ADRES
AFƏRİN
OBASTAN VİKİ
Adsız
Adsız 153
Adsız #153 — amerikalı fotoqraf Sindi Şerman tərəfindən 1985-ci ildə yaradılıb. 2010-cu ildə foto hərracda 2.7 milyon dollara satılıb ki, bu da onu tarixin ən bahalı fotolarından birinə çevirib.
Adsız adası
Adsız adası — Bakı arxipelaqında Azərbaycana məxsus ada. Heç bir yaşayış əlaməti yoxdur. Maksimum uzunluğu 0,1 km təşkil edir. Sahildən 17,5 km uzaqlıqda yerləşir Ada Səngi-muğan və İqnat daşı (Daşlı adası) adasının arasında yerləşir.
Adsız burnu
Adsız burnu — Novxanı qəsəbəsi Sarıqaya yaşayış massivinin Xəzər dənizi sahilində yerləşir. Burun sahilləri balıqqulağı və dəniz qumları ilə örtülüdür. Burada Novxanı çimərliyi yerləşir. Sahil boyunca dalğavari şəkildə dayazlıqlar bir-birini əvəz edir.
Adsız venalar
== İstinadlar ==
Adsız qiymətli kağız
Adsız qiymətli kağızlar — qiymətli kağız o halda adsız sayılır ki, ona əsasən borclu öhdəliyi bu qiymətli kağızı təqdim edən istənilən şəxsə icra etməyi öz üzərinə götürür. [mənbə göstərin]Adsız qiymətli kağız - Sahibi haqqında heç bir yerdə qeydiyyat aparılmayan qiymətli kağızlar. Bu qiymətli kağızlar üzrə sahiblik hüququ müvafiq sertifikatı təqdim edən şəxsə aiddir. Anonimliyini saxlamaq istəyən investorlar üçün maraqlıdır. (Mülki Məcəllə Komentariyası) Adsız səhmlər - Sahibi haqqında heç bir yerdə qeydiyyat aparılmayan səhmlər. Bu səhmlər üzrə sahiblik hüququ müvafiq sertifikata malik olan şəxsə aiddir.
Adsız qiymətli kağızlar
Adsız qiymətli kağızlar — qiymətli kağız o halda adsız sayılır ki, ona əsasən borclu öhdəliyi bu qiymətli kağızı təqdim edən istənilən şəxsə icra etməyi öz üzərinə götürür. [mənbə göstərin]Adsız qiymətli kağız - Sahibi haqqında heç bir yerdə qeydiyyat aparılmayan qiymətli kağızlar. Bu qiymətli kağızlar üzrə sahiblik hüququ müvafiq sertifikatı təqdim edən şəxsə aiddir. Anonimliyini saxlamaq istəyən investorlar üçün maraqlıdır. (Mülki Məcəllə Komentariyası) Adsız səhmlər - Sahibi haqqında heç bir yerdə qeydiyyat aparılmayan səhmlər. Bu səhmlər üzrə sahiblik hüququ müvafiq sertifikata malik olan şəxsə aiddir.
Adsız sümük (çanaq)
Çanaq sümüyü ya adsız sümük (lat. os coxae / os innominatum ) — çanağı təşkil edə bir cüt adsız sümük, 14-16 yaşadək adətən üç ayrı: qalça, oturaq və qasıq sümüklərinin müvafiq qığırdaqlar vasitəsilə bir-biriləri ilə bitişməsindən yaranmışdır. Sonrakı yaşlarda, sümükləşmə prosesi nəticəsində qığırdaq bitişmələr yox olaraq sözü gedən bir cüt adsız sümük kimi formalaşmış olur.
Adsız tablo (roman)
Adsız Tablo (ing. unnamed table)— Elxan Elatlı tərəfindən 2003 cü ildə nəşr edilmiş roman == Məzmunu == Bakı şəhəri... 1 aprel 2013-cü il Əslində adi günlərdən biri... Bu tarix hər il dünyada gülüş günü kimi qeyd olunur.Amma hər gün,o cümlədən bu gün də yer üzündə minlərlə insanın müxtəlif səbəblərdən öldüyünü,milyonlarla insanın xəstəlikdən can çəkdiyini düşünəndə,anlayırsan ki, dünyanın vahıd bir gülüş günü ola bilməz.Onsuz da taleyi kimin üzünə gülürsə,o adam qəlbən gülür,kimə sərt üz göstərirsə ağlayır.Heç bir fərq qoyulmadan,ilin hər bir günündə.. Bizdə isə əlavə olaraq bu günə Aldatma Günü də deyilir.İlin hər bir günündə bir-birimizi aldatmağımız azmış kimi,bunun üçün məxsusi bir gün də ayırmışıq. Yox, narahat olmayin, sizi nə aldatmaq fikrimiz var,nə də güldürmək.Sadəcə, həmişə, hər yerdə baş verə biləcək bir adi əhvalat danışacağıq sizə... Və bəlkə də bir az qeyri adi... Çoxdan susmuş cib telefonu bu gün ikinci dəfə səsləndi.Öz mənzilindəki iş masasının arxasında oturub noutbukla təyyarə bileti sifariş verən polkovnik Qasımlı üz gözünü turşudub işindən ayrıldı.Zəng yad nömrədən gəlirdi.Həm də rəqəmləri ahəngdar ardıcıllıqla düzülmüş xüsusi bir nömrədən. Belə nömrələr həvəskar müştərilərə azı beş yüz manata satılırdı.Adi nömrələrin beş manata olduğunu nəzərə alsaq,yüz dəfə baha idi... Zəng vaxtından əvvəl kəsildi..Demək kimsə onu narahat etməyə çətinliklə cəsarət tapmışdı.Görəsən bu kim idi?Onun telefon nömrəsini çox az adam bilirdi və bu adamlar da çox nadir hallarda zəng vururdular.Məsələn az əvvəl nahar vaxtı Boris Nİkitin Moskvadan zəng vurub onu oğlunun toyuna dəvət etdi.Gör illər necə tez keçib gedirdi.Əgər Qasımlının yeganə övladı olan qızı o vaxt bir yaşında qətlə yetirilməsəydi indi yeniyetmə qız olacaqdı.Borisin oğlundan yeddi-səkkiz yaş kiçik...Boris ondan çox tez evlənmişdi.Toy aprelin 5-də olacaqdı.Ona görə də bir gün əvvələ,gündüz saat 10.40-a bilet sifariş verdi.Deməli,iki əzizini və bolluca xatirələrini qoyub gəldiyi Moskvaya uçmağına üç sutkadan az vaxt qalırdı.
Adsız adası (Laptevlər dənizi)
Adsız adası — Laptevlər dənizidə, Krasnoyarsk diyarı ərazidində yerləşən elədə böyük olmayan ada. Taymır yarımadasının Pyotr boğazı, Şimal adasından isə Omulev boğazı ilə ayrılır. Adanın şərqində 11 metr olan ən hündür nöqtəsi yerləşir. Pyotr adaları qrupunun tərkibinə daxildir.
Adsız məzar (film, 2006)
Adsız məzar qısametrajlı sənədli filmi rejissor Kəmalə Musazadə tərəfindən 2006-cı ildə çəkilmişdir. Film "Muğam Film"də istehsal edilmişdir. Film xanəndə, bəstəkar, musiqi xadimi. Azərbaycanın xalq artisti, Azərbaycan xanəndəlik sənətinin ən görkəmli nümayəndələrindən biri Cabbar Qaryağdıoğlunun həyat və yardıcılığından bəhs edir. Film görkəmli muğam ustasının 145 illiyinə həsr olunub. == Məzmun == Film xanəndə, bəstəkar, musiqi xadimi. Azərbaycanın xalq artisti, Azərbaycan xanəndəlik sənətinin ən görkəmli nümayəndələrindən biri Cabbar Qaryağdıoğlunun həyat və yardıcılığından bəhs edir. Film görkəmli muğam ustasının 145 illiyinə həsr olunub. Cabbar Qaryağdıoğlu XIX əsrin II yarısında yetişən və musiqi tariximizdə ən görkəmli rol oynayan sənətkarlardan biridir. Xalqın içərisindən çıxmış bu sənətkar özünün bütün mənalı həyatını klassik Azərbaycan musiqisinin inkişafına həsr etmişdir.
Adsız su (film, 1985)
Adsız su qısametrajlı sənədli süjeti rejissor Davud İmanov tərəfindən 1985-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film "Yeni Əhmədli" yaşayış massivinin bir sıra problemlərindən bəhs edir. == Məzmun == Film "Yeni Əhmədli" yaşayış massivinin bir sıra problemlərindən bəhs edir.
Adsız Grand Theft Auto oyunu
Adsız Grand Theft Auto oyunu (və ya Grand Theft Auto VI) — Hazırda Rockstar Games tərəfindən inkişaf etdirilməkdə olan videooyun. Grand Theft Auto oyun seriyasının səkkizinci hissəsidir, Grand Theft Auto V (2013) oyunun davamıdır. Uzun müddət davam edən fərziyyə və sızmalardan sonra Rockstar 2022-ci ilin fevral ayında oyun üzərində işlədiyini təsdiq etdi. Oyunun tamamlanmamış versiyasından olan görüntülər sentyabr ayında sızdırılaraq, videooyun tarixində ən böyük sızdırılma hadisəsi kimi qeyd olundu.

Значение слова в других словарях

мерсеризова́ть провелича́ть провинциа́льность расхвали́ть сайга́чий свинти́ть туберо́зный наотдыха́ться отве́сно сотвори́ть социопсихоло́гия фотоматериа́л дырван кябрушка правый слабик bald-nosed chafer divergently marcotte polaron predestinarian крыть острить размывание