ABA

dilimizin daha qədim kəlmələrindəndir. Bəzi türk dillərində hələ də işlənməkdədir. ―Hörmətəlayiq adam‖ deməkdir. Aba kəlməsi qədim türk dillərində çox işlənir və müxtəlif mənaları ifadə edirdi. ―Ana‖, ―abla‖ və ―baba‖ mənasında da işlədilmişdir..
ABIZ
OBASTAN VİKİ
Müşir Aba-ye Pəncə (Qürvə)
Müşir Aba-ye Pəncə (fars. مشير آبا پنجه‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 154 nəfər yaşayır (31 ailə). Əhalisini kürdlər təşkil edir.
Aba
Aba (geyim) — bədəvilərə xas geyim. Aba (şəhər) — Nigeriyanın cənubunda, Abia ştatında şəhər. Abalar — türkdilli xalq.
ABA TV
ABA TV (Azerbaijan Brodcasting Agency) — 1997-ci ildə Azərbaycanda yayıma başlayıb 2001-ci ildə bağlanan televiziya kanalı. Sahibi və rəhbəri Faiq Zülfüqarov idi. == Tarixçə == ABA TV Azərbaycan ərazisində hər axşam saat 18:00-dan (daha sonra 17:00-dan) 22:00-a qədər "RTR" telekanalının tezliyindən yayımlanan əyləncəli, interaktiv televiziya kanalı idi. Azərbaycanda ilk interaktiv telekanal olmuşdu. Təsisçisi Faiq Zülfüqarov olub. "ABA TV" Həsən Zərdabi prospekti 80 ünvanında yerləşən binadan yayımlanırdı. (Hal-hazırda həmin binada Dövlət Sosial Müdafiə Fondu yerləşir). Ən çox tanınan "100%", "Bir cənub şəhərində", "Kontra" verilişləri idi. Televiziyanın aparıcıları arasında Azər Axşam, Günel Musəvi, Kamilə Babayeva var idi. ABA TV həmçinin peyklə yayımlanan ilk müstəqil Azərbaycan kanalı olmuşdu.
Aba (ad)
Aba — ivrit dilində kişi adı. Aba Bayefski — Kanada rəssamı. Aba Andam — Qana fiziki. I Aba — Şərq Kilsəsinin Patriarxı. Samuil Aba — Macarıstan kralı. Vilmoş Aba-Novak — Macarıstan rəssamı.
Aba (geyim)
Aba yundan toxunmuş qalın parça və həmin parçadan tikilmiş yaxasız, uzun üst geyimi . Geyim köçəri ərəblərin milli geyimidir. Yaxın və Orta Şərqdə geniş yayılıb. Əsasən ruhanilərə məxsusdur. Yun, ipək və s. parçalardan tikilir, yaxası açıq və qısaqollu olur. Bəzən çiyin, ətək və qol hissələri qızılı və gümüşü saplarla bəzədilir. Abanın Ərəbistandan İrana, oradan da Orta Asiya və Qafqaza yayıldığı güman edilir. Azərbaycanda əvvəllər əsasən dəvə yunundan toxunmuş parçadan tikilirdi.
Aba (şəhər)
Aba — Nigeriyanın cənubunda, Abia ştatında şəhər. Əhalisi 802,5 min (2003) nəfər. Aba çayı sahilindədir. Nəqliyyat qovşağıdır. Yeyinti (yağlı palma meyvəsinin emalı, pivə bişirmə), yüngül (toxuculuq, trikotaj) və kimya (sabunbişirmə, əczaçılıq, şin) sənayesi müəssisələri var.
Aba Andam
Aba A. Bentil Andam (1948) — Qana fiziki. O, hissəciklər fizikası üzrə ixtisaslaşmışdır. Andam 2017–2019-cu illərdə Qana İncəsənət və Elmlər Akademiyasının prezidenti olmuşdur. Andam qanalı ilk qadın fizikdir. == Fəaliyyəti == Aba Andam müxtəlif elmi təşkilatların əməkdaşıdır. Bunlara Dünya İnnovasiya Fondu (2002-ci ildən), Qana İncəsənət və Elmlər Akademiyası (2003-cü ildən), Fizika İnstitutu (2004-cü ildən) aiddir. O, 2017–2019-cu illərdə Qana İncəsənət və Elmlər Akademiyasının prezidenti olmuşdur. Andam bu vəzifəni tutan ikinci qadın idi. == Şəxsi həyatı == Aba Andam inşaat mühəndisi, akademik və keçmiş vitse-kansler olan professor Kvesi Akvansah Andam ilə evlənmişdir. Onların dörd övladı olmuşdur.
Aba Bayefski
Aba Bayefski (ing. Aba Bayefsky; 7 aprel 1923, Toronto – 5 may 2001, Toronto) — Kanada rəssamı və müəllimi. == Həyatı == Aba Bayefski 7 aprel 1923-cü ildə Kanadada, Ontario ştatının Toronto şəhərində yəhudi ailəsində anadan olmuşdur. Onun atası Rusiyada, anası isə Şotlandiyada anadan olmuşdu. Bayefski Mərkəzi Texnikumda təhsil almışdır. O, yeniyetməlik illərində Ontario İncəsənət Qalereyasının Uşaq İncəsənət Mərkəzində dərslərə qatılmış və burada Artur Lizmer, Erma Sutkliff, Doroti Medherst və A.Y. Cekson kimi rəssamlar ilə tanış olmuşdur. Bayefski sonradan Jülian Akademiyasında təhsil almışdır.
Aba Tura
Aba Tura — Qədim türk şəhəri, Aba Tura (müasir Kuznetsk) Kemerevo vilayətində (Rusiya) iri metallurgiya şəhəri. == Tarixi == Tarixən Aba Tura yaşayış məntəqəsi Aba və Kondoma çaylarının Tom çayına töküldüyü yerdə salınmışdır. Aba Turadan vaxtı ilə Yurqa, Taştakol, Abakan şəhərlərinə yol gedirdi. İndi həmin qədim yolla dəmir yolu xətti çəkilmişdir. Rusların Altay ölkəsi ilə tanışlığı XVII əsrdə baş vermişdir. Belə ki, Tom sərkan (voyevoda) yerli xan Ağ Kalmıklarm sultanı Abakla münasibət qura bilmişdir. (Qeyd: ağ kalmıkların digər adı oyrotlardır). 1617-ci ildə kazaklar Aba Turanı tutub, onu hərb qalası kimi möhkəmləndirirlər. Şəhərin adı Aba tayfasının adı ilə bağlıdır. Buranın yerli əhalisi Abalılar sayılırdı.
Samuil Aba
Samuil Aba (mac. Aba Sámuel; 990–5 iyul 1044) — Macarıstan kralı. == Həyatı == Yohannes Kennamus qeyd edir ki, xəzər qəbiləsindən olan kəbərlərin müsəlman olması barədə Yusufun məktubunda heç nə yoxdur. Bu qəbilə Xəzəristanda müsəviliyin baş qaldırıb inkişaf etdiyi dövrdən Macarıstana getmişdir. Onların nümayəndəsi macar kralı Samuil Aba (1041–1044) özünün böyük hun imperatoru Attilanın Hobi adlı oğlunun Edümer adlı oğulları nəslindən gəldiyini və analarının xarəzmli olduğunu xatırlatmışdır.
Nüsrətəddin Arslan Aba
Nüsrətəddin Arslan Aba Xassbəy (?-1174) — Əmir Ağsunqurun oğlu, Marağanın, sonra Azərbaycanın hakimi. == Həyatı == Nüsrətəddin Xassbəy Arslan Aba Ağsonqurlu hökmdarı [1133–1174], Marağa hakimi Ağsonqurun oğludur. 1161/62-ci ildə Şəmsəddin Eldənizin vassalı kimi onun Gürcüstana hərbi səfərində iştirak etmişdi. Eldənizlilərin tabeliyindən qurtarmaq maqsədi ilə Nüsrətəddin Xassbəy mərkəzi hakimiyyətə qarşı çıxan feodal hakimləri müdafiə edir və atabəyi olduqu Səlcuq şahzadəsi Mahmudun sultan elan olunmasına çalışırdı. Məhz buna görə də Marağaya hücuma keçən Eldənizlilər Nüsrətəddin Xassbəyi hakimiyyətdən uzaqlaşdırıb, yerinə oğlu Əlaəddin Körpə Arslanı təyin etdilər. == Hakimiyyəti == Nüsrətəddin Arslan Aba 1133-cü ildən 1174-cü ilədək Azərbaycanın hakimi olmuşdu. == Ədəbiyyat == Нүсрәтәддин Хассбәј // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: Мисир—Прадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев.
Səncərşah Ay Aba
Səncərşah Tuğanşah oğlu Ay Aba (?-1198)—Səlcuqlu əmiri, vali == Həyatı == Səncərşah Tuğanşah oğlu Səlcuqlu sultanlarına xidmət etmişdi.1186-cı ildə atasının vəfatından sonra Nişapurun valisi olmuşdu. Tuğanşah yerinə oğlu Səncər şah keçsə də, iqtidar əmirlərdən Mənli Təginin əlində idi. Bu əmirin ağılsız hərəkətləri üzündən əmirlərdən bir çoxu həqiqətən qabiliyyətli bir hökmdar olan Sultan şahın xidmətinə girdilər. Toğan şahın kürəkəni olan Dinara gəlincə, o da Nişapurdan çıxaraq Kirmana ayaq basdı (21 ramazan, 581 - 16 dekabr, 1185). Səncərşah Ay Aba 1198-ci ilədək Nişapur hakimi olmuşdu.
Vilmoş Aba-Novak
Vilmoş Aba-Novak (mac. Vilmos Aba-Novák; 15 mart 1894[…], Budapeşt – 29 sentyabr 1941[…], Budapeşt) — Macarıstan rəssamı və qrafiki. == Həyatı == Vilmoş Aba-Novak 1894-cü ildə Macarıstanın Budapeşt şəhərində anadan olmuşdur. Onun atası Düla Novak, anası isə Roza Vaqinger idi. Aba-Novak 1912-ci ildə rəssamlıq məktəbini bitirdikdən sonra Budapeştdəki Kral Macarıstan Rəssamlıq Məktəbində (indiki Macarıstan İncəsənət Universiteti) təhsilini davam etmişdir. O, bu zaman rəssam Adolf Fenyesin emalatxanasında işləməyə başlamışdır. Aba-Novak Birinci Dünya müharibəsi səbəbindən fəaliyyətinə fasilə vermişdir. O, Avstriya-Macarıstan ordusuna çağırılmış və Şərq cəbhəsində xidmət etmişdir. Aba-Novak müharibə zamanı Viktor Olgeydən rəssamlıq dərsləri almağı bacarmışdır. O, müharibədən sonra rəssamlıq fəaliyyətinə davam etmişdir.
İmadəddin Ay Aba
İmadəddin Əbülfəth Müəyyəd Ay Aba (?-1174)— Səlcuq əmiri, vali. == Həyatı == Əbu Bəkr Qumacın nəvəsi, Əlaəddin Əbu Bəkrin oğlu idi. İmadəddin Əbülfəth Müəyyəd Ay Aba Sultan Səncərə xidmət etmişdi. Xidmət və bacarığı sayəsində böyük torpaq sahibkarına çevrilmişdi. Bəlx valisi olarkən Sultan Səncəri oğuzları əsir düşmüşdü. Səncərin ora-bura dağılmış əmirləri Nişapurda yığışaraq Qaraxanlı Məhəmməd xanın oğlu, Səncərin qardaşı oğlu Mahmudu hökmdar elan etdilər. Sultan Mahmud həmin günlərdə Heratı mühasirəyə alan oğuzların üzərinə səfər etdi. Tərəflər arasında dəfələrlə vuruşma oldu, əksəriyyəti də oğuzların qələbəsilə başa çatdı. 550-ci ilin cümadiyül - əvvəl ayında (iyul-avqust, 1155) oğuzlar Mərvə qayıdaraq oradan Mahmuda elçi göndərib sülh bağladılar. Mahmud da öz sələfi Süleyman şah kimi zəif şəxsiyyət idi, bütün qüvvə əmir Müəyyəd Ay Abanın əlində cəmləşmişdi.
Ədüdiddin Ay Aba
Ədüdiddin Əbubəkr Tuğanşah Ay Aba Səlcuqlu əmiri, vali == Həyatı == Ədüdiddin Əbubəkr Tuğanşah Müəyyəd oğlu Səlcuqlu sultanlarına xidmət etmişdi.Atasının ölümündən sonra, 1174-cü ildən 1185-ci ilədək Nişapurun hakimi olmuşdu. Sultanşah Mərvdən Sərəxs üzərinə arasıkəsilməz hücumlar edirdi. Dinar bu hücumlara cavab verə bilmirdi. Buna görə də buyruğundakı oğuzların çoxu ondan üz çevirərək dağılmağa başladılar. Sərəxsı Sultanşahın hücumlarından daha qoruya bilməyəcəyini başa düşən Dinar başda Nişapur olmaqla Xorasanın mühüm bir qisminə hakim olan Müəyyəd Ay Aba oğlu Toğan şaha Sərəxsı Bistan ilə dəyişməyi təklif etdi. Toğan şah bu təklifi qəbul etdi. Ancaq Toğan şah da şəhəri müdafiə edə bilmədi. 576-cı ildə baş verən vuruşmada Sultan şah Toğan şahı məğlubiyyətə uğratdı, Sərəxsı, sonra isə Tusu tutdu. Mərv və Səraxsın təslimindən sonra dağılan və Xorasandakı siyasi tarixləri sona çatan oğuzlardan mühüm bir kütlə Kirmana, qismən daha kiçik bir kütlə Farsa öz eldaşları salqurluların yanına getdi. Onlardan bir çoxunun isə Anadoluya getdiyi ehtimal edilir.
Cəmaləddin Arqun Ay Aba
[mənbə göstərin] Cəmaləddin Ay Aba əs-Sumayrami - səlcuqlu əmiri, vali == Həyatı == Cəmaləddin Ay Aba əs-Sumayrami Səlcuqlu sultanlarına xidmət etmişdi. Eldənizli hakimi Əbubəkrin yaxın adamlarından sayılırdı. Sonra Özbəyin qulluğunda idi. Bir müddət Həmədan əyalətinin valisi olmuşdu.
Cəmaləddin Barbəy Ay Aba
Cəmaləddin Uluq Barbəy Ay Aba əl-Fərrazi - səlcuqlu əmirəlümarası, vali. == Həyatı == Cəmaləddin Uluq Barbəy Arqun oğlu Cahan Pəhləvanin əmirəlümarası olmuşdu. Cahan Pəhləvanın vəfatından sonra onun arvadı İnanc xatun siyasətə atıldığından onu öz tərəfinə çəkmək istədi. Ay aba III Toğrula meyl etdi. Əmir Seyfəddin Rusla aralarında ixtilaf baş verdi. Ay Aba onu sultanın qarşısında ləkələdi. Rəqib aradan götürüldü. Cəmaləddin Ay Aba məlik əl-üməra ünvünı almışdı. Həmədanın valisi, Özbəyin müdəbbiri olmuşdu.
Qışlaq-i Aba (Germi)
Qışlaq-i Aba (fars. قشلاق عبا‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 161 nəfər yaşayır (36 ailə).
Hacı Xəlil (Abaran)
Hacı Xəlil — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Alagöz (Araqadz) rayonunda kənd. == Tarixi == Alagöz dağının ətəyində, Düzkənd kəndinin yaxınlığında yerləşir. Alagöz (Araqadz) rayonu təşkil edilənədək (15 mart 1972) Abaran rayonunun inzibati-ərazi bölgüsünə daxil olmuşdur. 1728-ci ildə tərtib edilmiş "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1728-ci ildə tərtib edilmiş "İrəvan əyalətinin icmal dəftəri"ndə bu kəndin Abaran nahiyyəsində yerləşdiyi göstərilir və həmin nahiyyədə Xəlil Məhəmməd oğlu adlı bir nəfərin adına torpaq sahəsi olmuşdur. Ehtimal ki, həmin şəxs (Xəlil) kənd saldırıb və kənd də (Hacı Xəlil kəndi) onun adı ilə adlarıdırılıb. Kəndin X əsrdə salındığı qeyd edilir. == Toponimi == 1850-ci ildə kəndin əhalisi qovulmuş və ermənilər yerləşdirilmişdir. 1946-cı ildə kənd ermənicə Tsaxkovit adlandırılmışdır. Ehtimal ki, gətirilmə addır və Qars əyalətində Hacı Xəlil dağının adındandır.
Hacıqabul-Astara-Abadan qaz kəməri
Hacıqabul-Astara-Abadan Azərbaycanın Hacıqabul rayonundan İrana doğru uzanan təbii qaz kəməri. == Tarixi == Qaz kəmərinin təməlinin atılması barədə 1965-ci ildə SSRİ və İran arasında qarşılıqlı razılaşma əldə olunmuşdur. Layihənin açılışı 1970-ci ildə Astarada İran şahı Məhəmməd Rza Pəhləvi və həmin vaxt SSRİ Ali Soveti Rəyasət Heyətinin Sədri funksiyasını icra edən Nikolay Podqornı olmuşdur. 1971–79 illəri aralığında Cənubi Qafqaz ölkələri bu kəmər vasitəsilə Irandan gələn təbii qaz ehtiyatı ilə təmin olunmuşdur. Sonradan İranda baş verən İslam İnqilabı SSRİ ilə əməkdaşlığın sonuna, dolayısı ilə layihənin ləğvinə gətirib çıxarmışdır. 2006-cı ildə Azərbaycan və İran tərəfi arasında gerçəkləşmiş qarşılıqlı anlaşmaya əsasən Azərbaycan İranı Bakı-Astara istiqaməti üzrə qazla təmin etməyi öhdəliyinə götürmüş, İran isə öz növbəsində Naxçıvan Muxtar Respublikasını qazla təmin etməyi qəbul etmişdir. 2011-ci ilin noyabr ayında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və İran Milli Neft-Qaz Səhmdarlığı arasında bağlanan memorandumda 2010-cu ildən etibarən Azərbaycanın qarşı tərəfə 500 milyon kub metr illik qaz hasilatı etməsi göstərilmişdir. == Texniki xüsusiyyətləri == Qaz kəmərinin ümumi uzunluğu 1474.5 km-dir. Bəhsi keçən diapazonun 296.5 km-i Azərbaycanın payına düşür. Kəmərin ümumi diametri 1020 mm-dir və standard fəaliyyət rejimində hər il 10 milyon kub metr qaz hasilatı gücünə sahibdir.
Heydər əl-Abadi
Heydər əl-Abadi (ərəb. حيدر جواد العبادي ‎; 25 aprel 1952, Bağdad) — 10 avqust 2014-cü ildən İraq Respublikasının baş naziri. == Həyatı == Heydər əl-Abadi 1952-ci ildə Bağdadda doğulmuş siyasətçi uzun illər Böyük Britaniyada siyasi mühacir qismində yaşayıb. Hələ 15 yaşında İraqdakı şiələrin hüquqlarının müdafiəsinə qalxan Dava Partiyasına qoşulub. Onun atası Cavad əl-Abadi Bağdada tanınmış həkim olub, İraq Səhiyyə Nazirliyində müfəttiş vəzifəsində çalışıb. İraqda BƏƏS (Ərəb Sosialist Dirçəlişi Partiyası) iqtidara gəldikdən sonra əl-Abadi ailəsi ilə Səddam Hüseyn rejimi arasında ziddiyyətlər dərinləşib. Nəticədə Bağdadda elektrik mühəndisi kimi təhsil almış Abadi 1970-ci ildə Britaniyaya gedib. Mançester Universitetində doktorluq müdafiə edib. Birləşmiş Krallıqda o, Səddam Hüseynin ən radikal tənqidçiləri arasında olub. Dava Partiyasında fəallığı ilə seçilib.
Hiram Abas
Mustafa Hiram Abas (1932, İstanbul — 26 sentyabr 1990, İstanbul). 1932-ci ildə İstanbulda doğuldu. 1957-ci ildə Ankara Universiteti Siyasi Məlumatlar Fakültəsini bitirdi. Müfəttişlik vəzifəsindən sonra ehtiyat zabit olan və M İ T-də işə başlayan Hiram Abas 12 mart dövründə M İ T-də böyük vəzifələrdə olan Abbas, 1978-ci ildə Namiq Kamal Ersun'un tasfiyesiyle əlaqəli olaraq öz istəyiylə təqaüdə ayrıldı. 1983-cü ildə ikinci dəfə Milli İstihbarat Təşkilatına dönən Abbas, 1988-ci ildə nümayiş olunan MİT hesabatı hadisəsində məsul görülərək, hesabatı qələmə alan Mehmet Eymür'le passiv vəzifəyə alınmaq tələb edilib, ikinci dəfə təşkilatdan öz istəyi ilə ayrıldı. Qorqud Eken ilə abi qardaş, köhnə M İ T məsləhətçisi və general-leytenant Mehmet Fuad Doğu ilə ata oğul əlaqəsi içində olduğu müxtəlif kitablarda belrtilmiştir. Amerika silah firmalarının Türkiyə nümayəndəliyini edən bir şirkətdə çalışarkən 26 sentyabr 1990 səhəri işinə getmək üçün yola çıxdığında uğradığı sui-qəsddə həyatını itirdi. Evinin yaxınlığında, bələdiyyə işçisi kimi geyinmiş insanların açdığı çarpaz atəşin ortasında qalan Abas, hadisə yerində öldü. Cinayəti DEV-SOL üstlense də, Hiram Abasın faili məchul iddiası tozlu rəflərdə çürüyüb getmişdir. Kurtlar Vadisindəki köhnə xarakterlərdən Aslan Akbeyin (Aslan Amca-serialdakı gerçək adı: Abbas Ustaoğlu) Hiram Abası təmsil etdiyi irəli sürülür.
Hənifə Abayeva-Məlikova
Hənifə Məlikova-Abayeva (5 may 1856, Nalçik – 2 may 1929, Bakı) — Azərbaycanın ilk maarifçi qadınlarından biri. Həsən bəy Zərdabinin həyat yoldaşı. == Həyatı == Hənifə Məlikova 6 may 1856-cı ildə Şimali Qafqazda, Nalçikdə anadan olmuşdur. 1872-ci ildə Tiflisdə Müqəddəs Nina qız məktəbində təhsilini bitirib. O zaman müsəlman qızların xristian ölkəsində təhsil alması çox nadir hadisə idi. == Hənifə Məlikova-Abayeva Maarifçilik fəaliyyəti == Həsən bəy Zərdabi ilə ailə həyatı quran Hənifə Məlikova Azərbaycan xalqının ilk maarifçi qadınlarından biri olmuşdur. Hənifə xanım 1875–1877-ci illərdə Həsən bəylə birlikdə Əkinçi qəzetinin nəşrində yaxından iştirak edib. O, bu haqda xatirələrində yazırdı: Hənifə Məlikova Həsən bəy Zərdabi ilə Zərdabda yaşadıqları dövrdə, 1881-ci ildən başlayaraq öz evlərində pulsuz məktəb açıb, insanlara elm, savad öyrədib. Məlikovlar həmin vaxtlar yerli din xadimlərinin və o vaxtlar Zərdabda məskunlaşmış ermənilərin əlaltılarının təqib və təzyiqlərinə məruz qalırdılar. Hənifə Məlikova 16 il yoldaşı ilə birlikdə Zərdab kəndində polis nəzarəti altında yaşayıb.
Həsənağa Abasquliyev
Həsənağa Rza oğlu Abasquliyev (12 avqust 1938 – 6 avqust 2018) — bəstəkar, dirijor, Azərbaycan Respublikasının əməkdar artisti (2007). == Həyatı və yaradıcılığı == Həsənağa Abasquliyev 2 avqust 1938-ci ildə Bakıda müəllim ailəsində anadan olmuşdur. 1945-ci ildə hər iki valideynini itirib. Bu səbəbdən o, yeddi yaşında ikən Bərdə şəhərində uşaq evinə verilib. Uşaq evində keçirilən musiqi dərslərində Həsənağa trubada ifa etməyi öyrənir. Daha sonra Azərbaycan kapellasını təşkil edən Eduard Novruzovun xorunda oxuyur. 1954-cü ildə Asəf Zeynallı adına Musiqi Texnikumuna daxil olur. Kərim Babayevin truba ifası sinfində təhsil alır. Texnikumu başa vurduqdan sonra indiki Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (1958-1963) təhsilini davam etdirir. 1963-cü ildə o, xalq artisti Rauf Hacıyevin rəhbərlik etdiyi Azərbaycan Dövlət Estrada Orkestrində çalışmağa başlayır.
Jozef Dal Abako
Jozef Mari Klement Ferdinand Dal Abako (fr. Joseph Marie Clément Ferdinand dall` Abaco; 27 mart 1710 və ya 1709, Brüssel – 31 avqust 1805) — Belçika bəstəkar] və violençi. Brüsseldə anadan olub, atası, italyan bəstəkarı və skripkaçısı Evaristo Feliçe Dal Abako ilə musiqi təhsili almışdır. On doqquz yaşında Abako Bonn kürfüstünün xidmətinə girmiş və onun saray orkestrində ifa etməyə başlamışdır. 1738-ci ildə orkestrin rəhbəri təyin edilmişdir. 1740-cı ildə İngiltərəyə səyahət etmişdir. 1749-cu ildə Vyanada beş violonçel üçün konsert proqramı ilə çıxış etmişdir. 1753-cü ildə Veronaya köçdü və burada Filarmoniya Akademiyasının üzvü kimi çalışmışdır. 1766-cı ildə Bavariya şahzadəsi Maksimilian ona baron titulu vermişdir. O, 95 yaşında Verona yaxınlığındakı malikanəsində vəfat etmişdir.
Katolikos Abas
Katolikos Abas (erm. Աբաս, bilinmir, Mets-İrank, Arsak – 596) — Alban katolikoslarından biri. Katolikoslar siyahısında adı 13-cü yerdə çəkilir. == Həyatı == Onun dövründə Alban Həvari Kilsəsinin mərkəzi Çoladan Bərdəyə köçürülmüşdür. Onun haqqında Moisey Kalankatlı yazır: O, erməni təqviminin başlanğıcında katolikos kürsüsünü Çoladan Bərdəyə köçürmüşdür.O, Böyük Arran yepiskopluğundan çağırılıb, 44 il katolikos olmuşdur. Onun vaxtında adəti üzrə məktublar üzərində "Albaniyanın, Lpinanın və Çolanın katolikosu" yazırdılar. Dəbil Kilsə Qurultayından ona yazdılar ki, o, gərək İsanın ilahi və insani təbiətinin birliyini qəbul edib "Müqəddəs Allah" sözlərinə "Ölməz və Çarmıxa çəkilmiş" sözlərini əlavə etsin. Çünki bunu onlar Konstantinopol patriarxı Prokldan öyrəniblər. Axı müqəddəs Üç Uqnum Efes Kilsə Qurultayında iki yüz müqəddəs keşişlərə təyin edilmiş, sonra Mesopotomiya yepiskopu Yaqubun vasitəçiliyi ilə imperator Anastasinin hüzuruna gəlmiş,İskəndəriyyə patriarxı Timofey və Antikiyalı Pytor onu təsdiq etmişlər. Onların hamısı şərtləşdilər ki, provaslav dindarlar da "Çarmıxa çəkilmiş ölməz" deməlidirlər.
Korbulaq (Abaran)
Korbulaq — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Alagöz (Araqadz) rayonunda kənd. == Tarixi == Kənd 1972-ci ilə kimi İrəvan Quberniyasının Aleksandropol qəzasının, sonra Abaran rayonunun tərkibində olmuşdur. 15 mart 1972-ci ildə Alagöz (Araqadz) rayonu yaradıldıqdan sonra Abaran rayonunun inzibati-ərazi bölgüsündən çıxarılıb yaradılan Alagöz (Araqadz) rayonunun tərkibinə daxil edilmişdir. Rayon mərkəzindən 15 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. == Toponimi == Toponim "çıxış yolu olmayan", "gözü olmayan (bulaqda), yarıda quruyan" mənasında işlənən kor sözü ilə bulaq sözünün birləşməsindən əmələ gəlmişdir. "Kor" sözü "Kor çay" hidronimində "heç bir hövzəyə tökülməyib yarıda quruyan çay" mənasında işlənmişdir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25.
Leonid Abalkin
Leonid İvanoviç Abalkin (rus. Леони́д Ива́нович Аба́лкин 5 may 1930, Moskva – 2 may 2011, Moskva) — Rusiya iqtisadçısı, Rusiya Elmlər Akademiyasının akademiki (1991; 1987-ci ildən SSRİ Elmlər Akademiyasının akademiki), 1986-cı ildən Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun direktoru, 1989–1991-ci illərdə SSRİ Nazirlər Soveti sədrinin müavini. == Həyatı == Leonid İvanoviç Abalkin 5 may 1930-cu ildə SSRİ-də, Moskva şəhərində anadan olmuşdur. 1952-ci ildə Georgi Plexanov adına Moskva Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir. 1952-ci ildən Kalininqrad vilayətinin Qusev şəhərində kənd təsərrüfatı texnikumunda dərs demiş, direktoru olmuşdur. 1958-ci ildən Moskva Dövlət İqtisadiyyat İnstitutunun aspirantı olmmuşdur. 1961-ci ildən Georgi Plexanov adına Moskva Xalq Təsərrüfatı İnstitutunda assistent, müəllim, dosent, 1966-cı ildən siyasi iqtisad kafedrasının müdiri kimi çalışmışdır. 1976–1985-ci illərdə Sov.İKP MK yanında İctimai Elmlər Akademiyasında professor və siyasi iqtisad kafedrasının müdiri olmuşdur. 1985-ci ildən İqtisadiyyat İnstitutunun direktoru. 1984-cü ildən SSRİ Elmlər Akademiyasının müxbir üzvü, 1988–1990-cı illərdə SSRİ Elmlər Akademiyası Rəyasət Heyətinin üzvü.
Leyla Abaşidze
Leyla Mixaylovna Abaşidze (gürc. ლეილა აბაშიძე; 1 avqust 1929, Tiflis, Gürcüstan SSR, SSRİ – 8 aprel 2018, Tbilisi) — Sovet və Gürcüstan aktrisası, Gürcüstan SSR-in xalq artisti (1965).
Ligularia abakanica
Ligularia abakanica (lat. Ligularia abakanica) — mürəkkəbçiçəklilər fəsiləsinin liqulariya cinsinə aid bitki növü.
Linor Abarqil
Linor Abarqil (ivr. ‏לינור אברג'יל‏‎; 17 fevral 1980, Netanya, Mərkəz dairəsi) — İsrailli hüquqşünas, aktyor, model, gözəllik kraliçası. Cinsi zorakılığa məruz qaldıqdan sonra 1988-ci ildə Miss Dünya ünvanını qazanmışdır,. Hal-hazırda dünya miqyasında cinsi zorakılıqla mübarizə aparan vəkil olaraq fəaliyyət göstərir. == Bioqrafiya == Aliza və Ceki Abarqilin ən böyük övladı Linoq Abarqil 17 fevral 1980-ci ildə İsrailin Netanya şəhərində anadan olmuşdur. Ailəsi Mərakeş-Yəhudi nəslindəndir. Miss Dünya mükafatını almağına 7 həftə qalan 18 yaşlı Abarqil Milanda olarkən səyahət agenti Uri Şlomo Nur tərəfindən bıçaq təhdidi altında cinsi təcavüzə məruz qaldı. O, ilk olaraq Şlomo Nuru İtaliyada məhkəməyə versə də, Nur burada dəlil azlığından sərbəst buraxılır. Linor daha sonra onu İsrail hökumətinə bildirir və İsrailli səlahiyyətlilər onun ekstradisiyasına və həbsinə qərar verirlər. Maşından tapılan dəlillərin DNT testinə verilməsindən sonra cinayət sübut olunur və Uri Şlomo Nur 16 il azadlıqdan məhrum edildi.
Litvin Abasov
Litvin İbiş oğlu Abasov (6 aprel 1937, İrəvan – 26 avqust 2024) – "Azərkəndtikinti" ASC-nin sədri, Əməkdar Mühəndis (1976), Azərbaycan Respublikası Milli Məclisinin deputatı (1990–1995), "Şöhrət" ordeni (Azərbaycan) (2007), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2019) == Həyatı == Litvin İbiş oğlu Abasov 06 aprel 1937-ci ildə Qədim Azərbaycan torpağı olan İrəvan şəhərində (indiki Ermənistanın Yerevan şəhəri) ziyalı ailəsində anadan olmuşdur. Atası İbiş Vəli oğlu Abasov 1898-ci ildə indiki Ermənistanın Qəmərli rayonunun Muğanlı kəndində kəndli ailəsində doğulub. Qəmərlidə fəhlə-gənclər məktəbində təhsil aldıqdan sonra, Qəmərlidə və Zəngibasarda komsomol və partiya orqanlarında çalışıb. 1930-cu illərdə Ermənistanın Vedi rayonunda ispolkomun sədr müavini, sonra Vedi rayon İcraiyyə Komitəsinin sədri vəzifələrində çalışıb. 1937-ci ildən isə yeni yaradılmış Qarabağlar rayonunun birinci katibi vəzifəsinə təyin olunub və birinci katib vəzifəsində 1942-ci ilə kimi çalışıb. Ermənistan KP MK-nın plenum üzvü, Ali Sovetin deputatı olub. Litvin Abasov 1953-cü ildə Bakıya gəlmiş və Azərbaycan Neft və Kimya İnstitutuna (indiki Azərbaycan Neft Akademiyası) qəbul olunmuşdur. Azərbaycan Hökumətinin qərarı ilə 1956-cı ildə Litvin Abasovun təhsil aldığı fakültəni Politexnik İnstitutunun inşaat fakültəsinə keçirirlər (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti). O, 1959-cu ildə Azərbaycan Politexnik institutunun sənaye-mülki tikinti fakültəsini bitirərək inşaatçı- mühəndis ixtisasına yiyələnmişdir. O, daha sonra −1982-ci ildə keçmiş SSRİ Nazirlər Sovetinin "Xalq Təsərrüfatı Akademiyası"nı Xalq Təsərrüfatının İdarəetməsi ixtisası üzrə bitirmişdir.
Midhət Abasov
Midhət Teymur oğlu Abbasov — texnika elmləri doktoru (1962), neftçi, alim, professor, AMEA-nın həqiqi üzvü (1980), REA-nın müxbir üzvü (1984), Yer haqqında elmlər şöbəsinin akademik-katibi (1976–1990), SSRİ Ali Sovetində deputat, AMEA-nın vitse prezidenti (1990–1997), Azərbaycan Respublikası Prezident Şurasının üzvü (1991), AAzərbaycan Respublikasının dövlət katibi (1991–1992), AMEA Dərin Neft-Qaz Yataqları İnstitutunun (indiki Geologiya və Geofizika İnstitutu) direktoru (1971–2003), Azərbaycanın əməkdar elm xadimi (1990). == Həyatı == Midhət Abbasov 31 iyul 1926-cı ildə Bakıda anadan olub. 1949-cu ildə "Neft-mədən işi" ixtisası üzrə Azərbaycan Sənaye İnstitutunun (indiki Neft Akademiyası) neft-mədən fakültəsini bitirib. M. T. Abbasov əmək fəaliyyətinə 1949-cu ildə "Azneft" birliyində başlamışdır. "Azneft" İB-nin "Molotovneft" trestində işlədiyi müddətdə AzSİ-nun aspiranturasına daxil olub. == Elmi fəaliyyəti == 1951-ci ildən Azərbaycan EA-da işləyir. Əvvəlcə neft və qaz yataqlarının kəşfiyyatı sahəsində, 1960-cı ildən isə neft və qaz yataqları problemləri elmi tədqiqat institutunda laboratoriya müdiri, elmi işlər üzrə direktor müavini, 1971-ci ildən isə direktor olmuşdur. 1951–1958-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Neft ekspedisiyasında işləyərək, kiçik elmi işçidən elmi işlər üzrə müdir müavini vəzifəsinə qədər yüksəlib. 1953-cü ildə "Qarışıq rejim şəraitlərində neft yataqlarının işlənilmə sistemlərinin layihələndirilməsinin bəzi məsələləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Neft ekspedisiyasının ləğvi ilə əlaqədar olaraq, 1958-ci ildə o, AzETNÇİ-nun yeraltı hidrodinamika laboratoriyasının müdiri vəzifəsinə keçirilmişdir.
Mirzə Abay Dağlı
Abay Dağlı və ya Cəmil Ağayev (1906, Şuşa – 1975) — azərbaycanlı mühacir şair, dramaturq, publisist. == Həyatı == Cəmil İbrahim oğlu Ağayev 1906-cı il yanvarın 27-də Şuşa şəhərində anadan olub. İlk təhsilini Şuşa real məktəbində alıb. 1925–1927-ci illərdə pioner təşkilatçısı vəzifəsində çalışıb, 1927–1929-cu illərdə isə Azərbaycan Mərkəzi Partiya Məktəbinin müdavimi olub. 1929–1932-ci illərdə Şəmkir rayonunun Zəyəm və Anino kənd məktəblərində müəllimlik edib. 1932-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Filologiya fakültəsinə daxil olub. 1936-cı ildə buranı bitirdikdən sonra təyinatla Nuxaya göndərilib və burada 1940-cı ilin fevralına qədər Stalin adına pedməktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi fəaliyyət göstərib. Nuxada fəaliyyət göstərdiyi müddətdə "Gənc işçi", "Kommunist", "Gənc pedaqoq" qəzetlərində müxtəlif yazılarla çıxış edir. 1940-cı ildə Bakıya gəlib və burada N. Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyində kiçik elmi işçi kimi işləməyə başlayıb. 1941-ci il avqustun 15-də ixtisara düşüb və həmin il oktyabrın 25-dən Sumqayıt rayonunda 94 saylı orta məktəbdə dil-ədəbiyyat müəllimi kimi işləyib.
Mirzə Abayev
Mirzə Abayev (oset. Абайты Мирза erm. Միրզա Աբաև; Cənubi Osetiya – 1994, Cəbrayıl, Hadrut rayonu[d], Dağlıq Qarabağ Respublikası) — milliyyətcə osetin olan ermənilər tərəfindən döyüşmüş Qarabağ müharibəsinin iştirakçısı. == Müharibədə iştirakı == Mirzə Abayev 1992-ci ildə 36 nəfərlik dəstə ilə Şimali Osetiyadan Qarabağa ermənilər tərəfdən döyüşmək üçün gəlib. Dəstə üzvlərinin 30 nəfəri osetin, digərləri isə erməni, rus və kabardinlər idi. Qarabağ döyüşlərinə qədər Abayev gürcü-osetin münaqişəsində aktiv iştirak etmişdir. İlk olaraq Monte Melkonyanın komandanlığı altında Martuni alayında döyüşlərə başlayır. Daha sonra isə milliyyətcə osetin olan əsgərlərdən ibarət dəstəyə rəhbərlik etməyə başlayır və ölümünə qədər də bu dəstənin rəhbəri olur. Öz dəstəsi ilə bir çox vacib döyüşlərdə iştirak edir. 1993-cü ildə Füzulinin işğalında iştirak edir.
Mirək (Abaran)
Mirək — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd.
Mülki (Abaran)
Mülki — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Abaran rayonununda kənd. == Tarixi == Abaran çayının sahilində yerləşir.Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.Kəndin digər adı Mülkünkənd, Mülkümkənd olmuşdur. Toponim ərəb dilində «dövlətə aid», «qeyri-hərbi, qeyri-əsgəri» mənasında işlənən mülki sözündən əmələ gəlmişdir. Relyef əsasında yaranan sadə toponimdir. == Əhalisi == Ermənilər buraya 1829-cu ildə İrandan köçürülüb yerləşdirilmişdir.
Məlikkənd (Abaran)
Məlikkənd — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Alagöz (Araqadz) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 14 km məsafədə, Abaran çayının qolu üstündə, Dəvədaş və Dəvəboynu dağlarının ətəyində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə qeyd edilmişdir. Toponim «hökmdar, padşah» mənasında işlənən məlik sözünə kənd sözünün qoşulması ilə əmələ gəlib «Hökmdara, məlikə məxsus kənd» mənasını bildirir. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 15. VII. 1946-cı il fərmanı ilə adı dəyişdirilib Məlikgyuğ (gyuğ erməni dilində kənd deməkdir) qoyulmuşdur.
Məmməd bəy Abaşidze
Məmməd bəy İbrahim bəy oğlu Abaşidze (gürc. მემედ იბრაჰიმის ძე აბაშიძე; 18 yanvar 1873, Batomi, Trabzon vilayəti, Osmanlı imperiyası – 1937) — gürcü ictimai xadimi, yazıçı, publisist. Stalin repressiyalarının qurbanı. Sancaq bəy Abaşidze nəslindəndir. Orta təhsilini gürcülər arasında Savadlılığın Təbliği Cəmiyətinin Batumi filiyalında almışdır. Atasının rəhbərliyi altında ərəb, fars və türk dilərini mənimsəmişdir. 20-ci əsrin əvvəllərində ortaya çıxan Gürcüstan mətbuatında sistemli şəkildə publisistik məqalələr və məktubları dərc etdirdi. Müsəlman gürcülərin milli mənlik şüurunun yüksəldilməsi və Gürcüstanın birliyi üçün fəal şəkildə mübarizə apardı, bir neçə dəfə həbs olundu və sürgün edildi. 1917-ci ildə Batumiyə qayıtdı. Gürcüstan Müsəlman Xeyriyyə Cəmiyyətinə rəhbərlik etmişdir.
Məzahir Abasov
Məzahir Həmid oğlu Abasov (15 dekabr 1918, Maştağa, Bakı qəzası – 3 fevral 2002, Bakı) — təyyarəçi, tarix elmləri doktoru, professor, "Şöhrət" ordeni laureatı (1998). == Həyatı == Məzahir Abasov 15 dekabr 1918-ci ildə Bakının Maştağa kəndində anadan olmuşdur. 1937-ci ilin oktyabrından orduda xidmətə başlamışdır. 1955-ci ildə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. 1963-cü ildən AMEA Tarix İnstitutunda işləməyə başlamışdır. Tarix elmləri doktoru, professor olmuşdur. Məzahir Abasov tarixçi alim kimi fəaliyyəti zamanı Azərbaycanın müharibə tarixınə işıq saçan qiymətli əsərlər yaratmışdır. Onlardan biri də bilavasitə cəsur təyyarəçilərimizə həsr etdiyi rus dilində nəşr olunmuş "На крылях мужества" kitabıdır. Məzahir Abasov 2002-ci ildə vəfat etmişdir. == İkinci Dünya müharibəsində iştirakı == Məzahir Abasov Qara dəniz üzərində gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq ağır yaralanmışdır.
Nail Abakarov
Namiq Abaslı
Namiq Zülfüqar oğlu Abaslı (12 sentyabr 1997) — Azərbaycanı təmsil edən cüdoçu. 2020-ci ildə Yaponiyanın Tokio şəhərində baş tutan XVI Yay Paralimpiya Oyunlarında bürünc medala sahib olub. == Həyatı == Namiq Abaslı 1997-ci il sentyabrın 12-də anadan olub. 2014-2018-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) ali təhsil alıb. == Karyerası == Namiq Abaslı 2018-ci ildə Portuqaliyada baş tutan Dünya Çempionatını yeddinci pillədə başa vurdu. Komanda turnirində isə o, bürünc medalın sahibi oldu. 2019-cu ilin may ayında Qran-Pridə bürünc medal qazanan Namiq Abaslı, həmin ilin iyul ayında İtaliyada baş tutan Avropa Çempionatında da bürünc medala sahib oldu. 2021-ci ilin may ayında isə o, Qran-Prinin qalibi oldu. 2021-ci ilin avqust ayında isə Namiq Abaslı Yaponiyada baş tutan XVI Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Namiq Abaslı Paralimpiadanın 1/4 final mərhələsi çərçivəsində İspaniya nümayəndəsi Serxio İbanez ilə üz-üzə gəldi və rəqibinə məğlub oldu (00:01).

Значение слова в других словарях