ACIQLANMAQ

f.
1. Acığı tutmaq, hirslənmək, hiddətlənmək, qızmaq. Hər şey üçün adam acıqlanmaz. Niyə belə acıqlanmısan? – Nəbi bərk acıqlanmışdı.
Boz atın ağzını geri qaytarıb, naçalnikin qoşununa təpindi. Qacaq Nəbi”.
Nina mənim Sərdar Rəşidlə söhbətimi gördüyündən yenə də acıqlandı. M.S.Ordubadi.
Tez-tez ayağı sürüşdüyündən isə [Qarakişi] daha da acıqlanırdı. Ə.Əbülhəsən.

2. Birinin üstünə qışqırmaq, məzəmmət etmək, danlamaq. Atası oğluna acıqlandı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ACIQLANMAQ 1. ACIQLANMAQ Dedim gözəl, bir busə ver o xaldan; Acıqlandı, dedi, al, sənə qurban (Aşıq Abbas); QABARMAQ Göyərçin Xudaverdini görüb qapıdan cəld çıxa
  • ACIQLANMAQ hirslənmək — hiddətlənmək — qızmaq — əsəbiləşmək
  • ACIQLANMAQ məzəmmətləmək — danlamaq
ACIQLANMA
ACIQLI

Digər lüğətlərdə

бесполе́зный вы́пендриться изоклина́льный мандата́рий насу́щный неую́тный опьяне́ние по-шарлата́нски почте́нно семибоя́рщина словосочета́ние темпера́ментный экзаменова́ться завёртывать просро́чиваться разо́рванно сальди́ровать ссуту́литься чуло́чный спорт decapacitation Osmanli tectonics whose поплотнеть