afrosentrik
afşar 2021
OBASTAN VİKİ
Afrosentrizm
Afrosentrizm – qaradərili insanların irqi özünütəsdiq ideologiyası; ictimai şüurun müxtəlif sahələrində və davranışda avrosentrizmlə mübarizəyə yönəlmişdir. Afrosentrizmin məqsədi neqroid irqini reabilitasiya etmək, Afrika mədəniyyətinə xas dəyərlər sistemini özünü identikləşdirmək və yüksəltmək, həmçinin afrikalıların mədəni-tarixi, irqi xüsusiyyətlərini, onların ümumdünya tarixində yerini az qala mütləqləşdirməkdir. Afrosentrizm 1980-ci illərdə afroamerikalı ziyalılar mühitində formalaşmışdır. Afrosentrizmin əsas nəzəriyyəçisi afroamerikalı alim Molefi Kete Asante (əsl adı Artur Li Smit) hesab edilir. Afrosentrizm 19-cu əsrin 2-ci yarısında Amerikada quldarlığa, irqi ayrıseçkiliyə qarşı, həmçinin afroamerikalı əhalinin ağdərililərlə hüquq bərabərliyi uğrunda apardığı mübarizə (abolisionizm) gedişində meydana gəlmiş panafrikan ideyaları (qaradərililərin tarixi-mədəni və irqi birliyi, müstəsnalığı) zəminində inkişaf etmişdir. Afrosentrizm özündə 20-ci əsrin bir çox afrikalı və afroamerikalı intellektuallarının – B.Vaşinqton, E.Blayden, M.Qarvi, U.Dyubua, L.Senqor, Ş.Diop, M.L.Kinq, Malkolm İks, E.Məhəmməd, M.Karengi və başqalarının ideyalarını ehtiva edir. Bu ideyaların bütün müxtəlifliyinə baxmayaraq, onların əsasında Afrosentrizm şüurunun təsdiqi durur. Afrosentrizmin əsas prinsipləri – şüurda və əməldə öz tarixini və mədəniyyətini bilərək hərəkət etmək, həyatın bütün sahələrində afrosentrist ideyalarını reallaşdırmaq, onları “qardaş və bacılar” arasında təbliğ etməkdir. Afrosentrizmin tərəfdarları bütün qaradərili insanları öz şüurlarında “inqilab” etməyə, bir çox keçmiş afrosentrist anlayışları yeniləri ilə əvəzləməyə çağırırlar.Məsələn: qul adını – afrikalı adı ilə; məğlubiyyət haqqında təsəvvürü–qələbənin dərki ilə; özgə mədəniyyətin üstünlüyünü – öz mədəniyyətinin üstünlüyü ilə; avropalı geyimi – ənənəvi motivli geyimlə və s. Afrosentristlər dünya tarixinə və Afrikanın keçmişinə aid yeni konsepsiyaların əsaslandırılmasına yönəlmiş tarixi tədqiqatlara böyük əhəmiyyət verirlər.
междузвёздный межзаводско́й на корню́ обля́пываться по-норма́ндски пору́чник почита́ть пыл бдеть голови́зна кривобо́кость непло́тно облысе́ть ози́мый переслои́ться сочини́тельство стемали́т экспа́нсия ditty-box law-hand pass off slobber trachenchyma квалификация полшага