ABUŞ
ABUTURAB
OBASTAN VİKİ
Abutalıb Abdullayev
Abutalıb Mir Ağa oğlu Abdullayev (iyun 1912, Bakı – 2 aprel 1980, Bakı) — Azərbaycan-sovet dövlət və təsərrüfat xadimi, Azərbaycan SSR mənzil-kommunal təsərrüfatı naziri (1954–1963), 1958-1976 illərdə Azərbaybaycanın qazlaşdırılması prosesinə rəhbərlik etmiş şəxs. == Həyatı == 1912-ci il iyun ayında Bakı şəhərində anadan olub. İçəri şəhərin "Ağşalvarlılar" məhəlləsindən idi. Atası Mir Ağa matros idi, Abutalıbın erkən yaşlarında rəhmətə getmişdir. Onu anası Bilqeys böyütmüşdür. 1920-ci ildə məktəbə daxil olaraq, 1926-cı ildə 9 saylı Bakı beşillik məktəbi bitirib. O ildə də Sənaye texnikumuna qəbul edilib. Texnikumu bitirəndən sonra 1931-ci ildə "Leninneft" neft-qaz trestinin qaz kontorunda texnik vəzifəsinə təyinat alır. 1931-ci ildə istehsalatdan ayrılmadan Azərbaycan Sənaye İnstitutunda təhsilini davam etdirir. 1933-cü ildə Bakı Şəhər Sovetinin qazlaşdırma şöbəsində texnik, sonra mühəndis vəzifələrində işləyir.
Abutalıb Cəlilov
Abutalıb Cəlilov (17 iyul 1950, Bakı) — Azərbaycan tarixçisi, Bakı Dövlət Universitetinin Tarix fakültəsinin "Slavyan ölkələri tarixi kafedrası"nın müdiri, dosent, Əməkdar müəllim (2019). == Həyatı == 17 iyul 1950-ci ildə Bakı şəhərində anadan olmuşdur. === Təhsili === 1968–1973-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində ali təhsil almışdır. 1981-ci ildə Moskva Dövlət Tarix-Arxiv institutunda "1920–1932-ci illərdə Azərbaycan neft sənayesinin idarəçiliyinin təşkili" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. == Elmi fəaliyyəti == 1973-cü ildə Bakı Dövlət Universitetini bitirdikdən sonra Tarix fakültəsində baş laborant, müəllim, baş müəllim işləmiş və hal-hazırda dosent vəzifəsində çalışır. 1979-cu ildən Tarix fakültəsinin "Slavyan ölkələri tarixi" kafedrasında çalışır. "Slavyan ölkələri tarixi" fənnini tədris edir. Tədris etdiyi fənn slavyan xalqlarının qədim, orta əsrlər və yeni dövrünü əhatə edir. 30-dan artıq məqalənin müəllifidir. === Tədris etdiyi fənlər === Slavyan ölkələri tarixi qədim və yeni dövrləri əhatə edir.
Abutalıb Qafurov
Abutalıb Qafuroviç Qafurov (lak. Гъапуров, АбутӀалиб, 21 noyabr 1882-1975) - Lak şairi. Dağıstan Muxtar Sovet Sosialist Respublikasının xalq şairi. == Həyatı == Abutalıb Qafuroviç Qafurov 1882-ci il noyabrın ayının 21-də Qazıqumux dairəsinin Şuni kəndində kasıb kəndli ailəsində anadan olmuşdur. Gənclik illərində sənətkarlığın bir çox sahəsi ilə məşğul olan Abutalıb Qafurov, Qafqazın bir çox şəhərlərində olur. O, Gürcüstanda, Çariçino, Həştərxanda, Gəncədə, Bakıda sərgərdan həyatı yaşayır. Rusiyada vətəndaş müharibəsi zamanı Qırmızıların tərəfinə keçərək, partizan dəstəsində döyüşür. Abutalıb Qafurov partizan dəstəsində həm musiqiçi, həm də adi döyüşçü kimi mübarizə aparır. Sovet və Ağ qvardiyaçıların işğalına qarşı mübarizə aparan İmam Nəcməddin Qotsinskinin hərbi birləşmələri ilə mübarizədə iştirak edir.Abutalıb Qafurov Rəsul Həmzətovun "Dağıstanım" romanının əsas personajlarından biridir. == Yaradıcılığı == Şairin ilk şeirləri 1932-ci ildə "İnqilabın addımları" antologiyasında işıq üzü görməyə başladı.
Abutalıb Qasımov
Qasımov Abutalıb Ağa oğlu (25 may 1956, Culfa rayonu – 11 dekabr 2018) — Naxçıvan Muxtar Respublikasının Təhsil Naziri (1994-1995), Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini (1995-2000) == Həyatı == Abutalıb Qasımov 1956-cı il may ayının 25-də Culfa rayonunun Saltaq kəndində anadan olub. 1963-1973-cü illərdə orta məktəbdə təhsil alıb və oranı fərqlənmə attestatı ilə bitirib. 1974-cü ilin dekabr ayından 1975-ci ilin iyul ayına qədər Naxçıvan Dövlət Pedoqoji İnstitutunun hazırlıq şöbəsində oxumuşdur. 1975-ci ilin avqust ayından 1979-cu ilin dekabr ayınadək Naxçıvan Dövlət Pedoqoji İnstitunun Tarix fakültəsində təhsil almış və buranı fərqlənmə diplomu ilə bitirmişdir. 1988-ci ildə Azərbaycan EA Tarix İnstitutunun aspiranturasında qiyabi yolla təhsilini başa vurmuş, namizədlik dissertasiyası müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi almışdır. Abutalıb Qasımov 11 dekabr 2018-ci ildə qəflətən dünyasını dəyişmişdir. == Fəaliyyəti == 1973-cü ilin sentyabr ayından 1974-cü ilin dekabr ayına qədər Culfa rayonunun C. Cabbarlı adına kolxozunda fəhlə işləyib. 1979-cu ilin avqust ayından 1984-cü ilin avqust ayınadək Culfa rayonunun Saltaq kənd orta məktəbinin tarix müəllimi, 1984-cü ilin sentyabr ayından 1990-cı ilin iyul ayınadək həmin məktəbin direktoru işləmişdir. 1991-ci ilin avqust ayından 1994-cü ilin oktyabr ayınadək Naxçıvan Dövlət Unversitetində elmi katib, Azərbaycan tarixi kafedrasında baş müəllim, 1995-ci ilin dekabr ayından isə həmin kafedranın dosenti vəzifəsində işləmişdir. === Siyasi fəaliyyət === 1990-cı ilin iyun ayından 1991-ci ilin iyun ayınadək Culfa rayon Partiya Komitəsində şöbə müdiri, 1991-ci ilin iyun-avqust aylarında isə Naxçıvan Dövlət Universitetində ilk partiya təşkilatı katibi olaraq çalışmışdır.
Abutalıb Səmədov
Abutalıb Qəmbər oğlu Səmədov (19 fevral 1961, Tovuz) — Azəybaycan siyasətçisi, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini (2008–2016), Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədri (2006–2008), Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı, Azərbaycan Naminə Alyans Partiyasının sədri (1994–2023). == Həyatı == 1961-ci il fevralın 19-da Tovuz şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Rus dilini bilir. Evlidir, 3 övladı var == Siyasi fəaliyyəti == 1992–1993-cü illərdə Azərbaycan Milli İstiqlal Partiyasının yaradılması prosesində iştirak edib və Sumqayıt şəhər təşkilatının sədri olub. 1993-cü ilin mayında partiya üzvlüyündən çıxıb. 1994-cü ilin oktyabrında Azərbaycan Naminə Alyans Partiyasının təşkilat komitəsinə rəhbərlik edib və partiyanın sədri seçilib.1997–1998-ci illərdə Azərbaycan Respublikası Dövlət Qaçqınlar Komitəsi sədrinin müavini işləyib. 1990, 1995, 2000-ci illərdə parlament seçkilərində namizəd kimi iştirak edib, 2001-ci il yanvarın 7-də 99 saylı Şəmkir şəhər seçki dairəsindən deputat seçilmişdir Milli Məclisin İnsan hüquqları daimi komissiyasının üzvü olmuşdur. 2006–2008-ci illərdə Müəllif Hüquqları Agentliyinin sədri vəzifəsində fəaliyyət göstərmişdir. Abutalıb Səmədov Azərbaycan Naminə Alyans Partiyasının (ANAP) qurucusu, ilk və son sədri olmuşdur (17 noyabr 1994 – 2 mart 2023).
Abutalıb Əbilov
Abutalıb Əbiloviç Əbilov (1920 – 2012, Mahaçqala) — Sovet və Rus tarixçisi, Dağıstan Dövlət Universitetinin qurucusu və ilk rektoru, RSFSR-in əməkdar elm xadimi, Rusiya Federasiyası Ali Məktəbinin əməkdar işçisi, professor, tarix elmləri doktoru. == Həyatı == Abutalıb Əbilov 1920-ci ildə Kürə dairəsi Ulluqataq kəndində (indiki Süleyman-Stalski rayonu) anadan olub. Atası Abil Qyukyuloviç Abilov çətin iqtisadi vəziyyətə görə ailəsini dolandırmaq üçün Bakının neft mədənlərində işləməyə məcbur olur. 1929-cu ildə atasının istəyi ilə Abutalıb məktəbə yollanır. 1936-cı ildə Uluqataq yeddiillik məktəbini bitirib və həmin il Dərbənd Kənd Təsərrüfatı Texnikumuna daxil olur. Mükəmməl akademik müvəffəqiyyət üçün müəllimlər şurasının qərarı ilə Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyasına qəbul edildi. Ancaq Böyük Vətən müharibəsinin başlaması səbəbindən təhsilini bitirə bilmədiyi üçün Abutalıb Dağıstana qayıtdı və Süleyman Stalski adına Pedaqoji İnstituta daxil oldu. O, 1943-cü ildə institutu qiyabi olaraq tamamlayır. == Karyerası == 1943-cü ilin mayında Sov.İKP (b) Kasumkent rayon komitəsinin təbliğat və təşviqat şöbəsinə rəhbərlik etdi. 1944-cü ilin sentyabrında Komsomol rayon təbliğat və təşviqat komitəsinin katibi təyin edildi.
Qarmonçu Abutalıb
Qarmonçu Abutalıb (doğum adı:Abutalıb Kərbəlayı Muxtar oğlu Yusifov; 1884 – 1937) — tanınmış xalq çalğıçısı, qarmon ustası və tarzən. == Həyatı == Abutalıb Kərbəlayı Muxtar oğlu Yusifov 1884-cü ildə Şuşa şəhərində anadan olub. Abutalıbın atası Kərbəlayı Muxtar uzun illər məşhur mərsiyəxan və xanəndə olmuş, tarzən Əli Əsgər ilə birlikdə Qarabağ-İran məclislərində çıxış etmişdir. Artıq Abutalıb iyirmi yaşında kamil bir qarmonçu kimi xalq şənliklərində şöhrət qazanır. Eyni zamanda o, tar çalmağı da öyrənir. Beləliklə, istedadlı çalğıçı toylarda qarmonda oyun havalarını çalmaqla, xanəndəni də sədəfli tarında müşayiət edərdi. Atası vəfat etdikdən sonra Abutalıb məşhur xanəndə Məşədi Məmməd Fərzəliyevlə birlikdə Gəncəyə, oradan Tiflis şəhərinə gedir. O, Tiflisdə verilən teatr tamaĢalarında, «şərq konsertləri»ndə, ədəbi gecələrdə yaxından iştirak edir, çoxmillətli Tiflis tamaşaçılarının hədsiz hörmət və rəğbətini qazanır. Dərin lirizm, zərif duyğu, incə zövq, zəngin xallar, şirin barmaqlar Abutalıbın çalğısı üçün ən səciyyəvi cəhətlər idi. Abutalıbı həmkarlarından ayıran cəhətlərdən biri də onun xalq musiqisinin ən incə nöqtələrini dərk etməsi,şirin və duzlu çalğısı ilə dinləyicini məsti-xumar etməsi, səhnə mədəniyyəti idi.
Məşədi Abutalıb hamamı
Məşədi Abutalıb hamamı — Astara rayonunun Pensər kəndində yerləşən XIX əsrə aid tarix-memarlıq abidəsidir. Hamam 1886-cı ildə kənd xeyriyyəçisi olan Məşədi Abutalıbın sifarişi ilə inşa edilmiş və kənd sakinlərinin istifadəsinə verilmişdir. Bundan əlavə Məşədi Abutalıb kəndin ərazisində iki binadan ibarət bir məscid də tikdirib. Hamam iki hissədən ibarətdir. Giriş hissəsində, binanın ortasında hovuz var. Hovuzun kənarlarında daşdan hörülmüş kürsü, kürsünün içində isə yarımdairəvi taxçalar vardır. == Tarixi == Hamam 1886-cı ildə kənd xeyriyyəçisi olan Məşədi Abutalıbın sifarişi ilə inşa edilmiş və kənd sakinlərinin istifadəsinə verilmişdir. 1855-ci ildə Astara rayonunun Pensər kəndində anadan olmuş Məşədi Abutalıb Hazı Cahangir oğlu öz dövrünün tanınmış tacirlərindən olub və ömrünün çox hissəsini ticarətlə keçirib. O, hamamın tikilməsi üçün Cənubi Azərbaycandan ən səriştəli ustaları Astaraya dəvət edərək bina tikilməsini sifariş edib.Məşədi Abutalıb hamamın tikintisində atasının həyətindəki kərpic kürəsində kəsilən kərpiclərdən, yumurta sarısı və külün qarışığından alınan məmulatdan istifadə etməyi üstün tutub. Həmçinin o, hamamın tikintisində özü şəxsən iştirak edib.Bundan əlavə Məşədi Abutalıb kəndin ərazisində iki binadan ibarət bir məscid də tikdirib.
Abutalıbov
Abutalıbov — Azərbaycanda daha çox işlədilən soyad. Bu soyadı olan tanınmış insanlar Hacıbala Abutalıbov — Bakı şəhər İcra Hakimiyyətinin başçısı.
Abutalıbov itburnusu
Abutalıbov itburnusu (lat. Rosa abutalybovii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. == Təbii yayılması == Böyük Qafqazda yayılmışdır. == Botaniki təsviri == Qabığı qırmızımtıl-qonur, hündürlüyü 1,5 m-dək olan seyrək iynəli koldur. Yarpaqları xırda, 5-7 sm uzunluğunda, bünövrəsində ellipsvari, oraqvari əyilmişdir. Yarpağın arxası çılpaq, hamar, tək gövdəcik vəzicikləri və xırda iynələri vardır. Yalançı zoğları iri, uzunluğu 12-15 mm, eni 7-9 mm, çılpaq, hamar, iti uclu, kənarları vəziciklidir. Çiçəkləri tək və ya çiçək qruplarında 3-5 ədəddir; çiçək altlıqları inkişaf edərək, meyvəni örtür. Çiçək saplaqları qısa, uzunluğu 3-5 mm, çılpaq; kasayar-paqların uzunluğu 10-12, kənarları bütöv çıxıntılı və tək gövdəcik vəzicikli, içərisi zəif tükcüklüdür. Hipanti ellipsvari, uzunluğu təxminən 12 mm, dişicik ağızcığın başı iri, oturaq, ensiz, diametri 2 mm-dir.
Eyvaz Abutalıbov
Abutalıbov Eyvaz Cəmil oğlu - 1959 cu il Dekabrn 4 də Şuşada doğulmuşdur.1992 ci il yanvarın 26 da Şəhid olmuşdur. Abutalıbov Eyvaz Cəmil oğlu Şuşa şəhəri 4 nömrəli orta məktəbdə oxumuşdur. Eyvaz 816 nömrəli Şuşa batalyonunun tərkibində Şuşanın müdafiəsi uğrunda iştirak etmişdir. 1992 yanvarın 26 da Daşaltı əməliyyatı da şəhid olmuşdur. Şuşadakı Şuşa Şəhidlər Xiyabanında dəfn olmuşdur. Ailəli idi. Mahmud, Elvin, Elçin adlı üç övladı böyüyür.Şuşa Şəhidlər Xiyabanı dəfn olumuşdur.
Hacıbala Abutalıbov
Hacıbala İbrahim oğlu Abutalıbov (13 may 1944, Krasnovodsk) — Bakı Şəhər İcra hakimiyyətinin başçısı (2001–2018), Azərbaycan Respublikasının Baş nazirinin müavini (2018–2019). == Həyatı == Hacıbala Abutalıbov 1944-cü il mayın 13-də Türkmənistanın Krasnovodsk şəhərində anadan olmuşdur. 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini bitirmişdir. Əslən Naxçıvan Muxtar Respublikası Ordubad rayonundandır. 1968-ci ildə keçmiş SSRİ-nin Leninqrad şəhərində A. F. İoffe adına Fizika-Texnika İnstitutunda aspiranturaya daxil olmuş, SSRİ Elmlər Akademiyasının müxbir üzvü, Lenin mükafatı laureatı Yevgeni Fyodoroviç Qrossun və Marina Lazaryevna Bellenin rəhbərliyi altında 1976-cı ildə namizədlik dissertasiyasını müdafiə etmiş, 1987-ci ildə isə Lenin mükafatı laureatı akademik Aleksandr Aleksandroviç Kaplyanskinin rəhbərliyi ilə həmin institutda fizika-riyaziyyat elmləri doktoru yüksək elmi dərəcəsi adını almışdır. Fizika-riyaziyyat elmləri doktoru, professordur. Amerika, İngiltərə, Fransa, Almaniya, Rusiya və sair dövlətlərin qabaqcıl elmi jurnallarında çap olunmuş 200-dən çox elmi əsərin və monoqrafiyanın, 30-dan çox elmi ixtiranın müəllifidir. H. Abutalıbovun rəhbərliyi altında 10-dan çox elmlər doktoru və elmlər namizədi yetişmişdir. 1988-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda "Yarımkeçiricilərin kvant elektronikası" laboratoriyasının müdiridir. 1995-ci ilin fevral ayından 2000-ci ilin yanvar ayınadək Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı olmuşdur.
Müzəffər Abutalıbov
Abutalıbov Müzəffər Heydər oğlu (14 dekabr 1908, Ordubad, Naxçıvan qəzası – 8 noyabr 1984, Bakı) — bitki fiziologiyası sahəsində Azərbaycanın ilk elmlər doktoru (1944), professor (1950), Azərbaycan Milli Elmlər Akademiyasının akademiki (1968). == Həyatı == Abutalıbov Müzəffər Heydər oğlu 1908-ci il dekabrın 14-də Ordubad şəhərində anadan olmuşdur. Müzəffər Abutalıbov Azərbaycan Politexnik İnstitutunun kənd təsərrüfatı fakultəsini bitirmişdir (1930). Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun və Azərbaycan Dövlət Universitetinin dosenti, Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunun baş elmi işçisi, SSRİ EA Azərbaycan Filialı Botanika İnstitutunun şöbə müdiri və direktor müavini (1935-1947), Azərbaycan Dövlət Universiteti bitki fiziologiyası kafedrasının müdiri (1949-1959), Azərbaycan Milli EA Genetika və Seleksiya İnstitutunun (1960-1962), Botanika İnstitutunun (1947-1949; 1962-1978) direktoru vəzifələrində çalışmış, 1978-1984-cü illərdə Botanika İnstitutunda özünün yaratdığı bitki fiziologiyası şöbəsinə rəhbərlik etmişdir. == Elmi fəaliyyəti == Tədqiqatları, əsasən pambıq, kartof və digər kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılmasına, onların mikroelementlərlə qidalandırılmasının nəzəri və əməli problemlərinin öyrənilməsinə, o cümlədən mikroelementlərin azotobakterin inkişafına və torpağın azotmənimsəyən mikroorqanizmlərinin fəaliyyətinə təsirinə, mineral maddələrin bitkilərə daxil olmasına, orqanizmdə hərəkətinə və hüceyrələrdə paylanmasına və s. həsr olunmuşdur. == Elmi Tədqiqatları == 0, 300-dən çox elmi məqalənin, 5 monoqrafiyanın və Azərbaycan dilində ilk ikicildlik "Bitki fiziologi­yası" dərsliyinin, "Bitkilərin mineral maddələrlə qidalanması” (1962) dərs vəsaitinin müəllifidir.Elmi məclislərdə, o cümlədən beynəlxalq biokimya (1961), botanika (1969), biofizika (1973) konqreslərində məruzələr etmişdir. M.Abutalıbov elmi tədqiqat işləri ilə yanaşı, pedaqoji sahədə də fəaliyyət gös­tərmiş və Azərbaycanda yüksək ixtisaslı bioloqların hazırlanmasında əhəmiyyətli rol oynamışdır. Onun rəhbərliyi altında 55 fəlsəfə doktoru və elmlər doktoru hazır­lanmışdır. == Elmi – təşkilati fəaliyyəti == 0, SSRİ Elmlər Akademiyasının Bitki fiziologiyası və biokimyası, Fotosintez Problem Şuralarının və Azərbaycan Sovet Ensiklopediyası Baş Redaksiyasının üzvü, SSRİ "Fiziologiya və biokimya” və "Fotosintez problemləri” üzrə Koordinasiya Sove­tinin üzvü, Azərbaycan üzrə həmin Problem Şurasının və SSRİ Botanika cəmiy­yətinin Azərbaycan bölməsinin sədri olmuşdur.
Ramiz Abutalıbov
Ramiz Abutalıb oğlu Abutalıbov (27 oktyabr 1937, Kirovabad – 1 yanvar 2022, Moskva) — Azərbaycan və sovet diplomatı, 1-ci dərəcəli müşavir-diplomat, ictimai xadim. Fəxri Legion ordenin kavalerı, H. Z. Tağıyev adına Milli mükafat laureatı (1994), Prezident təqaüdçüsü (2016-cı ildən). == Həyatı == Ramiz Abutalıbov 1937-ci il oktyabr ayının 27-də ziyalı ailəsində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetini (1960) bitirdikdən sonra təhsilini Moskvada Ümumittifaq xarici ticarət (1971) və İctimai Elmlər Akademiyalarında (1984) davam etdirmişdir. 1980–1984-cü illərdə o, Azərbaycan kommunist partiyası Mərkəzi Komitəsində xarici əlaqələr şöbəsinin müdiri, Azərbaycan SSR Ali Sovetinin xarici işlər üzrə komissiyasının sədri vəzifələrində çalışmışdır. R. Abutalıbov 1971–1979, eləcə də 1985–1992-ci illərdə Parisdə Birləşmiş Millətlər Təşkilatının təhsil, elm və mədəniyyət üzrə katibliyinin — YUNESKO-nun əməkdaşı olmuşdur. 1993–2004-cü illərdə o, Azərbaycan Respublikası Xarici işlər nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri və YUNESKO üzrə Azərbaycan milli komissiyasının baş katibi vəzifələrində işləmişdir. Ramiz Abutalıbov, Azərbaycan Cümhuriyyətinin 1920-ci ildə süqutundan sonra mühacirətdə yaşamış Azərbaycan ictimai-siyasi xadimlərinin həyat və fəaliyyətlərinin araşdırılmasında, xaricdə arxiv sənədlərinin tapılmasında xüsusi rol oynamışdır. Bu əvəzsiz tarixi sənədlərin toplanmasında və Azərbaycana gətirilməsində R. Abutalıbovun böyük zəhməti vardır. Bu sənədlərlə bağlı on iki kitabın müəllifidir.
Şirzad Abutalıbov
Şirzad Abutalıbov (d.8.7.1959, Naxçıvan şəhəri) — aktyor, rejissor. Azərbaycan Respublikasinin xalq artisti, Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının bədii rəhbəri-direktoru. == Həyatı == Şirzad Abutalıbov 1959-cu ildə Naxçıvan şəhərində anadan olub.1985-1990-cı illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. 1976-ci ildən Naxçivan Dövlət Musiqili Dram Teatrında isləyir. eyni zamanda Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının bədii rəhbəri və direktorudu. == Yaradıcılığı == Teatrda işlədiyi müddətdə H.Cavid “Şeyx Sənan”da Şeyx Nəim, “Topal Teymur”da Təlxək, “Şeyda”da Yusif, Ü.Hacıbəyov “O olmasın,bu olsun”da Hambal, “Arşın mal alan”da Vəli, C.Cabbarlı “Aydın”da Ləzgi Qurban, N.Nərimanov “Nadir şah”da Rza xan, N.B.Vəzirov “Hacı Qənbər”də Mahmud, N.Hikmət “Qəribə adam”da Hüseyn əfəndi, Anar “Sizi deyib gəlmişəm”də Mozalan, N.Həsənzadə “Atabəylər”də Əbuşər, İ.Əfəndiyev “Hökmdar və qızın”da Kəlbəli xan C.Məmmədquluzadə “Dəli yığıncağı”nda Cinni Mustafa, Mir Cəlal “Dirilən adam ”da Bekar Ağabala, A.Məmmədov “Həmyerlilər”də Gümüşov, Y.Əzimzadə "Anacan"da Qulu, Mirzəğa Atəş "Cırtdan"da Arıq, Əliağa Kürçaylı "Boşanaq evlənərik"də İkram, Sota Rokova "Yaşıl papaq"da Vaso Axaladze, İsmayıl Şıxlı "Kosaoğlunun səhvin"de İmran, C.Məmmədquluzadə "Anamın kitabın"da Hüseyn Şahid, M.F.Axundov "Hacı Qara"da Kərəməli, M.S Ordubadi "Beş manatlıq gəlin"də Nadir, S.Qurbanov "Özümüz bilərik"də İbişov,Ü.Hacıbəyov "Ər və arvad" Qulu,G.Xuqayev "Arvadın əri özüməm" Kazbek,N.Xəzri "Atıllaın atlıları" Kral,A.Babayev "Koroğlunun Çənlibelə qayıdışı" Nankoryan v sairə rollarda oynayıb. == Fəxri adları, mükafatlar, nailiyyətlər == 1999-cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb. Azərbaycan Respublikasinin xalq artisti (2008) 10 may 2022-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.
взволно́ванно ка́тер посре́дственность постига́ние расторже́ние труднопла́вкость ча́хлость голове́шка колча́нный отксе́рить посети́тельница пощёчина слаща́вость шустрогла́зый слопец cofactor flutter Hispanist pinking iron river-fish seral skimo suaviter in modo, fortiter in re добела фатальный