirilmiş, lakin həkimlər Bakı şəhərində yerləşən “Neftçilər” xəstəxanasına yerləşdirməyi məsləhət görmüşlər. 2017-ci il mart ayının 14-də saat 03.
Sabirkənd (Sarvan)
Sabirkənd (gürc. საბირქენდი) — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.
Salam Sarvan
Salam Sarvan (1966, Astraxanbazar rayonu) — Azərbaycanlı yazıçı, şair. == Həyatı == Salam Sarvan - şair. 1966-cı ildə Cəlilabad rayonunda anadan olub. N.A.Voznesenski adına Leninqrad Mailiyə-iqtisad institutunu bitirib. Bakıda yaşayır. Ölkənin tanınmış media orqanlarında redaktor kimi çalışıb. Hazırda Dövlət Tərcümə Mərkəzinin "Xəzər" dünya ədəbiyyatı jurnalında Baş redaktor müavinidir. == Yaradıcılığı == "Sənə deyiləsi deyil sənə deyiləsi sözüm", "Mən gələr olmadım, yolu qarşıla", "Heykəl tənhalığı" adlı şeir kitablarının müəllifidir. Şeirləri ingilis, fransız, rus, türk, ukrayna, polyak, gürcü, özbək dillərinə tərcümə olunub.Azərbaycan Dövlət Tərcümə Mərkəzinin xətti ilə "Boğulmaq da olmur, dayazdır dünya" kitabı ukrayn dilində nəşr edilib.
Sarvan (Borçalı)
Marneuli (gürc. მარნეული; azərb. Sarvan‎) — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresində şəhər, Marneuli bələdiyyəsinin inzibati mərkəzi. 1929-cu ilədək Sarvan, Zaqafqaziyada ilk dəfə rayon inzibati-ərazi bölgüsü təsis edildikdən sonra isə 1947-ci ilə kimi Borçalı, 1947-ci ildən 1952-ci ilədək Sərvan, 1952-ci ildən sonra isə Marneuli adını daşımışdır. == Etimologiya == Sarvan Azərbaycan dilində "dəvəçi" deməkdir. Fars dilindən alınan sözün əsli "sərban" (fars. ساربان‎‎) olub, "dəvələrin hamisi" deməkdir. == Tarix == Marneuli 1964-cü ildə şəhər statusunu almışdır. İkinci dünya müharibəsinin başlanmasından az sonra 1941-ci ildə o vaxtlar kənd olan Marneuli yaxınlığında Sovet ordusunun hərbi Aerodromu tikilərək istifadəyə verilmişdir. Aerodromdakı təyyarələr Almaniya ordusuna qarşı bir sıra döyüşlərdə iştirak edirdi.
Sarvan (Marneuli)
Sarvan - Marneulidə azərbaycanlılar yaşayan kənd.
Sarvan (Salyan)
Sarvan — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. == Əhatə etdiyi kəndlər == Bəydili kəndi Dayıkənd kəndi == Din == Kənddə Sarvan kənd məscidi dini icması fəaliyyət göstərir. == Tanınmış şəxsiyyətləri == Qüdrət Səmədov — kolxoz sədri, sosialist əməyi qəhrəmanı.
Sarvan (kənd)
Sarvan - Marneulidə azərbaycanlılar yaşayan kənd.
Sarvan (Şabran)
Sarvan — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd.
Sarvan (şəhər)
Marneuli (gürc. მარნეული; azərb. Sarvan‎) — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresində şəhər, Marneuli bələdiyyəsinin inzibati mərkəzi. 1929-cu ilədək Sarvan, Zaqafqaziyada ilk dəfə rayon inzibati-ərazi bölgüsü təsis edildikdən sonra isə 1947-ci ilə kimi Borçalı, 1947-ci ildən 1952-ci ilədək Sərvan, 1952-ci ildən sonra isə Marneuli adını daşımışdır. == Etimologiya == Sarvan Azərbaycan dilində "dəvəçi" deməkdir. Fars dilindən alınan sözün əsli "sərban" (fars. ساربان‎‎) olub, "dəvələrin hamisi" deməkdir. == Tarix == Marneuli 1964-cü ildə şəhər statusunu almışdır. İkinci dünya müharibəsinin başlanmasından az sonra 1941-ci ildə o vaxtlar kənd olan Marneuli yaxınlığında Sovet ordusunun hərbi Aerodromu tikilərək istifadəyə verilmişdir. Aerodromdakı təyyarələr Almaniya ordusuna qarşı bir sıra döyüşlərdə iştirak edirdi.
Sarvan Mehralıyev
Sarvan Natiq oğlu Mehralıyev (8 iyul 1997, Ağdam rayonu – 2 aprel 2016, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib. == Həyatı == Əslən Xocalı rayonundan olan Sarvan Mehralıyev 1997-ci ilin 8 iyul günündə Ağdam rayonunun Ballar kəndində anadan olub. Sarvan Mehralıyev 2014-cü ildə Pirallahı rayonunda yerləşən 186 saylı tam orta məktəbi bitirib. == Hərbi xidməti == Əsgər Sarvan Mehralıyev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu. Aprelin 3-ü isə Sarvan Mehralıyev Ağdam rayonunun Üçoğlan kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Mehralıyev uğrunda şəhid olduğu torpağa tapşırıldı. Sarvan Mehralıyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edildi.
Sarvanlar (Ağcabədi)
Sarvanlar — Azərbaycan Respublikasının Ağcabədi rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Sarvanlar kəndi Ağcabədi rayonunda, rayon mərkəzindən 34 km məsafədə, Qarqar çayının sağ sahilində Qarabağ düzündə yerləşir. Sarvanlar kəndinin keçmiş adı Piyada Qurbanlı olub. Bu yaşayış məntəqəsi sarvançılıqla məşğul olmuş qurbanlı nəslinin burada məskunlaşması nəticəsində yarandığına görə belə adlanmışdır. Kəndin ərazisində vaxtilə karvanların və sarvanların düşərgəsi, dayanacaq yeri də olmuşdur. Burada içməli su olduğu üçün gələn karvanlar burada dayanıb dincələ̟rmişlər Sonralar camaat burada evlər tikmiş, kəndi Sarvan düşən adlandırmışlar. Sonralar kənd Sarvanlar adlandırılmışdır. Sarvanlar kəngərlərin bir qoludur. XIX əsrin ortalarına aid olan məlumata görə sarvanlar Şəki qəzasında köçərilik etmiş bir içma olmuşdur. Onlar qışı indiki kəndin yerləşdiyi yerdə ərəbşəki icması ilə bir yerdə keçirmiş, sonralar orada daimi yaşayış məntəqəsi salmışlar.
Sarvanlar (Zəngibasar)
Sarvanlar — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Zəngibasar (Masis) rayonunda kənd. == Etimologiyası == Toponim kəngərli qədim türk tayfasından olan sarvanlar etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. == Tarixi == Rayon mərkəzindən 6 km cənub-qərbdə, Araz çayının yaxınlığında yerləşir. Zəngibasar (Masis) rayonu təşkil edilənədək Vağarşabad (Eçmiədzin) rayonunun tərkibində olmuşdur. Kəndin ilk adı Ulya Sarvanlar olmuşdur. Qafqazın 5 verstlik xəritəsində də kəndin adı Sarvanlar ulya kimi göstərilir. Ermənistan prezidentinin 19 aprel 1991-ci il fərmanı ilə adı dəyişdirilib Sis qoyulmuşdur. == Əhalisi == Kənddə 1831-ci ildə 153 nəfər, 1873-cü ildə 970 nəfər, 1886-cı ildə 1024 nəfər, 1897-ci ildə 953 nəfər, 1904 - cü ildə 1465 nəfər, 1914-cü ildə 1910 nəfər, 1916-cı ildə 801 nəfər yalnız azərbaycanlı yaşamışdır.
Sarvanlar bələdiyyəsi
Ağcabədi bələdiyyələri — Ağcabədi rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Sarvanlar kəndi
Sarvanlar (Ağcabədi) — Azərbaycan Respublikasının Ağcabədi rayonunun inzibati ərazi vahidində kənd. Sarvanlar (Zəngibasar) — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Zəngibasar (Masis) rayonunda kənd.
Sarvanovski adası
Sarvanovski adası və ya Vunsuol (Şablon:Lang-sjd) — kola yarımadası ərtazisində yerləşən ada. İnzibati baxımından Rusiya Federasiyası, Murmansk vilayəti ərazisinə daxildir. Ada Umbozero gölündə yerləşir. Adanın sahəsi 2 km², maksimal hündürlüyü isə 198 metrdir. Ada yarımadanın mərkəsində yerləşən gölün cənub-şərqindədir. Kisa çayının mənsəbinə yaxın ərazidə, sahildən 180 m aralıdadır. Ada qərbdən şərqə doğru uzanır. Uzunluğu 4,15 km, eni isə qərbdə 2,3 km, mərkəzdə 700 m təşkil edir. Umbozeranın ən böyük adasıdır. Adanın qərbi təpəli, şərqi isə düzəndir.
Sarvantəpə yaşayış yeri
Sarvantəpə – Qazax rayonunun Çaylı kəndi ərazisində son tunc, ilk dəmir dövrünə aid olan qədim yaşayış yeri. == Tarixi == Qazaxın Çaylı kəndində son tunc, ilk dəmir dövrünə aid olan qədim yaşayış yeri aşkar edilmişdir. 2009-cu ildə Sarvantəpə adlanan ərazidə 1,5 hektarlıq tədqiqat sahəsinin 125 kv. metrində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi Şamil Nəcəfov tərəfindən qazıntılar aparılmışdır. Arxeoloji qazıntılar zamanı çıxarılan son tunc, ilk dəmir dövrünə xarakterik çiy kərpicdən və çay daşlarından inşa edilən tikili qalıqları, təsərrüfat küpləri, quyular, müxtəlif saxsı qablar, bəzək əşyaları, möhürlər, daş alətlər eramızdan əvvəl II minilliyin sonu I minilliyə aid edilir. Arxeoloqlar tapıntıların aşkar edildiyi ərazidə maldarlıq və əkinçiliyin geniş yayıldığını bildirir. Tapılan əşyalar belə deməyə əsas verir ki, burada həyat tərzi yüksək səviyyədə inkişaf edib. Arxeoloji ekspedisiyanın rəhbəri Şamil Nəcəfov dediyinə görə, Gəncə-Qazax zonası son tunc ilk dəmir dövrünə aid abidələrlə zəngindir. E.ə II minilliyin sonu, I minilliyin əvvəlinə aid bu zona üçün xas olan Xocalı-Gədəbəy qəbir abidələri yaşayış yerlərinə nisbətən daha çox öyrənilib. Qəbir abidələri həmin dövrün insanlarının dini dünya görüşləri, sənətkarlığı haqqında xeyli zəngin məlumatlar verir.

Digər lüğətlərdə

восстана́вливать гну́сный гуа́но коноплево́дство медве́дко отщипну́ть по-ра́чьему прозели́т тибе́тец убо́гонький хоро́мы безоши́бочно вдого́нку за до́йник опроки́д вяха деньги хартать markedly reluctate that is to say бессознательно моросить шпация экспонент