Yatmaq vaxtıdır (cizgi filmi, 1984)
== Məzmun ==
Cizgi filmi uşaqların düzgün tərbiyəsi probleminə toxunmuşdur. Kinolentdə ailələrdən birində valideynlərin uşaqla dil tapa bilməməsi öz əksini tapmışdır.
Əsəbi vəziyyət, yuxusuz gecə-valideynlərin düzgün hərəkət etməmələrinin nəticəsidir. Yalnız balaca qız-çığır-bağır salan uşağın bacısı onu başa düşür. O, heç bir çətinlik çəkmədən, səs-küysüz balacaya adi əmzik verir, uşaq sakitləşir.
Cizgi filmi körpə yaşlarından uşaqlarını yeni dəblə tərbiyə edən bəzi valideynlərin sonradan peşimançılıq çəkmələrindən danışır. Burada müəlliflər qarşıya belə bir sual qoyurlar: müasir ailədə kim-kimi tərbiyə edir: böyüklər uşaqları, yoxsa əksinə?..
== Filmin heyəti ==
=== Film üzərində işləyənlər ===
Ssenari müəllifi: Dinarə Seyidova
Rejissor: Arif Məhərrəmov
Quruluşçu rəssam: Yelena Qolubeva
Operator: Ramiz Ağayev
Bəstəkar: Mobil Babayev
Səs operatoru: Nataliya Nuriyeva (Natalya Nuriyeva kimi)
Cizgi rəssamı: Vaqif Məmmədov, Rauf Dadaşov, Bəhmən Əliyev, Vahid Talıbov, Arifə Hatəmi, Nigar Nərimanbəyova
Assistent: Z. Rəhimova, Ziya Xəqani, Elman Mirzəyev
Montaj edən: Nailə Dadaşova
Redaktor: Çingiz Qaryağdı, A. Vəliyeva
Filmin direktoru: Faiq Abdullayev
== Mənbə ==
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.