abı-göy 2021
abı-yaşıl 2021
OBASTAN VİKİ
Abı
Abı (q.yun. Ἄβαι) — Qədim Yunanıstanda, Fokidada şəhər. Bu, Apollon ibadətgahı ilə məşhur idi. Əhəməni padşahı Kserksin öz ölkələrini xarabalığa çevirməsindən sonra şəhərin sakinləri abantlar təqribən Evbeyaya köçmüşdülər. Həmin vaxtdan ada Abantida adlandırılmağa başlamışdır. Məbəd yenidən qurulmuş, lakin sonra Beotiya yunanları tərəfindən dağıdılmışdır. Hər halda, şəhər məhv olmamışdır. Abı Roma hökmranlığı dövründə muxtariyyət hüquqlarını almışdır. İmperator Adrianın əmri ilə məbəd bərpa edilmişdir.
Qırmızı
Qırmızı və ya Qızıl – rənglərdən biri. == Ümumi məlumat == Qırmızı rəng ehtiras, sevgi, alov, müharibə və hakimiyyəti təmsil edir. Bu rəng, Mars planetinindir. Meksika, Norveç, İrlandiya və İraq sakinləri bu rəngi daha çox sevirlər. Çinlilərdə qırmızı uğur, xoşbəxtlik və xeyyriyəçiliyi tərənnüm edir.Qırmızı rəng fiziki güc, hərəkətliliyin rəmzidir. Qırmızı çalışma şövqünü artırır. Tənbəlliyə qarşı rəng olsa da, bəzən əsəbiliyə səbəb ola bilər. Tünd çalarları insanda yorğun əhval ruhiyyə yaradır.Qırmızı rəngin toplaşma, cəmləşmə, dava-dalaş simvolu kimi qəbul edildiyi halda bəzi türk xalqlarında qırmızı rəng qutsal sayılmış və o, göz ruhunun rəngi hesab edilmişdir. Bu göz ruhu özü qırmızı olmaqla bərabər, geyimi də yalnız və yalnız qırmızı təsəvvür edilmişdir. Bu etiqad azərbaycanlılarda da olmuş və o, əski çağlardan yaşaya-yaşaya gəlib çağımıza da çatmışdır.
Al-qırmızı
Al-qırmızı — qeyri-spektral rənglər qrupundan biri. Onun üçün təbii standart rəng bənövşəyi rəngdir, bu rəng, mavi (ya da bənövşəyi) rəngin qırmızı ilə qarışdırılması ilə əldə edilə bilər. Kolorimetriyada, bənövşəyi rəng mavi və ya tünd qırmızı ilə qarışdırmaqla əldə edilən bir sıra rəngə aiddir. == Ədəbiyyat == Ball, Philip. Bright Earth, Art and the Invention of Colour. Hazan (French translation). 2001. ISBN 978-2-7541-0503-3. Heller, Eva. Psychologie de la couleur: Effets et symboliques.
Qırmızı ağcaqayın
== Təbii yayılması == Vətəni Şimali Amerikadır. Cənubi Avropada və Yaxın Şərqdə mədəni əkin şəraitində becərilir. == Botaniki təsviri == Hündürlüyü 15–18 m-ə çatan, enli, yumru və möhkəm çətirli ağacdır. Yarpaqları üzbəüzdür, 5–7 ədəddir, ucu biz, uzunluğu 8–14 sm-dir. Yarpaqlarının rəngi qırmızıdır, yayda yaşıl, payızda isə sarı rəng alır. Maydan iyuna qədər çiçəkləyir. Açıq sarı rəngli çiçəkləri süpürgə çiçək qrupuna yığılmışdır. Meyvələri uzunluğu 3 sm-dən 5 sm-ə qədər olan qanadcıqlardır. Tоxumlarla, kök zoğları ilə çoхalır. == Ekologiyası == Soyuğa davamlı, işıqsevən, quru, məhsuldar torpaqlarda yaxşı bitən, yarımkölgəyə dözən bitkidir.
Qırmızı bayraq
Qırmızı bayraq — Siyasətdə qırmızı bayraq əsasən sosializm, kommunizm, marksizm, həmkarlar ittifaqları, solçu siyasət və tarixən anarxizmin simvoludur. Fransız İnqilabından bəri solçu siyasətlə əlaqələndirilir.Sosialistlər bu simvolu 1848-ci il inqilabları zamanı qəbul etdilər və 1871-ci ildə Paris kommunası tərəfindən istifadə edilməsi nəticəsində kommunizm simvoluna çevrildi. Çin, Vyetnam və keçmiş Sovet İttifaqı da daxil olmaqla bir çox sosialist dövlətin bayraqları belə tərtib edildi. Qırmızı bayraq, Fransa Sosialist Partiyası (PS), Almaniya Sosial Demokrat Partiyası (SDP) və İspaniya Sosialist İşçi Partiyası (PSOE) kimi bəzi demokratik sosialistlər və sosial demokratlar tərəfindən də simvol kimi istifadə olunmağa başladı. Britaniya siyasətinin köklü partiyalarından olan Leyboristlər Partiyası 1980-ci illərin sonuna qədər bu simvoldan istifadə etdi. Fransız İnqilabından əvvəl və bəzi kontekstlərdə bu gün də qırmızı bayraqlar və ya pankartlar, itaətsizlik və müharibənin simvolu kimi qəbul edilir.Keçmişdə bəzi istifadə nümunələri; Orta əsrlərdə donanma gəmiləri müharibə elan etmək üçün, mühasirəyə alınan şəhərin təslim olmayacağını bildirmək və ya Osmanlı imperiyasında, sultanın mövqeylərini göstərmək üçün qırmızı bayraq gəzdirirdilər.
Qırmızı beret
Qırmızı Beret — əsasən Xüsusi Təyinatlı Dəstələrin baş geyimi kimi qəbul edilmişdir. Dünya dövlətləri ölkədaxilində baş verəcək terrorun qarşısının alınması və xüsusi təyin olunmuş əməliyyat üçün bu birləşmələri yaradmışlar. Bir sıra ölkələrin Qırmızı Beretliləri haqqında: == Haqqında == 'Amerika Ordusu' — 1943-cü ildə General Frederik Brauning, Britaniya Birinci Bort Korpusunun komandanı, Britaniya Paraşüt Polyunda ABŞ Ordusunun 509-cu Paraşüt Piyada qoşunu və Vyetnam müharibəsi zamanı iştirak edən fransız qoşunlarına bu beretin geyilməyinə icazə verilmişdir.ABŞ Hərbi Hava Qüvvələrinin döyüş personalıda bu baş geyimindən istifadə edirlər.Amerikada Qırmızı Bereti qazanmaq üçün ən güclü kurslardan biri olan Ranger kursu mövcuddur. Bu beretin qırmızı rənginin mənasının "qurban verilmiş qan" anlamına gəldiyi iddia edilir. 'Almaniya Ordusu' — Almaniyada qırmızı bereti Kommando Spezialkräfte və Division Spezielle Operationen kimi komando qrupları geyinir. 'Azərbaycan Ordusu' — qırmızı bereti yalnız Azərbaycan Respublikası Daxili Qoşunları nın Xüsusi təyinatlı dəstələri və Azərbaycan Respublikası Müdafiə Nazirliyi nin Qərərgahının tabeçiliyində olan Xüsusi Təyinatlı Qüvvələr (Azərbaycan) istifadə edirlər. Azərbaycan Respublikası Daxili Qoşunları nın xüsusi təyinatlı dəstələrində xidmət etmək istəyən hərbi qulluqçular ilkin seçim, test üsulu ilə yoxlama, müşahidə və söhbətlər mərhələsindən keçməklə seçilirlər. Birinci mərhələ xüsusi komissiya tərəfindən həyata keçirilir. Bu komissiyanın tərkibinə qərargah, kadrlar, tibb və xüsusi təyinatlı bölmələrin zabitləri daxildir. Hər bir namizədlə aparılan söhbətlər zamanı onun xidmətə gəlməkdə məqsədi, vətənpərvərlik hissləri, ölkədə baş verən hadisələrə, valideynlərinə, onların bu xidmətə münasibəti, hərbi və ya mülki təhsili, ailə vəziyyəti, ixtisası və gələcək planları, marağı, asudə vaxtını necə keçirməsi, idmana marağı, sağlamlığının vəziyyəti, keçirdiyi xəstəliklər və s.
Qırmızı cadugər
Qırmızı cadugər (ing. Scarlet Witch) — Marvel Comics tərəfindən 1964-cü ildə yaradılan mutant superqəhrəman. Əsl adı Vanda Maksimovdur. Qardaşı Pietro Maksimov da mutantdır və Civə adı ilə tanınır. "Əsrarəngiz Qisasçılar" komiksinin 4-cü sayına (2015) qədər atalarının Maqnito olduğu zənn edirdilər. == Həyatı == === İlk illəri === Vanda və Pietro Maksimov Marvel dünyasında xəyalı olan və Qərbi Avropada yerləşən Transiyada anadan olur. Anaları Maqda ataları Maqnitodan qaçırdı və onun övladlarını tapmamasını istəyirdi. Buna görə uşaqları ölkədəki qaraçılara əmanət edərək qaçmağa davam etdi. Qısa müddət sonra öldü. Əkizlər böyüdükcə güclərini fərq etməyə başladılar.
Qırmızı canavar
Qırmızı canavar, Dağ canavarı, Himalay canavarı və Buanzu (lat. Cuon alpinus) — Yırtıcılar dəstəsinə, Köpəkkimilər fəsiləsinə daxil olan məməli heyvan növü. Cuon cinsinin yeganə nümayəndədi. Nadir nəsli kəsilmək təhlükəsi altında olan növdür. == Xarici görünüş == Yetkin qırmızı canavarın bədən uzunluğu 55-110 sm, quyruğu 45-50 sm, kütləsi 17-21 kq təşkil edir. Görünüşü bir canavar, tülkü və çaqqalın xüsusiyyətlərini özündə birləşdirir. Adi canavardan (Canis lupus) rəngi, sıx olan xəzi və uzun quyruğu ilə fərqlənir. Quyruğu demək olar ki, yerə çatır. Qısa, uclu bir ağız xarakterikdir. Qulaqlar iri və dikdir.
Qırmızı difelipeya
Elmi adı - Diphelipaea coccinea (Bieb) Nicolson (Phelipaea coccinea (Bieb.) Poir.) IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Gövdəsi orta hissədə 3-6 mm dimetrində, birçiçəkli çiçk saplaqlıdır (bəzən 2 çiçəkli). Kasacığın dilimləri lansetvari, siviridir. Tacı (1,8)2, 5-4, 5(5) sm uzunluqda, parlaq qırmızı rəngli, əsnəkdə 2 məxməri –qara büküklüdür. Tozculqarı çılpaq və ya azacıq tüklüdür. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Çiçəkləmə may-iyul, meyvəvermə iyun –avqust aylarına təsadüf edir. Aşağı dağ qurşağından orta dağ qurşağına kimi daşlı və ovulmuş yamaclarda rast gəlinir. == Yayılması == Böyük Qafqazın Quba sahəsi, şərq və qərb hissələri, Xəzərsahili ovalıq, Qobustan, Kür-Araz ovalığı, Bozqır yaylası, Lənkəranın dağlıq hissəsidir. == Sayı və tendensiyası == Populyasiyanın təbii bərpasının mənfi təsirlərindən asılılığı müşahidə olunur, azalma tendensiyasına meyillidir.
Qırmızı dil
Qırmızı düyü
Qırmızı düyü – düyü növü. Tərkibində antosian olduğuna görə qırmızı rəngdədir. Adətən təmizlənməmiş və ya qismən təmizlənmiş formada yeyilir, qırmızı kəpək təbəqəsinə malikdir. Qırmızı düyünün qoza bənzər bir dadı var. Bütün kəpəklə yeyilən düyülər arasında ən yüksək qida dəyərinə malikdir. Bəzi qırmızı düyü növləri aşağı qlikemik indeksə malikdir. Düyü yavaş həzm olunur və enerjini yavaş buraxır. Bu, qan şəkəri səviyyəsinin daha yavaş yüksəlməsinə səbəb olur. Qırmızı düyü bədəndəki sərbəst radikalları azaldan yüksək miqdarda antioksidanta malikdir. Həmçinin ağ düyüdən daha zəngin dəmir, maqnezium, kalsium və sink mənbəyidir.Adətən istifadə edilən ağ düyü ilə (aş düyüsü) müqayisədə qırmızı düyü xüsusi emaldan keçmir ki, onun faydalı maddələrlə zəngin olan xarici qişası saxlanılır.
Qırmızı dəniz
Qırmızı dəniz (ərəb. البحر الأحمر‎ Bahr el-Ahmar, ivr. ‏ים סוף‏‎ Yam Suf, fr. mer Rouge) — Hind Okeanında Ərəbistan yarımadası ilə Afrika qitəsi arasındakı tektonik çökəklikdə yerləşən daxili dəniz. Qədim adı Ərəb körfəzidir.Qırmızı dəniz isti və duzlu dənizlərdən biridir. Dəniz qərbdən Misir (Sinay yarımadası), cənub-qərbdən Sudan və Eritreya, şərqdən isə Səudiyyə Ərəbistanı və Yəmən ilə həmsərhəddir.
Qırmızı felipeya
Elmi adı - Diphelipaea coccinea (Bieb) Nicolson (Phelipaea coccinea (Bieb.) Poir.) IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Gövdəsi orta hissədə 3-6 mm dimetrində, birçiçəkli çiçk saplaqlıdır (bəzən 2 çiçəkli). Kasacığın dilimləri lansetvari, siviridir. Tacı (1,8)2, 5-4, 5(5) sm uzunluqda, parlaq qırmızı rəngli, əsnəkdə 2 məxməri –qara büküklüdür. Tozculqarı çılpaq və ya azacıq tüklüdür. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Çiçəkləmə may-iyul, meyvəvermə iyun –avqust aylarına təsadüf edir. Aşağı dağ qurşağından orta dağ qurşağına kimi daşlı və ovulmuş yamaclarda rast gəlinir. == Yayılması == Böyük Qafqazın Quba sahəsi, şərq və qərb hissələri, Xəzərsahili ovalıq, Qobustan, Kür-Araz ovalığı, Bozqır yaylası, Lənkəranın dağlıq hissəsidir. == Sayı və tendensiyası == Populyasiyanın təbii bərpasının mənfi təsirlərindən asılılığı müşahidə olunur, azalma tendensiyasına meyillidir.
Qırmızı gil
Qırmızı gil — dünya okeanının 4500-6900 m dərinliklərində toplanan qalınlığı 1000 m-ə çatan pelagial monolit çöküntülərdir və hidroksilləri çöküntülərə qırmızıdan qəhvəyiyədək rəng verir. Tərkibində terrigen çöküntülərədn başqa Fe, Mn, V, Su, Ni, So və radioaktiv elementlər vardır. Mn-ın miqdarı 0,78%-ə çatır. Qırmızı gil layında aysberq çöküntülərinə, kosmik toza, 30-40 sm dərinlikdə isə milyon illər bundan əvvəl yaşamış köpək balıqlarının dişlərinə rast gəlinir. Qırmızı gilin çökmə (toplanma) sürəti olduqca zərifdir-1-7 mm/1000 ildir. Qırmızı gil çöküntüləri Dünya okenaı dibinin 36%-ni örtmüşdür. Qırmızı gil çöküntüləri səthində marqans-dəmir konkresiyaları min kvadrat kilometrlə sahə tutur.
Qırmızı göl
Qırmızı göl — Azərbaycan ərazisində göl. Qanlı göl olaraq da adlandırılır. == Haqqında == Ərazisi 7,2 km², suyunun həcmi isə 8,3 mln m³ olan Qırmızı göl Qaradağ ərazisində, Lökbatan qəsəbəsinin cənubunda yerləşir. Qırmızı gölə axıdılan çirkab sularının əsasını Lökbatan qəsəbəsinin məişət çirkab suları və Xocahəsən gölündən axan sular təşkil edir. Gölə çirkab sularının axıdılması onun suyunun oksigen rejiminin pozulmasına səbəb olub. 1976-cı ilə kimi bu göldən neft mədənlərindən çıxan lay sularının qəbuledici anbarı kimi istifadə olunmuşdur. Qırmızı göl şor sulu göllər qrupuna aiddir. Göl suyunun tərkibində kation və anionların konsentrasiyaları (kalsium, maqnezium, xloridlər, sulfatlar) YVQH-dən dəfələrlə coxdur. Ərazidə radiasiya fonu norma daxilindədir. Gölün uzun müddət antropogen təsirlərə məruz qalması, neft və neft məhsulları ilə, fenollarla həddindən artıq çirklənməsi və digər neqativ təsirlər nəticəsində onun geoloji quruluşu, torpaq süxurları, dibinin relyefi və digər parametrləri deqradasiyaya məruz qalmış, dib çöküntülərində çoxlu miqdarda neft məhsulları yığılmışdır.
Qırmızı göyək
Qırmızı vəba
Qırmızı vəba (The Scarlet Plague), Cek London tərəfindən postapokaliptika janrında yazılmış və 1912-ci ildə London Magazine-də yayımlanan qiyamət sonrasını ifadə edən romandır. Kitabın 2020-ci ildə Koronavirus epidemiyasına çox bənzər olduğu, xüsusilə Londonun yaşadığı dövrdə yazıldığı qeyd edilməlidir. O dövrdə hazırda olduğu kimi dünya ölkələri bir-birinə bu qədər səyahətlə bağlanmamışdı. == Süjet == Hekayə 2073-cü ildə, idarəolunmaz bir epidemiya olan Qırmızı Ölümün planetin əhalisinin sayının azaldıqdan altmış il sonra baş verir. James Smith, qırmızı vəba epidemiyasından sonra sağ qalanlardan biridir və hələ də San Fransisko bölgəsində qalır və nəvələri Edvin, Hoo-Hoo və Hare-Lip ilə birlikdə səyahət edir. Nəvələri gəncdir və çoxsaylı insan yaşadığı dünyada ibtidai ovçu kimi yaşayırlar. Dil qabiliyyətləri kimi ağılları da məhduddur. Edvin, "Granser" dedikləri Smithdən qırmızı ölüm adlandırılan xəstəlikdən danışmağını istəyir. Smith, İngilis professoru olduğu zaman vəba xəstəliyindən əvvəlki həyat hekayəsini danışır. 2013-cü ildə, "Beşinci Morgan, Maqnatlar Şurası tərəfindən Amerika Birləşmiş Ştatlarının Prezidenti təyin edildikdən" bir il sonra xəstəlik meydana gəldi və sürətlə yayıldı.
Qırmızı yerdəyişmə
Qırmızıya sürüşmə — elektromaqnit şüalanmasının tezliyinin azalması, Dopler effektinin təzahür formalarından biri. Spektrin görünən hissəsindəki xətlərin spektrin qırmızı ucuna doğru sürüşməsi. Başqa tezlikli, məsələn radiotezlikli şüalanmalarda da müşahidə olunur. Qırmızıya sürüşmə termini kosmoloji qırmızıya sürüşmə və qravitasiya qırmızıya sürüşməsi mənasında işlədilir. Kosmoloji qırmızıya sürüşmə bizdən çox uzaq olan mənbələrin (qalaktikalar, kvazarlar və s.) şüalanma tezliyinin azalmasıdır. İlk dəfə 1914-cü ildə müşahidə edilmişdir. Qırmızıya sürüşmə bir neçə qalaktika istisna olmaqla (bunlarda şüalanmanın tezliyi artır, mavi və ya bənovşəyi yerdəyişmə baş verir) bütün qalaktikalarda müşahidə olunur və onun qiyməti bütün tezliklər üçün qalaktikanın müşahidə edildiyi istiqamətdən asılı deyil. Qırmızıya sürüşmə spektr xəttinin tezliyinin nisbi dəyişməsi (z) ilə xarakterizə olunur və qalaktikaya qədər məsafə ilə düz mütənasibidir: Δz=Δλ / λ =Hr / c (Habbl qanunu). Burada, r – qalaktikaya qədər məsafə, c – işıq sürəti, H – Habbl sabitidir (kainatın genişlənmə sürətini xarakterizə edir, ilk yaxınlaşmada istiqamətdən asılı deyil). Qalaktikanın spektrindəki qırmızıya sürüşməni ölçərək Habbl qanununa əsasən həmin qalaktikaya qədər məsafəni təyin etmək olur.
Qırmızı yosunlar
Qırmızı yosunlar (lat. Rhodophyta) — sarımtıl qırmızı, mavi-yaşıl-qırmızı rəngli çoxhüceyrəli (ən bəsit formaları — birhüceyrəli) yosunlar tipi. Bəzi qruplar hüceyrələrin divarlarında kalsium karbonat çökdürdüyündən çökmələrdə fosil halında qalır. Mezo-kaynozoyda qırmızı yosunlar süxurəmələgətirən orqanizmlər olub mərcan qrumlarının (biogermlər və riflər) formalaşmasında iştirak edir. Qırmızı yosunlar normal duzluluqlu isti dənizlərdə 3–160 m (optimal — 20–50 m) dərinlikdə yayılmışdır. Hazırda 3800 növü vardır. Xəzərdə 25 növü məlumdur, onlardan laurensiya, polisifoniya, melobeziya və s. yosunlar geniş yayılmışdır.
Qırmızı çalağan
Qırmızı çalağan (lat. Milvus milvus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl çalağan cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. == Təsviri == Qızılquşlar fəsiləsinin kiçik nümayəndələrindən biridir. Təxminən 60 - 66 sm ölçüdə quşdur. Rəngi qırmızımtıl-qəhvəyidir. Quyruğu uzundur və haçalanmışdır. == Yayılması == Qərbi Palearktikanın endem növüdür. Avropanın əksər hissələrində yayılmışdır. Afrikada yuvalaması və qışlaması öyrənilməmişdir.
Qırmızı çay
Qırmızı üzgəcli
Qızılüzgəc (lat. Scardinius erythrophthalmus) — qızılüzgəclər cinsinə aid balıq növü. Az saylı, yerli (aborigen) növdür. == Xarakterik morfoloji əlamətləri == Ağzı başın ucunda yerləşir və yuxarıya doğru yönəlmişdir. Üzgəcləri tünd qırmızı rəngdə olur. Cinsi dimorfizm zəif inkişaf etmişdir. Azərbaycan sularından ovlanmış qızılüzgəclərin uzunluğu 33 sm-ə, kütləsi isə 590 q-a qədər olur. == Yaşayış yeri və həyat tərzi == Şirin su balığı olub çaylarda, su anbarlarında, şirinsulu körfəz və limanlarda yaşayır. Orta ömrün uzunluğu 6 ilə qədər olub, cinsi yetkinliyə 2 yaşında çatır. Fərdi inkişaf forması tam çevrilmə şəklindədir.
Qırmızı Şəfəq
Qırmızı Şəfəq — Azərbaycan Respublikasının Neftçala rayonunun Yenikənd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Neftçala rayonunun Yenikənd kənd inzibati ərazi dairəsi tərkibindəki Qırmızı Şəfəq qəsəbəsinə kənd statusu verilmiş və bu qəsəbə Qırmızı Şəfəq kəndi adlandırılmışdır.
Qırmızı şlam
Qırmızı şlam Qırmızı şlam boksitlərdən Bayer üsulu ilə alüminium –oksid alınması prosesinin qalığıdır. Müxtəlif məlumatlara əsasən təkcə MDB ölkələrində 100-150 milyon ton qırmızı şlam toplanıb qalmışdır. Bu tullantılar alüminum istehsalı zavodlarının yaxınlığında cox böyük ərazini tutur və potensial təhlükə mənbəyidir. Buna misal kimi 2010-cu ildə Macarıstanda qırmızı şlamla bağlı baş verən ekoloji fəlakəti göstərmək olar. Bu zaman 1,1 milyon kubmetr həcmində zəhərli maddələr ətraf mühitə dağılmış, insan itgisi olmuşdur. Bu səbəbdən zavod 472 milyon avro cərimə edilmişdir. Azərbaycanda da (Gəncə şəhəri) bu cür şlam 60 hektara qədər ərazinin tutur və burada 12 milyon ton alunit, 20 milyon ton boksit tullantısı toplanmışdır.Bu ərazinin torpaq qatı ilə örtülməsinə baxmayaraq , yenə təhlükə mənbəyi olaraq qalır. Ədəbiyyat materiallarının analizi göstərir ki, qırmızı şlamın emalının həm piro-, həm də hidrometallurgiya üsulları ilə işlənməsi təklif olunur. Pirometallurgiya texnologiyaları qırmızı şlamdakı dəmir tərkibli komponentlərin maqnitlənən hissəsinin, qeyri-maqnit hissədən ayrılmasına əsaslanır və cox yüksək temperaturda aparılır. Bu üsul enerji daşıyıcılarının qiymətlərinin cox yüksək olması baxımından perspektivli sayılmır.
Qırmızı ətirşah
Geranium sanguineum (lat. Geranium sanguineum) - ətirşah cinsinə aid bitki növü.

Digər lüğətlərdə

буквали́зм запа́рник Кали́гула конъюнкти́вный напра́вщица торгоу́ты цейс войсковой круг вы́пихнуть на́ фиг оса́живать провинти́ть рыба́чить муэдзин Dutch metal felucca illustrate packaged pass phyla semiautonomous squeezing перемолвиться свободомыслящий торпедирование