Məmmədrza Afiyət Mərəndi
Məmmədrza Abdulla oğlu Afiyət Mərəndi (22 yanvar 1926, Qazax – 24 aprel 2011, Bakı) — Azərbaycan yazıçısı, jurnalist, tərcüməçi, Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsinin üzvü və "Azərbaycan" qəzetinin redaktoru.
== Həyatı ==
Məmmədrza Abdulla oğlu Afiyət 1926-cı il yanvarın 22-də Azərbaycanın Qazax rayonunda anadan olub. 1932-ci ildə ailəsi ilə birlikdə Təbrizə köçüblər. Orta məktəbi Təbrizdə bitirib. Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra Bakıya qayıdıb. Burada hərbi məktəbi daha sonra isə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 30 ilə yaxın Azərbaycan Demokrat Firqəsinin mətbu orqanı olan "Azərbaycan" qəzetinin baş redaktoru vəzifəsini icra edib.
Jurnalistika ilə yanaşı yazıçılıqla da məşğul olub. Bir müddət Mərənddə yaşadığı üçün özünə "Mərəndi" ləqəbini götürüb. Azərbaycan Yazıçılar İttifaqının üzvü olub.