AERO...

[ yun. ] Mürəkkəb sözlərin əvvəlində həmin sözlərin havaya, havada uçuşa, aviasiyaya aid olduğunu bildirir; məs.: aerologiya, aeroplan, aerostat.
ADYUTANTLIQ
AERODİNAMİ́K
OBASTAN VİKİ
Aero L-29 Delfin
Aero L-29 Delfin (ing. Dolphin; NATO kod adı: Maya) — Çexoslovakiyanın aviasiya istehsalçısı Aero Vodochody tərəfindən hazırlanmış və istehsal etdilmiş hərbi təlim təyyarəsi. Ölkənin ilk olaraq yerli olaraq hazırlanan və inşa edilən jet təyyarəsidir, həmçinin Sovet İttifaqı istisna olmaqla, İqtisadi Əməkdaşlıq Şurasının ən böyük təyyarə sənaye proqramıdır.
Aero L-39 Albatros
Aero L-39 Albatros Çexoslovakiyanın Aero Vodochody şirkəti tərəfindən istehsal olunmuş reaktiv hərbi təlim təyyarəsidir. 1960-cı illərdə dizayn olunmuş Aero L-29 Delfin təlim təyyarəsini əvəz etməsi məqsədilə hazırlanmışdır. L-39 dünyada istehsal olunmuş ilk ikinci nəsil təlim təyyarəsidir. Hərbi təlim təyyarəsi kimi bir çox dövlət tərəfindən hazırda da istismar olunur. Təyyarə ilə bağlı maraqlı məqamlardan biri də təyyarənin NATO kod adının olmamasıdır. Əsasən pilotlar tərəfindən təlim məqsədilə istifadə olunsa da, yüngül hücum təyyarəsi vəzifəsini də icra edə bilər. İstifadəçi ölkələrdən bəzilərinin bu təyyarələrdən ibarət Aerobatika komandaları var.
1 Avqust (aerobatika eskadronu)
1 Avqust (çin. 八一飞行表演队) Çin Xalq Azadlıq Ordusu Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. 1962-ci ildə yaradılmışdır və Çin Xalq Azadlıq Ordusunun yaradıldığı tarix şərəfinə 1 Avqust adlandırılmışdır. Komanda dünyanın 166 ölkə və regionunda beş yüzdən çox çıxış edib. Uçuşlar üçün 6 ədəd Chengdu J-10 təyyarəsi istifadə olunur.
2017 Aeroqaviota Hava yolları An-26 qəzası
2017 Aeroqaviota Hava yolları An-26 qəzası, 29 aprel, 2017-ci il tarixində Kubada baş vermiş və 8 nəfərin ölümü ilə nəticələnən aviasiya olayı. == Təyyarə == Qəzaya uğramış təyyarənin növü Antonov An-26. == Qəza == Qustavo Rizo, Havanadan Pinar-del-Rio vilayətinə uçan təyyarə havaya qalxdıqdan bir müddət sonra yoxa çıxıb. Daha sonra radarlardan itmiş An-26 sərnişin təyyarəsinin qəzaya uğradığı məlum olub. İlkin məlumatlarda təyyarənin sərnişin daşıdığı və ekipaj üzvləri ilə birlikdə 39 nəfərin olduğu bildirilsədə, daha sonra təyyarənin hərbi təyyarə olduğu və 8 nəfər heyəti olduğu təsdiqləndi. Təyyarədə olan 8 nəfərin hamısı qəza zamanı həlak olmuşdur. == Araşdırma == Kuba İnqilabçı Silahlı Qüvvələr Nazirliyi tərəfindən qəzanı araşdırmaq üçün komissiya yaradılıb.
Aerobatika
Aerobatika və ya hava aerobatikası, bir təyyarəni qeyri-adi vəziyyətlərdə qoymaqla; Loop, rulon, viril kimi normal uçuşda istifadə edilməyən manevrlərlə həyata keçirilən həssas və dəqiq uçuş. Aerobatik manevrlər; şou, döyüş, idman və ya təlim məqsədi ilə keçirilir. Aerobatika, əsasən təyyarə və ya playner kimi sabit qanadlı təyyarələr tərəfindən yerinə yetirilir, lakin bəzi helikopter modellərində də məhdud aerobatika hərəkətləri etmək mümkündür. == Etimalogiyası == Aerobatika termini ilk dəfə 1914-cü ildə ingilis aviasiya jurnalı The Airplane tərəfindən irəli sürülmüşdür. Yunan dilində "havaya aid" mənasını verən aero-prefiksi ilə "ayaq ucunda gəzmək" mənasını verən akrobatika sözlərinin birləşməsindən əmələ gəlmişdir.
Aerobatika komandalarının siyahısı
== İstinadlar ==
Aerobika
Aerobika — ritmik musiqi ilə aerobik məşqlərdən ibarət olan gimnastikadır və təlimlərin ritmini izləməkdə kömək edir. == Haqqında == Dözümlülüyün təzahürü ilə bağlı olub dövrlər üzrə gedən idman növlərində (qaçış, yeriş, üzgüçülük, avarçəkmə, velosipedsürmə, xizəklərdə, konkilərdə sürüşmə) ürək-damar və tənəffüs sistemlərinin funksional imkanlarının yüksəlməsinə yönəlmiş təmrinlər sistemi. 2. Məşğul olanların fiziki hazırlığının yüksəlməsinə yönəlmiş və musiqi sədaları altında icra olunan müxtəlif fiziki təmrinlər kompleksi. Sağlamlıq və idman məqsədlərində istifadə olunur. Tərkib vasitələrinə yaş xüsusiyyətlərinə görə fərqlənən, alət və əşyalar tətbiq edilən, müxtəlif şəraitdə (zalda, stadionda, suda keçirilən) müxtəlif sistem və istiqamətlər və s. daxil edilir. 3. Bodibildinqdə - yarışlarda əzələlərin və venaların son hədd qabarıqlığını nümayiş etdirmək marağı ilə dərialtı piyin yandırılması və maksimum səfərbər edilməsinə yönəlmiş orqanizmin aerob məhsuldarlığının yüksəlməsinin metod və vasitələrinin məcmusu. Bura stasionar velotrenajorlarda, qaçan cığırlarda, xizək və avarçəkmə trenajorlarında arası kəsilməz, yavaş və fasiləli qaçış məşğələ - təmrinləri daxildir.
Aerobika Gimnastikası 2015 Avropa Oyunlarında
Aerobika Gimnastikası 2015 Avropa Oyunlarında — I Avropa Oyunlarında aerobika gimnastikası idman növü üzrə yarışlar 17, 19 və 21 iyun tarixləri arasında baş tutdu. Yarışlar 5 407 tamaşaçı tutumu olan Milli Gimnastika Arenası keçirildi. İdmançılar 2 dəst medal uğrunda mübarizə apardı. Qarışıq qrup yarışlarında qızıl medalı Macarıstan gimnastları qazandı. Gümüş medala Rumıniya nümayəndələri, bürünc medala İspaniya gimnastları layiq görüldü. Qarışıq cüt yarışlarında isə İspaniyalı Sara Moreno və Visente Li I Avropa Oyunlarının çempionu oldu. İtaliya gimnastları Miçela Kastoldi və Davide Donati gümüş medal, Rusiyalı Duxiq Janaziyan və Denis Solovyov isə bürünc medal qazandı. Ümumi yekunda, medal sıralanmasında İspaniya idmançıları 1 qızıl və 1 bürünc medalla 1-ci yeri tutdu.
Aerobika Gimnastikası 2015 Avropa Oyunlarında — Qarışıq (Cüt, çoxnövçülük)
I Avropa Oyunlarında aerobika gimnastikası idman növünün qarışıq cüt yarışları 17 və 21 iyun tarixləri arasında baş tutdu. Yarışlar 5 407 tamaşaçı tutumu olan Milli Gimnastika Arenası keçirildi. 10 dövlətin 20 idmançısı yarışların qızıl medalı uğrunda mübarizə apardı. I Avropa Oyunlarının çempionu 21.150 xal toplayan İspaniya gimnastları Sara Moreno və Visente Li oldu. Gümüş medalı İtaliyaıı Miçela Kastoldi və Davide Donati, bürünc medalı isə Rusiya idmançıları Duxiq Janaziyan və Denis Solovyov qazandı.
Aerobion
Anqrekum (lat. Angraecum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == Aerobion Kaempf. ex Spreng. Angorchis Thouars Bonniera Cordem. Ctenorchis K. Schum. Lepervenchea Cordem. Macroplectrum Pfitzer Monixus Finet Pectinaria Cordem.
Aerobiosfer
AEROBİOSFER – Atmosferin canlı orqanizmlərin daim olduğu və özləri üçün əlverişli substratda normal yaşayıb artdığı yerüstü qatı. (yer səthindən 6-7 km-ə qədər hündürlükdə).
Aeroblar
Aeroblar (yun. αηρ — hava və βιοζ — həyat) — enerjinin sintezi prosesində azad molekulyar oksigenə ehtiyacı olan orqanizmlər. Ona ehtiyacı olmayanlar anaeroblar adlanır. Aeroblara canlıların əksəriyyəti, bütün bitkilər, həmçinin mikroorqanizmlərin əksəriyyəti aiddir. Molekulyar oksigenə münasibətdə aşağıdakılar təsnifat edilir: obliqat aeroblar mikroaerofillər (aşağı fazi oksigen mühit) fakültətiv anaeroblar obliqat anaeoroblar == Ədəbiyyat == Л.Б.Борисов.
Aerobus
Aerobus — yaxın və orta məsafələrdə müntəzəm və qısamüddətli reyslər üçün çox sərnişin tutan nəqliyyat təyyarəsi. == Tarixi == 1970-ci illərinin ortalarında dünya aviasiya sənayesində aerobusların yaradılmasına meyl artmışdır. Aerobuslar sərnişin daşınması intensiv olan marşrutlar üçündür. Qenrix Novojilovun rəhbərliyi altında konstruksiya-sınaq bürosunda 350 sərnişin tutacaq ilk sovet aerobusu İl-86 yaradılmışdır (1976). 4 ədəd ikikonturlu turboreaktiv mühərrikli İl-86 təyyarəsinin birbaşa uçuş uzaqlığı 800–3,600 kilometr, kommersiya yükü 40-42 metr, uçuş sürəti 900 kilometr/saatdır. Magistral, ölkədaxili və beynəlxalq hava xətlərində istifadə uçun nəzərdə tutulmuşdur.
Aerodinamik boru
Aerodinamik boru bərk cismin (təyyarə, avtomobil, raket, körpü, bina və s.) hava axınının təsiri altında olduqda yaranan effektləri öyrənmək üçün işlənmiş sınaq qurğusudur. Ən geniş yayılmış aerodinamik boru qurğusu avtomobil və →təyyarələrin sınanmasıdır. Avtomobillərdə əsasən →hava müqaviməti və optimal qalxmanın qiymətləri tədqiq olunursa, təyyarələrdə daha çox məsələ ön planda durur: qanadların qalxma qüvvəsi və hava müqaviməti ilə yanaşı stabillik, idarəetmə və s. Son zamanlar qatar və gəmilər də aerodinamik boru vasitəsilə araşdırılır. Hündür binaların və körpülərin də bu üsulla sınanması onların stabilliyini artırır. Burada nəzərə alınmalıdır ki, bərk külək altında duran tiklilərin yırğalanmaları onların məxsusi tezliklərinə yaxın tezliyə çatmasınlar. Külək burulğanını düzgün simulyasiya etmək üçün çox vaxt tiklilərlə bərabər ətraf yerlərin də modelini qurmaq lazım gəlir. Ona görə də, sınaqlar əksər hallarda kiçik ölçüdə hazırlanmış model üzərində aparılır. Yalnız avtomobillər öz orijinal ölçülərində aerodinamik boruda tədqiq oluna bilirlər. Tədqiqat obyektlərini kiçik ölçüdə hazırladıqa sınağın keçdiyi mühit heç də həmişə reallığı əks etdirmir.
Aerodinamik mərkəz
Maye içində hərəkət edən və ya səthlərindən maye hərəkətinə məruz qalan bir aerofoilin aerodinamik mərkəzi, hücum bucağı dəyişsə də, sabit qalan burun ucu nöqtəsidir. Simmetrik profillər üçün, hücum kənarından dörddə bir məsafədir. Bu nöqtə dörddə bir veter nöqtəsi adlanır. Sınaq xarakterli məlumatlar asimmetrik profillər üçün istifadə olunur və ya təxmini dəyərlər alınır.
Aerodinamika
Aerodinamika — fizikanın bölməsi. Əsasən havanın hərəkətini öyrənir. Aerodinamikada səs sürətinə (340 m/san) qədərki hərəkətlər öyrənilir. Aerodinamika uçuş aparatlarının və müxtəlif bir neçə elmlərdə tətbiq olunur. Aerodinamika müstəqil elm kimi XX əsrin əvvəllərində aviasiyanın tələbi ilə yaranmışdır. Böyük olmayan sürətlərdə havanı sıxılmayan fərz etmək olar. İdeal maye nəzəriyyəsinə görə maye təbəqələri arasında və cisimlə maye arasında sürtünmə qüvvəsi nəzərə alınmır. Bunun nəticəsində məlum Dalamber-Eyler paradoksu (havanın hərəkət edən cismə müqaviməti sıfırdır) yaranır. Buna baxmayaraq bəzi tətbiqi aerodinamika məsələlərinin həllində ideal maye nəzəriyyəsindən istifadə edilir (qanadın qaldırıcı qüvvəsinin təyini və s.). == Aerodinamik enmə == Aerodinamik enmə - göy cisminin səthinə oturmazdan əvvəl aerodinamik müqavimət və qaldırıcı qüvvədən istifadə etməklə kosmik aparatın atmosferdə enmə zamanı uçuşu.
Aerodramus
Aerodramus (lat. Aerodramus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinin uzunqanadlar fəsiləsinə aid heyvan cinsi.
Aerodramus amelis
Aerodramus amelis (lat. Aerodramus amelis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinin uzunqanadlar fəsiləsinin aerodramus cinsinə aid heyvan növü.
Aerodramus bartschi
Aerodramus bartschi (lat. Aerodramus bartschi) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinin uzunqanadlar fəsiləsinin aerodramus cinsinə aid heyvan növü.
Aerodramus brevirostris
Aerodramus brevirostris (lat. Aerodramus brevirostris) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinin uzunqanadlar fəsiləsinin aerodramus cinsinə aid heyvan növü.
Aerodramus elaphrus
Aerodramus elaphrus (lat. Aerodramus elaphrus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinin uzunqanadlar fəsiləsinin aerodramus cinsinə aid heyvan növü.
Aerodramus francicus
Aerodramus francicus (lat. Aerodramus francicus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinin uzunqanadlar fəsiləsinin aerodramus cinsinə aid heyvan növü.
Aerodramus fuciphagus
Aerodramus fuciphagus (lat. Aerodramus fuciphagus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinin uzunqanadlar fəsiləsinin aerodramus cinsinə aid heyvan növü.
Amundsen — Skott (aeroport)
Amundsen — Skott — hava limanı Amundsen - Skot qütb stansiyasında yerləşir. Hava limanı buz üzərində üçüş-eniş zolağına sahibdir. Zolağın uzunluğu 3658 m təşkil edir. Hava limanı oktyabrdan fevrala qədər fəaliyyət göstərir. Hava limanı əsasən stansiyaya avadanlıqların daşınmasını həyata keçirilir. LC-130 Hercules təyyarələri xüsusi xizəklərlə təmin olunurlar. Bununla da eniş və uçuşun təminatına imkan verir. Hava limanı bəzən gün ərzində bir necə uçuş həyata keçirilir. Xüsusi ilə yüklər Mak-Merdo stansiyasından daşınır. == Herkules təyyarələri == Herkules təyyarələri yük götürmə qabiliyyətinin yüksək olması baxmından stansiyada mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan Milli Aerokosmik Agentliyi
Azərbaycan Milli Aerokosmik Agentliyi — Azərbaycanın kosmik tədqiqat proqramlarını idarə edən dövlət qurumu. Agentlik 1974-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının tərkibində "Kaspiy" Elmi Mərkəzi kimi fəaliyyət göstərib. 1981-ci ildə "Kaspiy" Elmi Mərkəzinin bazasında Kosmik Kəşfiyyat Elmi İstehsalat Birliyi yaradılıb. Azərbaycan Milli Aerokosmik Agentliyi 1992-ci ildə Ayaz Mütəllibovun 580 saylı fərmanı ilə Azərbaycan Milli Elmlər Akademiyasının "Kaspiy" Elmi Tədqiqat mərkəzinin yerinə təsis edilmişdir. == Tarixi == Azərbaycan kosmik proqramı daha çox Sovet İttifaqı dövründə olduğu kimi beynəlxalq əməkdaşlıq yolu ilə həyata keçirilir. Bir neçə Azərbaycan zavodu Sovet İttifaqının kosmik layihələri üçün avadanlıq istehsal edirdi, lakin həmin müəssisələr indi köhnəlib. Proqrama həm milli, həm də digər xalqlarla iş birliyində bir sıra peyk missiyaları daxil edilmişdir. 2006-cı ildə Müdafiə Sənayesi Nazirliyinin tabeliyinə verilmişdir. 2009-cu ildə Azərbaycan kosmik sənayesi, İlham Əliyevin sərəncamından sonra kosmik sənayenin inkişafı üzrə dövlət proqramı çərçivəsində inkişaf etdi. Proqram çərçivəsində, 2013-cü ilədək VSAT (Çox Kiçik Apertur Terminalı) yığımı və istehsalı üçün təkliflər verilməsi planlaşdırıldı.

Значение слова в других словарях

мартини́сты неисповеди́мость отогрева́ться понука́тельство приворо́тничать примёрзнуть ра́чий сма́тываться сребри́стый фаши́нник забалова́ть мать честна́я! неврологи́ческий откупщи́к очертя́ голову сгущёнка сердобо́льничать сно́сный сучо́чек дема Erie перепродажа похоть созваниваться старикашка