ABUSƏMƏD
ABUTALIB
OBASTAN VİKİ
Babək Abuşov
Babək Məmməd oğlu Abuşov (Babək Xalistürk) — biologiya elmləri doktoru, professor. 20 sentyabr 1950-ci ildə Kürdəmir şəhərində anadan olub. "Fiziologiya" və "Sitologiya, hüceyrə biologiyası və histologiya" ixtisasları üzrə yüksək kvalifikasiyalı mütəxəssisdir. Azərbaycan Milli Elmlər Akademiyasının A.İ.Qarayev adına Fizilogiya İnstitutunun aparıcı elmi işçisi olmuşdur. 16 oktyabr 2021-ci ildə Kazan şəhərində vəfat etmişdir. == Təhsili == 1968-ildə orta məktəbi, 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Biologiya fakültəsini bitirib. == Fəaliyyəti == 1977-1992-ci illərdə SSRİ Tibb Elmləri Akademiyasının Beyin institutunda (Moskva şəhəri) işləyib. "Fiziologiya" və "Sitologiya, hüceyrə biologiyası və histologiya" ixtisasları üzrə yüksək kvalifikasiyalı mütəxəssisdir. Hazırda AMEA A.İ.Qarayev adına Fizilogiya İnstitutunda çalışır. 1977-ci ildən başlayaraq müxtəlif ekstremal faktorun təsiri şəraitində beyində əmələ gələn morfofunksional dəyişiklikləri və onların qarşısının alınma yollarını araşdırır.
Babək Abuşov (Xalistürk)

Bəhruz Abuşov
Bəhruz Zabit oğlu Abuşov (18 iyun 1983, Nohurqışlaq, Qutqaşen rayonu – 8 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Bəhruz Abuşov 1983-cü il iyunun 18-də Qəbələ rayonunun Nohurqışlaq kəndində anadan olub. 1989–2000-ci illərdə Nohurqışlaq kənd tam orta məktəbində təhsil alıb. 2000–2004-cü illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali təhsil alıb. Ailəli idi. 2 övladı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin mayoru olan Bəhruz Abuşov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə, həmçinin Cəbrayılın, Hadrut qəsəbəsinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Bəhruz Abuşov noyabrın 8-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Qəbələ rayonunun Nohurqışlaq kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəhruz Abuşov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəhruz Abuşov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəhruz Abuşov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəhruz Abuşov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Bəhruz Abuşov ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Məhərrəm Abuşov
Məhərrəm Abuşov (tam adı: Məhərrəm Qubad oğlu Abuşov; 7 iyul 1962, Əliquluuşağı, Qubadlı rayonu – 2 oktyabr 1994, Füzuli rayonu) — Qarabağ müharibəsi şəhidi. == Həyatı == Abuşov Məhərrəm Qubad oğlu 1962-ci il 7 iyulda Qubadlı rayonunun Əliquluuşağı kəndində ziyalı ailəsində anadan olmuşdur. Atası- Həndəsə, Cəbr müəllimi Anası- Həkim. 1988-ci ildə Azərbaycan Texniki Universitetini bitirərək " Bakı Neft-Kimya sənayesi "zavodunda Mühəndis vəzifəsində çalışmışdır.1992-ci ildə könüllülərdən ibarət dəstəyə daxil olaraq, Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Döyüşlərdə fərqləndiyinə görə "Baş leytenant" hərbi rütbəsinə qədər irəliləmişdir.1994-cü il oktyabrın 2-si Füzuli rayonunda qəhrəmancasına şəhid olmuşdur. == Qarabağ müharibəsi və döyüşlərdə iştirakı == ==== Laləzar körpüsündə döyüş ==== 1992-ci ilin Mart ayının 17-si idi. Həmin gün Məhərrəm nədənsə çox narahat idi. Tez-tez postlara baş çəkir, kəndlə əlaqə saxlayırdı. Bir yandan da rayondan qayıdan avtobus gecikirdi. Axşamın düşməyinə az qalırdı amma avtobus hələdə yox idi.
Məhərrəm Abuşov(Şəhid)

Rasim Abuşev
Rasim Fərzi oğlu Abuşev (15 oktyabr, 1963, Azərbaycan SSR, SSRİ) — Sovet və Azərbaycan futbolçusu. Azərbaycan yığmasının heyətində 40 oyun keçirdmişdir. == Həyatı == Bakı yaxınlığında anadan olub və orada böyüyüb. Hərbi xidmət zamanı respublika birinciliyində ordu komandasında oynayırdı. Buna görə böyük futbola artıq yetkin yaşda başladı. Əvvəlcə ikinci liqada çıxış edən Bakının "Gənclik" komandasında oynayırdı, yarım ildən sonra isə "Neftçi"də. Yuxarı liqada ilk oynunu Kiyevdə yerli "Dinamo" komandasına qarşı keçirtdi, oyun heç-heçə bitdi. 1997-ci ilin yazında həmin vaxt Ağdamın "Qarabağ" klubunun oyunçusu Rasim Azərbaycan yığması ilə birgə Kiprdə məşq edirdi. Onlardan başqa orada Dinamo Stavropol komandasının təmsilçiləri var idilər ki, onlar Azərbaycan futbol federasiyası ilə "ağ-mavilər"in düşərgəsinə keçmək barədə məsələni həll etdilər. Stavropol Dinamosunun heyətində uzun müddət ərzində oynadı və tez-tez kapitan sarğısı ilə meydana çıxırdı, sonradan "Jemçujina Budyonnovsk" klubunda çıxış etməyə başladı, xaricdə son klubu Kafkaztransqaz oldu.
Şakir Abuşov
Şakir Zəkəriyyə oğlu Abuşov (20 mart 1950, Qızılağac, Masallı rayonu) — Sumqayıt şəhəri İcra hakimiyyətinin başçısı (1993–2000). == Həyatı == 1950-ci ilin mart ayında Masallı rayonunun Qızılağac kəndində anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Universitetini və Bakı Sosial-İdarəetmə və Politologiya İnstitutunu bitirib. İlk əmək fəaliyyətinə Masallı rayonunun "Kalinin" adına sovxozunda mühasib kimi başlayıb. Hərbi xidməti başa vurduqdan sonra Sumqayıta gəlmiş, Səthi Aktiv Maddələr zavodunda aparatçı işləyib. Sonralar zavod birlik komsomol komitələrinin katibi, Sumqayıt şəhər partiya komitəsində təlimatçı, şöbə müdirinin müavini, şöbə müdiri, partiya komitəsinin katibi vəzifələrində çalışıb. 1991-ci ildən 1993-cü ilədək Sumqayıt şəhər Xalq Deputatları Sovetinin sədri olub. Şakir Abuşov 7 ilə yaxın Sumqayıt Şəhər İcra Hakimiyyətinə rəhbərlik edib. O, vəzifəsindən 28 iyun 2000-ci ildə azad edilib.
бриг... изжёвывать ля́мочка перебаллотиро́вываться по-агу́льски прикрепле́ние созерца́тельный фане́рка алиме́нтщик зата́пливанье неприя́тельница штрейкбре́херский ash-rich Chengteh fluster incorruptible monkey-jacket morning after non-nuclear quickener артистический мытьё паинька петлица поворачиваться