adyutantlıq
aerasiya
OBASTAN VİKİ
Aed
Aed (q.yun. ἀοιδός) — simli çalğı alətinin müşayiəti ilə epik mahnılar ifa edən qədim yunan müğənniləri. Homerin poemalarında aedlərdən bəs edilir. Yunan eposunun inkişafında aedlərin mühüm rolu olmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == Ban'kowski, Lev, redaktor...And a star speaks to a star, Perm: Perm book publisher, 1986, 1 Burkert, Walter, The making of Homer in the 6th century BC: rhapsodes versus Stesichorus // Papers on the Amasis painter and his world, Malibu: Getty Museum, 1987, 43–62 Dalby, Andrew, Rediscovering Homer, New York, London: Norton, 2006, ISBN 978-0-393-05788-1 Graziosi, Barbara, Inventing Homer: the early reception of epic, Cambridge: Cambridge University Press, 2002 Latacz, Joachim, Troy and Homer: towards a solution of an old mystery, Oxford: Oxford University Press, 2004, ISBN 978-0-19-926308-0 Lefkowitz, Mary R., The lives of the Greek poets, London: Duckworth, 1981, ISBN 978-0-7156-1590-4 Lord, Albert Bates, "Homer's originality: oral dictated texts", Transactions and Proceedings of the American Philological Association, 84, 1953: 124–134, doi:10.2307/283403, JSTOR 283403 Lord, Albert Bates, The singer of tales, Cambridge, Mass.: Harvard University Press, 1960 Parry, Milman; Parry, Adam (editor), The making of Homeric verse.
Aedesia
Aedesia (lat. Aedesia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Aedesia engleriana Mattf. Aedesia glabra (Klatt) O. Hoffm. Aedesia spectabilis Mattf.
Aedophron (cins)
Acanthocinus aedilis
Acanthocinus aedilis (lat. Acanthocinus aedilis) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinin uzunbığlar fəsiləsinin acanthocinus cinsinə aid heyvan növü. == Xarici quruluşu == Bədənin uzunluğu 12–20 mm. Erkəklərin bığcıqlarının uzunluğu bədənindən 3-5 dəfə uzundur, ölçülərinə görə dişilərdən kiçik olurlar, amma onların bığcıqları dişilərin bığcıqlarından çox uzun olur. Bozumtul-qəhvəyi rəngdə olurlar. Üzərində 4 xarakterik narıncı ləkə var. == Həyat tərzi == Abşeronda sürfələri əsasən şam və sidr ağacında inkişaf edir. İnkişaf mərhələsi 1-2 il çəkir. Yaşlı fərdlər mart ayından sentyabr ayına qədər rast gəlinir. Şam ağacına daha çox üstünlük verirlər, bəzən də digər iynəyarpaq və enliyarpaq ağaclarda məskunlaşırlar.
Aedophron
Aedophron (lat. Aedophron) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin sovkalar fəsiləsinə aid heyvan cinsi.
Aedophron phlebophora
Aedophron phlebophora (lat. Aedophron phlebophora) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin sovkalar fəsiləsinin aedophron cinsinə aid heyvan növü. == Təsviri == Qanadları açılmış halda 25–30 mm-dir. Ön qanadları naxışsız olub, zəif şəkildə sarımtıl-qırmızıdır, damarları tünd qırmızı şüaya oxşayır, bu da kəpənəyə gözəl görkəm verir. == Yayılması == Kiçik Asiya, Türkiyə, Suriya, Yunanıstan, İran, Qafqaz ərazilərində yayılmışlar. Azərbaycanda isə Naxçıvan Muxtar Respublikasında və Talış dağ-səhra ərazisində məhdud halda təsadüf edilir. == Həyat tərzi == Kserofit dağlıq stasiyalarda. Yaşayış tərzi və qidalandığı bitkilər məlum deyil. Kəpənəyi iyunun əvvəllərindən iyulun axırlarına qədər uçur. == Sayı == Azsayda təsadüf edilir, cəmi 4 kəpənəyi tutulmuşdur.
Aedophron rhodites
Aedophron rhodites (lat. Aedophron rhodites) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin sovkalar fəsiləsinin aedophron cinsinə aid heyvan növü. == Qısa təsviri == Qanadları açılmış halda 25–30 mm-dir. Ön qanadları çəhrayıya, çox vaxt bənövşəyiyə çalır. Qanadın ortasında bir, çox vaxt paza oxşar iki sarı rəngdə ləkə vardır. Arxa qanadları boz rəngdədir. Hər iki qanadın kənarları çəhrayı rəngdədir. Baş, döş, eləcə də beli yumşaq açıq sarı-çəhrayı tüklərlə örtülmüşdür. == Yayılması və sayı == Avropa, Kiçik Asiya, Rusiya, Qafqaz, İran, Türkiyədə yayılmışdır. Azərbaycanda isə məhdud areala malikdir.
белена́ вбега́ть выси́живать карто́фель кастрю́льник клиши́рованный любе́зная окромса́ть оскоти́нить пло́тненький ры́царственно налупи́ть повесели́ться смутья́нить моргать тихий air-ballon body corporate cheap shot chlorophyll verticality краткость остролист плюхать ресница