abajurlu
Abbasilər
OBASTAN VİKİ
Abakan
Abakan (xak. Ағбан) — Rusiya şəhəri, Xakasiya Respublikasının paytaxtı. Şəhər Abakan şəhər dairəsini təşkil edir. Əhalisi 167,4 min (2002) nəfərdir. Minusa çökəkliyinin mərkəzində, Abakan çayının Yeniseyə töküldüyü yerdədir. Dəmiryolu və avtomobil yolları qovşağıdır. Çay portu və aeroport yerləşir. Xakasiyanın iri sənaye, mədəniyyət və elm mərkəzidir. Ağır maşınqayırma, yüngül və yeyinti sənayesi, meşə və ağac emalı, tikinti materialları istehsalı müəssisələri; 11 ali məktəb (filialları ilə birlikdə), 4 kitabxana, muzeylər, 5 teatr, filarmoniya var. Abakan şəhəri 18 əsrin axırlarında salınmışdır.
Abakan silsiləsi
Abakan silsiləsi — Rusiya Federasiyasında Xakas Respublikası ərazisindədir.. Qərbi Sibirin cənub-şərqində, Kuznetsk Alatausunun cənub davamı və Abakan və Tom çaylarının suayrıcıdır. Tom çayının mənbəyindən Teles çayınadək təqribən 300 km məsafədə uzanır. Hündürlüyü 1894 metrədəkdir. Yamacları 1700-1800 metrədək iynəyarpaqlı tayqa meşələri ilə örtülüdür; yuxarıları dağlıq tundra və Alp çəmənlikləridir.
Abakan çayı
Abakan çayı — Xakasiya ərazisindənn axan, Yenisey çayının sol qolunu təşkil edir. Çayın uzunluğu 327 km təşkil edir. Ümumi su toplayıcı hövzəsinin sahəsu 32000 km² təşkil edir. == Axın == Abakan çayı Xaxasiya ərazisində mövcud olan səkkiz inzibati rayondan beşının ərazisindın axır: Askiz, Altaysk, Beysk, Taştıpsk, Usr-Abakan. Abakan çayını əmələ gətirən ısas Çaylar olan Böyük Abakan və Kiçik Abakan çayları öz başlançıqlarını Qərbi Sayan və Altay dağlarından götürür. Çay Samoxval dağları önündə Krasnoyarsk su anbarına tökülür. Yixarı axarlarda çay dərin ensiz yataqla axır. Böyük Monok kəndi yaxınlığında yatağı birdən genişlənir. Butadan Minusinski novuna axır. Burada çay çoxlu qollara ayrılır.
Abakan çölü
Abakan çölü — Rusiya Federasiyasında, Xakas Respublikası ərazisində düzənlik. Abakan və Yenisey çaylarının sol sahilləri boyu Minusa çökəkliyinin qərb hissəsini əhatə edir. Hündürlüyü 500 metrədəkdir. Relyefi, əsasən düzənlik, qərb hissəsi təpəlikdir. Abakan çölündə çoxlu xırda göllər var. Ərazisi qismən şumlanır və dənli bitkilər əkilir..
Abakan dəmir filizi yatağı
Abakan dəmir filizi yatağı — Rusiyaya bağlı Xakasiyada, Abaza şəhəri yaxınlığında yerləşən dəmir filizi yatağı. Qərbi Sayan dağlarının şimal-şərq tələlərində, Xansın antiklinalının cənub-şərq cinahında yerləşir. 1856-cı ildən tanınır və Ural dağları üzrə mütəxəssislər tərəfindən "Abakanskaya blaqodat" (Abakan lütfü) adlandırılır. Kəşfdən sonra filizlərin işlənməsi vaxtaşırı həyata keçirilmişdir. 1947–1959-cu illərdə filizlərin çıxarılması və zənginləşdirilməsi müəssisəsi olan Abakan Mədən İdarəsi tikilmişdir. Çıxarma və emal mərkəzləri Abaza, Abakan, Novokuznetsk şəhərləridir.
Ligularia abakanica
Ligularia abakanica (lat. Ligularia abakanica) — mürəkkəbçiçəklilər fəsiləsinin liqulariya cinsinə aid biki növü.
дотрави́ть дыми́нка изя́щный несудохо́дный проти́скать затемнённость нахо́дчивый ничто́жность обдели́ть опры́скаться flag-keeper gismo millpond precalculate sic talebearer talkative tittle-tattle unsolved вставить папистский распропагандировать торцовый четвероногий швейцарка