Açar (film, 2022)
Açar (film, 2022) - Elşad Ərşadoğlunun (ELsevƏR) qısametrajlı bədii filmi.
== Məzmun ==
Film ailəsi ilə birgə Qarabağdan məcburi köçkün düşmüş və Bakıdakı yataqxanalardan birində məskunlaşmış Ümid kişinin (Qurban İsmayılov) hekayəsindən bəhs edir. Onun işğal olunmuş evinin sonuncu yadigarı və nişanəsi olan açar dəsti itir. Ən pisi isə odur ki, sanki, onun nə vaxtsa evinə qayıtmaqla bağlı sonuncu ümidi, bütün keçmişi və gələcəyi də açarlarla birgə yoxa çıxır…
Əlacsızlıqdan hətta açar düzəldən ustanın yanına dağılmış evin itmiş açarlarının surətini çıxartdırmağa gedən Ümid kişi əslində açardan daha çox ümidini axtarır…
Günlərin bir günü dövlət tərəfindən köçkünlər üçün salınmış şəhərcikdə ümidgilə də yeni ev verilir..
Sonda Ümid kişi iki seçim qarşısında qalır: təzə evin açarlarını qəbul edib taleyi ilə barışaraq yeni həyata başlamaq və ya itmiş ümidlərinin arxasınca getmək…
== Film haqqında ==
Film "OB Film" və "Epic Production" kino şirkətləri tərəfindən istehsal olunub. “Oscar” və “Emmi” mükafatlı prodüser Colin Laviolanın rəhbərlik etdiyi, ABŞ-nin qısametrajlı filmlərin distribusiyası üzrə ixtisaslaşmış nüfuzlu "7 Palms Entertainment" şirkəti tərəfindən 2023-cü ildə “Açar” filminin beynəlxalq yayım hüquqları alınıb. İlk dəfə ABŞ şirkəti tərəfindən Azərbaycan filminin distribusiyası həyata keçirilərək “Bolt+” (İngiltərə), “rlaxx TV” (Almaniya), “VlDAA SA” (Niderland), “Weyyak TV” (BƏƏ) kimi məşhur onlayn televiziyalara filmin yayımı ilə əlaqədar lisenziyalar verilib.
== Filmin heyəti ==
=== Filmin üzərində işləyənlər: ===
Ssenari müəllifi: Elşad Ərşadoğlu (ELsevƏR)
Quruluşçu rejissor: Elşad Ərşadoğlu (ELsevƏR)
Quruluşçu operator: Cavid Oruclu (Delee)
Quruluşçu rəssam: Arif Niftiyev
Montaj rejissoru: Elşad Rəhimov
Səs rejissoru: Mehman Nadirov
Qrim ustası: Elbrus Vahidov
Qrafika: Sultan Abbasbəyli
Rəng korreksiyası: Rüfət Həsənov, Orxan Abbasov
Rejissor assistenti: Elgün Rəsulzadə
Texniki direktor: Azər Həsənov
Səs operatoru: Rafiq Ələkbərov
Bum operatoru: Faiq Nazimoğlu
Fokus puler: Rəşad Səməd
Kamera texniki: Ülvi Əsgərov
İşıq ustası: Elmar Gülməmmədov
İşıqçılar: Hafiz Məmmədov, Samir Adıgözəlov
Sürücü: Ruslan Nəsibli
Prodüserlər: Orxan Behbid, Senur Əhədov, Mətin Ələkbərli
Bədii rəhbər: Yusif Şeyxov
=== Rollarda ===
Qurban İsmayılov – Ümid kişi
Rasim Cəfər – Ata
Reyhan Cəfər – Ana
Hüseyn İsgəndərov – kiçik Ümid
Yusif Şeyxov – Həkim
Zemfira Əbdülsəmədova – Falçı
Rövşən Ağayev – Açar ustası
Arif Kərimov – Qonşu
Eldar Cəbrayıl – Satıcı
Selin Cəbrayıl – Satıcının qızı
Nəriman Qarayev – birinci nərd oynayan kişi
Ramiz Abbasov – ikinci nərd oynayan kişi
Behbud Hacıyev – qəlyan çəkən kişi
Emin İsgəndərov – kiçik Ümidin dostu
== Festivallar ==
14-cü "Go Short" Beynəlxalq Qısa Film Festivalı ("Oscar" "BAFTA", Avropa Film Mükafatı klassifikasiyalı festival), Niderland, Nijmegen, aprel, 2022 – Dünya primyerası.
35-ci Foyle Film Festivalı ("Oscar", BAFTA klassifikasiyalı festival), İngiltərə, – Derry-Londonderry, noyabr, 2022.
40-cı "Festival Tuos Courts" Beynəlxalq Qısa Film Festivalı, Fransa, Marsel — Aix-En-Pronence, dekabr, 2022.