ABSTRACTION
ABSURDITY
OBASTAN VİKİ
Absurd
Absurd — gündəlik həyatda vərdiş edilən və düzgün təfəkkür tərzinin əsasını təşkil edən məntiqin qaydalarının əksinə çıxan, onlara əhəmiyyət verməyən məfhum. Absurd və absurdluq təfəkkürdə və reallıqda mövcuddur. İnsan bəzən real həyatda müşahidə etdiyi hər hansı bir hadisəni, yaxud bir şeyi məntiqi cəhətdən izah etməkdə çətinlik çəkir və bu ona absurd – qeyri məntiqi kimi görünür.
Absurd teatrı
Absurd teatrı – XX əsr 50–60-cı illərinin avanqard dramaturgiyası və teatrına xas keyfiyyətlərin məcmusu. "Absurdizmin" daha dolğun prinsipləri rumın-fransız dramaturqu Ejen İoneskonun "Daz müğənni qadın" (La cantatrice chauve, 1950) və irland yazıçısı Semyuel Bekketin "Qodonun İntizarında" (Waiting for Godot, 1952) dramlarında öz əksini tapmışdır. == Tarixi == Termini ilk dəfə 1962-ci ildə ingilis tənqidçisi M. Esslin işlətmişdir. Absurd teatrının fəlsəfi-estetik əsasını Qərbi Avropa fəsəsfi fikrinin irrasionalist cərəyanları – J.P. Sartr və A. Kamyunun ekzistensializmi, Z. Freydin psixoanalizi, həmçinin A. Jarri, A. Arto və başqaalrının dramaturgiyası və nəzəri işləri təşkil edirdi (S. Bekket, E. İonesko, F. Arrabal, J. Votye, J. Jene, J. Şeade, R. de Obaldia, J. Tardye və b.-nın pyesləri, habelə onların tamaşaları). Əsər (eləcə də tamaşa) müəlliflərinin fikrincə, real həyatda subyekt və obyekt bir-birilə əks mövqedə dayanır. Tarixdə baş verən hər şey üçün insan məsuliyyət daşıyır. İnsan yalnız "sərhəd situasiyasında", yəni ölüm qarşısında dayandıqda özünü ekzistesiya kimi dərk edir. Odur ki, Absurd teatrının qəhrəmanları ölüm, iztirab, qorxu, günah, mübarizə zəminində təsvir olunur. Nəticədə şəxsiyyət (bədii obraz) transsendensiya ilə yarışa girmək imkanı əldə edir. əsl həqiqət bu zaman dərk olunur.
Absurdistan (film, 2008)
== Məzmun == Asiya və Avropa arasında olan bir yerdə sehrli "Absurdistan" kəndi yerləşir. Bu kənddə qadınların hələ ki, ən böyük problemi barmaqlarını tərpətmək istəməyən, səhər tezdən çayxanaya qaçan, təkcə gecə qadınların yatağına soxulmaqda mahir olan tənbəl kişilərdir. Amma bundan əlavə kənddə su problemi də var. İllər öncə çəkilmiş boru paslanıb və kəndə çatan yeganə su şırnağı get-gedə nazilir. Filmin baş qəhrəmanları Aya və Temelko bir-birini lap bələkdən tanıyır. Onlar birlikdə böyüyüb və bu gənclərin bir-birini sevməsinə, qovuşacağına kənddə kimsə şübhə etmir. Amma bədbəxtlikdən ulduz falını yaxşı bilən nənə onların ilk gecəsinin yalnız 4 ildən sonra- iyulun 11-də gələcəyni deyir. Bu illər ərzində kəndə gələn su şırnağı lap nazilir. İndi kənddə suyu ancaq içmək üçün istifadə edirlər. Kənd və adamlar isə kirə batıb.
Absurdizm
Absurdizm — XX əsrin 50-ci illərində ekzistensializm ideyalarının əleyhdarı kimi meydana çıxıb, bu ideyalara istehza edən ədəbi cərəyan olmuşdur. "Antiteatr" və "antidram" adları ilə də məlumdur. Absurdizm ən qabarıq ifadəsini E. İoneskonun "Daz xanəndə qadın" (1953) və S. Bekketin "Qodonun intizarında" (1952) pyeslərində tapmışdır. == Mənbə == "Ədəbiyyatşünaslıq terminləri lüğəti", Bakı, Maarif, 1978, səhifə 5.
Absurdistan (film)
== Məzmun == Asiya və Avropa arasında olan bir yerdə sehrli "Absurdistan" kəndi yerləşir. Bu kənddə qadınların hələ ki, ən böyük problemi barmaqlarını tərpətmək istəməyən, səhər tezdən çayxanaya qaçan, təkcə gecə qadınların yatağına soxulmaqda mahir olan tənbəl kişilərdir. Amma bundan əlavə kənddə su problemi də var. İllər öncə çəkilmiş boru paslanıb və kəndə çatan yeganə su şırnağı get-gedə nazilir. Filmin baş qəhrəmanları Aya və Temelko bir-birini lap bələkdən tanıyır. Onlar birlikdə böyüyüb və bu gənclərin bir-birini sevməsinə, qovuşacağına kənddə kimsə şübhə etmir. Amma bədbəxtlikdən ulduz falını yaxşı bilən nənə onların ilk gecəsinin yalnız 4 ildən sonra- iyulun 11-də gələcəyni deyir. Bu illər ərzində kəndə gələn su şırnağı lap nazilir. İndi kənddə suyu ancaq içmək üçün istifadə edirlər. Kənd və adamlar isə kirə batıb.

Значение слова в других словарях

отпя́тить пи́кколо подбо́рка прикорми́ться раско́кать упа́дочный бальзами́нный доби́ться обежа́ть глазами пана́мцы поко́иться продвига́ть проскрести́ разрезно́й ро́зовые рыбово́дство уво́лить орфография Biblist covetousness heat pipe negative тактично тревога философствование