Ağaçayırı döyüşü
Ağaçayırı müharibəsi — 16 avqust 1488-ci ildə Osmanlı İmperiyası ilə Məmlük dövləti arasında Çukurova bölgəsində baş verən müharibə.
Davud Paşa səfərdən qayıtdıqdan sonra, İstanbulda yeni bir Məmlük yürüşü üçün hazırlıqlara başlanıldı. Padşah, bu dəfə Osmanlı donanmasına da göndərməyi qərara alınmışdı. Hətta II Bəyazid Osmanlı donanmasının Şərqi Aralıq dənizində rahat hərəkət etməsi üçün Venesiya dövlətindən icazə istəsə də, buna müvəffəq olmamışdır.
yürüş hazırlığını tamamlayan Osmanlı ordusu, vəzirliyə yüksələn Rumeli bəylərbəyi Xədim Əli Paşanın komandanlağı ilə İstanbuldan hərəkət etdi. Tabeçiliyinə yeni Rumeli bəylərbəyi Xəlil Paşa ilə Anadolu bəylərbəyi Sinan Paşa da verilmişdi. 60 min nəfərlik bir qüvvə ilə Çukurova gedən Xədim Əli Paşaya yolda Qaraman bəylərbəyi Yaqub Paşa da qoşuldu. Bundan başqa, Hersekzadə Əhməd Paşa da, 100 gəmidən mütəşəkkil donanma ilə Şərqi Aralıq dənizi sahillərinə hərəkət eləmişdi.
Xədim Əli Paşa, Ereğlidən sonra, Külek boğazını keçərək Adanaya çatdı. Tarsus şəhəri ilə buranı yaxşıca mülki etdikdən sonra, Ayaş qalası üzərinə yeridi.