Abu Dabi
abunəçi
OBASTAN VİKİ
Abunəçi
Abunəçi və ya abonent — televiziya və radio yayım xidmətlərindən istifadə edən fiziki və ya hüquqi şəxs. Rabitədə abonementdən istifadə etmək hüququ olan müəssisə, təşkilat və ya şəxs; rabitə qovşaqlarında sexin böyük qurğu və cihazları olan sahəsi. İnformatikada hesablama sisteminin xidmətindən istifadə etmək hüququ olan şəxs, təşkilat və ya müəssisələr. Aktiv, videomətn və verilənlərin teleemalı Abonenti olur. Aktiv Abonentin verilmiş anda EHM ilə əlaqəsi olur. Videomətn Abonenti videomətn xidmətinin imkanlarından həmin sistemin terminalı vasitəsilə istifadə edir. Verilənlərin teleemalı Abonenti teleemal sisteminin xidmətindən istifadə edən hüquqi və ya fiziki şəxsdir.
Abunəçi teleqrafı
Abunəçi teleqrafı — teleqraf rabitəsinin növlərindən biri. Bu, abunəçilər arasında teleqraf mesajlarının birbaşa ikitərəfli mübadiləsinə xidmət edir. Abunəçilər həm təşkilatlar, həm də fiziki şəxslər ola bilər. Abunəçi teleqrafı adi teleqrafla müqayisədə məlumatın daha tez çatdırılmasını təmin edir. Mesajlar iki naqilli xətt üzrə birbaşa cərəyanla ötürülür, abonentlərin qoşulması abonent teleqraf şəbəkəsinin kommutasiya stansiyalarında həyata keçirilir. Terminal avadanlığı teletayp) lent və ya rulon printeri, cavab verən maşın, zəng cihazından ibarətdir. Abunəçi teleqraf xidmətini təşkil etməyin başqa bir yolu mesajların telefon xətti üzərindən ton siqnalı ilə ötürülməsinə əsaslanır.
Asimmetrik rəqəmsal abunəçi xətti
ADSL (ing.. Asymmetric Digital Subscriber Line — asimmetrik rəqəmsal abunəçi xətti) — adi analoq telefon xətlərini yüksəksürətli qoşulma xətlərinə çevirən modem texnologiyası. == İnkişaf tarixi == ADSL texnologiyasının inkişaf tarixi iyirminci əsrin səksəninci illərindən başlayır. O zaman İnteraktiv televiziyanı təmin edən texnologiyaların axtarışı aparılırdı. 1987-ci ildə Bellcore şirkəti xDSL texnologiyasının ilk spesifikasiyasını təqdim etdi və həmin texnologiyanı ABŞ-nın telefon şəbəkələrində işə saldı. Lakin sonradan şirkət parçalandı, texnologiya isə müvəqqəti istifadədən çıxdı. Doxsanıncı illərin ortalarında xDSL abunəçinin rəqəmsal xətləri asimmetrik modifikasiyası ilə — ADSL-lə təkmilləşdirildi. Sonrakı illərdə ADSL vasitəsilə məlumatın ötürülməsini həyata keçirmək üçün yeni və təkmilləşdirilmiş mikrosxem yığımı yaradıldı. Hal-hazırda ADSL daha sürətli Fast Ethernet texnologiyası tərəfindən sıxışdırılıb çıxarılır. Bunun səbəbi – ADSL şəbəkəsində ötürmə qabiliyyətinin məhdud olmasıdır, 24 Mbit/s (ADSL2+) abunəçi istiqamətində və abunəçidən 1.4 Mbit/s, belə ki, FastEthernet dolanmış naqil cütü üzərindən 100 Mbit/s, hətta 1Gbit/s (Gigabit Ethernet) sürəti ilə məlumatın ötürülməsini təmin edir.

Значение слова в других словарях