AFƏT

AFƏT I is. [ ər. ] Bəla, fəlakət, ziyan. Elə bil Gülüstana afət bürküsü çökmüşdü (Dastanlar).

AFƏT II is. [ ər. ] Son dərəcə gözəl qız, qadın. Baxan bir sən idin ey nazlı afət; Bir də pəncərədən boylanan gecə (B.Azəroğlu).

ACITMAQ
AGENT
OBASTAN VİKİ
Afət Babayeva
Afət Nuhu qızı Babayeva (Afət; 22 mart 1967. İmişli rayonu, Qaradonlu) — Azərbaycanlı şair, publisist. Polis mayoru. == Həyatı == Afət Babayeva 22 mart 1967-ci ildə İmişli rayonunun Qaradonlu kəndində anadan olub. 1974-cü ildə orta Qaradonlu kənd orta məktəbin birinci sinfinə daxil olub. 1984-cü ildə orta məktəbi müvəffəqiyyətlə bitirib. Hüquqşünas olmaq istəyir. O, dövrün tələblərinə görə hüquq fakültəsinə daxil olmaq üçün iki illik əmək stajı tələb olunurdu. Ona görə də sənədlərini heç bir ali məktəbə vermir. Bu məqsədlə iki il çalışdıqdan sonra 1986-cı ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə sənədlərini verir.
Afət Həsənova
Afət Əbil qızı Həsənova (3 sentyabr 1960, Quba) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Respublikasının Milli Məclisinin VI çağırış deputatı. == Həyatı == Afət Həsənova 1960-cı il sentyabrın 3-də Quba şəhərində anadan olub. 1967–1977-ci illərdə Quba şəhər 3 №-li orta məktəbdə təhsil alıb. 1979–1983-cü illərdə isə indiki Moskva Humanitar Elmlər Universitetində tarix üzrə ali təhsil alıb. === Ailəsi === Afət Həsənova ailəlidir, 2 övladı var. == Fəaliyyəti == İlk əmək fəaliyyətinə 1977-ci ildə Quba rayonunda başlayan Afət Həsənova 2001–2012-ci illərdə Slavyan Universitetində (BSU) tədqiqat laboratoriyasının elmi işçisi olmuş, 2012–2015-ci illərdə Quba RİH başçısının təhsil, səhiyyə və mədəniyyət məsələləri üzrə müavini, 2015–2020-ci illərdə isə Suraxanı RİH başçısının müavini vəzifəsində çalışmışdır. 2020-ci il fevralın 9-da baş tutan parlament seçkilərində 32 saylı Suraxanı III dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi olan Afət Həsənova, 65,10% səslə VI çağırış Milli Məclisin deputatı seçildi. 2020-ci il martın 10-dan səlahiyyətlərinin icrasına başlayan Afət Həsənova, Milli Məclisin elm və təhsil Komitəsinin, təbii ehtiyatlar, energetika və ekologiya Komitəsinin, habelə İntizam Komissiyasının üzvü oldu. 2024-cü il oktyabrın 8-də Azərbaycan - Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.
Afət Telmanqızı
Afət Telmanqızı— LAF TV-nin həmtəsisçisi (2020-ci ildən), telejurnalist, Azərbaycan Respublikasının əməkdar jurnalisti. == Həyatı == Məhərrəmova Afət Telman qızı 7 noyabr, 1975-ci il, Bakı şəhərində anadan olub. Bakıda İlqar Əbülhəsənov adına 42 saylı orta məktəbi bitirib. 1997-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin bakalavr, 2000-ci ildə isə magistr pilləsini bitirib. Ali məktəbdə oxuduğu illərdə- 1993–1997-ci illərdə "Səhər" qəzetində", "Müxalifət", "Millət" qəzetlərində, AZTV-də təcrübə keçib. 1997-ci ildən rəsmi əmək fəaliyyətinə başlayıb. İlk iş yeri " Hürriyyət" qəzeti olub. 2000-ci illərdə " Yeni Müsavat" qəzetində müxbir kimi çalışıb. 2001-ci ildən isə ANS TV-də redaktor, sonra Xəbərlər Departamentinin baş redaktoru olub. "Xəbərçi", "Nəzər nöqtəsi", "Açıq söhbət" verilişlərinin aparıcısı olub.
Afət İnan
Afət İnan — (29 noyabr 1908, Saloniki vilayəti – 8 iyun 1985, Ankara) — tarixçi və sosiologiya professoru, Atatürkün mənəvi qızı. Türkiyə Respublikasının ilk tarix professorlarından biri. Afət İnan 7 iyun 1985-ci il tarixində 77 yaşında Ankarada vəfat etmişdir.
Çeşmi-afət xanım
Çeşmi-afət xanım (1830 – 11 noyabr 1907) — Osmanlıların Misir və Sudan hakimi, ilk Misir xədivi İsmayıl Paşanın üçüncü xanımı. == Həyatı == Əslən şimali Qafqaz əsilli olan Çeşmi-afət xanım təxminən 1830-cu ildə dünyaya gəldi. Misirə gəlişi və saraya necə alındığı məlum deyil. Ancaq İsmayıl Paşaya Misirdəki hakimiyyətini ələ aldıqdan sonra təqdim edildiyi bilinir. Paşanın üçüncü xanımı olması səbəbilə "Üçüncü Şahzadə" ünvanı aldı. İsmayıl Paşanın vəzifədən alındığı 1879-cu ilədək bu ünvanı daşıyan Çeşmi-afət xanım Misirdə Kiçik xanım olaraq anılmağa başlandı. Cütlüyün bu nigahdan övladı olmadı və bu səbəblə, Çeşmi-afət xanım xeyriyyə işləriylə məşğul oldu. 1873-cü ildə əl-Suyufiyyədə ilk Qızlar məktəbinin əsasını qoydu. Bu onun Misirdəki şöhrətini daha da artırdı. 1879-cu ildə ərinin vəzifədən alınmasından sonra onunla birlikdə öncə Neapolda, ardından İstanbulda sürgün həyatı yaşayan Çeşmi-afət xanım ərinin 1895-ci ildə İstanbulda vəfatından sonra cənazəylə birlikdə Qahirəyə döndü.

Значение слова в других словарях