ADO

n 1. təlaş, vurnuxma, çapalama, çaxnaşma, vəlvələ, səs-küy; to make much ~ about smth. bir şey barədə çaxnaşma salmaq; much ~ about nothing heç nədən çaxnaşma / vəlvələ / səs-küy; 2. çətinlik, qayğı, zəhmət; başağrısı; to have much ~ böyük çətinlik çəkmək

ADMONITORY
ADOLESCENCE
OBASTAN VİKİ
Anatoli Ado
Anatoli Vasilyeviç Ado (rus. Анато́лий Васи́льевич Адо́; 8 yanvar 1928, Kazan – 14 may 1995, Moskva) — SSRİ və Rusiya tarixçisi, Fransa tarixi üzrə mütəxəssis. == Həyatı == Anatoli Vasilyeviç Ado 8 yanvar 1928-ci ildə Kazanda anadan olmuşdur. Atası Vasili Ado, Kazan Universitetlərində tarix fənnindən dərs demişdir. O, Fransanın müasir tarixi üzrə mütəxəssisdir. Ado 1970-ci ildən Moskva Dövlət Universitetinin professorudur. O, ilk dəfə olaraq Fransa arxivlərinin sənədləri əsasında XVIII əsrin sonlarında Fransa inqilabı dövrünün kəndli üsyanlarının ümumi mənzərəsini vermiş, kəndliliyi inqilabın ən mühüm hərəkətverici qüvvəsi kimi göstərmişdir. Əsas əsərləri: "XVIII əsrin sonlarında Böyük burjua inqilabı zamanı Fransada kəndli hərəkatı", (1971), "Kəndlilər və Böyük Fransa inqilabı. 1789–1794-cü illərdə Kəndli Hərəkatı" (1987; fransızca nəşr – 1996). == İstinadlar == == Əlavə ədəbiyyat == Бовыкин Д. Ю. А. В. Адо, профессор Московского университета // Французский ежегодник 2002.
Adolf Assal
Adolf Assal (fr. Adolf El Assal; 7 aprel 1981, İsgəndəriyyə) — Misir əsilli Lüksemburq rejissoru, ssenaristi və prodüseri. == Həyatı == Adolf Assal 7 aprel 1981-ci ildə Misirin İsgəndəriyyə şəhərində anadan olmuşdur. O, yeddi yaşında ailəsi ilə Lüksemburqa mühacirət etmiş, həmçinin həyatının ilk hissəsini Dubay və Londonda keçirmişdir. Assal 2002-ci ildə Birləşmiş Krallıqdakı Kinqston Universitetində ali təhsil almışdır. O, 2007-ci ildə jurnalistika üzrə bakalavr, sonra isə rejissorluq üzrə magistr dərəcəsi almışdır. Assal təhsilini maliyyələşdirmək üçün 2005-ci ildə qrup yoldaşı ilə "Bigtime Entertainments" adlı aşağı büdcəli istehsallarda ixtisaslaşan şirkət qurmuşdur. Beləliklə, şirkət əsasən inkişaf etməkdə olan sənətçilər üçün musiqi klipləri olmaqla təxminən otuz layihə istehsal etmişdir.
Adolf Bastian
Аdolf Bastian (alm. Philipp Wilhelm Adolf Bastian‎; 26 iyun 1826[…], Bremen – 2 fevral 1905[…], Port-of-Speyn) — Alman etnoqrafı, səyyahı və filosofu. == Həyatı == Alman təkamül məktəbinin nümayəndəsi Adolf Bastian (1826–1905) ixtisasca həkim idi. О, ömrünün üçdə birini səyahətlərdə keçirmiş və demək olar ki, dünyanın hər yerində olmuşdu. Səyahətləri zamanı çoxlu etnoqrafik materiallar toplamışdı ki, bu da onun yaratdığı və başçılıq etdiyi "Berlin Хalqşünaslıq muzeyi"nin təşkili üçün əsas olmuşdu. "Tarixdə insan" və "Adi təfəkkür" əsərlərində onun insanların eyni təfəkkür qabiliyyətinə malik olması və bəşər mədəniyyətinin vahidliyi haqqında fikirlər əsas yer tuturdu. О, həm də "Antropologiya, etnoqrafiya və tarixəqədərki dövr" cəmiyyətinin yaradılmasının fəal təşəbbüskarı olmuş və bu cəmiyyətin nəşr etdirdiyi etnoloji jurnalın redaktoru olmuşdu. Bastianın "Adi təfəkkür" əsəri nə qədər qarışıq və mürəkkəb olsa da mütərəqqi idi. İnsan nəslinin və şüurunun vahidliyi, əqli tərəqqi, onun ətraf mühitdən asılılığı о dövr üçün əsas ideyalar idi. Bastian хarici aləmin təsiri üzərində dayansa da, bütün bəşər tarixini psiхologiyaya, adi və хalq təfəkkürünün formalaşmasına qurban vermək onun ideyalist baxışlarından irəli gəlirdi.
Adolf Berje
Adolf Berje (rus. Адольф Петрович Берже; 28 iyul (9 avqust) 1828, Sankt-Peterburq – 31 yanvar (12 fevral) 1886, Tiflis) — Rusiya İmperiyası bürokratı, şərqşünası və qafqazşünası, Qafqaz Arxeoqrafiya Komissiyasının sədri (1864–1886). == Həyatı == Sankt-Peterburq şəhərində dünyaya gələn Adolf Berjenin atası fransız, anası isə alman idi.Adolf Berje Qafqaz və Şərq tarixinə, arxeologiya, etnoqrafiya və ədəbiyyatına dair əsərlərin müəllifidir. 12 cildlik "Qafqaz Arxeoqrafiya Komissiyası Aktları"nın 11 cildi onun redaktəsi ilə çıxmışdır. Azərbaycan dilini bilmiş, XVIII–XIX əsrlər Azərbaycan şairlərinin əsərlərindən nümunələr əsasında tərtib etdiyi "Qafqaz və Azərbaycanda məşhur olan şüəranın əşarına məcmuə…" kitabını Leypsiqdə almanca müqəddimə ilə nəşr etdirmişdir (1868). "Azərbaycan dilində nəğmələr məcmuəsi" də (əlyazması) tərtib etmişdir. "Zaqafqaziya müsəlman şairləri haqqında bir neçə söz" məqaləsi var. Mirzə Camal Cavanşir Qarabağinin "Qarabağ tarixi"ni rus dilinə çevirmiş və müqəddimə ilə "Kavkaz" qəzetində dərc etdirmişdir. Mirzə Fətəli Axundovla dost olmuşdur. M. F. Axundov Azərbaycan şairlərinin şeirlər məcmuəsinin hazırlanmasında Berjeyə, o isə "Kəmalüddövlə məktubları"nın rus dilinə tərcüməsində M. F. Axundova kömək etmişdir.
Adolf Bernard Meyer
Adolf Bernard Meyer (alm. Adolf Bernard Meyer‎; 11 oktyabr 1840, Hamburq – 5 fevral 1911, Berlin) — alman antropoloqu, ortinoloqu və etimoloqudur. 1870-ci illərdə İndoneziya arxipelağında mühüm işlər görmüş, səyahətini bitirdikdən sonra Drezden muzeyində direktor çalışmışdır. 1884-cü ildə Yeni Qvineyada tapılmış nadir quş növü Meyer şərəfinə "Epimachus meyeri" adlandırılmışdır. == Əsərləri == Das Hemmungsnervensystem des Herzens. Berlin 1869. Abbildungen von Vogelskeletten (1879-95) Publikationen des königlichenethnographischen Museums zu Dresden (1881-1903) Album von Philippinentypen (1885-1904) The Birds of Celebes (1885) The Distribution of Negritos (1899) Studies of the Museum (of Natural History) and kindred Institutions of New York, etc.
Adolf Dassler
Adolf "Adi" Dassler (3 noyabr 1900, Herzoqenaurax[d], Bavariya – 6 sentyabr 1978, Herzoqenaurax[d], Bavariya) — alman idman geyimləri şirkəti Adidasın təsisçisi. Pinəçi kimi fəaliyyətə başlamış, Birinci dünya müharibəsindən dönəndən sonra isə özünün yeni idman ayaqqabılarını anasının çamaşırxanasında hazırlamağa başladı. Onun ayaqqabı fabrikində işləyən atası Kristof və Zehlein qardaşları, Dassleri öz biznesini qurmağında dəstəklədi. 1924-cü ilin 1 iyulunda böyük qardaşı Rudolf Dassler, "Dassler qardaşları" ayaqqabı fabrikinə qoşuldu. 1928 yay Olimpiya oyunlarında Dassler bir çox idmançıları öz şirkətinin məhsulları ilə təmin etdi. Berlində keçirilmiş 1936 yay Olimpiya oyunları ərzində, Dassler ABŞ idmançısı Cessi Ouensi idman ayaqqabıları ilə təmin etdi. Cessi Ouensin geyindiyi Adidas idman ayaqqabıları, onun 4 qızıl medal qazanmasında mühüm rol oynadı. 1930-cu illərdə Adolf Hitlerin hakimiyyətə gəlməsi ilə, Dassler qardaşları Nasist partiyasına üzv oldular, daha çox Rudolf qatı nasional-sosialist olması ilə tanınmışdı. Rudolf ayaqqabıların layihəsini hazırlayar, Adolf Vermaxt üçün ayaqqabılar istehsal edərdi, lakin sonralar Nasist partiyasından uzaqlaşdı. Müharibə, qardaşlar arasında fərqləri kəskinləşdirdi.
Adolf Disterverq
Adolf Disterverq (29 oktyabr 1790[…], Ziqen – 7 iyul 1866[…], Berlin)—alman pedaqoqu. == Həyatı == Görkəmli alman pedaqoqu Fridrix Adolf Vilhelm Disterverq (1790–1866) 1790-cı ildə Zigen şəhərində məhkəmə məmuru ailəsində anadan olmuşdur. O, əvvəlcə xalq məktəbində, sonra isə latın məktəbində oxumuşdur. Təlimdə formalizm və sxolastika, şagirdlərin müstəqilliyinin və marağının boğulması, həyat üçün o qədər də zəruri olmayan, az əhəmiyyətli bilikllərin verilməsi A.Disterverqdə acı təəssürat yaratmışdı. 1808-ci ildə A.Disterverq bir vaxtlar Y.A.Komenskinin oxuduğu Herborn universitetinə daxil olmuş, bir ildən sonra Tyubingen universitetinə keçmişdir. 1811-ci ildə universitet təhsilini başa vuran A.Disterverq altı il sonra "Dünyanın sonu" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. A.Disterverq hələ universitetdə oxuduğu zaman fəlsəfə, riyaziyyat və tarix elmləri ilə ciddi maraqlanmışdır. O, müstəqil olaraq çalışmağa üstünlük verir, J.J.Russonun, İ.Pestalossinin pedaqoji görüsləri ilə tanış olur. Bu da onun dünyagörüşünün formalaşmasında böyük rol oynayır.Universiteti bitirdikdən sonra A.Disterverq müəllimlik fəaliyyətinə başlayır. Bir müddət ev müəllimi olur, gimnaziyada müəllim işləyir.
Adolf Dukke
Adolf Dukke (port. Adolpho Ducke, 19 oktyabr 1876, Triest – 5 yanvar 1959, Fortaleza) — Braziliya botaniki və entomoloqu. == Əsərləri == Ducke, A. (1910). Explorações botânicas e entomológicas no Estado do Ceará. Rev. Trimestral do Instituto do Ceará, 24, 3—61. === Entomologiya üzrə nəşrləri === Ducke, A. (1897). Aufzahlung der bei Triest im Jahr 1896 von mir gesammelten Osmia-Arten und Beschribung einer neuen Art. Ent. Nachr., 23, 38—43.
Adolf Eduard Qrube
Adolf Eduard Qrube (alm. Adolph Eduard Grube‎;18 may 1812, Köniqsberq – 2 iyun 1880, Vrotslav, Prussiya) — Alman anatomu və zooloqu. == Əsərləri == "Zur Anatomie und Physiologie der Kiemenwürmer" (1838); "Die Familie der Anneliden" (1851); "Untersuchungen über den Bau von Peripatus Edwardsii" (1853); "Annulata Oerstedtiana" (1856–58); "Die Insel Lussin und ihre Meeresfauna" (1864); "Annulata Semperiana" (1878). == Ədəbiyyat == M'Intosh W. C. Adolph Edouard Grube // Nature. — 1880. — Vol. 22. — P. 435–436. — doi:10.1038/022435d0. Romer F. Adolf Eduard Grube // Leopoldina.
Adolf Erman
Adolf Erman (31 oktyabr 1854, Berlin – 26 iyun 1937, Berlin) — alman misirşünası, arxeoloq. == Bioqrafiyası == 1883-cü ildə Berlin Universitetinin professoru, 1884-cü ildə isə Berlindəki Misir muzeyinin direktoru olub. 1994-cü ildən Prussiya Elmlər Akademiyasının üzvü olub. Misir yazı sistemini öyrənən, misirşünaslığın əsasını qoyan sələflərindən fərqli olaraq, Erman Misir dilini tədqiq etmiş, onun qrammatik quruluşunu və inkişaf mərhələlərini müəyyənləşdirmişdir. Onun rəhbərliyi altında Qәdim Misir dilinin ən dolğun lüğəti işlənib hazırlanmışdır.
Adolf Exler
Adolf Eyxler (Adolf Vilhelmoviç Eyxler (Eichler), d. 8 noyabr 1869 — ö. 5 fevral 1911) — alman memarı. Azərbaycan almanları icmasına məxsus Lüteran kilsəsini (Kirxa) 1896–1899-cu illərdə Adolf Eyxler inşa etmişdir. == Həyatı == === Ailəsi və uşaqlığı === Adolf Eyxler 8 noyabr 1869-cu uldə anası Yelena-Yelizaveta Qovorkonun ata yurdunda, Rusiyanın Oryol şəhərində anadan olmuşdur. Atası Vilhelm Eduard Eyxler 1864-cü ildə Bakıya gəlmişdir. Böyük bacısı Vilhelmina-Yelizaveta 1866-cı ildə, kiçik bacısı Viktoriya-Leontina 1870-ci ildə Bakıda anadan olmuşlar. Atası Vilhelm Eduard məşhur kimya və farmasiya magistri sayılırdı. 1888-ci ildə Neft sənayeçiləri birliyi kerosinin keyfiyyətinə nəzarət etməyi ona həvalə etmişdi. Təbiətsevər şəxs olan Vilhelm Eduard, demək olar ki, ancaq öz şəxsi vəsaitləri hesabına 1878-ci ildə Mixaylov (Qubernator) bağını abadlaşdırmışdı.
Adolf Eyxler
Adolf Eyxler (Adolf Vilhelmoviç Eyxler (Eichler), d. 8 noyabr 1869 — ö. 5 fevral 1911) — alman memarı. Azərbaycan almanları icmasına məxsus Lüteran kilsəsini (Kirxa) 1896–1899-cu illərdə Adolf Eyxler inşa etmişdir. == Həyatı == === Ailəsi və uşaqlığı === Adolf Eyxler 8 noyabr 1869-cu uldə anası Yelena-Yelizaveta Qovorkonun ata yurdunda, Rusiyanın Oryol şəhərində anadan olmuşdur. Atası Vilhelm Eduard Eyxler 1864-cü ildə Bakıya gəlmişdir. Böyük bacısı Vilhelmina-Yelizaveta 1866-cı ildə, kiçik bacısı Viktoriya-Leontina 1870-ci ildə Bakıda anadan olmuşlar. Atası Vilhelm Eduard məşhur kimya və farmasiya magistri sayılırdı. 1888-ci ildə Neft sənayeçiləri birliyi kerosinin keyfiyyətinə nəzarət etməyi ona həvalə etmişdi. Təbiətsevər şəxs olan Vilhelm Eduard, demək olar ki, ancaq öz şəxsi vəsaitləri hesabına 1878-ci ildə Mixaylov (Qubernator) bağını abadlaşdırmışdı.
Adolf Eyxman
Otto Adolf Eyxman (alm. Otto Adolf Eichmann‎; 19 mart 1906[…], Zolingen[d], Prussiya, Almaniya imperiyası – 1 iyun 1962, Ramla[d], İsrail) — Almaniya zabiti, Gestapo məmuru, yəhudlərin kütləvi şəkildə məhv edilməsinə birbaşa cavabdeh şəxs.Ona SS-Oberqrupanfüreri Reynhard Heydrix tərəfindən II Dünya müharibəsi zamanı Nasistlərin işğalı altında olan Şərqi Avropadakı yəhudilərin getto və ölüm düşərgələrinə kütləvi surətdə köçürülməsində istifadə edilən maddi-texniki bazanı asanlaşdırmaq və idarə etmək vəzifəsi tapşırılmışdı. O, "Yəhudi məsələsinin son həllinə" cavabdeh olan Gestaponun IV B 4 şöbəsinin rəhbəri, SS Oberşturmbannfureri olmuşdur. Müharibədən sonra məhkəmədən qaçaraq Cənubi Amerikada gizlənmişdir. Burada İsrail kəşfiyyatı "Mosad"ın agentləri onu izləmiş, qaçıraraq İsrailə aparmış, orada məhkum olunaraq ölüm cəzası almış və edam edilmişdir. Məktəbi bitirdikdən qısa müddət sonra Eyxman 1914-cü ildə ailənin köçdüyü Avstriyada atasının mədən şirkətində çalışmışdı. 1927-ci ildən başlayaraq səyar kerosin ticarəti ilə məşğul olmuş, 1932-ci ildə həm Nasional Sosialist Alman Fəhlə Partiyasına, həm də SS-yə qoşulmuşdur. 1933-cü ildə Almaniyaya qayıtmış, burada Təhlükəsizlik xidmətinə SD daxil olmuşdur. Orada o, yəhudi işlərinə, xüsusən nasistlərə zorakılıq və iqtisadi təzyiq ilə təşviq etdiyi mühacirətə cavabdeh olan şöbə müdiri təyin edilmişdi. 1939-cu ilin sentyabrında İkinci Dünya müharibəsi başlayandan sonra Eyxman və heyəti yəhudilərin şərqə ya da uzaq şərqə və ya xaricə mühacirət ediləcəyi ümidi ilə gettolarda cəmləşməsini təşkil etmişdilər.
Adolf Fredrik (İsveç kralı)
Adolf Fredrik (isv. Adolf Fredrik, alm. Adolph Friedrich‎; 14 may 1710[…], Qottorp sarayı[d], Şlezviq-Holşteyn – 12 fevral 1771[…]) — 1751–1771-ci illərdə İsveç kralı. == Həyatı == Adolf Fredrik 14 may 1710-cu ildə Şlezviq şəhərində anadan olmuşdur. O, Holşteyn-Qottorp sülaləsindən idi. Fredrik 16 sentyabr 1727-ci ildə Lübek knyaz-yepiskopu olmuşdur. O, 18 iyun 1739-cu ildən Holşteyn-Qottorp hökmdarı idi. 1741–1743-cü illərdə Rusiya ilə müharibədə İsveçin məğlubiyyətindən sonra rusları razı salmaq məqsədilə 23 iyun 1743-cü ildə imperatriça Yelizaveta Petrovna Riksdaq tərəfindən İsveç taxtının varisi seçilmişdir. Adolf Fredrik 1751-ci ildə taxta çıxmışdır. O, II Fridrixin bacısı Luiza Ulrika Prussiyalı ilə evlənmişdir.
Adolf Hitler
Adolf Hitler (alm. Adolf Hitler‎; 20 aprel 1889[…], Braunau-am-İnn[d], Yuxarı Avstriya[d] – 30 aprel 1945[…], Fürerbunker) — alman dövlət və siyasi xadim, nasional sosializm (nasizm) ideyasının yaradıcısı, Nasional Sosialist Alman Fəhlə Partiyasının (NSDAP) sədri, 1933–1945-ci illərdə III Reyxin reyxs-kansleri və prezidenti (fürer). Adolf Hitler tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısında beşinci sıraya daxil edilib. == İlk illəri == Uşaqlığı Adolf Hitlerin yəhudiləri soyqırım etməsinə baxmayaraq, özü yəhudi mənşəli olub. Hitlerin atası Aloisin anası Mariya Adolfun atası Aloisi qulluqçu işlədiyi evin yəhudi sahibindən qazanmışdır. Sonralar Mariya ərə getmiş və Alois atalığının soyadını götürmüşdür.Adolf Hitler 1889-cu il aprelin 20-də Avstriya-Macarıstanın müstəmləkəsi altında olan Yuxarı Avstriyanın Braunau am İnn qəsəbəsində anadan olmuşdur. Atası Alois Hitler (1837–1903) əvvəllər çəkməçi, sonralar isə gömrük əməkdaşı işləmişdir. Anası Klara Hitler (1860–1907, qızlıq soyadı — Pölzl) gələcək həyat yoldaşının əmisi qızı, həm də onun evində qulluqçu olmuşdur. Adolf Hitler Avstriya vətəndaşı olaraq dünyaya gəlsədə, 1925-ci ildə Avstriya vətəndaşlığından imtina edib. Alois Hitler 1876-cı ilədək anasının soyadı olan Şiklqruber soyadını daşımış, lakin həmin il ögey atasının soyadını qəbul etmişdir.
Adolf Hitlerin Münhen mənzili
Adolf Hitlerin Münhen mənzili, əsası 1920-ci ildə Münhendə qoyulan Nasional Sosialist Alman Fəhlə Partiyasının doğum yeri və paytaxtı olan alman şəhəri Münhenin Prinzregentenplatz 16 küçəsində yerləşən, Adolf Hitlerin yaşadığı bir mənzildir. == Daha öncəki mənzil == Hitlerin 1920-ci ilin martında Alman ordusundan tərxis olunmasından sonra o, Münhenə geri döndü və bu şəhərdə yerləşən Nasional Sosialist Alman Fəhlə Partiyasında bütün gün ərzində işləməyə başladı. 1920-ci ildən 1929-cu ilədək o, Tierştrasse 41 küçəsində kiçik yataq otağını kirayə tutdu. Daha sonra isə ofis kimi istifadə üçün ikinci bir otağı kirayə tutdu. 1936-cı ildə Münhen şəhər bələdiyyəsi binanın üzərinə lövhə vurdu və onun üzərində bu sözlər yazılmışdır: "Adolf Hitler 1920-ci ilin may ayınınn 1-dən 1929-cu il oktyabr ayının 5-ə dək bu binada yaşamışdır". Bina hələdə durur; Hitlerin köhnə otağı isə anbar kimi işlədilir. == Prinzregentenplatz == 1929-cu ildə Hitler Prinzregentenplatz 16 küçəsində yerləşən, 9 otaqlı lüks mənzilə köçdü. Mənzil ikinci mərtəbədə yerləşirdi və (Avropa konqresinə görə; Amerika konqresinə görə üçüncü mərtəbədə) buraya 2 mətbəx və 2 hamam otağı daxil idi. Onun naşiri başlanğıcda mənzil üçün ödəniş edirdi lakin 10 il sonra Hitler bunu tamamən ona geri ödədi. Nəhayət bütün bina Nasional Sosialist Alman Fəhlə Partiyasının mülkünə çevrildi.Mənzil mebel ilə təmin edildi və Nasional Sosialist Partiyasının üzvü, Hitlerin memarlıq məsləhətçisi, Paul Ludviq Trostun dul qadını olan Qerdi Trost tərəfindən dizayn edildi.
Adonis pyrenaica
Adonis pyrenaica (lat. Adonis pyrenaica) — qaymaqçiçəyikimilər fəsiləsinin xoruzgülü cinsinə aid bitki növü.
Adonis sibirica
Sibir xoruzgülü (lat. Adonis sibirica) — qaymaqçiçəyikimilər fəsiləsinin xoruzgülü cinsinə aid bitki növü. == Sinonimləri == Sibir xoruzgülünün sinonimləri aşağıdakılardır: : Adonanthe apennina (L.) Sennikov Adonanthe sibirica (Patrin ex DC.) Spach Adonis apennina var. dahurica Ledeb. Adonis apennina var. sibirica (Patrin ex DC.) Ledeb. Adonis apennina subsp. sibirica (Patrin ex DC.) Korsh. Adonis ircutiana Fisch. ex DC. Adonis sibirica Patrin ex Ledeb.
Adonis turkestanica
Türküstan xoruzgülü (lat. Adonis turkestanica) — qaymaqçiçəyikimilər fəsiləsinin xoruzgülü cinsinə aid bitki növü.
Adonis vernalis
Bahar xoruzgülü (lat. Adonis vernalis) — qaymaqçiçəyikimilər fəsiləsinin xoruzgülü cinsinə aid bitki növü. (Dərman xoruzgülü, qaradağlı, dərman bahargülü, xoruzgülü, ağ hərif, pörtmə otu, dovşan laləsi, tüklü, xovlu, liflicə, dovşan laləsi, ovçu otu) == Botaniki xarakteristikası == Çoxillik ot bitkisidir. Kökümsovları qısa, tünd-qəhvəyi olub, sıxtükcüklü kökləri vardır. Gövdəsinin hündürlüyü 20-50 sm, budaqlanan, bəzən sadə, yan budaqları əsas gövdədən inkişaf edir. Gövdənin aşağı hissəsində qoltuq tumurcuqlarının pulcuqları vardır. Gövdənin yuxarı hissəsində oturaq yaşıl yarpaqlar, güclü şaqqalanmış çox kiçik (1 mm-ə qədər) yarpaqcıqları vardır. Gövdəsinin qurtaracağında iri çiçəkləri (diametri 2-7 sm) vardır. Kasayarpağı 5, yaşıl, bəzən çəhrayı və ya qəhvəyi çalarlı olmaqla, azacıq tükcüklüdür. Birtoxumlu mürəkkəb meyvələrdən ibarətdər.
Adonis wolgensis
Volqa xoruzgülü (lat. Adonis volgensis) — qaymaqçiçəyikimilər fəsiləsinin xoruzgülü cinsinə aid bitki növü.
Adopsionizm
Adopsionizm və ya dinamik monarxianizm — erkən xristian antitrinitar teoloji doktrina. Nestorianlığa bir qədər yaxındır, çünki burada Məsihin iki ardıcıl təbiəti var idi: bir tərəfdən insan kimi təbii olaraq doğulmuş və insan təbiətinə malik olmuş, digər tərəfdən tanrı tərəfindən övladlığa götürülmüş və onun lütfü ilə mənəvi olaraq doğulmuşdur. Bu, VIII əsrdə İspaniyada üç üqnum xristian doktrinasını müsəlmanların mənimsəməsi üçün sadələşdirmək ümidi ilə yaranmışdır. Bidət kimi qınanmışdır.
Adoxaceae
Adoksakimilər (lat. Adoxaceae) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinə aid bitki fəsiləsi. == Sinonimləri == Sambucaceae Gəndəlaşkimilər Batsch ex Borkh. (1797) Viburnaceae Başınağacıkimilər Raf.
Andraş Adoryan
Andraş Adoryan (mac. Adorján András; 31 mart 1950, Budapeşt – 11 may 2023) — Macarıstan şahmatçısı, beynəlxalq qrosmeyster (1973), şahmat nəzəriyyəçisi və məşqçisi. == Həyatı == Andraş Adoryan 31 mart 1950-ci ildə Macarıstanın Budapeşt şəhərində anadan olmuşdur. O, 14 yaşında gənclər arasında Macarıstan çempionu, 19 yaşında gənclər arasında dünya çempionatının gümüş mükafatçısı, 20 yaşında gənclər arasında Avropa çempionu olmuşdur. Adoryan 1973-cü və 1984-cü illərdə ölkə çempionatlarının qalibi olmuşdur. O, 1979-cu ildə Riqada keçirilən zonalararası turnirdə III–IV yerləri tutaraq abituriyentlərin yarışmasında iştirak etmək hüququ qazanmışdır. Adoryan növbəti il dörddəbir finalda Robert Hübnerə 4,5:5,5 hesabı ilə uduzmuşdur. O, ir sıra böyük beynəlxalq turnirlərin qalibidir. Qara fiqurları ifa etmək öhdəliyi ilə tanınır. O, bu mövzuda fikirlərini "Qara yaxşıdır!" (1988) və "Qara hələ də yaxşıdır!" (2004) adlı kitablarında qeyd etmişdir.
Andraş Adoryan (şahmatçı)
Anthemis adonidifolia
Anthemis adonidifolia (lat. Anthemis adonidifolia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin anthemis cinsinə aid bitki növü.
быто́вка кнель колча́ковщина мели́ровать отлупи́ть ох регенерацио́нный сто́жить фантасмагори́ческий ага́товые глаза стрека́ться фео́д brumal country house dark-room guarana kedge knock-knees Lavinia lobelia press-stud береговой исправник пережог фукус