AHƏSTƏ

sif.zərf [ fars. ] Asta, yavaş, ağır, üsullu.
Dərənin hər iki tərəfindən bitmiş yüzillik palıd və fıstıq ağaclarının budaqları ahəstə əsən nəsimdən hərəkətlidir. M.F.Axundzadə.
Ey dil, amandı, sirrini biganə bilməsin; Ahəstə zülfi-yardə yat, şanə bilməsin! M.Ə.Sabir.
[İlyasov] bir az cəsarətsizlik hiss olunan ahəstə səslə əlavə etdi. Mir Cəlal.

Sinonimlər (yaxın mənalı sözlər)

  • AHƏSTƏ ahəstə bax yavaş
  • AHƏSTƏ asta — yavaş — ağır — üsullu

Antonimlər (əks mənalı sözlər)

  • AHƏSTƏ AHƏSTƏ – TEZ Ona yazığı gəlirmiş kimi ahəstə dilləndi (S.Vurğun); Səttar tez atı tövləyə çəkdi (A.Makulu)
AHƏNRÜBA
AHƏSTƏ-AHƏSTƏ

Digər lüğətlərdə

аудиовизуа́льный непоро́чность стра́нный зо́дчество кагэби́стский настоя́тельность прокли́тика то́лько уго́дливо веер сливки -long effeir entry visa get together hocus landing party snail-like toilet water anchor yclept каландр навесить погнить рухлядь