TA

əd.
1. Bir şeyin başlandığı nöqtəni bildirir; lap (ondan sonrakı isim çıxışlıq halda olur).
…Dənizin ta göbəyindən qopub gələn dalğalar … gəmini bir top kimi atıb-tuturdu. A.Şaiq.
[Tahir] bəlkə də sərnişinlərin hamısından əvvəl pəncərəyə yanaşıb, ta uzaqlardan şəhərə baxırdı. M.Hüseyn.
İnad və qətiyyət ta uşaqlıqdan [Ərəblinskinin] qəlbinə hakim olmuşdu. S.Rəhman.

2. Bir işin həddini, qurtaracağını, sonunu bildirir (ondan sonrakı isim yönlük halda olur). Onu ta saat üçə qədər gözlədik. Küçənin ta axırına qədər yüyürdüm.
[Məlik Məmməd] ta sübhə kimi barmağının ağrısından yata bilmədi. Çəmənzəminli.
Məktəbin gen, hündür qapısından ta darvazaya qədər olan bir-iki yüz addımlıq ensiz xiyaban bir az kölgəlikdi. Ə.Əbülhəsən.
Qayanın altındakı uçurumdan çınqıl süzərək ta dərəyə qədər gedirdi. B.Bayramov.

3. Məqsəd bildirir – ta ki, madam ki.
Bahadır istədi ki, gizlənsin, ta qız onu görməyə. N.Nərimanov.

□ Ta ki – bax ta (3-cü mənada).
Ta ki mənzurun olubdur, Qövsi, ol qamət sənin; Yey gəlir min sərvdən bir misrəimövzun sənə. Q.Təbrizi.

4. Daha, bir də, artıq, bundan belə.
[Niyazalı:] Məni öldürmə, ta heç kəsnən işim olmaz. Qaçaq Nəbi”.

// Daha.
[Məşədi Ağakişi:] A balam, getmirsən getmə, ta yalan niyə deyirsən? C.Məmmədquluzadə.
[Hacı Mehdi:] İndi ta mən bir zad bilmirəm. Ə.Haqverdiyev.

T
TAAM
OBASTAN VİKİ
Ta' Qali
Ta' Qali — Maltada yerləşən kənd. İkinci Dünya Müharibəsi dövründə burada hərbi aerodrom yerləşirdi.
Ta-Dmeyrek
Ta-Dmeyrek (malta Ta' Dmejrek) — Malta dövlətinin ən hündür nöqtəsi. Hündürlüyü 253 metrdir. Faktiki olaraq Dinqli təpələrinin ən hüdür nöqtəsidir. Burada Dinqli kəndi yerləşir. Zirvə Malta adasının cənub-qərbiundə yerləşir. == Tarixi == İlk əvvəllər Maltanın ən hündür nöqtəsi Dinqli kəndindən qərbdə yerləşən 232 metrlik zirvə hesab edilirdi. Sonradan isə bu zirvədən cənub-şərqdə yerləşən 235 metrlik zirvə olur. Bir müddət sonra 241 metr hündülüyə malik Maqdalena kapellası təyin edilir. Ta-Dmeyrek Maltanın ən hündür təbii zirvəsi olaraq təsdiq edilmişdir. == İstinadlar == == Mənbə == "Ta' Dmejrek" (ingilis).
Ta-Seti
Ta-Seti (transkripsiyası Ta-kens, q.misir tȝ-stj; mənası: "Ox (silah) ölkəsi", "Satis (mineral) ölkəsi", "Satis (tanrıça) ölkəsi", "Əyrilmiş"). Yuxarı Misirin e.ə. XXIII-XXII əsrlərində yaranmış Nil çayı boyu yerləşən ən cənub vilayəti. Yunan-Roma dövründə Ombos ya Kom-Ombo nomu ,(lat. Nomos Ombites) adlandırılırdı. Nomlar misirşünaslar tərəfindən nömrələrlə təsnif olunduğuna görə Yuxarı Misirin birinci (I) nomu sayılır. Sülalə öncəsi dövrdə (e.ə. III minillikdə) vilayət Aşağı Nubiya, Sülalələr dövrü isə Elefantina kimi tanınırdı.
1 mətbuat konfransının tarixi (film, 2015)
1 mətbuat konfransının tarixi — qısametrajlı sənədli film. Film Qulp studioda istehsal edilmişdir. Film tariximizdə önəm daşıyan bir mətbuat konfransından bəhs edir. 1990-cı il 20 yanvar faciəsindən bir gün sonra o vaxtlar Moskvada yaşayan Heydər Əliyev Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək Rusiya rəhbərliyini bu faciənin baş verməsində ittiham etdi. Məhz bu tarixi mətbuat konfransı şahidlərin xatirələri ilə filmin əsasını təşkil edir. == Məzmun == 1990-cı il 20 yanvar faciəsindən bir gün sonra o vaxtlar Moskvada yaşayan Heydər Əliyev Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək Rusiya rəhbərliyini bu faciənin baş verməsində ittiham etdi. Məhz bu tarixi mətbuat konfransı şahidlərin xatirələri ilə filmin əsasını təşkil edir. 1990-cı il yanvar ayının 19-dan 20-ə keçən gecə Bakıya qoşun yeridiləndə həmin anların dəhşətini Moskvada yaşayan və təhsil alan azərbaycanlılar da yaşadı. Onlar dərhal Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək nümayəndəliyin qapısını sındırıb içəri girdilər. Azərbaycanlı həmvətənlər tanıdıqları bütün qurumlara bu hadisə barədə məlumat verməyə başladılar.
2014 Taekvando üzrə Avropa Çempionatı
2017 Dünya Taekvondo Çempionatı
2017 Dünya Taekvondo Çempionatı — 24 – 30 iyun 2017-ci il tarixləri aralığında Cənubi Koreyanın Muju şəhərində baş tutan 23-cü Dünya Taekvondo Çempionatıdır.
5-ci tank ordusu (SSRİ)
5-ci tank ordusu — SSRI SQ-nin tərkibində hərbi əməliyyat birliyi. == 1-ci formalaşması tarixi == 5-ci tank ordusunun 1-ci formalaşması Ali Baş Komandanlığının 25 may 1942-ci direktivinə əsasən, 5 iyun 1942-ci ildə formalaşmışdır. Onun tərkibinə 2-ci və 11-ci tank korpusları, 340-cı atıcı diviziya, 19-cu ayrı tank briqadası, 66-cı qvardiya minamyot polku, AEH-nin 661-ci yüngül artilleriya polku, ayrı rabitə batalyonu, ayrı zenit diviziyası, ordu qərərgahının mühafizə bölüyü daxil idi. İyulun əvvəlində onu 7-ci tank korpusu ilə gücləndirdilər. == Döyüşlərdə iştirakı == 16 iyun 1942-ci ildə ordu Bryansk cəbhəsinin tərkibinə qatıldı.5 iyulda o Voronej-Voroshilovgrad strateji müdafiə əməliyyatında (28 iyun-24 iyul) iştirak etdi və əməliyyatın gedişatında düşmənin şimal birləşməsinə güclü zərbə endirdi. 15 iyul 1942-ci il Ali Baş Komandanlığının № 170511 Direktivinə əsasən 17 iyul 1942-ci ildə dağıdılmış ordunu Ali Baş Komandanlığın ehtiyyatına göndərildi. == 2-ci formalaşması tarixi == 5-ci tank ordusunun 2-ci formalaşması Ali Baş Komandanlığının 30 avqust 1942-ci Direktivinə əsasən, 3 sentyabr 1942-ci ildə formalaşmışdır AEH-nən yaradıldı. Onun tərkibinə 1-ci, 2-ci, 26-cı tank korpusları, 119-cu atıcı diviziya və bir neçə ayrı birləşmələr daxil idi. == Döyüşlərdə iştirakı == 22 sentyabr 1942-ci ildə ordu Bryansk cəbhəsinin tərkibinə qatılmışdır,26 dekarbda 2-ci dəfə formalaşmış Cənub-Qərb cəbhəsinin tabeçiliyinə verilib və onun tərkibində Stalinqrad döyüşündə (17 iyul 1942 - 2 fevral 1943) iştirak edib. 1943-cü ilin yanvar-fevral aylarında Donbass istiqaməti tərəfinə irəliləyərək, ordunun hissələri Morozovsk (5 yanvar), Taçinski (15 yanvar), Kamensk-Şaaxtinski (13 fevral), Krasnı Sulin (14 fevral) şəhərlərin azad edilməsində iştirak etmişlər.
6-cı tank ordusu (SSRİ)
6-cı tank qvardiya ordusu — SSRİ Ali Baş Komandanlığının 20 yanvar 1944-cü il № 302001 sərəncamına əsasən, 5-ci qvardiya tank və 5-ci mexanikləşdirilmiş korpus əsasında 25 yanvar 1944-cü ildə 1-ci Ukrayna cəbhəsinin tərkibində yaradılmış ordu. == Döyüşlərdə iştirakı == Korsun-Şevçenkov (24 yanvar-17 fevral 1944) hücum əməliyyatında iştirak etmişdir. 22 fevralda 2-ci Ukrayna cəbhəsinin tərkibinə verilmişdir və onun tərkibində mart-aprel aylarında Umman-Botoşan (5 mart-17 aprel) əməliyyatında iştirak etmişdir. Yassı-Kişinyov strateji əməliyyatda (20-29 avqust 1944) 6-ci tank ordusunun fəallığı əməliyyatda böyük rol oynadı. Əməliyyat günü 6-cı tank ordusunun hissə və birləşmələri irəli atılması uğurla Buxarest istiqamətində hücum yaratdılar. Bu hücumun nəticəsində Vasluy, Bırlad, Fokşanı, Rımnikul-Serat, Buzeu və Ploeşti şəhərlərini ələ keçirtdilər. 31 avqusda 5-ci mexanikləşdirilmiş korpus 18-ci tank korpusu və 53-cü ordunun digər birləşmələri ilə birlikdə Rumıniyanın paytaxtı Buxarest şəhərinə daxil oldular. Sentyabrın əvvəlində 1944-cü ildə 6-cı tank ordusu qərbə yönəlib Alp dağlarını dəf edib, Kluj şəhərinə istiqamətdə hücumu inkişaf etdirdilər. 12 sentyabr 1944-cü ildə Vətən uğrunda döyüşlərdə şəxsi heyətinin görsətdiyi cəsarət və qəhrəmanlıqlarına görə 6-cı tank ordusu 6-cı tank qvardiya ordusuna çevrilmişdir.
6-cı tank qvardiya ordusu
6-cı tank qvardiya ordusu — SSRİ Ali Baş Komandanlığının 20 yanvar 1944-cü il № 302001 sərəncamına əsasən, 5-ci qvardiya tank və 5-ci mexanikləşdirilmiş korpus əsasında 25 yanvar 1944-cü ildə 1-ci Ukrayna cəbhəsinin tərkibində yaradılmış ordu. == Döyüşlərdə iştirakı == Korsun-Şevçenkov (24 yanvar-17 fevral 1944) hücum əməliyyatında iştirak etmişdir. 22 fevralda 2-ci Ukrayna cəbhəsinin tərkibinə verilmişdir və onun tərkibində mart-aprel aylarında Umman-Botoşan (5 mart-17 aprel) əməliyyatında iştirak etmişdir. Yassı-Kişinyov strateji əməliyyatda (20-29 avqust 1944) 6-ci tank ordusunun fəallığı əməliyyatda böyük rol oynadı. Əməliyyat günü 6-cı tank ordusunun hissə və birləşmələri irəli atılması uğurla Buxarest istiqamətində hücum yaratdılar. Bu hücumun nəticəsində Vasluy, Bırlad, Fokşanı, Rımnikul-Serat, Buzeu və Ploeşti şəhərlərini ələ keçirtdilər. 31 avqusda 5-ci mexanikləşdirilmiş korpus 18-ci tank korpusu və 53-cü ordunun digər birləşmələri ilə birlikdə Rumıniyanın paytaxtı Buxarest şəhərinə daxil oldular. Sentyabrın əvvəlində 1944-cü ildə 6-cı tank ordusu qərbə yönəlib Alp dağlarını dəf edib, Kluj şəhərinə istiqamətdə hücumu inkişaf etdirdilər. 12 sentyabr 1944-cü ildə Vətən uğrunda döyüşlərdə şəxsi heyətinin görsətdiyi cəsarət və qəhrəmanlıqlarına görə 6-cı tank ordusu 6-cı tank qvardiya ordusuna çevrilmişdir.
ABŞ iqtisadiyyatının tarixi
ABŞ iqtisadiyyatının tarixi 16, 17, 18-ci əsrlərdə Şimali Amerikanın kolonizasiyası ilə başlayır. İkinci dərəcəli rol oynayan kolonial iqtisadiyyatlar bir müddət sonra 13 müstəqil fermer iqtisadiyyatlarına çevrilirlər. 1776-cı ildə isə birləşərək Amerika Birləşmiş Ştatlarını yaradırlar. Hal-hazırda ABŞ iqtisadiyyatı nəhəng, sənayələşmiş, inteqrasiya olunmuş iqtisadiyyata çevrilmişdir. ABŞ iqtisadiyyatı dünya iqtisadiyyatının təxminən 25 faizini təşkil edir. Bu inkişafın əsas səbəbləri böyük vahid bazar, inkişafa təkan verən siyasi-hüquqi sistem, yüksəl məhsuldarlı böyük əkinçilik sahələri, zəngin təbii sərvətlər (xüsusən ağac, kömür, dəmir, və neft), sahibkarlıq ruhu və material və insan resurslarına investisiya yatırımıdır. ABŞ iqtisadiyyatında olan yüksək əmək haqqı milyonlarla miqrantı cəlb edir. ABŞ iqtisadiyyatının inkişafında texnoloji və sənayə amilləri böyük rol oynamışdır. == Kolonizasiyadan əvvəl == 1492-ci ildə Xristofor Kolumb İspan bayrağı altında üzərək Asiyaya yol tapmaq əvəzinə "Yeni dünya"nı kəşf edir. Növbəti 100 ildə qızıl, var-dövlət, şan-şöhrət tapmaq və imperiyaçılıq məqsədi ilə ingilis, ispan, portuqal, holland və fransız tədqiqatçıları "Yeni dünya"ya yollanırlar.
ABŞ tarixi
ABŞ tarixi Şimali Amerikada yaradılan dövlətin, keçdiyi tarixdir. == İlk amerikalılar == Miladdan əvvəl 34-cü minilliklə 30-cu minilliklər arasında buz dövrünün ən yüksək çağlarında dünya sularının çoxu kontinental buz qatından ibarət idi. Bunun nəticəsi olaraq, Berinq dənizi cari səviyyəsindən yüzlərlə metr aşağı idi və Asiya ilə Şimali Amerika arasında Berinqiya adlı torpaq körpü var idi. Güman olunur ki, ən yüksək zirvə dövründə, Berinqiyanın 1500 kilometrə yaxın sahəsi var imiş. Nəm və ağacsız tundra olan bu sahə otlarla və bitkilərlə örtüldüyü üçün qədim dövrün adamları yaşamaq üçün ovladıqları iri heyvanları özünə cəlb edirmiş. Şimali Amerikaya gəlib çıxan ilk insanlar, demək olar ki, özləri də yeni qitəyə keçdiklərini bilməmişdilər. Min illər əvvəl onların əcdadları kimi, onlar da Sibir sahilləri boyu və daha sonra torpaq körpüdən keçərək, quş ovlamaqla məşğul olmuşlar. Alyaskadakı Şimali Amerika sakinləri min illər əvvəl böyük buzlaqlardan keçərək, indi Amerika Birləşmiş Ştatları adlanan yerə Cənuba yol açmışlar. Şimali Amerikada erkən həyat olduğunu təsdiq edən dəlillər tapılmaqda davam edir. Lakin Miladdan 12 min il əvvəl olan dəlillərin çox azına etibar etmək olar; məsələn, Şimali Amerikada bir qədər əvvəl tapılmış olan ovçu bərəsi də, demək olar ki, öz tarixini bu dövrdən götürür.
ABŞ tarixi (1776–1789)
1776–1789-cu illər arasındakı Amerika inqilabı nəticəsində on üç ingilis kaloniyası yeni bir müstəqil dövlətə — Amerika Birləşmiş Ştatlarına çevrildi. Amerika İstiqlal müharibəsində döyüşlər 1775-ci ildə müstəmləkə milisləri ilə ingilis ordusu arasında başladı. İkinci Kontinental Konqres 4 iyul 1776-cı ildə istiqlal bəyannaməsi qəbul etdi. Konfederasiya Konqresi yaratmaq üçün 1781-ci ildə Konfederasiyanın Maddələri təsdiq edildi. General Corc Vaşinqtonun rəhbərliyi altında Kontinental Ordu və Kontinental Donanma on üç koloniyanın müstəqilliyini təmin edərək ingilis hərbçilərini məğlub etdi. Konfederasiya dövrü, ştatların Konfederasiya Maddələrini, ABŞ-ın hakim qanunu olaraq qalan ABŞ Konstitusiyası ilə əvəz olunduğu 1789-cu ilə qədər davam etdi. 1780-ci illər İnqilab Müharibəsi zamanı yaranan borclar, konqresin vergiləri ala bilməməsi və kontinental dolların əhəmiyyətli dərəcədə inflyasiyası səbəbindən ABŞ üçün iqtisadi tənəzzülə səbəb oldu. "Political Essays" və "Common Sense" kimi siyasi esselər Amerika mədəniyyətinə və ictimai rəyə böyük təsir göstərdi. Şimal-qərb ərazisi 1787-ci ildə ilk federal bölgə olaraq yaradıldı və bu ərazidə sərhəd mübahisəsi Şimal-Qərbi İndiana müharibəsinə qədər genişlənən basqınlara səbəb oldu. İnqilab və Konfederasiya dövrü Amerika Maarifçiliyinə, Maarifçilik Çağı ideyalarının populyarlaşdığı və elmi tərəqqini təşviq etdiyi bir dövrə düşür.
ABŞ tarixi (1776–89)
1776–1789-cu illər arasındakı Amerika inqilabı nəticəsində on üç ingilis kaloniyası yeni bir müstəqil dövlətə — Amerika Birləşmiş Ştatlarına çevrildi. Amerika İstiqlal müharibəsində döyüşlər 1775-ci ildə müstəmləkə milisləri ilə ingilis ordusu arasında başladı. İkinci Kontinental Konqres 4 iyul 1776-cı ildə istiqlal bəyannaməsi qəbul etdi. Konfederasiya Konqresi yaratmaq üçün 1781-ci ildə Konfederasiyanın Maddələri təsdiq edildi. General Corc Vaşinqtonun rəhbərliyi altında Kontinental Ordu və Kontinental Donanma on üç koloniyanın müstəqilliyini təmin edərək ingilis hərbçilərini məğlub etdi. Konfederasiya dövrü, ştatların Konfederasiya Maddələrini, ABŞ-ın hakim qanunu olaraq qalan ABŞ Konstitusiyası ilə əvəz olunduğu 1789-cu ilə qədər davam etdi. 1780-ci illər İnqilab Müharibəsi zamanı yaranan borclar, konqresin vergiləri ala bilməməsi və kontinental dolların əhəmiyyətli dərəcədə inflyasiyası səbəbindən ABŞ üçün iqtisadi tənəzzülə səbəb oldu. "Political Essays" və "Common Sense" kimi siyasi esselər Amerika mədəniyyətinə və ictimai rəyə böyük təsir göstərdi. Şimal-qərb ərazisi 1787-ci ildə ilk federal bölgə olaraq yaradıldı və bu ərazidə sərhəd mübahisəsi Şimal-Qərbi İndiana müharibəsinə qədər genişlənən basqınlara səbəb oldu. İnqilab və Konfederasiya dövrü Amerika Maarifçiliyinə, Maarifçilik Çağı ideyalarının populyarlaşdığı və elmi tərəqqini təşviq etdiyi bir dövrə düşür.
AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu
Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının elmi müəssisəsi. == Tarixi == Azərbaycan tarixinin kompleks şəkildə araşdırılmasına və tarixi tədqiqatların məqsədyönlü surətdə təşkilatlandırılması işinə hələ 1923-cü ildə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılması ilə başlanılmışdır. Bununla, əslində, Azərbaycan tarixi problemlərinin elmi surətdə araşdırılması və ümumiləşdirilməsi işini həyata keçirə biləcək akademik elmi-tədqiqat institutunun – bugünkü Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun özülü qoyulmuşdur. Elmi-tədqiqat işlərinin xeyli genişlənməsi nəticəsində 1929-cu ildə həmin cəmiyyətin bazasında yaradılan Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunun tərkibində Tarix və Etnoqrafiya şöbəsi yaradılmışdır. 1932-ci ildə həmin İnstitut SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan Sektorunun tərkibinə daxil edilmişdir. 1935-ci ildə bu sektorun bazasında SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialı nəzdində müstəqil Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutu yaradılması barədə qərar qəbul olunmuşdur. İnstitut 1936-cı ildən fəaliyyətə başlamışdır. SSRİ Elmlər Akademiyası Azərbaycan Filialı tərkibində Tarix İnstitutu ayrıca bir elmi-tədqiqat müəssisəsi kimi 1940-cı ildən fəaliyyətə başlamışdır. 1945-ci ildə Azərbaycan SSR EA təşkil olunarkən Tarix İnstitutu müstəqil elmi müəssisə kimi onun tərkibinə daxil edilmişdir. Sonradan 1951-ci ildə Tarix İnstitutu Azərbaycan SSR Elmlər Akademiyası Tarix və Fəlsəfə İnstitutuna çevrilmiş və 1956-cı ildə Azərbaycan EA Rəyasət Heyəti yanında Fəlsəfə sektoru yaradıldıqdan sonra yenidən əvvəlki adı ilə müstəqil institut kimi fəaliyyət göstərməyə başlamışdır.
AMEA Elm Tarixi İnstitutu
Elm Tarixi İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının İctimai Elmlər Bölməsinin tərkibində fəaliyyət göstərən elmi-tədqiqat institutudur. == Tarixi == AMEA Elm Tarixi İnstitutu AMEA Rəyasət Heyətinin 27 fevral 2014-cü il tarixli, 8/19 saylı Qərarına əsasən yaradılmışdır.İnstitutun direktoru tarix elmləri doktoru, professor Məryəm Seyidbəylidir. == Stukturu == Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 noyabr 2015-ci il tarixli, 363 saylı "Azərbaycan Milli Elmlər Akademiyasının strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi haqqında" Qərarına müvafiq olaraq, Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 25 may 2016-cı il tarixli, 8/3 saylı Qərarına əsasən İnstitutun strukturu təsdiq edilmişdir. === Şöbələr === "Təbiət və dəqiq elmlər tarixi" şöbəsiƏsas fəaliyyət istiqamətləri: təbiət, dəqiq və texniki elmlərin inkişaf mərhələləri; qədim sivilizasiyalarda elmi və texniki inkişaf; Antik dövrdə elm və texnika; orta əsr müsəlman Şərqində elmi–texniki biliklər və nailiyyətlər; XIX–XXI əsrlərdə elmi fənlərin və texnikanın inkişaf istiqamətləri; elm və texnikanın prioritet istiqamətləri. "Elm tarixinin nəzəri və metodoloji problemləri" şöbəsiƏsas fəaliyyət istiqamətləri: elm tarixinin nəzəri və metodoloji problemlərinin işlənib hazırlanması; elmşünaslıq üzrə tədqiqatların metodologiyası; elmi-tarixi faktların fəlsəfi idrakı və ictimailəşdirilməsi; elm və texnika tarixinin araşdırılmasının digər innovativ metodları. "Elmşünaslıq və elmin sosial problemləri" şöbəsiƏsas fəaliyyət istiqamətləri: elmşünaslıq tarixi elmi tədqiqatların istiqaməti kimi; müxtəlif mədəniyyət və tarixi dövrlərdə elmi-texniki biliklər; elm və cəmiyyət imicinin sosial-psixoloji analizi; elmi yaradıcılıq motivasiyası; elmi kollektivlər və onlara rəhbərlik; elm və texnika tarixinin öyrənilməsində sosial, fəlsəfi və statistik tədqiqat üsulları; Azərbaycanda elmi kadrların dinamikası, elmi miqrasiya; elmi potensialın və elmi fəaliyyətin qiymətləndirilməsi; elmi tədqiqatların nəticələrinin səviyyə və keyfiyyət indikatorları (elmmetriya); elmin iqtisadiyyatı; alimin peşəkar cavabdehliyi və etikası; elm siyasəti, elmi və texniki inkişafın planlaşdırılması və proqnozlaşdırılması. "Tarixşünaslıq və mənbəşünaslıq" şöbəsiƏsas fəaliyyət istiqamətləri: Azərbaycan tarixşünas və mənbəşünas alimlərinin bioqrafiya və mətnlər külliyyatının yaradılması və öyrənilməsi; Azərbaycanın elm və texnika tarixi mənbəşünaslığının biblioqrafik və arxiv kataloqunun yaradılması; Azərbaycanın elm və texnika mənbəşünaslığı və tarixşünaslığı qədim dövrlərdən müasir günümüzədək. == Fəaliyyət istiqamətləri == Elm Tarixi İnstitutunda aparılmış tədqiqatlar öz əksini onun əsas fəaliyyət istiqamətlərində tapmışdır. Elm, texnikanın, onların əsas sahələri və problemlərinin tarixi; Azərbaycan Milli Elmlər Akademiyasının və elmi müəssisələrin tarixi; Cəmiyyətdə elmin təkamülü; Elmşünaslıq; Elm və texnika tarixinin mənbəşünaslığı və tarixşünaslığı; Elm və texnika tarixinin öyrənilməsinin yeni metodlarının inkişafı; Elm və texnika sahəsində maarifçilik fəaliyyəti; Elmi-maarifçilik fəaliyyəti (elmin populyarlaşdırılması); Elm və texnika abidələri.
AMEA Həsən bəy Zərdabi adına Təbiət Tarixi Muzeyi
Həsən bəy Zərdabi adına Təbiət Tarixi Muzeyi — 1930-cu ildə yaradılmış Həsən bəy Zərdabi adına Təbiət Tarixi Muzeyi. Muzey 1930-cu ildə Azərbaycan Dövlət Muzeyinin biologiya şöbəsi əsasında yaradılmışdır və 1945-ci ildən Azərbaycan SSR EA (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Geologiya İnstitutunun tərkibindədir. Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya institutuna mənsub muzey. Muzey Azərbaycanın görkəmli ziyalısı Həsən bəy Zərdabinin adını daşıyır. == Məzmun == Zərdabi adına Təbiət Tarixi Muzeyi ekspozisiyasında Azərbaycanın zəngin təbii sərvətləri əks etdirilmişdir. Muzey zoologiya, paleontologiya və geologiya bölmələrindən ibarətdir. Zooloji bölmə faunanın onurğasızları və onurğalılarından (balıqlar, suda və quruda yaşayanlar, sürünənlər, quşlar, məməlilər) ibarətdir. Paleontologiya bölməsinin böyük marağa səbəb olması onunla izah olunur ki, burada nadir eksponatlar yerləşir (Binəqədi qır gölündən tapılmış onurğalı heyvanların skeletlərinin qalıqları). Geoloji bölmədə isə Azərbaycanın faydalı qazıntıları nümayiş etdirilir (minerallar, filiz, faydalı qazıntılar)., == Muzey ekspozisiyası == 1944-cü ildə muzeyə Həsən bəy Zərdabinin adı verilmişdir. Muzey 2 əsas şöbədən geologiya və zoologiya şöbələrindən ibarətdir.
AMEA Milli Azərbaycan Tarixi Muzeyi
Milli Azərbaycan Tarixi Muzeyi — Bakıda yerləşən elmi tədqiqat müəssisəsi. Azərbaycanda fəaliyyət göstərən muzeylərdən biridir. Azərbaycan tarixinə və mədəniyyətinə aid materialların toplanması, tədqiqi, elmi fondlarda qorunması, ekspozisiyada və sərgilərdə nümayiş etdirilməsi ilə məşğul olur. === Muzeyin Tarixi === 1920-ci ilin iyun ayında Azərbaycan SSR Xalq Maarif Komissarlığının məktəbdənkənar işlər şöbəsində yaradılmış "Muzekskurs" yarımşöbəsinin nəzdində az sonra "Doğma diyarın tədris muzeyi – İstiqlal" təşkil edildi. Artıq iyul ayından məşhur neft sahibkarı və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin yaşayış mülkündə yerləşdirilmiş bu muzey həmin ilin oktyabr ayının 25-dən Azərbaycan SSR Dövlət Muzeyi adı ilə işləməyə başlamış, 1921-ci ilin may ayından ilk tamaşaçılarını qəbul etmişdir.Yarandığı ilk dövrdə muzeydə tarix, arxeologiya və etnoqrafiya, botanika və zoologiya, minerologiya və geologiya, təsviri incəsənət və bədii sənət, xalq təhsili, köməkçi tədris müəssisələri şöbələri, eləcə də Azərbaycan Doğma Diyarın Tədqiqi Cəmiyyəti və Qədim abidələrin mühafizəsi komissiyası fəaliyyət göstərirdi. 1923-cü ildə yaradılan və muzeylə sıx əlaqədə fəaliyyət göstərən Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti muzeyin tərkibindəki cəmiyyət və komissiyanı özündə cəmləşdirdi. 1925-ci ildə XMK Kollegiyasının təsdiq etdiyi Azərbaycan Dövlət Muzeyinin "Əsasnamə"sinə görə Muzeyin strukturunda edilən dəyişiklik əsasında tarix-etnoqrafiya, incəsənət, biologiya, geologiya şöbələri və Qafqaza və Şərqə dair kitabları əhatə edən zəngin kitabxana fəaliyyətini davam etdirdi. Sonrakı illər dövrün tələbinə uyğun olaraq muzeydə dəfələrlə struktur dəyişikliyi edildi. 30-cu illərin ortalarında böyüməkdə olan nəslin siyasi-tərbiyə məsələlərinə qarşı diqqətin artması, muzey ekspozisiyalarında sosialist cəmiyyətinin üstünlüklərini nümayiş etdirməyin vacibliyinə dair partiya və hökumətin tələbləri tarixin öyrənilməsi və təbliğini günün əsas məsələlərindən biri etdi. Məktəblərdə tarixin tədrisinə artırılan diqqət yeni tarix və tarix-diyarşünaslıq muzeylərinin yaranması ilə müşayiət olundu.
AMEA Tarix İnstitutu
Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının elmi müəssisəsi. == Tarixi == Azərbaycan tarixinin kompleks şəkildə araşdırılmasına və tarixi tədqiqatların məqsədyönlü surətdə təşkilatlandırılması işinə hələ 1923-cü ildə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılması ilə başlanılmışdır. Bununla, əslində, Azərbaycan tarixi problemlərinin elmi surətdə araşdırılması və ümumiləşdirilməsi işini həyata keçirə biləcək akademik elmi-tədqiqat institutunun – bugünkü Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun özülü qoyulmuşdur. Elmi-tədqiqat işlərinin xeyli genişlənməsi nəticəsində 1929-cu ildə həmin cəmiyyətin bazasında yaradılan Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunun tərkibində Tarix və Etnoqrafiya şöbəsi yaradılmışdır. 1932-ci ildə həmin İnstitut SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan Sektorunun tərkibinə daxil edilmişdir. 1935-ci ildə bu sektorun bazasında SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialı nəzdində müstəqil Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutu yaradılması barədə qərar qəbul olunmuşdur. İnstitut 1936-cı ildən fəaliyyətə başlamışdır. SSRİ Elmlər Akademiyası Azərbaycan Filialı tərkibində Tarix İnstitutu ayrıca bir elmi-tədqiqat müəssisəsi kimi 1940-cı ildən fəaliyyətə başlamışdır. 1945-ci ildə Azərbaycan SSR EA təşkil olunarkən Tarix İnstitutu müstəqil elmi müəssisə kimi onun tərkibinə daxil edilmişdir. Sonradan 1951-ci ildə Tarix İnstitutu Azərbaycan SSR Elmlər Akademiyası Tarix və Fəlsəfə İnstitutuna çevrilmiş və 1956-cı ildə Azərbaycan EA Rəyasət Heyəti yanında Fəlsəfə sektoru yaradıldıqdan sonra yenidən əvvəlki adı ilə müstəqil institut kimi fəaliyyət göstərməyə başlamışdır.
Abdulla Battal Taymas
Abdulla Battal Taymas (1883-1969) — Kazan türklərinin liderlərindəndir. 1925-ci ildə Türkiyəyə gedib. 1927-ci ildə Mətbuat Ümumi müdirliyində rusca tərcüməçi olaraq çalışıb. Qəzet və jurnallarda Kazan Türkləri və digər tarixi mövzularda çoxlu sayda məqalələr, əsərlər yazıb çap etdirb. Məhəmməd Əmin Rəsulzadə ilə yaxın dostluq münasibətində olub.
Abdulla Tahirzadə
Abdulla Mahmud oğlu Tahirzadə (19 yanvar 1896, Vartaşen, Nuxa qəzası – 2 noyabr 1978, Bakı) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. == Həyatı == Abdulla Tahirzadə 19 yanvar 1896-cı ildə Şəki qəzasının Xaçmaz mahalında anadan olmuşdur. İlk təhsilini Ağdaşda alan Tahirzadə orta təhsilini İstanbulda xeyriyyə məktəbində davam etdirmişdir. Daha sonra o, parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini davam etdirmək üçün İstanbul Universitetinə (Türkiyə) göndərilmişdir. Orada Ali İqtisad Məktəbində və İstanbul Universitetinin Riyaziyyat fakültəsində təhsil almışdır. 1923-cü ildə vətənə qayıdan Abdulla Tahirzadə Azərbaycanın orta ixtisas və ali məktəblərində müəllim kimi fəaliyyət göstərmişdir. == Repressiya dövrü == Abdulla Tahirzadə 1949-cu ildə repressiyaya məruz qalmışdır. O, 1949-cu ilin may ayında Xüsusi Müşavirənin qərarı ilə yalançı ittihamlarla həbs edilərək Orta Asiyaya sürgünə göndərilmişdir. Beş il müddətinə islah-əmək düşərgəsində sürgündə olan Abdulla Tahirzadə 1953-cü ildə azad edilmişdir. O, iki il Cambulda (Qazaxıstan) müəllim işləmişdir.
Abdulla Tağızadə
Abdulla Məmməd oğlu Tağızadə (1897, Yelizavetpol, Yelizavetpol qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 12 yanvar 1938, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan dilçisi, SSRİ Elmlər Akademiyası Azərbaycan filialının elmi işçisi və APİ-nin dilçilik kafedrasının müdiri. Azərbaycan orfoqrafiyası və terminologiyası sahəsində tanınmış mütəxəssislərdən biri və Azərbaycandakı əlifba hərəkatının fəal üzvlərindən biri olmuşdur. Böyük təmizləmə zamanı öldürülüb. == Təhsili == İlk təhsilini məhəllədəki ibtidai məktəbdə alan Abdulla, daha sonra Gəncə gimnaziyasında oxuyub. O, 1916-cı ildə gimnaziyanı uğurla başa vurub və Moskva Universitetinin hüquq fakültəsinə daxil olub. Bir il sonra Rusiyanı bürümüş inqilab dalğası səbəbiylə Gəncəyə geri dönmüşdür. Abdulla Tağızadə, Maarif Komissarlığının sərəncamı ilə 1924-cü ildə Leninqrad şəhərindəki Şərq Dilləri İnstituna oxumağa göndərilir. O, həm də Leninqrad Dövlət Universitetinin dil və mədəniyyət fakültəsinə daxil olur. Burada professor A. N. Samoyloviçlə dostluq edən Abdulla 1925-ci ildə Leninqradda Bəkir Çobanzadə ilə tanış olur. Bu tanışlıq sonralar onlar arasında möhkəm dostluğa çevrilir.
Abdulla ibn Əli ibn Əbu Talib
Abdullah ibn Əli ibn Əbu Talib (ərəb. عَبْد ٱللَّٰه ٱبْن عَلِيّ ٱبْن أَبِي طَالِب‎; 647) — 680-ci ildə Əlinin Kərbəlada öldürülən oğullarından biri idi və o, Kərbəla döyüşünün şəhidlərindən sayılır. Abdullah da Həzəmin qızı Ümmül-Banunun dörd oğlu arasındadır. == Kərbəla döyüşü == Tarixçilər Abdullah ibn Əli ibn Əbi Talib haqqında yazırlar ki, Aşura günü Hüseyn ibn Əlinin səhabələri və ailəsinin bir çoxu öldürüldükdə, Abbas ibn Əli qardaşlarını yaşlarına görə çağırıb onlara döyüş meydanında hücuma keçməyi əmr etdi. Abdullah ibn Əli Ömər ibn Sədin ordusu ilə döyüşmək üçün çağırılan ilk şəxs idi. Abbas ona dedi:"Ey qardaşım, sən əvvəlcə döyüş meydanına get, çünki övladın yoxdur (uşaq(lar)a üzülmək üçün). Sənin Allah yolunda şəhid olmağını, şəhadətində səbirli olmağını istəyirəm".Abdullah döyüş meydanına getdi və dastan(lar) oxudu. Sonra qılıncını vuraraq döyüş meydanına çıxdı. Nəhayət, Hani ibn Sabit ona hücum etdi və Abdullahın başına vuraraq onu öldürdü. Onun iyirmi beş yaşı var idi.
Abdullah ibn Tahir
Abdullah ibn Tahir (ərəb. عبد الله بن طاهر الخراساني‎; 790-840) — Tahirilər sülaləsindən Xorasan hakimi, sərkərdə. == Həyatı == Abdullah ibn Tahir bin Hüseyn bin Məsəb bin Razikdir. Bəzi mülahizələrə görə Razik Rüstəmi Zalın soyundan gəlir. Abdullah Tahirilər sülaləsindən idi. VII əsrdə onun soyu müsəlmanlığı qəbul edib Xuzaa qəbiləsinə qoşulmuşdu. Abdullah Zülyəmineyn ləqəbi ilə tanınırdı. Bağdadın valisi olmuşdu. == Abdulla və Babək == Minorski Babəkin Abbasi sərkərdəsi Məhəmməd ət-Tusi və onun 150 minlik ordusunu tamamilə darmadağın etməsindən bəhs edilir. Xəlifə Məmun Məhəmməd ət-Tusinin həlak olmasından çox qəmgin olmuşdu, çünki o, çox bacarıqlı sərkərdə idi.
Abxaziya tarixi
Abxaziya tarixi — Abxaziya ərazisi və bu ərazidə yaşayan abaxaz-adige xalqlarının tarixi. == Qədim dövrlər == Abxaziya ərazisindəki ilk insan izləri Erkən Paleolit dövrünə təsadüf edir. İbtidai icma cəmiyyətinin dağılması prosesi e.ə. VII–VI əsrlərdə baş vermişdir. E.ə. VI–IV əsrlərdə Abxaziya Kolxida çarlığının tərkibinə daxil idi. E.ə. 2-ci əsrin sonunda Abxaziya Pont hökmdarı VI Mitridat Evpatorun əlinə keçmiş, e.ə. 63-cü ildən isə sahilyanı ərazilər romalıların nəzarəti altında olmuşdur. Eramızın I əsrinin sonlarında Abxaziya ərazisində abazq, apsil və saniqlərin tayfa ittifaqları yaranmışdır.
Abşeron Tarix-Diyarşünaslıq Muzeyi
Abşeron Tarix-Diyarşünaslıq Muzeyi — 21 noyabr 1983-cü il tarixində fəaliyyətə başlamışdır. == Muzeyin tarixi == 2015-ci ildə əsaslı təmir olunmuş muzeyin sahəsi 296 kvm. təşkil edir və 5 zaldan ibrətdir. Hal hazırda muzeydə 3000-ə yaxın eksponat qorunub saxlanılır və 1800 ədəd ekspozisiyada nümayiş olunur. Muzeydə Abşeron rayonun tarixini, coğrafiasını, təbiətini, məişətini, mədəniyyətini əks etdirən eksponatlar qorunub saxlanılır. == Muzey binası == Muzey 4 zal, 1 fond otağı və işçilər üçün 1 otaqdan ibarətdir. Ekspozisiya sahəsi 250kvm, müdir otağı 1 kvm, fond otağı 10 kvm, işçilər üçün otaq 25 kvm-dir. 2018-ci il ərzində muzeyə gələnlərin sayı 1932 nəfər olmuşdur. Muzeyə gələnlərin qeydiyyati aparılır. == Həmçinin bax == Abşeron Abşeron rayonu Abşeron bələdiyyələri == Xarici keçidlər == "Abşeron Tarix-Diyarşünaslıq Muzeyi".
Accipiter tachiro
Afrika tetraçalanı (lat. Accipiter tachiro) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl qırğı cinsinə aid heyvan növü.
Accipiter tachiro croizati
Accipiter tachiro pembaensis

Значение слова в других словарях

мала́йка навя́зывать нестроеви́к перетрепа́ть предначина́ться стереоти́пный агитацио́нность мягчи́ть неэкономи́чно однору́кий уголко́вый отражатель -коить antihaemorrhagic bone coal cloven consecration depressant fiercely pay-by-the-day potman rattlesnake townet toxinology синдицировать хлороформировать