ABAYƏT
ABHAVA
OBASTAN VİKİ
Abgül Mirzəliyev
Abgül Ərzulla oğlu Mirzəliyev (27 noyabr 1986, Şıxzahırlı, Şamaxı rayonu) — Azərbaycan xanəndəsi. == Həyatı == Abgül Ərzulla oğlu Mirzəliyev 27 noyabr 1986-cı ildə Şamaxı rayonunun Şıxzərli kəndində anadan olmuşdur. Elə həmin kəndin orta məktəbdə təhsil almışdır. 2005-ci ildə Mədəni-Maarif Texnikumunda Camal Dadaşovun sinfinə daxil olmuşdur. İki il orada təhsil aldıqdan sonra təhsil ocağını Asəf Zeynallı adına musiqi kollecinə dəyişmişdir. O, 2007-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən Muğam Televiziya Müsabiqəsində iştirak etmiş və qalib olmuşdur. 2009-cu ildə Azərbaycan Milli Konservatoriyasına qəbul olumuşdur. Zabit Nəbizadənin sinfində təhsil almışdır. Nicat Qafuroğlunun rejissorluğu ilə ifa etdiyi "Nar ağacı, nar çiçəyi" mahnısına klip çəkdirmişdir. Abgül Mirzəliyev Rusiyanın bir neçə şəhərində, İranda, Ukraynada, Belarusda, Latviyada, Özbəkistanda, BƏƏ'də, Türkiyədə, Gürcüstanda və s.
Abgül Süleymanov
Abgül Süleymanov (tam adı: Abgül Nemət oğlu Süleymanov, Hacı Abgül olaraq da tanınır) — Azərbaycanlı ilahiyyatçı-din xadimi, ictimai-siyasi fəal, sabiq vicdan məhbusu. "Milli Mənəvi Dəyərlər İctimai Birliyi"nin qurucusu və sədri == Fəaliyyəti == 2002-ci ildə gəncləri dövrün narkomaniya, alkoqolizm və s. uzaq qalması üçün milli-mənəvi dəyərlərin təbliğinə başlayır. Gənclər arasında islam dininin ayinlərini yayır. 2003-cü ildə əzadarlıq və heyət təfəkkürünün təsisində xüsusi xidmət göstərir. Azərbaycanın müxtəlif bölgələrini dolaşan heyət, inanclı insanlar arasında böyük rəğbət qazanır. Səyyar formada qurulan məclislər Azərbaycanın milli-mənəvi əzadarlıq ruhiyyəsini tarixin qapanmış səhifələrindən qopararaq bu günün Azərbaycan reallığına bir daha nümayiş etdirir. 2005-ci il onun apardığı təbliğat və təşviq işləri hüquqi müstəvi olaraq “Milli-Mənəvi Dəyərlər” adlı ictimai təşkilatın yaranmasına təkan verir. Milli-mənəvi dəyərlərin qorunub inkişaf etməsi məqsədi ilə yaranan təşkilat 2005-ci ildə “Binqo” restoranında İslam peyğəmbəri Məhəmmədin və şiələrin altıncı imamı Cəfər Sadiqin mövlud gecələrini təşkil edir. Elə həmən il Danimarkada Məhəmməd peyğəmbər əleyhinə karikatura təhqirini mənəviyyata vurulan zərbə kimi dəyərləndirən təşkilat Bakıda Xarici İşlər Nazirliyinin önündə bir neçə min nəfərin qatıldığı dinc etiraz aksiyasına qoşularaq bu işi tənqid edir.