TƏBƏSSÜM

[ ər. ]
1. is. Gülümsəmə.
[Qocanın] sallaq iri dodaqlarında, yanları cizgilərlə bürüşmüş kiçik gözlərində, sümükləri qalxaq, ətli, qırmızı üzündə bir təbəssüm vardı. A.Şaiq.
Xanların istehzalı təbəssümü birdən yoxa çəkildi. M.Hüseyn.

□ Təbəssüm etmək (eyləmək) – gülümsəmək.
Könlün xoş isə təbəssüm eylə! Mehrin var isə tərəhhüm eylə! Füzuli.
Çün baxıb əhvalıma, etdi təbəssüm nazilən; Qönçeyi-baği-behişti gör nə xəndan eylədi. Heyran xanım.
2. Təbəssümlə şəklində zərf – gülümsəyəgülümsəyə, gülümsəyərək.
Qətibə başını qaldırıb, Səba xanımın üzünə baxıb təbəssümlə dedi. M.S.Ordubadi.

Синонимы

  • TƏBƏSSÜM TƏBƏSSÜM [Mahirənin] qaşqabağı sallanmışdı, dodaqlarını və gözlərini bəzəyən təbəssüm yox olmuşdu (Y
TƏBƏRZİN
TƏBİB

Значение слова в других словарях