ADƏTKƏRDƏLİK
ADİ
OBASTAN VİKİ
Adi fındıq
Adi fındıq (lat. Corylus avellana) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin fındıq cinsinə aid bitki növü. == Təbii yayılması == Amerikada, Kanadada, Kiçik Asiyada, Avropada təbii halda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 3-9 m-ə çatan, sıx çətirli, çox gövdəli ağac və ya koldur, çətiri yumurtavari, sıxbudaqlıdır. Gövdəsinin qabığı açıq-boz, cavan zoğları açıq-qəhvəyi rəngdədir. Tumurcuqları yumurtavari, qırmızımtıl-qonur rənglidir, kənarlarında dəyirmi pulcuqları vardır. Yarpaqları 6-12 sm uzunluqda, 5-9 sm enində, dəyirmi, yumurtavari-dəyirmi və ya oval formadadır, dib hissəsi bir qədər qeyri-bərabər ürəkvaridir, təpə hissəsi kəskin surətdə mişardişlidir, yuxarı hissəsində 5-6 iri dilimvari diş vardır, üst tərəfi tünd-yaşıl, bulanıq, alt tərəfi açıqdır; cavan yarpaqlarının üzəri seyrək tüklüdür, sonralar üst tərəfi çılpaqlaşır, alt yan damarları 8-10 cütdür. Yarpaq saplaqlarının uzunluğu 10-20 mm-dir. Çiçəkləri müxtəlifcinslidir. Erkəkcik sırğaları 2-5 sm uzunluqdadır, 3-5-i bir yerə toplanmışdır.
Adi gavalı
Adi gavalı (lat. Prunus domestica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Botaniki təsviri == Gavalını tərkibində müxtəlif orqanik turşular, karbohidratlar, 9-16% şikər, pektin (2% qədər), mineral maddələr, C,B vitamini, karotin, azot birləşmələri və rəngləyici maddələr vardır. B vitaminlərinin, eləcə də C və PP vitaminlərinin bolluğu ilə məşhurdur. == Təbabətdə == Orta əsr müəllifləri gavalının müalicəvi xüsusiyyətlərindən misallar gətirirlər. Məhəmməd Mömin yazır ki, gavalı qızdırmada, şiddətli titrəmə və baş ağrısında xeyirlidir. 460 q gavalını 0,7 suda qaynadaraq yaxşı işlətmə dərmanı əldə edirlər. Gavalı qurdqovucu təsirə malikdir. Ağızı yaxalamaq üçün yemiş həlimi, gavalının yarpaq və kökündən hazırlanan dərman angina və badamcıq şişi zamanı xeyirlidir və damağı möhkəmlədir. Gavalını yaxşı həzm etmək üçün, onu qızılgül ləçəklərindən bişirilmiş mürəbbə ilə yemək lazımdır.
Adi gicitkan
Gicitkən (lat. Urtica) — gicitkənkimilər fəsiləsinə aid bitki cinsi. Növləri Azərbaycan ərazisində geniş yayılmışdır. == Ümumi məlumat == Hələ çox qədim dövlərdə insanlar gicitkənin müalicəvi xüsusiyyətləri ilə tanış idilər. Dioskorid və Hippokrat gicitkən bitkisinin sirli müalicəvi xüsusiyyətləri haqqında maraqlı məlumatlar vermişlər. Tərkibindəki zəngin qidalı maddələr, əhəmiyyətli mineral duzlarla və həyat üçün vacib sayılan vitamin çoxluğu ilə fərqlənən gicitkən bir sıra qabaqcıl ölkələrin alimlərini çoxdandır ki, özünə cəlb etmişdir. Dünya florasının tərkibində gicitkən cinsinin 50-yə qədər növü yayılmışdır. Ən çox Yer kürəsinin mülayim iqlim zonalarında rast gəlinir. Bu cinsin Qafqazda, o cümlədən, Azərbaycanda 3 növü yayılmışdır. Urtica — latınca "yandırmaq", "dalamaq" mənasını bildirir.
Adi gilənar
Adi albalı və ya gilənar (lat. Prunus cerasus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Təbii yayılması == Qərbi Avropada, Şimali Amerikada, Cənubi Asiyada, Qafqazda təbii halda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 10 m-ə çatan, gövdəsinin qabığı qonur, qışda yarpaqlarını tökən, sallaq çətirli ağacdır. Yarpaqları növbəli yerləşir, sadə, saplaqlı, uzunluğu 7-12 sm, eni 3-5 sm-dir. Yarpaq ayası ellipsvari və ya yumurtavari, kənarları dişli, üst səthi tünd-yaşıl, alt səthi açıq-yaşıl, hər iki üzü çılpaq və ya tüklü, ucu bizdir. Çiçəklər ağdır, 2-4 ədəd olmaqla çətir çiçək qrupuna yığılmışdır, aprel-may aylarında çiçəkləyir, meyvəsi açıq və ya tünd-qırmızı rəngli çəyirdəkmeyvədir, çəyirdək lətdən asanlıqla ayrılır, iyulda yetişir. == Ekologiyası == Rütubətli, çimli torpaqlarda, qida elementləri zəngin olan sahələrdə, çay ətrafı ərazilərdə, işıqlı yerlərdə bitir. Şaxtaya davamlıdır. == Azərbaycanda yayılması == Böyük Qafqaz, Kiçik Qafqaz, Kür-Araz ovalığı, Talış və Naxçıvan MR-da təbii halda, Abşeronda isə həyatyanı sahələrdə rast gəlinir.
Adi giləzəhər
Adi göydimdik
Adi göydimdik (lat. Oxyura leucocephala) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin göydimdik cinsinə aid heyvan növü. == Kateqoriya və statusu == (III-VU). Həssas, sayı az olan növdür. == Qısa təsviri == Erkəyin rəngi qonurdur. Başının təpəsi qara, qalan hissəsi ağdır, boynu qaradır, dimdiyi göydür. Üzən zaman quyruğunu vertikal şəkildə yuxarı qaldırır. Dişinin başı qonurdur. Gözünün üstündə ağ zolaqlar var. == Yayılması == Avropada, Asiyada, Afrikada, Şimali və Mərkəzi Amerikada, Avstraliyada, Tasmaniya və Yeni Zelandiyada yayılmışdır.
Adi göyrüş
Adi göyrüş (lat. Fraxinus excelsior) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin göyrüş cinsinə aid bitki növü. == Təbii yayılması == İlk dəfə Avropada aşkar edilmişdir. Təbii halda Orta Avropa, Aralıq dənizi ölkələri, Balkan və Kiçik Asiyada yayılmışdır, o cümlədən Krım və Qafqazda enliyarpaqlı meşələrin tərkibində bitir. == Botaniki təsviri == Hündürlüyü 10 m-ə, diametri 100 sm-ə çatan, düz gövdəli ağacdır. Qabığı açıq boz rəngli olub, uzununa və eninə dərin olmayan çatlıdır. Tumurcuqları tutqun qara rənglidir. Zoğları yoğun, yaşılımtıl-boz rəngdə, çılpaqdır. Yarpaqları lələkvari, 7-15 yarpaqcıqdan ibarətdir. Yarpaqcıqları uzunsov neştərvari, ucdan sivri, kənarları isə xırda mişardişlidir.
Adi göyək
Adi göyəm
Göyəm (lat. Prunus spinosa) — gülçiçəklilər fəsiləsinin gavalı cinsinə aid çiçəkli bitki növü. == Paylanma == Növün vətəni Avropa, Qərbi Asiya və şimal-qərb Afrikadır. == Meyvəsi == Göyəmin tərkibində 8%-ə qədər şəkər (fruktoza və saxaroza), 2,5% üzvi turşu (əsasən alma), 1% pektinli maddə, 1,5% aşılayıcı maddə, vitamin C və rəngləyici maddələr vardır. Dadı gər olduğundan təzə halda yeyilmir. Göyəmdən mürəbbə, povidlo, kompot, "ternovka" adlı spirtli içki, sirkə, kvas hazırlanır. Qurudulmuş meyvələri aşpazlıqda işlədilir. Duza qoyulmuş göyəm çox dadlı olur.[mənbə göstərin]Meyvələri şaxta vurduqda dadı şirinləşir və təzə halda yeyilmək üçün yararlıdır. Çəyirdəyində 37%-ə qədər yağ vardır. Tərkibində acı amiqdalin qlükozidi olduğundan texniki məqsədlər üçün işlədilir.
Adi güləyənquşu
Adi güləyənquşu (lat. Bucephala clangula) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin güləyənquşu cinsinə aid heyvan növü.
Adi günəbaxan
Adi günəbaxan (lat. Helianthus annuus) — günəbaxan cinsinə aid bitki növü.Hündürlüyü 1–2 metrə qədər olan birillik ot bitkisidir. Növbə ilə yerləşən iri, üçkünc — ürəkvarı yarpaqları vardır. Gövdəsinin yuxarısındakı yarpaqları ellipsvarıdır. İri səbət şəklində qızılı-sarı rəngli çiçəkləri və bərk qabıqlı dənəcik meyvəsi olur. Meyvələrinin toxumu yağlıdır, xoş ətirlidir. Bitki iyul-avqust aylarında çiçəkləyir, meyvələri sentyabr-oktyabr aylarında yetişir. Adi günəbaxan Azərbaycanın əksər rayonlarında becərilir. Yerarmudu günəbaxan isə ancaq Azərbaycan Elmlər Akademiyasının Botanika İnstitunun ərazisində becərilir. Yeyinti sənayesində, eləcə də təbabətdə günəbaxanın toxumlarından istifadə edilir.
Adi gəlincik
Adi gəlincik (lat. Mustela nivalis) — gəlincik cinsinə aid heyvan növü. Gəlincik dələkimilər fəsiləsinin ən kiçik nümayəndəsidir. Gəlincik yırtıcıdır. Bədəninin uzunluğu 21-26 sm, quyruğunun uzunluğu 2-5 sm, çəkisi isə 70-105 qramdır. Bədəni azca uzunsovdur. Sıx və qısa xəzə malikdir. Tükü yayda sarımtıl-boz, qışda isə boz rəngdə olur. Döş və qarın tükləri ağ rəngdədir. Başı kiçik, üzü nisbətən enlidir.
Adi gəndəlaş
Qırmızı gəndəlaş (lat. Sambucus racemosa) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin adoksakimilər fəsiləsinin gəndəlaş cinsinə aid bitki növü. == Təbii yayılması == Yarpağı tökülən kol və ya kiçik ağacdır. Latınca növ epitetini (lat. Racemosa) "salxımvari", "budaqlı" (lat. Racemus — "üzüm salxımı") kimi tərcümə etmək olar. Ədəbiyyatda növün bir neçə: salxımvari gəndəlaş, qırmızı gəndəlaş, adi gəndəlaş adına rast gəlinir. == Botaniki xarakteristikası == Hündürlüyü 1,5-3,5 m olan, düzgövdəli koldur. Cavan bitkilərin qabığı hamar, qocalarda soyulandır. Gövdələrin üzərində ağımtıl rəngli qabarcıqlar olur.
Adi gənəgərçək
Adi gənəgərçək (lat. Ricinus communis) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin gənəgərçək cinsinə aid bitki növü. == Təsiri == Adi gənəgərçək birillik bitki olub, südləyən fəsiləsinə aiddir. Bu bitkidə zəhərli təsir göstərən iki maddə var. Hoksaalbumin, ribin və risinin alkaloididir. Hoksaalbumin qüvvətli zəhərdir. Yalnız toxumunun üst qatında olur (0,1 faizə qədər). Risin bitkinin bütün hissələrində mövcuddur (toxumunda 0,15%, yarpaqlarında 1,37 %-ə qədərdir. Bütün növ heyvanlar onun toxumunu və ya jımıxını yedikdə zəhərlənir. Bəzi məlumatlara görə onun toxumunun ölüm dozası atlara 30-50 qram, qaramala 350-400 qram, donuzlara 60 qram, qoyunlara 30 qram, buzovlara 20 qram həcmindədir.
Adi gәrmәşov
Lantana başınağacı (lat. Viburnum lantana) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin adoksakimilər fəsiləsinin başınağacı cinsinə aid bitki növü. == Təbii yayılması == Cənubi və Qərbi Avropada, Şimal-Qərbi Afrikada və Cənub-Qərbi Asiyada və Qafqazda yayılmışdır. == Botaniki təsviri == Boyu 4 m-ə çatan, çətirli və qövsvari qalxan zoğlu, gözəl, sıxyarpaqlı koldur. Yarpağı qaidə hissədən yumurtavari-ovalvari və ya ürəkvaridir, kənarları zəif dişlidir, uzunluğu 18 sm-dək, üstü tünd-yaşıl, alt tərəfi boz, keçə tüklüdür. Gövdəsinin qabığı tünd-qonur rəngdə olub, məxməri yumşaqdır. Cavan zoğları tükcüklüdür. Ağ, xırda meyvə verən çiçəkləri budaqların uclarındaçətirvari çiçək qruplarına yığılmışdır. May ayında çiçəkləyir, çiçəkləri ikicinslidir, xırdadır, qalxanvarı çiçək qrupunda yerıəşir. Meyvəsi payızda yetişir.
Adi hambuziya
Adi hambuziya (lat. Gambusia affinis) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkidişkimilər dəstəsinin poeciliidae fəsiləsinin hambuziya cinsinə aid heyvan növü. == Morfoloji əlamətləri == Ağzını yalnız çənələrarası sümüklər haşiyələyir. Üzgəcləri yumşaqdır. Yan xətti yoxdur. Kiçik ölçülü (30 sm-dək), kütləsi 3 q-a qədər olan sümüklü balıqlardır. Dişləri konus və ya qıl şəklindədir. Quyruq gövdəsinin alt kənarı girdələnmiş və burada pulcuqların orta sırası uzanmışdır. Bunların erkəklərində anal üzgəcin ön şüaları cinsi əlaqə üzvünə çevrilmişdir. == Yayılması == Cənubi Amerika şirin su diridoğan balığı əvvəlcə Avropada, sonra isə başqa regionlarda, o sıradan Azərbaycanda iqlimləşdirilmişdir.
Adi heyva
Adi heyva (lat. Cydonia oblonga ) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin heyva cinsinə aid bitki növü.
Adi hinduşka
Adi
Adi - daima rast gəlinən, sistemə salınmış, insanlarda təəccüb doğurmayan, təkrarlanan, ənənələri olan, nadir halda dəyişilən, rastlaşanda maraq doğurmayan, heç nə ilə seçilməyən hal, vəziyyət, insan, situasiya və s. == Həmçinin bax == Fəlsəfə Filologiya Qeyri-adi == Ədəbiyyat == С.И.Ожегов. Словарь русского языка. Москва, изд. "Русский язык", стр.377.
Adi həlməl
Həlməl (lat. Zygophyllum) — bitkilər aləminin zygophyllales dəstəsinin üzərrikkimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki təsviri == Hündürlüyü 40-60 (bəzən 80) sm olan çoxillik ot bitkisidir. Gövdələri yuxarı qalxdıqca dibi adətən odunlaşır. Tərs yumurtavari iki yarpaqcıqdan ibarət 1.5-3 sm uzunluqda, ətli, qeyri-bərabəryanlı yarpaqları qarşılıqlıdır. Çiçəklərinin acımtıl, aşağısı isə narıncı rəngdə olan ləçəkləri tərs yumurtaşəkillidir. Ətli, uzunluğu 15–40 mm, eni 3–5 mm olan uzunsov yuvarlaq beştərəfli prizma formalı qutucuqları qanadsız, çoxtoxumludur. Boz-mixəyi rəngli, uzunluğu 4–5 mm, eni 2.5-3.5 mm romba bənzər və ya oval formalı toxumları bozumtul, nahamar qabıqla örtülmüşdür. Aprel-iyun aylarında çiçəkləyir, iyul-oktyabr aylarında meyvə verir. == Mənşəyi və yayılması == Adi həlməl kserofil coğrafi tipinin aralıq dənizi sinfinin aralıq dənizi-iran-turan qrupuna aiddir.
Adi ilanboyun
Adi ilanboyun (lat. Anhinga anhinga) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sümsükquşukimilər dəstəsinin i̇lanboyunlar fəsiləsinin i̇lanboyun cinsinə aid heyvan növü.
Adi ilankölgəsi
Adi ilankölgəsi (lat. Ferula communis) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin i̇lankölgəsi cinsinə aid bitki növü.
Adi ilişgən
Adi ilişgən (lat. Cobitis taenia) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çöprələr fəsiləsinin cobitis cinsinə aid heyvan növü. Öz fəsiləsinin ən kiçik balığıdır. == Təsviri == Bədəni lentvari formanda olub, yanlardan sıxılmış formadadır. Burnunun ucunda və ağzının kənarlarında bığcıqlar vardır. Quyruq üzgəcləri çökəkdir. Uzunluqları 12 sm-dir. Burnu kəsikdir. Alt dodağı iki pərlidir. Rəngi açıq sarıdır.
Adi iquana
Adi iquana (lat. Iguana iguana) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl iquanlar fəsiləsinin i̇quana cinsinə aid heyvan növü.
Adi itburnu
Adi itburnu (lat. Rosa arvensis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü.
ADİN
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi — Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətlərin qarşısının alınması və açılması sahəsində Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Azərbaycanın daxili işlər naziri Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Azərbaycan Prezidenti tərəfindən təyin edilir və vəzifədən azad edilir. Hal-hazırkı daxili işlər naziri Vilayət Eyvazovdur. == Tarixi == Daxili İşlər Nazirliyi ilk olaraq Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin nəzdində yaradılmışdır. Polis qüvvələrinə cavabdeh olan bir dövlət orqanı olduğu üçün Azərbaycanın dövlət quruculuğunda mühüm rol oynamışdır. Lakin 28 aprel 1920-ci ildə Azərbaycan Sovet hakimiyyətinin altına düşəndən sonra SSRİ Daxili İşlər Nazirliyinin səlahiyyətinə verildi. 18 oktyabr 1991-ci ildə nazirlik yenidən Azərbaycanın tabeliyinə verildi. Birinci Qarabağ müharibəsi zamanı polis işçilərinin 60-ı Azərbaycanın Milli Qəhrəmanı adını aldı, onlardan 86-sı Azərbaycan Bayrağı, 247-si isə digər medal və ordenlər ilə təltif olundu. 1992-ci ildə Azərbaycan Beynəlxalq Cinayət Polis Təşkilatına (İnterpol) üzv oldu və 24 noyabr 1992-ci ildə Daxili İşlər Nazirliyinin tərkibində İnterpolun Milli Mərkəzi Bürosu yaradıldı. 30 iyun 2004-cü ildə DİN xidmətləri üzərində korporativ nəzarəti həyata keçirmək, Azərbaycan polisinin xidməti ilə uyğun olmayan işlərin qarşısının alınması, korrupsiya məmurlarının ifşası üçün Daxili Təhlükəsizlik Departamenti yaradıldı.
ADİP
Azərbaycan Demokratik İstiqlal Partiyası
ADİSP
Demokratik İslahatlar Partiyası və ya qısaca DİP — Asim Mollazadə tərəfindən qurulan və 2005-ci il avqustun 12-də dövlət qeydiyyatına alınan siyasi partiya. 2005–2019-cu illərdə Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyası (ADİSP) adlanmışdır. DİP 2005-ci ildən Milli Məclisdə təmsil olunur. == Tarixi == 2000–2005-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Partiyasını (AXCP) Milli Məclisdə təmsil edən, 1995-ci ildən isə AXCP sədrinin müavini olan Asim Mollazadənin 2005-ci ildə AXCP-dən istefa verməsindən sonra o, 2005-ci il iyunun 5-də Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİSP) qurduğunu bildirdi. Həmin gün baş tutan I Qurultayda Asim Mollazadə ADİSP sədri seçildi. Keçmiş AXCP üzvləri tərəfindən qurulan ADİSP 2005-ci il avqustun 12-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındı.[mənbə göstərin]ADİSP 2005-ci il noyabrın 7-də baş tutan Parlament seçimlərində on dörd namizədlə mübarizə apardı. Nəticədə 22 saylı Nəsimi 2-ci dairəsindən namizədliyini irəli sürən ADİSP sədri Asim Mollazadə qalib gəldi və Milli Məclisə seçildi. 2008-ci il iyulun 20-də ADİSP II Qurultayı baş tutdu. Qurultayda Asim Mollazadə növbəti dəfə üç il müddətinə ADİSP sədri seçildi.[mənbə göstərin]ADİSP 2010-cu il noyabrın 6-da baş tutan Parlament seçimlərində dörd namizədlə mübarizə apardı. Nəticədə 22 saylı Nəsimi 2-ci dairəsindən namizədliyini irəli sürən ADİSP sədri Asim Mollazadə qalib gəldi və növbəti dəfə Milli Məclisə seçildi.
ADİU
Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU/UNEC) — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrindən biri. == Tarixi == === SSRİ dövrü === Azərbaycanda ali təhsilli iqtisadçı kadrların hazırlanmasına keçən əsrin 20-ci illərindən başlanmışdır. Belə ki, ilkin olaraq Azərbaycan İnqilab Komitəsi tərəfındən yaradılan Politexnik İnstitutunun 5 fakültəsindən biri İqtisad fakültəsi olmuşdur. 1922-ci ildə isə Azərbaycan Dövlət Universitetinin İctimai Elmlər fakültəsində İqtisad bölməsi açılmış və bu bölmə 1930-cu ilə qədər iqtisadçı kadrlar hazırlamışdır. Azərbaycan Dövlət İqtisad Universiteti rəsmi şəkildə 1930-cu ildə yaradılıb. Müxtəlif dövrlərdə müxtəlif adlar altında fəaliyyət göstərmişdir. 1930-cu ildə Azərbaycan Dövlət Universiteti ləğv edilərkən onun müvafiq fakültələrinin bazası əsasında müxtəlif istiqamətlər üzrə ali məktəblər yaradılıb. Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1930-cu il 19 iyun tarixli qərarı Azərbaycan Dövlət Universitetinin iqtisadiyyat fakültəsinin bazasında Azərbaycan Ticarət Kooperasiya İnstitutu təsis edilib. Ali məktəb Azərbaycan Ticarət Kooperasiya İnstitutu adı ilə 1933-cü ilədək mövcud olub. 1933-cü il yanvarın 2-də Azərbaycan hökumətinin qərarı ilə Azərbaycan Ticarət Kooperasiya İnstitutunun bazasında Karl Marks adına Azərbaycan Sosial-İqtisad İnstitutu yaradılıb.
ADİU-nun Dərbənd filialı
Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialı (ADİU-nun Dərbənd filialı) — Azərbaycan ali təhsil müəssisəsinin Rusiya Federasiyası Dağıstan Respublikası Dərbənd şəhərində fəaliyyət göstərən filialı; Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. == Ümumi məlumat == Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialı 1993-cü ildən Azərbaycan prezidenti Heydər Əliyevin şəxsi təşəbbüsü və tapşırığı sayəsində yaradılmışdır. Filialın yaradılmasında əsas məqsəd Dərbənd şəhərində azərbaycanlıların xeyli sıx yaşadığını nəzərə alaraq , onları ixtisaslı iqtisadçı kadrlarla təmin etməkdir. Filial Dağıstan Respublikası Nazirlər Şurasının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə fəaliyyətə başlamışdır. Fəaliyyətə başladığı dövrdən hal-hazıra qədər yüzlərlə gənclər filialı bitirərək məzun olmuşdur. Həmin məzunlar hal-hazırda Rusiya iqtisadiyyatın müxtəlif sahələrində müvəffəqiyyətlə işləyirlər. Filialda 5 ixtisas üzrə bakalavriat hazırlanır: Dünya iqtisadiyyatı; Maliyyə-Kredit; Mühasibat uçotu və audit; Gömrük işinin təşkili; İqtisadiyyatın hüquqi tənzimlənməsi.Filialın tədris korpusu Dərbənd şəhəri, Sovet küçəsi, 10-b ünvanında yerləşir. Filialda 400-dən çox tələbə təhsil alır. Filialda 3-nəfər elmlər doktoru, professor, 10 nəfər elmlər namizədi, dosent, 7 nəfər baş müəllim, 5 nəfər assistent və müqavilə ilə digər müəllimlər fəaliyyət göstərirlər. Azərbaycan Respublikasının Prezidentinin göstərişi ilə ADİU-nun Dərbənd filialının yeni təhsil kompleksi tikilmiş və istifadəyə verilmişdir.
Adi hekayə (film, 1999)
Adi hekayə filmi rejissor Devid Linç tərəfindən 1999-cu ildə ekranlaşdırılmışdır. Əsas rolları Riçard Farnsuort və Sissi Speysek ifa edirlər. == Məzmun == İkinci Dünya müharibəsi iştirakçısı olan qoca Elvin Streyt qızı Roza ilə birgə Ayovada yaşayır. Günlərin bir günü o 600 km uzaqlıqda-Viskonsində yaşayan qardaşı Laylın insult keçirdiyini öyrənir. 10 illik küsülülüyü unudaraq onu ziyarət etmək qərarına gəlir. Gözləri zəif gördüyündən onun sürücülük hüququ yoxdur, avtobusla getməyə nifrət edir. Nəhayət, o 1966-cı ilin qazon traktoru ilə yola düşmək qərarına gəlir. Yolda Elvinə müxtəlif adamlar köməklik göstərir və o, qardaşı ilə görüşməyə nail olur.
Adi hop-hop
Hop-hop (lat. Upupa) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bucerotiformes dəstəsinin hop-hoplar fəsiləsinə aid heyvan cinsi.

Значение слова в других словарях

восьми... заша́рить отража́тель скита́ние сли́вовица уравня́ться вы́нуть душу отце́пщик притра́ва теокра́тия трень-брень annulated Bangladesh collateral acceptance deputative excandescence obituarize overexpose paronychia spike-nail бейдевинд задурманивать интеллигентность ненадобно распашка