AFAQ

сущ. поэт.
1. горизонт
2. окрестность
2. Вселенная, мир
AFAGİYA
AFALİNA
OBASTAN VİKİ
Afaq
Afaq — qadın adı və təxəllüs. Afaq Bəşirqızı - teatr və kino aktrisası Afaq Hüseynova - Azərbaycan rəssamı Afaq Gəncəli - televiziya aparıcısı və sənətçi. Afaq Məsud - yazıçı, dramaturq, əməkdar incəsənət xadimi Afaq Şıxlı - həkim, şairə, publisist, tərcüməçi Afaq Məlikova - Azərbaycan rəqqasəsi, Azərbaycan SSR-in xalq artisti Afaq Rüstəmova - fəlsəfə elmləri doktoru Afaq Sultanova - Azərbaycanlı para-cüdoçu Afaq Nəbiqızı - yazıçı.
Afaq (qəzet)
"Afaq" (qəzeti) — Kərkükdə 1959-cu ildə çap edilimiş qəzet. == Məlumat == İlk sayı 1954-cü il 8 mayda yayımlanmış qəzetin ərəb və türkman dillərində olan bölmələrində Şakir Hörmüzlü təsisçi idi. "Afaq"ın sahibi Suat Hörmüzlü, baş yazarı Mehdi Əl Rical idi. Qəzetin yarısı ərəb, yarısı türk dilində idi. Nəşrin 7-ci sayında baş yazar Ata Tərzibaşı, məsul rəhbər Husaməddin Salihi olub. "Afaq" beş ilə yaxın fəaliyyət göstərib, 202 sayı nəşr edildikdən sonra bağlanıb. Son sayı 1959-cu il 27 martda işıq üzü görüb. Qəzetin türkcə bölməsində Ata Tərzibaşı, İzzəddin Abdi, Rəffat Bulcu Yazılar, Asat Naib, Məhəmməd Sadiq Şairlinin imzalarına rast gəlmək mümkündür.
Afaq Abbasova
Afaq Abbasova (Afaq Nurəhməd qızı Abbasova; d.1986, Şirvan) — Azərbaycan Respublikasının əməkdar artisti. == Həyatı == === Təhsili === Afaq Abbasova 1986-cı ildə Şirvan şəhərində müəllim ailəsində anadan olmuşdur, şəhər 13 saylı orta məktəbin 9-cu sinifini bitirdikdən sonra , 2002–2006-cı illərdə Asəf Zeynallı adına musiqi kollecində təhsilini davam etdirmişdir. Daha sonra Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında təhsil almışdır. Xalq artisti, professor Fidan Qasımovanın tələbəsidir. Ailəlidir. == Yaradıcılıq fəaliyyəti == 2010-cu ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solistidir. Teatrın repertuarındakı "Sevil", "Arşın mal alan", "Traviata", "Boqema", "Çio-Çio-San", "Trubadur" opera tamaşalarında Sevil, Gülçöhrə, Violetta, Mimi, Çio-Çio-San, Leonora kimi aparıcı partiyaları ifa etmişdir. Türkiyə, Avstriya, Şimali Kipr və Moldovada keçirilmiş beynəlxalq festivallarda çıxış etmişdir. Belarusun ""Bolşoy teatr"ının, Belqrad Milli Opera Teatrının, Əlişir Nəvai adına Özbəkistan Akademik Opera Teatrının dəvətli solistidir. Afaq Abbasova Müstəqil Dövlətlər Birliyi ölkələri gənc opera solistlərinin "Voronej – MDB-nin mədəni paytaxtı" dövlətlərarası proqramının Qala-konsertində çıxış edərək Azərbaycanı təmsil etmişdir.
Afaq Bəşirqızı
Afaq Bəşirqızı (15 avqust 1955, Bakı) — Azərbaycanın teatr və kino aktrisası, "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı (1993) "Şöhrət" ordeni laureatı (2013)‚ Prezidentin fəxri təqaüdçüsü (2015), Mədəniyyət və İncəsənət Universetinin professoru. Azərbaycan Dövlət Musiqili Teatrının aparıcı aktrisası. == Həyatı == Afaq Bəşir qızı Səfərova 1955-ci ildə Bakı şəhərində böyük Azərbaycan aktyoru Bəşir Səfəroğlunun ailəsində anadan olub. 1962-ci ildə 31 saylı orta məktəbin 1-ci sinfinə gedib və 1972-ci ildə 20 saylı orta məktəbi bitirib. Sənədlərini BDU-nun Şərqşünaslıq fakültəsinə verib, lakin müsabiqədən keçməyib. Bir müddət Tibb işçiləri Mədəniyyət evinin dram dərnəyinə (rəhbəri Məhərrəm Bədirzadə) gedib. 1974–1979-cu illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutu (indiki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti təhsil alıb. Aktrisalıq fəaliyyətinə 1973-cü ildə Lənkəran Dövlət Dram Teatrında başlayıb. İlk rollarından özünü istedadlı, işgüzar, səhnəyə böyük məhəbbətlə bağlı, daim axtarışda olan sənətkar kimi göstərərək tamaşaçıların dərin rəğbətini qazanıb. 1975-ci ildə Sumqayıt Dövlət Dram Teatrına dəvət alan aktrisa 1989-cu ilə qədər burada çalışıb.
Afaq Gəncəli
Afaq Aqil qızı Gəncəli (7 sentyabr 1977, Bakı) — Azərbaycanlı televiziya aparıcısı və sənətçi. == Həyatı == Afaq Aqil qızı Gəncəli 1977-ci il 7 sentyabr Bakı şəhərində anadan olub. İki qardaşı var. Ali təhsilini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Teatr kollektivinin rejissor və aktyor" fakültəsində təhsilini alıb. == Fəaliyyəti == Şair, dramaturq Novruz Gəncəlinin nəvəsi olan Afaq Gəncəli 1998-ci ildən televiziyada çalışır. Hazırda Xəzər TV kanalında yayımlanan "Səhər mərkəzi " və "Şourum" verlişinin aparıcısıdır .
Afaq Hüseynova
Afaq Böyük-Ağa qızı Hüseynova — Azərbaycan rəssamı, xoreoqraf, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Yaradıcı Qadınlar Assosiasiyasının rəhbəri Azərbaycan Rəssamlar İttifaqının üzvü (1988). == Həyatı == 1955-ci ildə Bakı şəhərində anadan olub. 1973-cü ildə Bakı Xoreoqrafiya Məktəbini, 1980-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dekorativ-təbiqi sənət fakültəsini bitirib. 1980–85-ci illərdə Azərbaycan Bədii Fondunun rəssamı, 1985–91-ci illər Azkonsertin solisti işləyib. 1991–2003-cü illərdə Azərbaycan muzey sərvətlərinin və əşyalarının bərpası mərkəzinin elmi işçisi olub. 2003-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun elmi işçisidir. 1999-cu ildən "Yaradıcı Qadınlar Assosiasiyası"nın prezidentidir. 1976-cı ildən — Azərbaycan və beynəlxalq sərgilərdə iştirak edib, əsərləri Almaniya, Portuqaliya, Monqoliya, Amerika, Turkiyə, Fransa, Danimarka nümayiş etdirilib. 1998–99-cu illər — Sabirabad rayonu çadır şəhərçiyində qaçqın uşaqların folklor seksiyasının bədii rəhbəri olub (Norvergin Refuqee Council). 2013-cü ildən- Sənətşünaslıq üzrə fəlsəfə doktoru == Diplomları == United States Agency for International Development (Certificate of Achievement).
Afaq Kərimova
Afaq Kərimova (Bakı) — Azərbaycanın tanınmış xalçaçı rəssamı.Azərbaycan Rəssamlar İttifaqının üzvü,Xəzər Universitetinin Tətbiqi Sənət Muzeyinin direktoru == Həyatı == Afaq Kərimova Bakı şəhərində anadan olub. 1976-cı ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirmişdir. 1985-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu (indi ki,Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti bitirmişdir. 1990-1995-ci illərdə Azərxalça İstehsalat Birliyində baş rəssam vəzifəsində çalışmışdır. 1993-cü ildə Ulu Öndər Heydər Əliyev ABŞ-yə ilk səfəri zamanı Bill Klintona Afaq Kərimovanın eskizi əsasında toxunmuş, süjeti Azərbaycan mövzusu olan xalça hədiyyə etmişdi. Səfərdən sonra Azərbaycana göndərdiyi minnətdarlıq məktubunda Klinton “gözəl xalçanın mənasını anladığını və bir daha heyranlığını” bildirmişdi. 1995-2003-cü illərdə Azərbaycan Respublikası MEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində baş rəssam və şöbə müdiri vəzifəsində çalışmışdır. 1996-cı ildə Məhəmməd Füzulinin 500-illik yubileyində UNESCO xətti ilə "Füzuli - 500" xalçası Parisdə nümayiş etdirilmişdir. 1997-2005-ci illərdə Hüseyn Cavid muzeyinin yaradılmasında ilk tərtibatçı rəssam olmuşdur. 1997-ci ildə Nizami muzeyində, 2007-ci ildə İncəsənət muzeyində fərdi sərgiləri olmuşdur.
Afaq Məlikova
Afaq Məlikova (18 yanvar 1947, Bakı) — Azərbaycan rəqqasəsi, Azərbaycan SSR xalq artisti (1978). == Həyatı == Afaq xanım 1947-ci il yanvar ayının 18-də Bakıda anadan olub. Uşaqlığı müharibədən sonrakı çətin illərə təsadüf edib. Kiçik Afaq elə uşaqlıqdan eşitdiyi musiqiləri dodaqaltı zümzümə edir, rəqs etməyi sevirdi. Qızlarının rəqsə hədsiz marağını görən valideynləri onu Bakı Xoreoqrafiya Məktəbinə təyin edirlər. Leyla Vəkilovadan dərs alan gənc xanım istedadı sayəsində xalq artisti adına qədər yüksəlir. == Yaradıcılığı == Afaq Süleyman qızı 1963–1974-cü illərdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti olmuşdur. 1974-cü ildən Azərbaycan Dövlət Rəqs Ansamblının solisti və məşqçi pedaqoqudur. Azərbaycan xalq rəqslərinin ifaçısı olan Afaq xanımın repertuarına Şərq xalqları rəqsləri də daxildir. Bir sıra xarici ölkədə (Türkiyə, MƏR, Polşa, Fransa, İngiltərə, Kanada, Portuqaliya, Almaniya, İspaniya və s.) çıxış etmişdir.
Afaq Məsud
Məsud Afaq Məsud qızı (3 iyun 1957, Bakı) — Xalq yazıçısı, dramaturq, Əməkdar incəsənət xadimi, Rusiyanın Elm və İncəsənət Pyotr Akademiyasının (PANİ) həqiqi üzvü, Avropa Elm, Sənət və Ədəbiyyat Akademiyasının həqiqi üzvü, Gürcüstan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri, "Xəzər" dünya ədəbiyyatı jurnalının baş redaktoru. == Həyat və fəaliyyəti == Afaq Məsud qızı Vəliyeva 3 iyun 1957-ci ildə Bakı şəhərində anadan olub. 1979-cu ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1979–1986-cı illərdə "Azərbaycanfilm" kinostudiyasında redaktor, redaksiya heyətinin üzvü, 1986–1988-ci illərdə "Azərbaycantelefilm"in direktoru, 1989–2014-cü illərdə Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, "Xəzər" dünya ədəbiyyatı jurnalının baş redaktoru vəzifələrində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 may tarixli 501 nömrəli sərəncamı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 may tarixli 110 nömrəli sərəncamı ilə Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib. Roman, pyes, esse və hekayələr müəllifidir. Əsərləri, müsahibə və məqalələri bir çox ölkələrin nəşriiyyatlarında, KİV-də nəşr olunub, mədəniyyət, ədəbiyyat portallarında yayınlanıb. "Can üstə", "O məni sevir", "Yol üstə", "Qatarın altına atılan qadın", "Kərbəla", "Mənsur Həllac" pyeslərinin müəllifidir. Dövlət "Yuğ" Teatrında "Can üstə", "O məni sevir" (rejissor – Vaqif İbrahimoğlu), Akademik Milli Dram Teatrının səhnəsində "Qatarın altına atılan qadın" tamaşaya qoyulub (rejissor – Mehriban Ələkbərzadə).
Afaq Nəbiqızı
Cavadova Afaq Nəbi qızı (Afaq Nəbiqızı) — yazıçı. == Həyatı == Afaq Nəbiqızı (Cavadova Afaq Nəbi qızı) 1950-ci il dekabrın 23-də Ağcabədi rayonunda anadan olmuşdur. Uşaq ikən ailəsi Beyləqan rayonuna köçmüşdür. Beyləqandakı 1 saylı şəhər orta məktəbi, 1975-ci ildə isə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. Beyləqan 1 saylı şəhər və Yardımlı rayonunun Hamarkənd kənd orta məktəbində ədəbiyyat müəllimi işləmişdir. 1983-cü il mayın 6-da Bakıda vəfat etmişdir. Beyləqan rayonunda dəfn olunmuşdur. Aynur və Ülkər adında qızı, Məhəmməd, Yağmur və Afaq adlı nəvəsi var. == Yaradıcılığı == Afaq Nəbiqızının sağlığında dövri mətbuatda cəmi bir neçə hekayəsi dərc olunmuşdur. "Acıbağırsaq" adlı ilk hekayəsi 1980-ci ildə "Ədəbiyyat qəzeti"ndə işıq üzü görmüşdür.
Afaq Rüstəmova
Afaq Rüstəmova — fəlsəfə elmləri doktoru, AMEA Fəlsəfə İnstitutunun "İnformasiya cəmiyyətinin fəlsəfi problemləri" şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru. Afaq Baloğlan qızı Rüstəmova 1 avqust 1949-cu ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1971-ci ildə M. F. Axundov adına APRDƏİ- ni (indiki Bakı Slavyan Universiteti) bitirmişdir. M. F. Axundov adına APRDƏİ-nin nəzdində aspiranturanın qiyabi şöbəsini bitirmiş, 1995-ci ildə "Tərz kateqoriyasının rus dilində məna və formaları, onların Azərbaycan dilində müvafiq ifadə üsulları" (10.02.01 — Rus dili, 10.02.02 — Azərbaycan dili) mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 2010-cu ildə "Sosial linqvistika və etnodil prosesləri: fəlsəfi təhlil" (09.00.11 — Sosial fəlsəfə) mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş və fəlsəfə elmləri doktoru alimlik dərəcəsi almışdır. 1981-ci ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun "rus və xarici dillər" kafedrasında müəllim, sonra isə baş müəllim vəzifəsində çalışmışdır. 1990-cı ildə Azərb. SSRİ Xalqlar Dostluğu Respublika Sarayında kiçik elmi işçi, 1992-ci ilin mart ayında 2002-ci ilədək EA-nın Milli Münasibətlər institutunda şöbə müdiri vəzifəsində çalışmışdır. Hazırda Fəlsəfə və Hüquq İnstitutu Sosial fəlsəfə şöbəsinin baş elmi işçisidir. Ailəlidir, iki övladı var.
Afaq Sultanova
Afaq Vaqif qızı Sultanova (20 fevral 1987; Bakı, Azərbaycan) – Azərbaycanı təmsil edən cüdoçu. 2012-ci ildə XIV Yay Paralimpiya Oyunlarının qalibi olub. == Həyatı == Afaq Sultanova 1987-ci il fevralın 20-də Bakı şəhərinin Əmircan qəsəbəsində anadan olub. Şəxsi məşqçisi Ağanağı Cəfərovdur. == Karyerası == Afaq Sultanova 2010-cu ildə Antalya şəhərində (Türkiyə) baş tutan Dünya Çempionatının qızıl medalına sahib oldu. Afaq Sultanova 2012-ci ildə London şəhərində (Birləşmiş Krallıq) baş tutan XIV Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Turnirin 1/4 final mərhələsində Fransa nümayəndəsi Marion Koaduya ipponla qalib gələn Afaq Sultanova, 1/2 final mərhələsində Türkiyə nümayəndəsi Duyğu Çeteni gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə məğlub elədi və Paralimpiadanın final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi Braziliya nümayəndəsi Lusia da Silva Teixeira oldu. Həmin görüşdə rəqibinə ipponla qalib gələn Afaq Sultanova, XIV Yay Paralimpiya Oyunlarının qalibi oldu. Azərbaycan Prezidenti İlham Əliyevin 14 sentyabr 2012-ci il tarixli Sərəncamına əsasən XIV Yay Paralimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Afaq Vaqif qızı Sultanova "Şöhrət" ordeni ilə təltif edildi.
Afaq TV
«Afaq TV» (ərəb. «قناة آفاق الفضائية»‎) — Qərargahı Bağdad şəhərində yerləşən İraq peyk televiziya kanalı. Telekanal 2006-cı ildən ingilis və ərəb dillərində yayım edir. Kanalın sahibi Nuri əl-Malikidir.
Afaq Şıxlı
Afaq Şıxlı (25 iyun 1969, Bakı, SSRİ) — həkim, şairə, publisist, tərcüməçi Beynəlxalq Yazıçılar və Publisistlər Assosiasiyasının, Avrasiya Yazarlar birliyinin, Rusiya Yazarlar Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü, Rusiya Poeziya Akademiyasının müxbir üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. 2015-ci ilin yanvar ayından AYB Moskva bölməsinin məsul katibi vəzifəsinə təyin olunmuşdur. == Həyatı == Afaq Şıxlı 25 iyun 1969-cu ildə Azərbaycan SSR-in Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Əslən Qazax rayonunun İkinci Şıxlı kəndinin Şıxlinskilər soyundandır. 1984-cü ildə - 15 yaşında ikən 12 saylı orta məktəbi qızıl medalla bitirərək N. Nərimanov adına Azərbaycan Tibb Universitetinin 2-ci müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. 1990-cı ildə 2-ci müalicə-profilaktika fakültəsini əla qiymətlərlə bitirərək, 2000-ci ilədək 15 saylı TSH-nin 5-ci şöbəsində həkim-terapevt işləmişdir. Hazırda Rusiya Federasiyasının Moskva şəhərində yaşayır. 2011-ci ildən Beynəlxalq Yazıçılar və Publisistlər Assosiasiyasının, 2012-ci ildən Avrasiya Yazarlar birliyinin, Rusiya Yazarlar Birliyinin və Rusiya Poeziya Akademiyasının, 2013-cü ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. 2014-cü ildə Azərbaycan Yazıçılar Birliyinin üzvü seçilmiş və 2015-ci ilin yanvar ayından AYB Moskva bölməsinin məsul katibi vəzifəsinə təyin olunmuşdur. Ədəbiyyatdan əlavə təbabət, musiqi və rəssamlıqla məşğul olur.
Afaq Məlikova. Rəqs dünyam mənim (film, 2017)
Afaqın məhəbbəti (film)
Afaqın məhəbbəti qısametrajlı televiziya tamaşası rejissor Ağakişi Kazımov tərəfindən ekranlaşdırılmışdır. Televiziya tamaşası Azərbaycan televiziyasında istehsal edilmişdir. Televiziya tamaşasının əsasında Nizami Gəncəviyə kəniz olaraq hədiyyə edilən Afaqın (Səidə Quliyeva) taleyi durur. Televiziya tamaşasında əsas rolları Məhluqə Sadıqova, Mirvari Novruzova, Muxtar Avşarov, İlham Əsgərovvə Səidə Quliyeva ifa edirlər. == Məzmun == Televiziya tamaşasının əsasında Nizami Gəncəviyə kəniz olaraq hədiyyə edilən Afaqın (Səidə Quliyeva) taleyi durur. Tamaşa Afaqın İlyasın evinə gətirilməsi ilə başlayır. İlk gündən İlyas (İlham Əsgərov) Afaqa kəniz gözüylə baxmadığını qeyd edir. O, Afaqın mərdliyinə, gözəlliyinə valeh olur. Afaq İlyasa gün keçdikcə daha da bağlanır və eşqini ilk dəfə İlyasın anasına (Məhluqə Sadıqova) etiraf edir. İlyas Afaqın taleyilə maraqlanır və Afaq ona başına gələnləri nəql edir.

Значение слова в других словарях