ABBASALI
ABBASQULU
OBASTAN VİKİ
Abbasəli Abbasəliyev
Abbasəli Abbasəliyev (22 aprel 1970, Ağbulaq, Çəmbərək rayonu) — həkim kardioloq, Azərbaycanda angioqrafiya və stent əməliyyatlarının icrasında, başqa sözlə invaziv kardiologiya üzrə ilk yerli mütəxəssis. Respublika Müalicə Diaqnostika Mərkəzinin Kadiologiya şöbəsinin müdiri, Azərbaycan Kardiologiya Cəmiyyəti idarə heyətinin üzvü, tibb elmləri namizədi.Azərbaycan Respublikası prezidenti İlham Əliyevin 14.11.2016 tarixli sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilmişdir. == Həyatı == Abbasəli Abbasəliyev 1970-ci il 22 apreldə anadan olub. Orta məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra qardaş ölkə olan Türkiyə ilə imzalanmış müqaviləyə əsasən Türkiyədə tibb təhsilini davam etdirmişdir. 1991–1997-ci illərdə Turkiyənin İzmir şəhərində Dokuz Eylül Unversitetinin Tibb fakültəsində təhsil alıb. 1997–2001-ci illərdə İzmir Ege Universitetinin Kardiologiya Kafedrasında ixtisaslaşma keçərək, elmi işini müdafiə edib kardiologiya mütəxəssisi adını alıb. 2001–2003-cü illərdə İzmirdə xüsusi Atakalb Ürək Xəstəlikləri Xəstəxanasında işləmişdir. == Əmək fəaliyyəti == 2003-cü ilin aprelindən 2006-cı ilin müvafiq dövrünə qədər Bakıda Mərkəzi Klinik Xəstəxanasında kardiologiya bölməsinin müdiri vəzifəsində işləyib. 2006-cı ildən Mərkəzi Neftçilər Xəstəxanasında İntervension Kardiologiya (İnvaziv kardiologiya) bölməsinin müdiri vəzifəsində çalışır. 2003-cü ilin aprelindən 2006-cı ilin müvafiq dövrünə qədər Bakıda Mərkəzi Klinik Xəstəxanasında kardiologiya bölməsinin müdiri vəzifəsində işləyib.
Abbasəli Həsənov
Abbasəli Kərəm oğlu Həsənov (1953, Gədəbəy rayonu) — Azərbaycan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri , şərqşünas, diplomat. == Həyatı == Abbasəli Həsənov 1953-cü ildə Gədəbəy rayonunda anadan olub. Əslən Göyçə mahalının Ardanış kəndindəndir. == Siyasi fəaliyyəti == 1998-ci ildən Azərbaycan Respublikasının İranda Fövqəladə və Səlahiyyətli səfiridir. Eyni zamanda 1998-ci ildən EKO-da İqtisadi Əməkdaşlıq Təşkilatında idarə heyətinin üzvü, hazırda isə sədridir. Azərbaycan prezidenti İlham Əliyevin 10 fevral 2012-ci il tarixli sərəncamı ilə Abbasəli Kərəm oğlu Həsənov Azərbaycan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Abbasəli Kərimov
Abbasəli Kərimov (1931, Ardanış – 2004, Bakı) — Azərbaycan şairi, publisisti, pedaqoqu; qabaqcıl təsərrüfat rəhbəri. == Həyatı == Abbasəli Kərimov 1931-cü ildə Göyçə mahalının Ardanış kəndində anadan olub. 1949-cu ilin sentyabrına kimi kolxozda işləmişdir.2004-cü ildə Bakı şəhərində vəfat edib. == Təhsili == Abbasəli Kərimov 1952-ci ildə orta təhsilini tamamlamışdır. 1952-1956-cı illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) fizika-riyaziyyat fakultəsində təhsil almışdır. 1971-ci ildə Bakı Ali Partiya Məktəbinə oxumağa göndərilmişdir. == Fəaliyyəti == === Pedaqoji fəaliyyəti === 1956-cı ildən pedaqoji fəaliyyətə başlayan Abbasəli Kərimov, 1966-cı ildə qonşu Cil kəndində məktəb direktoru vəzifəsinə təyin olunmuşdur. === Siyasi fəaliyyəti === Abbasəli Kərimov 1968-ci ildə Krasnoselo rayon Partiya Komitəsinin Təbliğat-təşviqat şöbəsinin təlimatçısı vəzifəsinə irəli çəkilmişdir. === Təsərrüfat rəhbəri kimi === 1974-cü ilin yanvar ayında öz doğma kəndində Ardanış kolxozu İdarə Heyətinin sədri (kolxoz sədri) vəzifəsinə təyin olunmuşdur. 1977–1987-ci illərdə Ardanış kənd sovxozunda direktor vəzifəsində işləmişdir.
Abbasəli Novruzov
Abbasəli Ramazan oğlu Novruzov - Azərbaycan Respublikası Milli Təhlükəsizlik nazirinin müavini-Sərhəd Qoşunlarının Komandanı (1994-2001-ci illər). Sərhəd Qoşunları Komandanının baş müşaviri, general-mayor, respublikanın Əməkdar hüquqşünası. == Həyatı == Sərhəd Qoşunlarının əsas vəzifəsi dövlətin siyasi, hərbi, iqtisadi mənafelərini qorumaq, quru və dəniz sərhədlərini müdafiə etməkdir. Silahlı qüvvələrin tərkib hissəsi olmasına baxmayaraq, öz strukturuna görə digərlərindən fərqlənir. Sərhədçilər ilboyu Vətənin hüdudlarını qorumaqla yanaşı, həm də xarici təcavüzü ilk olaraq üzərinə götürən qoşun növüdür, dövlət təhlükəsizliyimizin qarantlarından biridir. General-mayor Abbasəli Novruzov da 75 illik ömrünün 57 ilini sərhədlərimizin müdafiəsinə bağlayan sərkərdələrimizdəndir. Hər şey əsgərlik illərindən başlayıb. Çağırışçı kimi Sərhəd Qoşunlarına düşüb. Və taleyini əbədi olaraq sərhədə bağlayıb. Əvvəlcə SSRİ DTK Sərhəd məktəbinin hüquq bölməsini, sonra isə Dövlət Təhlükəsizlik Akademiyasını bitirmişdir.
Abbasəli Nəzərəliyev
Abbasəli QaraGöz oğlu Nəzərəliyev - 20 yanvar şəhidi. 1962-cu ildə 25 noyabrda Babək rayonunun Əliabad kəndində anadan olub.Tikintidə dülgər işləyib. Şövkət adında bir qızı qaldı. Yanvarın 18—19-da kəndin müdafiəsində iştirak edib. 19-u gecə Qaraburun postunda İdris Məmmədovun qətlə yetirilməsi xəbəri Abbasəlini də sarsıdıb. Onun arxasınca gedib. Yolda ona da güllə dəyib. Dostunun dadına çatmamış Abbasəli də həlak olur.Abbasəli Nəzərəliyevin adı Babək rayonundakı Əliabad kənd məktəbinə verilmiş, "İzmir" kooperativi barelyefini düzəldib məktəbin qarşısına vurmuşdur.Anadan olduğu və yaşadığı Əliabad kəndində dəfn edilmişdir. == Həmçinin bax == "20 Yanvar Şəhidi" fəxri adı alanların siyahısı Azərbaycan Respublikasının Azadlıq uğrunda mübarizlərinin siyahısı Şəhidlər Xiyabanında dəfn olunanlar == Xarici keçidlər == Qulu Kəngərli. 20 Yanvar şəhidləri (PDF).
Abbasəli Pənbeyi
Abbasəli Kərbəlayı Baxşəli oğlu Pənbeyi (1897–1977)—Xiyabani və Pişəvəri hökumətinin fəallarından. == Həyatı == Abbasəli Kərbəlayı Baxşəli oğlu Pənbeyi 1897-ci ildə Miyana şəhərində anadan olmuşdu. 1945-ci ildə başlanan hərəkatda fədailərin hərbi qərargahına Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsi və mahallarda onun təşkilatları rəhbərlik etmişdir. Azərbaycan Demokrat Firqəsinin fədai dəstələrinin arasında bütün siniflərin nümayəndələri, hətta qadınlar olmuşdur. Azərbaycan xalqının uğurlu gələcəyinə, azadlığına inamı olanlar, xalq arasında təmizliyi ilə hörmət qazananlar fədailərin sırasını təşkil edirdi. Hərbi sahəni bilmək, özünün silahı olmaq, xalq üçün, vətən üçün ölümü qəbul etmək əsas məqsəd götürülmüşdü. Fədai dəstələrinin hazırlanmasında, başçılarının təyin edilməsində firqə təşkilatları əsas rol oynamışlar. Azərbaycan şəhərlərinin şah qoşunlarından təmizlənməsi buna ən bariz nümunə kimi təqdim oluna bilər: Miyana:Noyabrın 14-dən 17-nə qədər; Komitənin sədri Əli Şəmidə, fədai başçıları Qulam Yəhya Danişyan, Abbasəli Pənbeyi, Teymur Mədədi və başqaları. Abbasəli Pənbeyi 1977-ci ildə vəfat edib.
Abbasəli hamamı
Abbasəli hamamı — Abşeron rayonu Fatmayı kəndinin daxilindən keçən Cəlil Cavadov küçəsinin sağ tərəfində yerləşir. == Tikili == L hərfi formasına malik hamam iki hissədən ibarətdir. İki hücrədən ibarət olan hamam müvafiq olaraq 2 günbəzə sahibdir. Girişi qərb hissədəndir. == Tarixi == Hamamın XIX əsrdə tikilməsi qeyd olunur. Hamam hazırda istifadəsiz və baxımsız vəziyyətdədir. Hamamın adının onu inşa etdirən şəxsin adı ilə bağlı olması ehimal edilir.
Abbasəli İsmayılov
Abbasəli İmamqulu oğlu İsmayılov (20 sentyabr 1995, Babək rayonu, Naxçıvan Muxtar Respublikası – 22 oktyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Abbasəli İsmayılov 1995-ci il sentyabrın 20-də Babək rayonunun Qahab kəndində anadan olub. İlk təhsilini Qahab kənd tam orta məktəbində alandan sonra 2010–2013-cü illərdə Naxçıvandakı Heydər Əliyev adına Hərbi Liseyi, 2013–2017-ci illərdə isə Azərbaycan Ali Hərbi Məktəbini bitirdikdən sonra hərbi xidmətə başlayıb. == Hərbi xidməti == Azərbaycan Ordusunun baş leytenantı olan Abbasəli İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Abbasəli İsmayılov oktyabrın 22-də Qubadlının azad edilməsi zamanı şəhid olub. Babək rayonunda dəfn olunub.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Abbasəli İsmayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Abbasəli İsmayılov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Abbasəli İsmayılov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Abbasəli İsmayılov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Abbasəli İsmayılov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Abbasəli Əsədi
Əsədi Abbasəli Əsədulla oğlu - Təbriz teatrının yarandığı ilk günlərdən bu sənət ocağı ilə bağlı olan teatr fəadailərindən biri. == Həyatı == Abbasəli Əsədi 1888-ci ildə Təbrizdə şöhrətli hərbçi ailəsində doğulub. İbtidai təhsilini şəhərdəki "Loğman" mədrəsəsində alıb. Elmə, maarifə rəğbət bəsləyən Əsədulla kişi təhsilini davam etdirmək üçün Abbasəlini Tehran şəhərinə göndərib. Abbasəli Əsədi burada orta təhsilə yiyələnib. Bayram günlərində bu məktəbin dram dərnəyində fars dilində kiçik məzhəkə və məsxərələr hazırlanıb oynanılırdı. Abbasəli göstərilən məzhəkələrdən birində uşaq rolu oynamaqla səhnəyə ilk dəfə qədəm basıb. Təhsilini başa vurub Təbrizə qayıdan Abbasəli Əsədi 1918-ci ildə inqilabi hərəkata qoşulub. İnqilab yatırılanda Təbrizi tərk etməli olub. 1921-ci ildə Cəlil Məmmədquluzadə ilə Əhar şəhərində görüşüb.
Aşıq Abbasəli
Aşıq Abbasəli (tam adı:Xəlilov Abbasəli Süleyman oğlu) — aşıq, şair. == Həyatı == Aşıq Abbasəli 31 dekabr 1913-cü ildə Göyçə mahalının Daşkənd kəndində anadan olub. Şair Məmmədhüseynin nəticəsidir. 1941–1945-ci illərdə Böyük Vətən müharibəsində iştirak etmiş, orden və medallarla təltif olunmuşdur. Aşıq Abbasəli müharibədən qayıtdıqdan sonra uzun müddət Gədəbəy rayonunda yaşamışdır. 1953-cü ildə ata-baba yurdu olan Göyçə mahalından həmkəndliləri və qohumları deportasiya olunduqdan sonra 1965-ci ildə Aşıq Abbasəli də Bərdə rayonunun Yeni Daşkənd kəndinə köçmüşdür. Aşıq Abbasəli 93 il yaşamış və 30 sentyabr 2007-ci ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində vəfat etmişdir. Yeni Daşkənd kənd qəbiristanlığında dəfn edilmişdir. == Yaradıcılığı == Aşıq Abbasəlinin ustadı Göyçə mahalının Yarpızlı kəndindən olan Aşıq İslam olmuşdur. Aşıq Abbasəli qardaşı Aşıq Novruzun ustadı idi.
Abbasəli bəy Makinski
Abbasəli bəy Bəhram bəy oğlu Makinski (4 (16) iyun 1888, İrəvan, İrəvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası – 22 mart 1938, Bakı, Azərbaycan SSR, SSRİ) — hüquqşünas, ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin Ədliyyə Nazirliyinin müvəkkili, Xarici İşlər Nazirliyinin tərcüməçisi. == Həyatı == Abbasəli bəy Bəhram bəy oğlu Makinski 1888-ci il iyunun 16-da (köhnə təqvimlə 4-də) İrəvan quberniyasının mərkəzi İrəvan şəhərində anadan olub. O, Makinskilər soyunun nümayəndələrindən biridir. Onun soy adı Makinski bu gün İran İslam Respublikasının Qərbi Azərbaycan ostanındakı kiçik Maku şəhərindən alınıb. === Təhsili === Abbasəli bəy Makinski ilk təhsilini doğulduğu İrəvan şəhərindəki realnı məktəbdə, sonra isə Tiflisdəki klassik gimnaziyada alıb. Abbasəli bəy Makinski ali təhsil almaq üçün 1908-ci ildə Kiyev şəhərinə gedir. Ədəbiyyata böyük marağı olsa da Kiyev Universitetinin Hüquq fakültəsində oxumağa üstünlük verir. Yalnız hüquq təhsili almaqla kifayətlənmir, böyük həvəslə fransız, alman və ingilis dillərində danışmağı, latın dilində yazılmış mətnləri oxumağı öyrənir.Tələbəlik illərində özündən bir kurs aşağıda oxuyan, sonralar yazıçı Yusif Vəzir Çəmənzəminli kimi tanınan Yusif Vəzirovla dostlaşır. Onlar birlikdə Kiyevdə oxuyan azərbaycanlı tələbələrin "Zemlyaçestvo" ("Azərbaycan həmyerlilər təşkilatı") yaradırlar. Həmin təşkilatda ən fəal üzvlərdən olan Abbasəli bəy 1913-cü ildə universiteti əla qiymətlərlə bitirir.
Abbasəli Əmid Zəncani
Abbasəli Əmid Zəncani (30 mart 1937, Zəncan – 30 oktyabr 2011, Tehran) — Tehran universitetinin rektoru, ayətullah. == Həyatı == Abbasəli Əmid Zəncani 30 mart 1937-ci ildə Zəncan şəhərində anadan olmuşdu. o, fiqh və hüquq sahəsində universitetin mötəbər ustadlarından idi. Hövzənin böyük ustadlarından kəsb etdiyi elm və savad nəticəsində, Cəfəri fiqhinin dəqiq və zərif nöqtələrini universitetlərdə tədris edirdi. O, fiqh və hüquq sahəsində gözəl əsərlər yazmışdır. Abbasəli Əmid Zəncani 2005–ci ildən 2008-ci ilədək Tehran Universitetinin rektoru olmuşdu. Abbasəli Əmid Zəncani 30 oktyabr 2011-ci ildə vəfat edib.
Aşıq Abbasəli Xəlilov
Aşıq Abbasəli (tam adı:Xəlilov Abbasəli Süleyman oğlu) — aşıq, şair. == Həyatı == Aşıq Abbasəli 31 dekabr 1913-cü ildə Göyçə mahalının Daşkənd kəndində anadan olub. Şair Məmmədhüseynin nəticəsidir. 1941–1945-ci illərdə Böyük Vətən müharibəsində iştirak etmiş, orden və medallarla təltif olunmuşdur. Aşıq Abbasəli müharibədən qayıtdıqdan sonra uzun müddət Gədəbəy rayonunda yaşamışdır. 1953-cü ildə ata-baba yurdu olan Göyçə mahalından həmkəndliləri və qohumları deportasiya olunduqdan sonra 1965-ci ildə Aşıq Abbasəli də Bərdə rayonunun Yeni Daşkənd kəndinə köçmüşdür. Aşıq Abbasəli 93 il yaşamış və 30 sentyabr 2007-ci ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində vəfat etmişdir. Yeni Daşkənd kənd qəbiristanlığında dəfn edilmişdir. == Yaradıcılığı == Aşıq Abbasəlinin ustadı Göyçə mahalının Yarpızlı kəndindən olan Aşıq İslam olmuşdur. Aşıq Abbasəli qardaşı Aşıq Novruzun ustadı idi.
Abbasəlikəndi (Meşkinşəhr)
Abbasəlikəndi (fars. عباسعلي كندي‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Germi bölgəsinin Xoruzlu kəndistanında, Germi qəsəbəsindən 36 km cənub-qərbdə, Germi-Ərdəbil avtomobil yolunun 20 kilometrliyindədir. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 32 nəfər yaşayır (8 ailə).
Abbasəlili (Germi)
Abbasəlili (fars. عباس عليلو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Germi bölgəsinin Ənqut kəndistanında, Təzəkənd-Ənqut kəndindən 24 km qərbdə, Germi-Ərdəbil avtomobil yolunun 27 kilometrliyindədir. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 369 nəfər yaşayır (81 ailə).
Hüseyn Abbasəliyev
Hüseyn Adil oğlu Abbasəliyev (2 oktyabr 2000; Mingəçevir, Azərbaycan — 29 sentyabr 2020; Suqovuşan, Tərtər, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Hüseyn Abbasəliyev 22 oktyabr 2000-ci ildə Mingəçevirdə anadan olmuşdur. == Hərbi xidməti == Hüseyn Abbasəliyev 23 oktyabr 2018-ci il — 29 mart 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Hüseyn Abbaseliyev Abbaseliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan İkinci Qarabağ müharibəsi zamanı Süqovuşanın azadlığı uğrunda gedən döyüşlər də iştirak edərək, 2020-ci il sentyabrın 29-da qəhrəmancasına şəhid olmuşdur.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli və 26.09.2020-ci il tarixli Sərəncamına əsasən Hüseyn Abbasəliyev ölümündən sonra "Vətən uğrunda" medalı [["Suqovuşanın azad əolunmasına və 24. 6. 2021-ci il tarixli sərəccamına əsasən Cəsur Döyüşcü medali ilə təlif edilmisdir.
Sabit Abbasəliyev
Sabit Qasım oğlu Abbasəliyev (12 may 1932, Quşçu, Marneuli rayonu – 23 may 1982, Bakı) — Azərbaycanın dövlət və ictimai-siyasi xadimi. == Həyatı == Sabit Abbasəliyev 12 may 1932-ci ildə Gürcüstan SSR, Marneuli rayonu, Quşçu kəndində anadan olmuşdur. 1958-ci ildə Məşədi Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu bitirdikdən sonra institutun komsomol komitəsinin katibi vəzifəsində çalışmış, 1960-cı ildə isə Bakı Şəhər Komsomol Komitəsinin 2-ci katibi seçilmişdir. 1962–1964-cü illərdə Sabit Abbasəliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində işləmiş, 1964-cü ildə isə Sovet İttifaqı Kommunist Partiyasının XXII qurultayı adına Bakı Neftqayırma Zavodunun partiya komitəsinin katibi seçilmişdir. Artıq 1965-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində neft və kimya sənayesi şöbəsinə müdir müavini vəzifəsinə təyin edilmişdir. 1971-ci ildən Azərbaycan Kommunist Partiyası Sumqayıt şəhər komitəsinin 1-ci katibi seçilmişdir. 1974–1979-cu illərdə Azərbaycan SSR Mərkəzi Statistika Komitəsinin sədri olmuşdur. Azərbaycan SSR Dövlət Plan Komitəsinin sədri vəzifəsində də çalışmışdır. Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini, Dövlət Plan Komitəsinin sədri, Azərbaycan SSR Ali Sovetinin deputatı, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü Sabit Abbasəliyev 1982-ci ildə vəfat etmiş və Birinci Fəxri Xiyabanda dəfn olunmuşdur.

Digər lüğətlərdə

зазна́ть земно каранти́нный копчёный молекуля́рный афористи́чный воднотра́нспортный додека́эдр духоти́ща засто́йность мошо́ночный песок сы́плется повы́сыпать посессио́нный пропоте́ть aperçu bourree direction sign fress pomade rinse treescape дифференциал обожать прилежание