ADƏTKƏRDƏLİK
ADI
OBASTAN VİKİ
Adheziya
Adheziya (lat. adhaesio — yapışma) fizikada müxtəlif cinsli bərk və ya maye hissəciklərin ilişməsini ifadə edir. Adheziya üst səthdə molekulalararası əlaqə (qütb, bəzən kimyəvi və ya qarşılıqı diffuziya) ilə şərtlənir və səthlərin ayrılmasına lazım olan xüsusi işlə xarakterizə olunur. Bəzi hallarda adheziya koheziyaya nisbətən güclü ola bilir (yəni bircinsi material daxilində ilişmə baş verərkən). Bu halda qüvvə tətbiq edildikdə koheziya parçalanması baş verir. Bu mexaniki hala təsir edən qüvvələr tam tədqiq olunmayıb. Ona görə də, müxtəlif adheziya nəzəriyyələri mövcuddur. == Adheziya möhkəmliyi == Nazik təbəqələrin və quruluş kütlələtinin qopardılması zamanı adheziya möhkəmliyi ölçülür. Bu proses özünə adheziyadan başqa deformasiya və qümunənin axmasına, ikiqat elerktrik təbəqəsinin boşaldılmasına və s. əlavə hadisələrə güc daxil edir.

Digər lüğətlərdə