ABAJURLU
ABALI
OBASTAN VİKİ
Abak
Abak (lat. abacus – hesab taxtası) — b.e.ə. IV əsrdən başlayaraq Qədim Yunanıstanda, Romada və 18 əsrədək Qərbi Avropada hesablama üçün işlədilmiş lövhə. == Tarixi == Lövhə zolaqlara bölünürdü. Bu zolaqlardakı markaları (sümük, daş və s.) hərəkət etdirməklə hesablama aparılırdı. Azərbaycanda abak – hesab taxtası kimi tanınır. Çində abaka suan-pan deyirlər. Bu abak quruluşuna görə rus abakından fərqlənir. Onun hər milində 7 aşıq vardır və bu aşıqlar boyuna sədlə iki hissəyə ayrılır. Hissələrin birində 5, digərində isə 2 aşıq vardır.
Abaka (bitki)
Abaka (memarlıq)
Abak — sütunun yuxarı hissəsinin zolağını təşkil edən düz bir taxta. Onun başlıca funksiyası arxa və ya yuxarıdakı arxitreyv ağırlığını almaq üçün bir dayanma olmaq və kapitaldan daha geniş olmaq üçün böyük dəstəkləyici bir səth təmin etməkdir.
Abakan
Abakan (xak. Ағбан) — Rusiya şəhəri, Xakasiya Respublikasının paytaxtı. Şəhər Abakan şəhər dairəsini təşkil edir. Əhalisi 167,4 min (2002) nəfərdir. Minusa çökəkliyinin mərkəzində, Abakan çayının Yeniseyə töküldüyü yerdədir. Dəmiryolu və avtomobil yolları qovşağıdır. Çay portu və aeroport yerləşir. Xakasiyanın iri sənaye, mədəniyyət və elm mərkəzidir. Ağır maşınqayırma, yüngül və yeyinti sənayesi, meşə və ağac emalı, tikinti materialları istehsalı müəssisələri; 11 ali məktəb (filialları ilə birlikdə), 4 kitabxana, muzeylər, 5 teatr, filarmoniya var. Abakan şəhəri 18 əsrin axırlarında salınmışdır.
Abakan dəmir filizi yatağı
Abakan dəmir filizi yatağı — Rusiyaya bağlı Xakasiyada, Abaza şəhəri yaxınlığında yerləşən dəmir filizi yatağı. Qərbi Sayan dağlarının şimal-şərq tələlərində, Xansın antiklinalının cənub-şərq cinahında yerləşir. 1856-cı ildən tanınır və Ural dağları üzrə mütəxəssislər tərəfindən "Abakanskaya blaqodat" (Abakan lütfü) adlandırılır. Kəşfdən sonra filizlərin işlənməsi vaxtaşırı həyata keçirilmişdir. 1947–1959-cu illərdə filizlərin çıxarılması və zənginləşdirilməsi müəssisəsi olan Abakan Mədən İdarəsi tikilmişdir. Çıxarma və emal mərkəzləri Abaza, Abakan, Novokuznetsk şəhərləridir.
Abakan silsiləsi
Abakan silsiləsi — Rusiya Federasiyasında Xakas Respublikası ərazisindədir.. Qərbi Sibirin cənub-şərqində, Kuznetsk Alatausunun cənub davamı və Abakan və Tom çaylarının suayrıcıdır. Tom çayının mənbəyindən Teles çayınadək təqribən 300 km məsafədə uzanır. Hündürlüyü 1894 metrədəkdir. Yamacları 1700-1800 metrədək iynəyarpaqlı tayqa meşələri ilə örtülüdür; yuxarıları dağlıq tundra və Alp çəmənlikləridir.
Abakan çayı
Abakan çayı — Xakasiya ərazisindənn axan, Yenisey çayının sol qolunu təşkil edir. Çayın uzunluğu 327 km təşkil edir. Ümumi su toplayıcı hövzəsinin sahəsu 32000 km² təşkil edir. == Axın == Abakan çayı Xaxasiya ərazisində mövcud olan səkkiz inzibati rayondan beşının ərazisindın axır: Askiz, Altaysk, Beysk, Taştıpsk, Usr-Abakan. Abakan çayını əmələ gətirən ısas Çaylar olan Böyük Abakan və Kiçik Abakan çayları öz başlançıqlarını Qərbi Sayan və Altay dağlarından götürür. Çay Samoxval dağları önündə Krasnoyarsk su anbarına tökülür. Yixarı axarlarda çay dərin ensiz yataqla axır. Böyük Monok kəndi yaxınlığında yatağı birdən genişlənir. Butadan Minusinski novuna axır. Burada çay çoxlu qollara ayrılır.
Abakan çölü
Abakan çölü — Rusiya Federasiyasında, Xakas Respublikası ərazisində düzənlik. Abakan və Yenisey çaylarının sol sahilləri boyu Minusa çökəkliyinin qərb hissəsini əhatə edir. Hündürlüyü 500 metrədəkdir. Relyefi, əsasən düzənlik, qərb hissəsi təpəlikdir. Abakan çölündə çoxlu xırda göllər var. Ərazisi qismən şumlanır və dənli bitkilər əkilir..
Abakar Hacıyev
Abakar Məhəmməd oğlu Hacıyev (11 aprel 1979, Zaqatala rayonu – 27 oktyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Abakar Hacıyev 1979-cu il aprelin 11-də Zaqatala rayonunun Dardoqqaz kəndində anadan olub. Orta təhsilini Ş. Qurbanov adına 3 saylı Zaqatala şəhər tam orta məktəbində alıb. 1996–2000-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb. Ailəli idi. Hacı və Eldar adında oğulları, Elvira adında isə qızı yadigar qaldı. == Hərbi xidməti == 1996–2000-ci illərdə keçmiş Bakı Ali Dənizçilik Hərbi Akademiyasında — indiki Heydər Əliyev adına Hərbi Akademiyada təhsil alan Abakar Hacıyev 2000-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində "leytenant" hərbi rütbəsi altında xidmətə başlayıb. 24 il nazirliyin Goranboy, Füzuli, Gəncə, Bərdə, Beyləqan və Lənkərandakı hərbi hissələrində çalışıb. 2017-ci ilin noyabrında Qusarda "zampolit" kimi fəaliyyətə başlayıb. Sonuncu xidmət yeri Qusar olub.
Abako
Abako adaları — Baham adalarının şimal hissəsində adalar qrupu. Cənubi Abako — Baham adalarının 32 rayonundan biri.
Abako adaları
Abako adaları (ing. Abaco Islands) — Baham adalarının şimal hissəsində adalar qrupu. Əsas adalar Böyük Abako və Kiçik Abakodur.
Cənubi Abako
Cənubi Abako (ing. South Abaco) — Baham adalarının 32 rayonundan biri. Rayon Abako adalarınının cənub qismini əhatə edir. == İstinadlar == == Xarici keçidlər == Statoids.com об административно-территориальном делении Багам на англ.
Evaristo Feliçe Dal Abako
Evaristo Feliç Dal Abako (it. Evaristo Felice Dall'Abaco; 12 iyul 1675[…], Verona, Veneto – 12 iyul 1742[…], Münhen, Bavariya kürfürstlüyü) — İtaliya barokko bəstəkarı, skripkaçı və violonçel ifaçısı. == Həyatı == Evaristo Feliç Dal Abako 12 iyul 1675-ci ildə İtaliyanın Verona şəhərində anadan olmuşdur. O, ilk növbədə Cuzeppe Torellinin, sonra isə Tomazo Antonio Vitalinin tələbəsi olmuşdur. Abako 1704–1715-ci illərdə Bavariya kürfüstünün sarayında musiqiçi kimi çalışmış, onunla birlikdə Brüsselə səfər etmiş, 1715-ci ildə isə sarayın konsert ustası olmuşdur. Simli alətlər və "basso continuo" (fasiləsiz bas) üçün iyirmi dörd "camera" (kameralı) sonata, on "concerti da chiesa" (kilsə konserti), on iki "a tre" (üçlü) sonata və on iki "concerti à più istrumenti" (bir çox alətlər üçün konsert) bəstələmişdir. O, bu əsərlərində italyan, fransız və alman ənənələrini birləşdirmişdir. == Nəşr olunmuş əsərləri == Opus 1:12 Sonate da Camera, skripka, violonçel və ümumi bas üçün (basso continuo) Opus 2: 12 Concerti à quattro da Chiesa Opus 3: 12 Sonate da Chiesa à tre Opus 4: 12 Sonate da Camera skripka və violonçel üçün Opus 5: 6 Concerti à più Istrumenti Opus 6: 12 Concerti à più Istrumenti Serenata à 4 voci construmenti Köln kürfürstü Klement Avqustun ad günü üçün bəstələnmişdir. == İstinadlar == == Xarici keçidlər == Биография на hoasm.org (ing.) Биография в Музыкальной энциклопедии Биография в энциклопедии Treccani.
Jozef Dal Abako
Jozef Mari Klement Ferdinand Dal Abako (fr. Joseph Marie Clément Ferdinand dall` Abaco; 27 mart 1710 və ya 1709, Brüssel – 31 avqust 1805) — Belçika bəstəkar] və violençi. Brüsseldə anadan olub, atası, italyan bəstəkarı və skripkaçısı Evaristo Feliçe Dal Abako ilə musiqi təhsili almışdır. On doqquz yaşında Abako Bonn kürfüstünün xidmətinə girmiş və onun saray orkestrində ifa etməyə başlamışdır. 1738-ci ildə orkestrin rəhbəri təyin edilmişdir. 1740-cı ildə İngiltərəyə səyahət etmişdir. 1749-cu ildə Vyanada beş violonçel üçün konsert proqramı ilə çıxış etmişdir. 1753-cü ildə Veronaya köçdü və burada Filarmoniya Akademiyasının üzvü kimi çalışmışdır. 1766-cı ildə Bavariya şahzadəsi Maksimilian ona baron titulu vermişdir. O, 95 yaşında Verona yaxınlığındakı malikanəsində vəfat etmişdir.
Ligularia abakanica
Ligularia abakanica (lat. Ligularia abakanica) — mürəkkəbçiçəklilər fəsiləsinin liqulariya cinsinə aid biki növü.
Nail Abakarov
Nail Müzəffər oğlu Abakarov (24 iyul 2001, Kazan – 2 oktyabr 2020, Ağdərə, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nail Abakarov 2001-ci il iyulun 24-də Rusiya Federasiyasının Kazan şəhərində anadan olub. 2009-2011-ci illərdə Kazan şəhərində 79 saylı İnternat Liseyində, 2011-2018-ci illərdə Zaqatala şəhərində İnternat Liseyində, 2018-2020-ci illərdə isə Zaqatala şəhərində N. Hüseynov adına 2 nömrəli tam orta məktəbdə təhsil alıb. Subay idi. == Hərbi xidməti == Nail Abakarov 2020-ci ilin iyul ayından Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycan Ordusunun əsgəri olan Nail Abakarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nail Abakarov oktyabrın 2-də Madagizin azad edilməsi zamanı şəhid olub. Zaqatala rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nail Abakarov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Nail Abakarov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Patimat Abakarova
Patimat Abakarova (23 oktyabr 1994; Mahaçqala, Dağıstan, Rusiya) — 2010–2012-ci illərdə Rusiya yığmasının heyətində mübarizə aparan, 2012-ci ildən isə Azərbaycan yığmasının heyətində çıxış edən taekvondoçu. Patimat Abakarova 2015-ci ilin iyununda Azərbaycanda baş tutan I Avropa Oyunlarının bürünc medalına sahib olmaqla, birinci ciddi uğuruna imza atdı. 2016-cı ildə isə Patimat Abakarova ən ciddi uğuruna imza atdı. Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarının bürünc medal uğrunda görüşündə Fransa nümayəndəsi Yasmina Əziz üzərində 8:2 hesabı ilə qələbə qazanaraq Olimpiadanın bürünc medalına oldu. Bununla da o, bu idman növü üzrə Olimpiadalarda medal qazanan olan birinci Azərbaycan idmançısı olaraq tarixə düşdü. Karyerası ərzində 44 beynəlxalq turnirdə mübarizə aparan Patimat Abakarova, onların 8-də qızıl medala, 4-də gümüş medala, 16-da isə bürünc medala sahib olub. Patimat Abakarova Azərbaycan idmanında xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli Sərəncamına əsasən "Tərəqqi" medalı ilə, 22 avqust 2016-cı il tarixli Sərəncamına əsasən isə Azərbaycan Prezidentinin fəxri diplomu ilə təltif edilib. == Həyatı == Patimat Serajutdinovna Abakarova 1994-cü il oktyabrın 23-də Mahaçqala şəhərində anadan olub. Milliyyətcə avardır. 1999-cu ildən idmanla məşğul olur.
Patimat Abakərova
Patimat Abakarova (23 oktyabr 1994; Mahaçqala, Dağıstan, Rusiya) — 2010–2012-ci illərdə Rusiya yığmasının heyətində mübarizə aparan, 2012-ci ildən isə Azərbaycan yığmasının heyətində çıxış edən taekvondoçu. Patimat Abakarova 2015-ci ilin iyununda Azərbaycanda baş tutan I Avropa Oyunlarının bürünc medalına sahib olmaqla, birinci ciddi uğuruna imza atdı. 2016-cı ildə isə Patimat Abakarova ən ciddi uğuruna imza atdı. Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarının bürünc medal uğrunda görüşündə Fransa nümayəndəsi Yasmina Əziz üzərində 8:2 hesabı ilə qələbə qazanaraq Olimpiadanın bürünc medalına oldu. Bununla da o, bu idman növü üzrə Olimpiadalarda medal qazanan olan birinci Azərbaycan idmançısı olaraq tarixə düşdü. Karyerası ərzində 44 beynəlxalq turnirdə mübarizə aparan Patimat Abakarova, onların 8-də qızıl medala, 4-də gümüş medala, 16-da isə bürünc medala sahib olub. Patimat Abakarova Azərbaycan idmanında xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli Sərəncamına əsasən "Tərəqqi" medalı ilə, 22 avqust 2016-cı il tarixli Sərəncamına əsasən isə Azərbaycan Prezidentinin fəxri diplomu ilə təltif edilib. == Həyatı == Patimat Serajutdinovna Abakarova 1994-cü il oktyabrın 23-də Mahaçqala şəhərində anadan olub. Milliyyətcə avardır. 1999-cu ildən idmanla məşğul olur.
Qleb Abakumov
Qleb Arsentiyeviç Abakumov (rus. Гле́б Арсе́нтьевич Абаку́мов; 30 sentyabr 1937, Yadrin[d] – 29 avqust 2019, Nijni Novqorod) — SSRİ və Rusiya kimyaçısı. O, Rusiya Elmlər Akademiyasının müxbir üzvü (1991), SSRİ Elmlər Akademiyasının müxbir üzvü (1987-ci ildən), Rusiya Elmlər Akademiyasının akademiki (2000-ci ildən) olmuşdur. == Həyatı == 1962-ci ildə N.İ. Lobaçevski adına Nijni Novqorod Dövlət Universitetinin kimya fakültəsini bitirmişdir. Kimya elmləri doktoru (1976), professor (1980), Nijni Novqorod Dövlət Universitetinin Kimya fakültəsində (1962–1964), SSRİ Elmlər Akademiyasının polimerlərin stabilləşdirilməsi laboratoriyasında (1964–1968), SSRİ Elmlər Akademiyasının Kimya İnstitutunda (1968–1988) işləmişdir. Rusiya Elmlər Akademiyasının Q. A. Razuvayev adına Metal Üzvi Kimya İnstitutunun direktoru, 2016–2019-cu illərdə institutun elmi direktoru olmuşdur. Nijni Novqorod şəhərində yerləşən Buqrovski qəbiristanlığında dəfn edildi. == Nəşrlər == Rusiya və beynəlxalq elmi jurnallarda 350-yə yaxın nəşrin müəllifidir. == Təltif və mükafatlar == SSRİ Dövlət Mükafatı (1985) "Dostluq" ordeni (1999) == İstinadlar == == Xarici keçidlər == Абакумов Глеб Арсентьевич. Информационная система «Архивы Российской академии наук».
Tamara Abakeliya
Tamara Qriqoryevna Abakeliya (gürc. თამარ გრიგოლის ასული აბაკელია, 19 avqust (1 sentyabr) 1905, Xoni, İmereti – 14 may 1953, Tbilisi, SSRİ) — Gürcüstan-sovet heykəltəraşı, teatr rəssamı, qrafik rəssamı, qrafik dizayneri. Məşhur həkim və ictimai xadim İoseb Abakelianın (1882–1938) qardaşı qızıdır. == Həyatı == Tamara Abakeliya 19 avqust 1905-ci ildə Gürcüstanın qərbində, İmereti bölgəsində Xoni qəsəbəsində anadan olmuşdur. İlk təhsilini doğma kəndində almışdır. Sonra rəssamlıq təhsilini almaq üçün Tbilisiyə yollanmışdır. Tamara Abakeliya 1924–1929-cu illərdə N.P.Kandelaki, E.E.Lansere və Y.İ.Nikoladzenin də dərs verdiyi Tbilisi Dövlət Rəssamlıq Akademiyasında təhsil alıb. Teatr və dekorativ rəngkarlıq sahəsində K.A.Marcanişvilinin rəhbərliyi altında işləməyə başlayır. 1932–1934-cü illərdə Lado Mesxişvili adına Kutaisi Gürcü Teatrının rəssamı idi. 1942-ci ildən Sov.İKP üzvü olub.
Viktor Abakumov
Viktor Semyonoviç Abakumov (rus. Виктор Семёнович Абакумов; 11 (24) aprel 1908, Moskva – 19 dekabr 1954) — SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin sədri. == Həyatı == Viktor Semyonoviç Abakumov 24 aprel 1908-ci ildə Moskvada anadan olmuşdu və olduqca təmkinli, ağıllı qərar qəbul etməsilə ən təcrübəli mütəxəssisləri belə şoka salırdı. Adi bir ocaqçı ailəsində dünyaya göz açan Abakumov ibtidai təhsil almışdı. Amma bu onun sonralar xalq komissarı vəzifəsinə qədər yüksəlməsinə və general-polkovnik rütbəsi almasına mane ola bilməmişdi. 1921-1923-cü illərdə o, xüsusi təyinatlı 2-ci Moskva alayında sanitar kimi xidmət etmişdi. 1924-27-ci illərdə fəhləliklə məşğul olmuşdu. 1927-28-ci illərdə hərbi sənaye əhəmiyyətli müəssisələrdən birində atıcı vəzifəsinə düzələn Abakumov 1930-cu ildə partiyaya daxil oldu. Az sonra onu Ticarət Nazirliyində şöbə müdirinin müavini təyin etdilər. 1932-ci ildə Abakumov komsomol işinə keçdi.
İoseb Abakelia
İoseb Abakelia (ing. Ioseb Abakelia; 2 mart 1882, Kutaisi – 1938) — ftiziologiya üzrə ixtisaslaşmış ilk gürcü həkim və tibb alimi. == Bioqrafiyası == Abakelia Kutaisidə anadan olub və Moskva Universitetində 1911-ci ildə tibb fakültəsini bitirib. 1910-cu illərdə vərəm xəstəliyini öyrəndi və 1921-ci ildə Abakelia vərəmlə bağlı ilk gürcü elmi araşdırmasını nəşr etdi. Bir il sonra Tbilisidə xəstəliyin öyrənilməsi üçün Gürcüstanda ilk laboratoriya qurdu. 1926-cı ildə Tiflis Dövlət Universitetində işinə davam etdi və 1930-cu ildə professor oldu. O, 1930-cu ildə ilk Gürcü Vərəmi Araşdırma İnstitutunu təsis etdi və 1938-ci ilədək Böyük Təmizləmə zamanı tutularaq edam edildiyinə (güllələndiyinə) qədər rəhbərlik etdi. Eyni zamanda qey etmək lazımdır ki, İoseb Abakelia Gürcüstanda məşhur heykəltaraş Tamar Abakelianın da əmisi idi.
Abaka
Musa textilis (lat. Musa textilis) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin bromeliyakimilər fəsiləsinin banan cinsinə aid bitki növü. Tropik ölkələrdə lif almaq məqsədilə becərilir. Vətəni Filippin adalarıdır. Abakaya Manila kəndiri (lifi) də deyilir. İspanların lif ixrac etmək məqsədi ilə becərilməsini təşkil etdikləri 1768-ci ildən bəri bu bitki avropalıların həyatına qədəm qoydu. Abakanı ilk olaraq yalnız Filippin becərilirdi, 1920-ci ildən bu yana isə İndoneziya, eləcə də Mərkəzi Amerikada (Kosta-Rika, Honduras) istifadə olunur. Bitkinin lifli hissəsi 18-24 ayda yetişir, bundan sonra lif qabıqdan təmizlənir, günəşdə qurudulur və əlavə emal olunmadan və hətta əyirilmədən istifadə edilə bilər. == Sinonimləri == Musa abaca Perr. nom.
Abubakr Abakarov
Abubakr Abakarov (28 yanvar 1999, Xasavyurd, Dağıstan) — Azərbaycanı təmsil edən sərbəst güləşçi. == Həyatı == Abubakr İslambəyoviç Abakarov 1999-cu il yanvarın 28-də Rusiyanın Xasavyurt şəhərində anadan olub. Milliyyətcə çeçendir. 2008-ci ildən güləşlə məşğul olur. Şəxsi məşqçisi Zəlimxan Hüseynovdur. == Karyerası == Abubakr Abakarov 2014-cü ildə Belarusda A. Medvedin xatirəsinə həsr olunan beynəlxalq turnirdə mübarizə apardı və turniri 8-ci pillədə başa vurdu. 2016-cı ildə Azərbaycan Güləş Federasiyası (AGF) Abubakr Abakarovu Azərbaycan yığmasına dəvət elədi. Abubakr Abakarov bu dəvəti qəbul elədi və 2016-cı ildən Azərbaycan bayrağı altında beynəlxalq turnirlərdə mübarizə aparmağa başladı. Abubakr Abakarov 2016-cı ilin iyulunda İsveçdə baş tutan yeniyetmələr arasında Avropa Çempionatının bürünc, sentyabrında Gürcüstanda baş tutan yeniyetmələr arasında Dünya Çempionatının isə qızıl medalına sahib oldu. 2017-ci ildə Abubakr Abakarov Dortmund şəhərində (Almaniya) gənclər arasında Avropa Çempionatında mübarizə aparsa da, turniri 18 idmançı sırasında 10-cu pillədə başa vurdu.

Значение слова в других словарях

добежа́ть затаённо многогла́сие неплатёжеспосо́бный отклёвываться плотне́ть подебоши́рить продыря́вливать рассвети́ть хому́тный асе́птика вы́йти из головы ду́мушка крива́я навя́знуть отсе́ивание перепорхну́ть трепа́льщик Afro-American death-marked Leopoldville pan off unassuaged гидромеханика организовать