AKADEMİK

sif.
1. Akademiyaya aid olan. Akademik lüğət. Akademik kitabxana.
2. Akademizm (2-ci mənada) ənənələrinə riayət etmə.
◊ Akademik il – tədris ili.
Akademik saat – məktəbdə dərs, yaxud mühazirə üçün müəyyən edilmiş vaxt – 45-50 dəqiqə.
Akademik teatr – yaradıcılıq cəhətdən nümunəvi sayılan teatr.
AKADEMİK
AKADÉMİYA
OBASTAN VİKİ
Akademik
Akademik — akademiyaların həqiqi üzvlərinə verilən ad. == Haqqında == Azərbaycan Respublikasında Milli Elmlər Akademiyasının həqiqi üzvləri akademik adlanır. Akademiklər, bir qayda olaraq, Azərbaycan Respublikasının vətəndaşı olan, elm istiqamətləri üzrə geniş tədqiqatlar aparan, elmi yeni biliklərlə zənginləşdirən, tanınmış elmi məktəblər yaradan AMEA-nın müxbir üzvləri sırasından seçilirlər.
Akademik Gimnaziya
Akademik Gimnaziya (rus. Академи́ческая гимна́зия) — Rusiyada 1726–1805-ci illərdə mövcud olmuş ilk dünyəvi orta ümumi təhsil müəssisəsi. 1724-cü ildə Sankt-Peterburqda Elmlər Akademiyasında yaradılmış, 1726-cı ildə müstəqil müəssisə kimi açılmışdır. Tələbələri Akademik Universitetə ​​qəbul və dövlət qulluğuna hazırlayırdı. Tələbə kontingenti müxtəlif ödənişsiz siniflərdə təhsil alan oğlanlar ibarət idi. Gimnaziyada latın, alman, fransız, rus ədəbiyyatı, tarix, coğrafiya, riyaziyyat, təbiət elmləri, rəsm fənləri tədris olunurdu. 1758–1765-ci illərdə Akademik Gimnaziyaya 1759-cu ildə onun Əsasnaməsini tərtib edən Mixail Lomonosov rəhbərlik edirdi. Lomonosov gimnaziyanı "universitetin tibb bacısı, onun anbarı və tədarükçüsü" hesab edirdi. 1765-ci ildə azyaşlı uşaqlar üçün hazırlıq şöbəsi açılmışdır. 1770-ci ildə Akademik Gimnaziya Akademik Universitetlə birləşdirilmiş, Akademik Məktəb və ya Akademiya Məktəbi kimi tanınmışdır.
Akademik (film, 2010)
Akademik qısametrajlı sənədli filmi rejissor Tahir Əliyev tərəfindən 2010-cu ildə çəkilmişdir. Film Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin sifarişilə "Salnamə" Studiyasında istehsal edilmişdir. Film görkəmli professor, tibb elmləri doktoru, BDU-nun keçmiş rektoru mərhum Abdulla Qarayevin həyat və fəaliyyətindən bəhs edir. == Məzmun == Film görkəmli professor, tibb elmləri doktoru, BDU-nun keçmiş rektoru mərhum Abdulla Qarayevin həyat və fəaliyyətindən bəhs edir. Filmdə alimin müasirləri öz xatirələrini nəql edir.
Akademik Lomonosov AES
"Akademik Lomonosov" AES (rus. Академик Ломоносов) — dünyanın ilk üzən atom elektrik stansiyası. Rusiyaya məxsus bu gəmi məşhur riyaziyyatçı alim Mixail Lomonosovun adını daşıyır. İnşasına 2007-ci ildə başlanılmışdır. Gəminin uzunluğu 144, eni isə 30 metrdir. 21.500 ton ağırlığı olan gəminin 69 nəfərlik ekipajı var. Gəmi vasitəsilə Severodvisk və Sevmaş qəsəbələrinin elektrik enerjisi ilə təmin edilməsi planlaşdırılmışdır.
Akademik avarçəkmə
Akademik avarçəkmə – avarçəkmə idmanı növü. Akademik avarçəkmə 18-ci əsrdə Böyük Britaniyada yaranmışdır. 1829-cu ildə Temza çayında keçirilən ilk yarışda Oksford və Kembric universitetlərinin avarçəkənləri iştirak etmişlər. Beynəlxalq Avarçəkmə Federasiyası (FİSA) 1892-ci ildə Turində təsis edilmişdir. 1893-cü ildən FİSA hər il Avropa çempionatını keçirir. 1962-ci ildə kişilər arasında, 1974-cü ildə qadınlar arasında dünya çempionatı keçirilmiş, 1900-cü ildə kişilər arasında, 1976-cı ildə isə qadınlar arasında Akademik avarçəkmə Olimpiya oyunlarının tərkibinə salınmışdır. Azərbaycanda Akademik avarçəkmə çempionatı 1964-cü ildən keçirilir. “Kür” İdman Mərkəzinin yaradılması avarçəkmə idmanının inkişaf etməsində mühüm rol oynamışdır. Avarçəkənlərdən Q.Qurbanov, J.Məmmədova, T.Xudyakova, E.Ujuqova, V.Yakuşa, V.Romanişin və başqaları dəfələrlə SSRİ və SSRİ Xalqları Spartakiadasının çempionu olmuşlar. Azərbaycanın avarçəkmə komandası Moskva (1980) və Seul (1988) olimpiadalarında gümüş və bürünc medallara layiq görülmüşdür.
Akademik il
Akademik il — ali məktəblərdə dərslərin başlanmasından qurtarmasınadək (payızdan o biri ilin yazına qədər) olan müddət. Təqribən 8–10 aydır. Azərbaycanda bütün ali təhsil müəssisələrində işlədilən "tədris ili" termini akademik il termininə uyğundur.
Akademik legion
Akademik legion (alm. Akademische Legion‎) — Avstriya imperiyasında 1848-1849-cu illər inqilabı zamanı hərbi əməliyyatlarda iştirak edən silahlı tələbə təşkilatı. Təşkilat 13 mart 1848-ci ildə Vyanada xalq üsyanının başlanmasından dərhal sonra yaradılmışdır. Akademik legion təqribən 4 min nəfərdən ibarət olmaqla, inqilabi ordunun nüvəsi olmuşdu. Liberal müxalifətin radikal demokratik qanadına bağlı olan Akademik legion Vyanada mart üsyanında, 1848-ci ilin mayında Vyanada silahlı üsyanlarda və 1848-ci ilin oktyabrında Vyanada silahlı üsyanda fəal iştirak etmişdir. Buna baxmayaraq, mütləqiyyətlə mübarizədə burjuaziya ilə fəhlə sinfi arasında aralıq mövqe tutan Akademik legion qeyri-sabit fəaliyyət göstərmişdir. Akademik legionun rəhbərliyi tərəddüd və siyasi kompromislərə meyl göstərmişdi. 1848-ci ilin iyun–avqust aylarında burjuaziya ilə birlikdə fəhlələrə qarşı çıxmışdır. Akademik legionun rəhbərliyi kəndlilərin tələblərinə məhəl qoymayaraq Avstriya imperiyalarında milli azadlıq hərəkatını yatırmağa yönəlmiş siyasətində liberal burjuaziyanı dəstəkləyirdi. İnqilabın məğlubiyyətindən sonra Akademik legion ləğv edilmiş, üzvlərinin çoxluğu ağ terrorun qurbanı olmuşdur.
Akademik musiqi
Akademik musiqi - Avropa XVII-XIX əsrlərə əsasən yaradılan davamlılığı olan musiq janrları və formaları (opera, simfonik, sonata, və s.), melodik və harmonik prinsipləri və instrumental tərkibi. == Tərif == Qərb ədəbiyyatında “Akademik musiqi” daha çox Qərb klassik musiqisi ənənəsindən irəli gələn musiqilərə istinad etmək üçün istifadə olunur. Musiqişünas Filip Taqq incəsənət musiqisi ilə bağlı elitizmi “xalq”, “incəsənət” və “populyar” musiqilərdən ibarət aksiomatik üçbucaqdan” biri kimi sayır. O, bu üçünün hər birinin digərlərindən müəyyən meyarlara görə seçildiyini izah edir. Bruno Nettlə görə, "Qərb klassik musiqisi" həm də "akademik musiqi", "kanonik musiqi", "mədəni musiqi", "ciddi musiqi", eləcə də daha çox istifadə olunan "əsl musiqi" və "normal musiqi" ilə sinonim ola bilər".
Akademik silsiləsi (Baykal)
Akademik silsiləsi — Baykal gölünün şimal və mərkəzi hövzələrini bölən sualtı silsiləsi. Hövzələrin ayrılması, müvafiq olaraq cənub-qərbdən və şimal-şərqdən Akademik silsiləsinə bitişik Olxon və Uşkan adalarını əhatə edən diaqonal bir körpüdür. == Formalaşma == Miosenin əvvəlində indiki Kiçik dəniz boğazı, Olxon adası və Akademik silsiləsinin yerində, kiçik (dərinliyi bir neçə on metrə qədər olan) göllər, habelə torf bataqlıqları əmələ gəlmişdir. Beləliklə Orta Miosenə qədər (təxminən 8-9 milyon il əvvəl) gələcək sualtı silsilə Baykal gölünün şimal sahili idi. Tədricən göl şimala doğru genişlənməyə başladı. Bunun nəticəsində yeni bir hövzə meydana gəldi. Bu nəticəyə tədqiqatçılar alt çöküntüləri araşdırdıqdan sonra gəlirlər: cənubi və mərkəzi hövzələrdə çöküntülərin qalınlığı təxminən 8 min metr, şimalda isə cəmi 4-5 min metrdir. Mərkəzi hövzənin şimal sərhədi batdıqca, əvvəlcə Akademik silsilə və Müqəddəs Burun bloklarını ayıran boğaz meydana çıxır, həmçinin Şimal hövzənin daşması da başlayır. Sonra Son Miosendə, (7-9 milyon il əvvəl) massivin ortasında başqa bir boğaz meydana gəlir. Ümumiyyətlə bu sualtı silsilənin əmələ gəlməsi Pleystosennin sonuna qədər davam etmişdir.
Asəf Hacıyev (akademik)
Asəf Hacıyev (tam adı: Asəf Hacı oğlu Hacıyev; 29 may 1951 və ya 1951, Kirovabad) — Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) baş katibi, Milli Məclisin sabiq üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA həqiqi üzvü, BDU-nun ehtimal nəzəriyyəsi və riyazi statistika kafedrasının müdiri, AMEA Kibernetika İnstitutunun şöbə müdiri. == Həyatı == Asəf Hacıyev 1951-ci il mayın 29-da Gəncə şəhərində anadan olmuşdur. 1973-cü ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirmişdir. 1979-cu ildə M. V. Lomonosov adına Moskva Dövlət universitetində namizədlik dissertasiyasına (riyaziyyat üzrə fəlsəfə doktoru) və 1993-cü ildə N. Bauman adına Moskva Dövlət Texniki universitetində elmlər doktoru dissertasiyalarını uğurla medafiə etmişdir. Fizika-riyaziyyat elmləri doktoru, professordur. 2014-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvüdür. Aparıcı elmi nəşriyyatlarda çap olunmuş 4 kitabın və 150-dən çox elmi məqalənin müəllifidir. Şpringer nəşriyyatında çap olunmuş 10 kitabın redaktorudur. İngilis, rus və türk dillərində sərbəst danışır. Ümümdünya elmlər Akademiyasının, Moldova Elmlər Akademiyasının, Monqolıstan Milli elmlər Akademiyasının üzvü və Chenqdu (Çin) universitetinin Fəxri professorudur.
Bəxtiyar Məmmədov (akademik)
Bəxtiyar Məmmədov (Məmmədov Bəxtiyar Əjdər oğlu; 1 yanvar 1951, İsmayıllı rayonu) — Kimya elmləri doktoru, Professor, AMEA-nın müxbir üzvü (2014). == Həyatı == 1 yanvar 1951-ci ildə İsmayıllı rayonu, Diyallı kəndində anadan olub. == Təltif və mükafatları == Azərbaycan Respublikası “Avropa Nəşr Mətbuat Evi”nin “ƏN YAXŞI VƏTƏNPƏRVƏR TƏDQİQATÇI ALİM” mükafatının diplomu və qızıl medalı Thomson Reuters şirkətinin Fəxri fərmanı və diplomu == Elmi əsərləri == 1.Mamedov B.A., Shahnazarli R.Z., Rzаyеv R.S. et. all. Synthesis of Oligohydroxynapthylenes and Their Use in Making of Heat-Stable and ElectroConducting Rubbers // Journal of Chemistry and Chemical Engineering. 2011, 8, Vol.5, No. 8-9, P. 2. Kasebi F.S. , Gezaz S.M., Mamedov B.A. Preparation, acid curing and thermal stability of various formulated phenolic resole resins: Unfilled and nanocomposites,/ International journal of Polymeric Materials, London 2012, Vol.61, N 5, p. 323-340. 3.
Cəbrayıl Hüseynov (akademik)
Cəbrayıl Muxtar oğlu Hüseynov (3 (16) yanvar 1913 və ya 16 yanvar 1913, Nuxa – 14 dekabr 1974 və ya 1974, Bakı) — akademik, aqrar elmlər doktoru (1947), professor (1948). == Həyatı == Hüseynov Cəbrayıl Muxtar oğlu 1913-cü il yanvarın 16-da Şəki şəhərində doğulmuşdur. C.Hüseynov Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Aqronomluq fakültəsini bitirmişdir (1934). C.Hüseynov aqrar elmlər namizədi (1939) və aqrar elmlər doktoru (1947) dərəcəsini, professor (1948) elmi adını almışdır. == Elmi naliyyətləri == AMEA-nın müxbir üzvü (1949), həqiqi üzvü (1961) seçilmişdir. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda və Azərbaycan ET Pambıqçılıq İnstitutunda baş elmi işçi işləmişdir (1936). Ümumittifaq Elmi Tədqiqat Gübrələmə və Aqrotorpaqşünaslıq İnstitutunun aspirant olmuşdur (1936-1939). SSRİ Elmlər Akademiyasının Azərbaycan Torpaqşünaslıq sektorunda baş elmi işçi (1940), Torpaqşünaslıq və Aqrokimya Bölməsində direktor işləmişdir (1944-1945). Azərbaycan SSR EA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun ilk direktoru olmuş (1945) və bu vəzifədə 1952-ci ilə kimi çalışmışdır. ADU-nun Biologiya fakültəsinin professoru olmuşdur (1969).
Cəlal Əliyev (akademik)
Cəlal Əlirza oğlu Əliyev (30 iyun 1928, Naxçıvan – 31 yanvar 2016, Bakı) — azərbaycanlı elm, dövlət və siyasi xadim; Professor, AMEA Rəyasət Heyətinin üzvü, Azərbaycan Milli Məclisinin I çağırış üzvü. == Həyatı == Cəlal Əliyev 1928-ci il iyunun 30-da Naxçıvan şəhərində anadan olub.Cəlal Əliyev ailəli və bir qız atası idi. C. Məmmədquluzadə adına Naxçıvan Dövlət Müəllimlər İnstitutunda təbiat-coğrafiya üzrə orta, S. Kirov adına Azərbaycan Dövlət Universitetində isə biologiya üzrə ali təhsil alıb. İngilis və rus dillərini bilirdi. Yeni Azərbaycan Partiyasının (YAP) üzvü idi. Azərbaycan,Rus və ingilis dillərini bilirdi. == İş təcrübəsi == 1948-ci ildən Azərbaycan Dövlət Universitetinin bitki fiziologiyası kafedrasında laborant işləmişdir. 1954-cü ildən Azərbaycan EA-nın Elmi Tədqiqat Əkinçilik İnstitutunda kiçik elmi işçi, baş elmi işçi, laboratoriya müdiri vəzifələrində çalışmışdır. 1971–1990-cı illərdə Azərbaycan EA-nın Botanika İnstitutunda fotosintezin fiziologiyası yaradıcı qrupunun rəhbəri, laboratoriya müdiri, şöbə müdiri, Azərbaycan EA-nın Biologiya elmləri bölməsinin akademik-katibi olmuşdur. 2010-cu il noyabrın 7-də 62 saylı Saatlı seçki dairəsindən yenidən Azərbaycan Respublikası Milli Məclisinin deputat seçilmişdir.
Cəlil Hüseynov (akademik)
Cəlil Yusif oğlu Hüseynov ― akademik, Əməkdar elm xadimi (1957), Azərbaycan SSR EA-nın həqiqi üzvü (1967). == Həyatı == Cəlil Hüseynov 28 dekabr 1896-cı ildə Şəki şəhərində anadan olmuşdur. O, 1905-1907-ci illərdə Şəki şəhərindəki rus məktəbində, 1908-1918-ci illərdə Tiflisdə I oğlanlar gimnaziyasında, 1919-cu ildə isə Bakı oğlanlar gimnaziyasında təhsil almışdır. Orta məktəbi bitirdikdən sonra ali təhsilini 1924-cü ildə Bakı Dövlət Universitetinin Tibb fakültəsində almışdır. == Fəaliyyəti == Cəlil Hüseynov 1924-1946-cı illərdə akademik İ.İ.Şirokoqorovun rəhbərlik etdiyi Patoloji anatomiya kafedrasında assistent, dosent, professor olaraq fəaliyyət göstərmişdir. Eyni zamanda 1925-ci ildə "Muğam malyariya ekspedisiyası"nın Cənub-Muğan qrupuna rəhbərlik etmişdir. O, 1946-1979-cu illərdə Azərbaycan Tibb Universitetinin Patoloji anatomiya kafedrasının müdiri vəzifəsini icra edərək elmi-pedaqoji fəaliyyət göstərmişdir. Habelə alim 1946-1979-cu illərdə Azərbaycan Səhiyyə Nazirliyinin baş patoloqanatomu kimi fəaliyyət göstərmişdir.Cəlil Hüseynov patoloji anatomiya sahəsi üzrə böyük xidmətləri olan alimdir. Malya­riya zamanı nekroz və qanqrenaların, tropik malyariya, qarayara, səpkili yata­laq xəstəliklərinin patomorfologiyası və patogenezinin, habelə müxtəlif xəstəliklər zamanı periferik sinir sisteminin patomorfologiyasının öyrənilməsi məsələləri alimin fəaliyyətinin əsasını təşkil edir.Azərbaycan elminə böyük töhfələr bəxş etmiş Cəlil Hüseynovun 200-ə yaxın elmi əsəri, monoqrafiya, dərslik və dərs vəsaitləri vardır. O, ilk dəfə Azərbaycan Tibb Universitetinin nəzdində histologiya, mikrobiologiya, patoloji anatomiya fənlərindən Azərbaycan dilində mühazirə və praktik dərslər aparmışdır.
Cəmil Quliyev (akademik)
Quliyev Cəmil Bahadur oğlu (16 dekabr 1927, Şuşa, DQMV – 27 dekabr 2010, Bakı) — Azərbaycan və sovet tarixçisi, professor, 1972–1978-ci illərdə o Azərbaycan EA Tarix İnstitutunun direktoru, 1976–1990-cı illərdə Azərbaycan EA-nın vitse-prezidenti, 1975–1988-ci illərdə Azərbaycan Sovet Ensiklopediyasının Baş redaktoru, 1989–1990-cı illərdə Azərbaycan Dövlət Universitetinin rektoru, 1976–1991-ci illərdə və 1997-ci ildən 2007-ci ilədək Azərbaycan MEA Rəyasət Heyətinin üzvü, 1972-ci ildə Azərbaycan EA-nın müxbir üzvü, 1980-ci ildə həqiqi üzvü. == Həyatı == Cəmil Quliyev 16 dekabr 1927-ci ildə Şuşada anadan olub. 1944-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsinə daxil olmuş, 1946-cı ildən təhsilini M.V.Lomonosov adına Moskva Dövlət Universitetində davam etdirmiş, 1949-cu ildə həmin universiteti bitirdikdən sonra aspiranturada saxlanılmışdır. C.B.Quliyev 1952-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək təyinatla Bakıya göndərilmişdir. 1952-ci ildən ADU-da müəllim, dosent 1958–1972-ci illərdə Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitutunda elmi işlər üzrə direktor müavini işləmişdir. 1971-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş və professor adını almışdır. Həmin ildən Azərbaycan EA-da fəaliyyətə başlamışdır. 1972–1978-ci illərdə o Azərbaycan EA Tarix İnstitutunun direktoru, 1981–1990-cı illərdə Azərbaycan EA-nın vitse-prezidenti, 1975–1988-ci illərdə Azərbaycan Sovet Ensiklopediyasının baş redaktoru, 1989–1990-cı illərdə Azərbaycan Dövlət Universitetinin rektoru olmuşdur. 1976–1991-ci illərdə və 1997-ci ildən 2001-ci ilədək AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın Rəyasət Heyətinin üzvü (1997–2007) üzvü olub. 1972-ci ildə Azərbaycan EA-nın müxbir üzvü, 1980-ci ildə isə həqiqi üzvü seçilmişdir.
Fikrət Əliyev (akademik)
Fikrət Əhmədəli oğlu Əliyev (13 avqust 1949, Nüvədi, Meğri rayonu) — Fizika-riyaziyyat elmləri doktoru, Professor, akademik. == Həyatı == Əliyev Fikrət Əhmədəli oğlu 13 avqust 1949-cu ildə Mehri rayonunun Nüvədi kəndində anadan olub.“History of Science” beynəlxalq elmi-nəzəri araşdırmalar jurnalının 3-cü sayından jurnalın “Fizika-riyaziyyat və texnika elmləri” üzrə redaksiya heyətinin üzvüdür.
Fuad Əliyev (akademik)
Fuad Əliyev — kimya elmləri doktoru, akademik, AMEA-nın Gəncə bölməsinin sədri, AMEA-nın müxbir üzvü (2007), AMEA-nın həqiqi üzvü (akademik) (2014). == Həyatı == Fuad Yusif oğlu Əliyev 1 fevral 1950-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1972-ci ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini bitirdikdən sonra zabit rütbəsində ordu sıralarında xidmət etmiş, 1974-cü ildən AMEA Aşqarlar Kimyası İnstitutunda laborant, mühəndis vəzifələrində çalışmış, 1976-cı ildə aspiranturaya daxil olmuş, 1981-ci ildə aspiranturanı müvəffəqiyyətlə başa vuraraq kimya elmləri namizədi elmi dərəcəsini almışdır. Elə həmin ildə də Rəyasət Heyətinin qərarı ilə Aşqarlar Kimyası İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin olunmuşdur. F.Əliyevin bilavasitə çalışdığı sahə yeni kükürd-üzvi birləşmələrinin sintezi və onlardan aşqarlar kimi istifadə etməklə müxtəlif xassələrə malik sürtkü yağlarının alınmasında istifadə olunmasıdır. Müxtəlif quruluşa malik birləşmələrin sintez olunmasında məqsəd onların quruluşunda və tərkibində olan funksional qrupların, hetroatomların yeni alınmış maddələrin xassələrinə təsirinin, bunların isə öz növbəsində sürtkü yağlarının keyfiyyətinə göstərə biləcəyi xassələrinin öyrənilməsidir. Sintez olunmuş birləşmələr əsasında hazırlanmış sürtkü kompozisiyaları korroziyaya, siyrilməyə və yeyilməyə qarşı yüksək davamlılığa malikdirlər. Sintez edilmiş birləşmələrin tərkibində müxtəlif funksional qruplarla, hetroatomlarla yanaşı, kükürd atomunun da iştirak etməsi bu birləşmələrin bir çox dərman preparatlarının tərkibinə daxil olmasına səbəb olmuşdur. Bununla da sintez edilmiş maddələrin bir çoxunun antimikrob xassəyə malik olması müəyyən edilmişdir. 1983-cü ildən Gəncə Regional Elmi Mərkəzinin sədridir.
Həsən Abdullayev (akademik)
Həsən Məmmədbağır oğlu Abdullayev (20 avqust 1918, Yaycı, Naxçıvan qəzası – 1 sentyabr 1993, Bakı) — SSRİ və Azərbaycanın görkəmli fiziki, alim, müəllim, elm təşkilatçısı, Sovet İttifaqı və dünyada yarımkeçiricilər fizikasının / mikroelektronikasının banilərindən biri, Azərbaycan Dövlət mükafatı laureatı, SSRİ Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan EA-nın həqiqi üzvü, 1970–1983-cü illərdə Azərbaycan EA-nın prezidenti.Həsən Abdullayev 1952-ci ildə ilk dəfə yarımkeçirici kristallarda p-n keçidin işləmə prinsipinin fiziki mahiyyətini ətraflı izahını verib. O, yenilikçi texnologiyanın inkişafına, qlobal elmi və texnoloji tərəqqiyə əhəmiyyətli bir töhfə verən və güclü təsir göstərən fotoelementlər, günəş və termoelementlər kimi yaddaş elementləri, lazerlər, kibernetikada çip texnologiyası, alternativ enerji kimi elektronikanın tədqiqinə və inkişafı məsələləri ilə məşğul olub. Abdullayevin elmi nailiyyətləri sayəsində, yarımkeçiricilərə əsaslanan dünya texnologiyası intensiv sürətlə miniatürləşməyə başlamış, daha yüngül, mobil və rahat olub. Azərbaycan SSR-də Abdullayev elmi və texnoloji tərəqqi inqilab etmiş və bir növ milli "Silikon Vadisi"ni yaratmışdır. Alim-fizik, dünya elmində əhəmiyyətli rol oynayan yarımkeçirici fizikada, selenyum və analoqlarına əsaslanan yeni bir istiqamət qurmuş, onun əsasında mikroelektronika sahəsində ilkin, öz elmi məktəbini, bu istiqamətdə Akademiyada ilk laboratoriyaları və tədqiqat institutlarını yaratmışdır. Eyni zamanda, o, SSRİ şəraitində üzərinə böyük risk alarag tədqiqat institutları nəzdində yenilikçi layihələrin həyata keçirilməsi üçün ilk Xüsusi Konstruktur Büroları (XKB) yaratmışdır. Həsən Abdullayev SSRİ, ABŞ, Yaponiya, Almaniya, Böyük Britaniya, Fransa, İsveç, İtaliya, Hindistan və digər ölkələrdə patentləşdirilmiş mindən çox elmi əsərin və 400-ə yaxın ixtiranın müəllifidir. == Həyatı == Həsən Abdullayev 20 avqust 1918-ci ildə Culfa rayonunun Yaycı kəndində anadan olmuşdur. Abdullayev 1941-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika fakültəsini bitirmişdir.1941–1944-cü illərdə Ordubad Pedaqoji Məktəbində dərs demişdir.1945-ci ildən Azərbaycan EA-da işə başlamışdır. Laborantdan akademikədək, Azərbaycan EA Prezidentinə kimi yüksəlmişdir.
Həsən Əliyev (akademik)
Həsən Əlirza oğlu Əliyev (15 dekabr 1907, Comardlı, Zəngəzur qəzası – 2 fevral 1993, Bakı) — Azərbaycan alimi, ictimai-siyasi xadim, Azərbaycan SSR əməkdar elm xadimi (1974), Ümumittifaq Torpaqşünaslıq Cəmiyyətinin üzvü, Ümumittifaq Coğrafiya Cəmiyyətinin üzvü, Azərbaycan SSR EA Partiya Komitəsinin katibi (1950), Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirinin birinci müavini, Azərbaycan MK katibi (1952), AMEA-nın akademik katibi (1952–1957), Bakı şəhəri Zəhmətkeş Deputatları Sovetinin deputatı (1953–1956), Dünya Universitetinin elmi və mədəniyyət üzrə doktoru (ABŞ), İngiltərə Kraliça Biblioqraflar Cəmiyyətinin həqiqi üzvü, AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru(1968–1987). == Həyatı == Həsən Əlirza oğlu Əliyev 1907-ci il dekabr ayının 15-də Ermənistanın Sisyan rayonunun (keçmiş Zəngəzur qəzası) Çomərdlii kəndində anadan olmuşdur. 1917-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdikləri qırğın nəticəsində bütün Zəngəzur mahalının əhalisi kimi Həsən Əliyevin ailəsi də Naxçıvan şəhərinə deportasiya edildi. Naxçıvanana gəldikdən sonra 1917–1924-cü illərdə müxtəlif işlərdə işləyib. O, 1925-ci ildə kənd axşam məktəbinə daxil olmuşdur. 1930-cu ildə isə Naxçıvan Kənd Təsərrüfatı Texnikumunu bitirmişdir. Texnikumda təhsil aldığı müddətcə 1927-ci ildə Naxçıvan MR Torpaq Komissarlığının kənd təsərrüfatı zərərvericilərilə mübarizə şöbəsinin işçisi olmuşdur. 1929-cu ildə Naxçıvan Pambıq birliyində və Azpambıqbirliyinin Gəncə dairəsi üzrə təlimatçısı vəzifələrində çalışıb. O, 1930-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna (indiki AKTA) daxil olub və 1932-ci ildə oranı bitirib. İnstitutda oxumaqla yanaşı Gəncə şəhərindəki Qarayeri sovxozu məktəbində müəllim işləyib.
Maqsud Əliyev (akademik)
Əliyev Maqsud İsfəndiyar oğlu (27 avqust 1924, Tiflis – 23 dekabr 2016, Bakı) — akademik, Azərbaycan Respublikası EA fizika-riyaziyyat və texnika elmləri bölməsinin akademik-katibinin müavini. == Həyatı == Maqsud Əliyev 1924-cü il avqustun 27-də Tiflis şəhərində anadan olmuşdur. 1931-ci ildə Tiflisdə orta məktəbin birinci sinfinə getmiş, 1941-ci ildə həmin məktəbi bitirmişdir. 1941-1943-cü illərdə Tiflis Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsində tələbə olmuş, 1943-1945-ci illərdə isə Sovet Ordusu sıralarında xidmət etmişdir. 1950-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini bitirmiş, Politexnik İnstitutunda, Neft və Kimya İnstitutunda, Azərbaycan Dövlət Universitetində pedaqoji iş aparmışdır. O, eyni zaman da Azərbaycan EA Fizika və Riyaziyyat İnstitutunda elmi-tədqiqat işləri ilə də məşğul olmuşdur. == Elmi fəaliyyəti == Maqsud Əliyevin elmi fəaliyyəti çox maraqlı xüsusiyyətlərə malik olan selen yarımkeçiricisinin fiziki xassələrinin öyrənilməsinə yönəlmişdir. O, selenin kristallaşmasına, elektrik, optik və istilik xassələrinə az miqdarda aşqarların tə’sirinin ilk tədqiqatçılarından biridir. M.İ. Əliyev bu nəticələri ümumiləşdirərək 1957-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. M.İ. Əliyev 1961-ci ildən Azərbaycan EA Fizika İnstitutunda əvvəlcə böyük elmi işçi, sonralar isə "Yarımkeçiricilərdə köçürmə hadisələri" laboratoriyasının müdiri vəzifəsində çalışmışdır.
Nizami Cəfərov (akademik)
Nizami Qulu oğlu Cəfərov (21 sentyabr 1959, Zəlimxan, Ağstafa rayonu) — Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, filologiya elmləri doktoru (1991), professor (1993), əməkdar elm xadimi (2000), AMEA-nın həqiqi üzvü (2017), Azərbaycan Yazıçılar Birliyinin üzvü, Dünya Alpaqut Federasiyasının Prezidenti (2015-2022) 2019-cu ildən BDU-nun Ümumi dilçilik kafedrasının müdiridir. 2022-ci ildən "ADA" Universitetində "Azərbaycançılıq" kursunu tədris edir. == Həyatı == Nizami Cəfərov 1959-cu 21 sentyabrda Ağstafa rayonunun Zəlimxan kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1985-ci ildən Azərbaycan EA-nın Nəsimi adına Dilçilik İnstitutunun elmi işçisi olmuşdur. 1987-ci ildən "Ədəbiyyat və incəsənət" qəzetinin şöbə müdiri, 1991-ci ildən Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müəllimi, professoru, Filologiya fakültəsinin dekanı(1994–2001) vəzifələrində çalışmışdır. Bakı Dövlət Universitetinin Ümumi dilçilik kafedrasının müdiri (2001–2015)olub. 2019-cu ildən yenidən Bakı Dövlət Universitetinin Ümumi dilçilik kafedrasının müdiridir. 2022-ci ildən "ADA" Universitetində "Azərbaycançılıq" kursunu tədris edir. Nizami Cəfərov Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodik Şurası "Azərbaycan dili və ədəbiyyatı" bölməsinin üzvü kimi orta ümumtəhsil məktəbləri üçün Azərbaycan dili proqramlarının, dərsliklərinin hazırlanmasında iştirak etmişdir.
Ramiz Məmmədov (akademik)
Ramiz Mahmud oğlu Məmmədov (4 fevral 1950, Qaracalar, Qardabani rayonu – 7 iyun 2021, Bakı) — Azərbaycan alimi, ictimai-siyasi xadim, okeanoloq-hidroloq, texnika elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü (2014), Doktorluq Dissertasiyası Şurasının sədri (2002), Xəzər dənizi Tədqiqatları üzrə Əlaqələndirmə Şurasının sədri (2005), Coğrafiya Elminin Fundamental Problemləri üzrə Beynəlxalq Elmi Şuranın (Moskva ş.) (2002), Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı nəzdində yaradılmış Təmiz su beynəlxalq mərkəzin direktorlar şurasının üzvü (2001), Avropa İttifaqının Cənubi Qafqaz ölkələri üzün təsis etdiyi Beynəlxalq Ekoloji Mərkəzin (Tbilisi) Konsultativ Şurasının prezidenti Körpü Azərbaycan-Gürcüstan dostluq və mədəni əlaqələr cəmiyyətinin sədri, Respublika Dövlət Mükafatı Laureatı (2016) ,Azərbaycan Coğrafiya Cəmiyyətinin sədri, Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya Komissiyasının sədri, AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru. == Həyatı == Ramiz Məmmədov 4 fevral 1950-ci ildə Gürcüstan SSR Qardabani rayonunun Qaracalar kəndində anadan olmuşdur. 1967-ci ildə həmin kəndin orta məktəbini bitirmiş və Azərbaycan Dövlət Universitetinin fizika fakultısinə qəbul olunmuş və 1972-ci ildə ali təhsilini başa vurmuşdur. 1973-cü ildə AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda Xəzər Dənizi Problemləri Mərkəzində başlamışdır. Coğrafiya İnstitutunun Elmi şurasının qərarı ilə 1975–1976-cı illərdə Moskva Okeanologiya İnstitutunda stajyor olmuş, 1977-ci ildə isə həmin institutun əyani aspiranturasına qəbul olunmuşdur. 1980-ci ilin yanvar ayında o Dayaz dənizlərdə və şirinsulu sututarlarında turbulent mübadilə mövzusunda Moskva Okeanologiya İnstitutunun Dissertasiya Şurasında Okeanologiya ixtisası üzrə namizədlik ddissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi adını almışdır. 1980–1985-ci illərdə Azərbaycan Kosmik Tədqiqatlar Elm-İstehsalat Birliyində Xəzər elmi tədqiqat stansiyasının müdiri vəzifəsində çalışmış, 1985-ci ildə AMEA-nın Rəyasət Heyətinin qərarı ilə əvvəl Geologiya, 1989-cu ildə isə yenidən Coğrafiya İnstitutuna işə qaytarılmışdır. 1991-ci ildən AMEA akad.H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Xəzər Dənizi Problemləri Mərkəzinin müdiri, 1995–2013-cü illər ərzində isə həmin institutun elmi işlər üzrə direktor müavini vəzifəsində işləmiş, 2013-cü ildən isə AMEA H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru vəzifəsində çalışır. 1996-cı ildə Xəzər dənizinin hidrofiziki sahələrinin dəyişkənliyi və onların çirkləndiricilərin yaılmasına təsiri mövzusunda doktorluq dissertasiyası müdafiə edərək texnika elmləri doktoru elmi adını almış, 2001-ci ildə coğrafiya ixtisası üzrə AMEA-nın müxbir üzvü seçilmişdir. 2009-cu ildə Azərbaycan Ali Attestasiya Komissiyasının qərarı ilə ona hidrologiya ixtisası üzrə professor elmi rütbəsi verilmişdir.
Telman Əliyev (akademik)
Telman Abbas oğlu Əliyev (2 may 1935) — texnika elmləri doktoru, professor, akademik, AMEA-nın müşaviri. == Həyatı == Əliyev Telman Abbas oğlu 2 may 1935-ci ildə Azərbaycanın Goranboy rayonunda zəhmətkeş ailəsində anadan olmuşdur. 1943–1950-ci illərdə Azərbaycanın Goranboy rayonunun Dəliməmmədli qəsəbəsinin natamam orta, 1950–1953-cü illərdə isə Əzizbəyov adına kənd orta məktəbində təhsil almışdır. 1953-cü ildə M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutuna qəbul olub və 1958-ci ildə həmin institutu bitirmişdir. İnstitutu bitirdikdən sonra təyinat ilə Hesablama mərkəzinə (hazırda İdarəetmə Sistemləri İnstitutu) göndərilib və orada 1962-ci ilə kimi texnik, mühəndis, baş mühəndis vəzifələrində çalışmışdır. 1962-ci ildə aspiranturaya daxil olmuşdur. T.A. Əliyev, 1966-cı ildə, Bauman adına Moskva Dövlət Texniki Universitetinin kafedra müdiri, professor V.V. Solodovnikovun rəhbərliyi ilə namizədlik dissertasiyasını, 1977-ci ildə isə "Texniki kibernetika və informasiya nəzəriyyəsi" ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir və 1985-ci ildə rofessor adını almışdır. 1983-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2001-ci ildə isə həqiqi üzvü seçilmişdir. T.A. Əliyev 1958–1960-cı illərdə yaradılmış, Azərbaycanda informatikanın inkişafında həlledici rol oynayan "Elektron hesablama maşınları" laboratoriyasının əsas təşkilatçısı və 1976-cı ilə qədər rəhbəri olmuşdur. O, Sovet İttifaqının informatika və hesablama texnikası cəmiyyətinin İdarə heyətinin üzvü, informatika, hesablama texnikası və kibernetika üzrə Ekspert Şurasının üzvü olmuşdur.
Teymur Bünyadov (akademik)
Teymur Əmiraslan oğlu Bünyadov (20 yanvar 1928, İkinci Şıxlı – 8 aprel 2022, Bakı) — Azərbaycan tarixçi-etnoqrafı, tarix elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Tarixi Etnoqrafiya şöbəsinin müdiri, AMEA Humanitar və İctimai Elmlər bölməsinin akademik-katibinin müavini, YAP-ın üzvü, Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı., Eyni zamanda Milli Məclisin Elm və Təhsil Məsələləri Daimi Komissiyasının sədri, Azərbaycan Respublikası Milli Məclisi yanında Toponimika Komissiyasının sədr müavini, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının "Arxeologiya" və "Etnoqrafiya" ixtisasları üzrə dissertasiyaların müdafiəsi şurasının sədri, Respublika Ağsaqqallar Şurasının sədr müavini, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, "Şöhrət" ordenli, Azərbaycan Milli Elmlər Akademiyasının Fəxri fərmanı, "Qızıl qələm" mükafatı laureatı, Abbasqulu ağa Bakıxanov mükafatı ilə təltif olunmuşdur. == Həyatı == Teymur Bünyadov 1928-ci il yanvarın 20-də Qazax bölgəsinin II Şıxlı kəndində doğulub. Orta məktəbi qızıl medalla bitirmiş, 1946–1951-ci illərdə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil almışdır. Universiteti uğurla başa vuran az sonra SSRİ Elmlər Akademiyasının Maddi Mədəniyyət Tarixi İnstitutunun aspiranturasına daxil olmuş, məşhur Qafqazşünas alim, Lenin mükafatı laureatı Y. İ. Krupnovun rəhbərliyi altında namizədlik dissertasiyası müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi almışdır. Müdafiədə iştirak edən Qafqazşünas alimlər dissertasiya işinə yüksək qiymət vermiş, bu mövzuda tədqiqat əsərinin təkcə Azərbaycanda deyil, hətta bütün Qafqazda ilk dəfə qələmə alındığını və tarixşünaslıq baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışlar. Öz tədqiqatı ilə Qafqazın əkinçilik mədəniyyətinin vətəni olduğunu sübut edən gənc alim üçün təcrübəli həmkarlarının verdiyi bu qiymət böyük uğur idi. == Fəaliyyəti == === Elmi Fəaliyyəti === Moskva həyatını başa vurub, 1955-ci ilin mayında vətənə dönən T. Bünyadov sonrakı elmi fəaliyyətini Azərbaycan Elmlər Akademiyasının Tarix, 1993-cü ildən isə Arxeologiya və Etnoqrafiya İnstitutunda davam etdirir. 1968-ci ildə o, "Azərbaycanın qədim və Orta əsrlərdə təsərrüfat həyatı" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, arxeologiya və etnoqrafiya elmləri sahəsində respublikada ilk tarix elmləri doktoru alimlik dərəcəsi almış, 1970-ci ildə isə professor adına layiq görülmüşdür. Taleyini elmə bağlayan 1989-cu ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 2001-ci ildə isə AMEA-nın həqiqi üzvü seçilmişdir. 1960-cı ildə Teymur Bünyadovun irihəcmli "Azərbaycan arxeologiyası oçerkləri" adlı kitabı çap olundu.
Tofiq Hacıyev (akademik)
Tofiq İsmayıl oğlu Hacıyev (1 may 1936, Soltanlı, Cəbrayıl rayonu – 27 noyabr 2015, Bakı) — Azərbaycan dilçisi, türkoloq-alim, filologiya elmləri doktoru, Nəsimi adına Dilçilik İnstitutunun direktoru (?—2015), Bakı Dövlət Universitetinin türkologiya kafedrasının müdiri (?—2015), AMEA-nın həqiqi üzvü, akademik (2014), Azərbaycan Respublikasının maarif naziri (1993). == Həyatı == Tofiq Hacıyev 1 may 1936-cı ildə Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olub. Soltanlı kənd orta məktəbini bitirib. 1953-cü ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olunub, 1958-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib və dilçilik ixtisası üzrə aspiranturaya qəbul edilib. 1962-ci ilin martında "Azərbaycan dilinin Cəbrayıl şivəsi" mövzusunda namizədlik, 1969-cu ildə "XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili" mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə 30 oktyabr 2009-cu ildə "Şöhrət" ordeni ilə təltif edilmişdir. 27 noyabr 2015-ci ildə səhər saatlarında yaşadığı evdə dəm qazından zəhərlənərək dünyasını dəyişib. İkinci Fəxri Xiyabanda dəfn olunub. == Elmi fəaliyyəti == Tofiq Hacıyevin "Sabir: qaynaqlar və sələflər" (1980), "Şeirimiz, nəsrimiz, ədəbi dilimiz" (1990), "Dədə Qorqud: dilimiz, düşüncəmiz" (1999) kitabları işıq üzü görüb. "Azərbaycan sovet ədəbiyyatı" (1988) dərsliyinin ərsəyə gəlməsində həmmüəllif kimi iştirak edib.
Akademik Adilə Namazova (film, 2007)
Akademik Adilə Namazova filmi 2007-ci ildə "Salnamə" sənədli filmlər studiyasında çəkilmişdir. Film Azərbaycan pediatrı, kardioloq, Tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi Adilə Namazovanın həyat və fəaliyyətindən bəhs edir. == Məzmun == Film Azərbaycan pediatrı, kardioloq, Tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi Adilə Namazovanın həyat və fəaliyyətindən bəhs edir.
Akademik Bünyadovun missiyası (film, 2012)
Akademik Bünyadovun missiyası qısametrajlı sənədli filmi 2012-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının sifarişilə "Buta film" kino şirkətində istehsal edilmişdir. Film şərqşünas, tarixçi, Sovet İttifaqı Qəhrəmanı, Dövlət Mükafatı Laureatı, əməkdar elm xadimi mərhum alim Ziya Bünyadovun həyat və fəaliyyətindən bəhs edir. == Məzmun == Film şərqşünas, tarixçi, Sovet İttifaqı Qəhrəmanı, Dövlət Mükafatı Laureatı, əməkdar elm xadimi mərhum alim Ziya Bünyadovun həyat və fəaliyyətindən bəhs edir. Film Sovet İttifaqı qəhrəmanı, akademik Ziya Bünyadovun 90 illiyinə həsr olunub.
Akademik Heydər Hüseynov (film, 2005)
Akademik Heydər Hüseynov qısametrajlı sənədli televiziya filmi rejissor Şərif Qurbanəliyev tərəfindən 2005-ci ildə çəkilmişdir. Azərbaycan Televiziyasında istehsal edilmişdir. Film görkəmli alim, istedadlı filosof, akademik Heydər Hüseynova həsr olunmuşdur. == Məzmun == Film görkəmli alim, istedadlı filosof, akademik Heydər Hüseynova həsr olunmuşdur. Filmdə alimin qızları onun keşməkeşli həyatını bir daha vərəqləyirlər.
Akademik Həsən Əliyev adına Azərbaycan Respublikasının Zəngəzur Milli Parkı
Zəngəzur Milli Parkı (tam adı: Akademik Həsən Əliyev adına Azərbaycan Respublikasının Zəngəzur Milli Parkı) – 2003-cü ilin 16 iyun tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun inzibati ərazisinin 12131 hektarında yaradılmışdır. 2009-cu il 25 noyabr tarixinədək Akademik Həsən Əliyev adına Ordubad Milli Parkı adlanmış, həmin tarixdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə adı dəyişdirilmişdir. Ordubad Milli Parkının ərazisi Şahbuz, Culfa, Ordubad rayonlarının torpaqları hesabına genişləndirilərək sahəsi 42797,4 hektara çatdırılmışdır. Milli Parkla yanaşı, xüsusi mühafizə olunan təbiət ərazisinin 27870,0 hektarında Ordubad Dövlət Təbiət Yasaqlığı yerləşir. == Coğrafiyası == Orta hündürlüyü 3200 metrə çatan Zəngəzur silsiləsi Kiçik Qafqazın bütün silsilələrindən yüksəkdir. Onun ən yüksək zirvəsi olan Gəmiqaya Zəngəzur Milli Parkının ərazisində olmaqla 3906 metrdir. Bu eyni zamanda Kiçik Qafqazın Azərbaycan Respublikası ərazisində ən yüksək zirvəsidir. Zəngəzur silsiləsinin sonuncu üçüncü hissəsi Soyuq dağdır ki, o da Zəngəzur Milli Parkının ərazisinə daxildir. Soyuq dağın mütləq yüksəkliyi 2000–3000 metr arasında tərəddüd edir. Bu hissə 12 km-lik bir məsafədə həm cənub, həm də qərb istiqamətində alçalır.
Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu
Akad. H.Əliyev adına Coğrafiya İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi təşkilat. Direktoru AMEA-nın həqiqi üzvü, akademik Ramiz Məmmədovdur. 1937-ci ildə AMEA-da coğrafiya bölməsi yaradılmışdır. == Tarixi == 1937-ci ildə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialında Coğrafiya bölməsi, 1945-ci ildə isə Azərbaycan EA-nın tərkibində Coğrafiya İnstitutu yaranmışdır. Bu zaman İnstitut fiziki, iqtisadi və xəritəçilik şöbələrindən ibarət olmuşdur, institutda 25 nəfər çalışmışdır.1946–1950-cı illərdə iqlimşünaslıq və qurunun hidrologiyası şöbələri açılır.1953-cü ildə İnstitutda Xəzər dənizi şöbəsi açılır, daha sonralar bu şöbə 2 tədqiqat gəmisi ilə təchiz olunur, onun nəzdində Xəzər Elmi-Tədqiqat Stansiyası təşkil olunur. 1972-ci ildə, dünyada ilk dəfə, Xəzərin açıq hissəsində dəniz observatoriyası yaradılır. 1970-ci ildən başlayaraq İnstitutun əsas tədqiqat istiqamətlərindən biri torpaq coğrafiyası olur, Pirqulu qoruğu ərazisində stasionar tədqiqatlar laboratoriyası yaradılır. Artıq 1989-cu ildə İnstitutda 8 problem üzrə 17 mövzuda elmi tədqiqat işləri aparılır, əməkdaşların sayı 250 nəfərə çatır. Onlardan 2 nəfəri akademik, iki nəfəri müxbir üzv, 13 nəfəri elmlər doktoru və professor, 60 nəfəri isə elmlər namizədidir.
Akademik M.F.Reşetnyov adına Sibir Dövlət Aerokosmik Universiteti
Akademik M.F.Reşetnyov adına Sibir Dövlət Aerokosmik Universiteti (rus. Сибирский государственный аэрокосмический университет) — Krasnoyarsk (Rusiya) bir universitet. Universitet 1960-ci ildə təsis edilib. Bu gün məktəb 11.500 tələbəsi var. Əsas təlim sahələri: aerokosmik, mühəndislik, gömrük, iqtisadiyyat və maliyyə.
Akademik M.Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu
Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu və ya qısaca KQKİ — 1935-ci ildə SSRİ Elmlər Akademiyasının yeni təsis edilmiş Azərbaycan filialının tərkibindəki kimya və tətbiqi kimya bölmələri əsasında yaradılmışdir. == Tarixi == Kimya İnstitutu 1935-ci ildə SSRİ Elmlər Akademiyasının yeni təsis edilmiş Azərbaycan filialının tərkibindəki kimya və tətbiqi kimya bölmələri əsasında yaradılmışdır. Hələ 1929-cu ildə Azərbaycana dəvət olunmuş SSRİ EA-nın müxbir üzvü Konstantin Krasuski Kimya İnstitutun təşkilatçısı və ilk direktoru olmuşdur. 1965-ci ildə SSRİ EA Rəyasət Heyətinin və Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Kimya İnstitutu Azərbaycan EA Qeyri-Üzvi və Fiziki-Kimya İnstitutu adlandırılmışdır. Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan EA Rəyasət Heyətinin 7 iyul 1972-ci il tarixli qərarı əsasında Azərbaycan EA Qeyri-Üzvi və Fiziki-Kimya İnstitutunun strukturu kimi fəaliyyət göstərən Naxçıvan Regional Elmi Mərkəzi yaradılmışdır. Naxçıvan Regional Elmi Mərkəzi elmin inkişafını daim diqqət mərkəzində saxlayan ölkə başçısının 7 avqust 2002-ci il tarixli sərəncamı ilə təşkil edilmiş AMEA Naxçıvan bölməsinin tərkibində öz fəaliyyətini davam etdirmişdir. 1981-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin 22 iyun 322 saylı sərəncamı ilə Qeyri-Üzvi və Fiziki-Kimya İnstitutunun nəzdində Mineral Xammalın Emalı üzrə Təcrübi İstehsalatlı Xüsusi Konstruktor Texnoloji Büro yaradıldı. 1965-ci ildə Neft-Kimya Prosesləri İnstitutunda akademik Murtuza Nağıyevin rəhbərliyi altında fəaliyyət göstərən Nəzəri Problemlər Bölməsi əsasında Azərbaycan EA Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutu (KTNPİ) yaradıldı. KTNPİ-nin yaradıcısı və ilk direktoru akademik Murtuza Nağıyev 1975-ci ilə qədər bu instituta rəhbərlik etmişdir. Keçmiş SSRİ-də analoqu olmayan KTNPİ kimyanın mühüm sahələrindən biri olan kimya texnologiyasının problemlərinin həlli istiqamətində tədqiqatlar aparan yeganə institut idi.
Akademik Mikayıl Hüseynov mükafatı
Akademik Mikayıl Hüseynov mükafatı — Azərbaycan Memarlar İttifaqının ali mükafatı.
Akademik Milli Dram Teatrı
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı və ya qısaca Azdrama — Bakıda yerləşən akademik dram teatrı. == Tarixi == Görkəmli maarifçilər Həsən bəy Zərdabinın rəhbərliyi ilə Bakı realnı məktəbin şagirdləri 1873-cü il martın 10-da "Nəciblər klubu"nda M. F. Axundovun "Lənkəran xanının vəziri" komediyasını tamaşaya qoydular. Bununla peşəkar Milli teatrımızın, başqa sözlə, Akademik Milli Dram teatrının (AMDT) bünövrəsi qoyuldu. Əvvəllər müxtəlif truppalar şəklində "Nicat", "Səfa" , "Həmiyyət" mədəni-maarif cəmiyyətləri nəzdindəki teatr dəstələrində, həmçinin "Müsəlman Dram Artistləri İttifaqı", "Hacıbəyov qardaşları müdiriyyəti" şəklində tamaşalar verən teatr, 1919-cu ildən bu günədək Dövlət Teatrı statusu ilə fəaliyyət göstərir. 1918-ci il oktyabrın 18-də Cümhuriyyət Hökuməti xalq maarifi nazirinin Azərbaycan Dövlət Teatrının yaradılması haqqında məruzəsini dinləyərək, teatr üçün Mayılov Qardaşları Teatr binasını (indiki Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının binası) almaq barədə qərar qəbul etdi. Qərarda göstərilirdi ki, Bakıda Dövlət Teatrının yaradılmasının vacibliyini və bu məqsəd üçün daha çox Mayılov qardaşları Teatr binasının yararlı olduğunu nəzərə alaraq, xalq maarifi nazirinə tapşırılsın ki, Mayılov Qardaşları Teatrını məcburi surətdə, lakin ədalətli qiymətlə, dövlət teatrı üçün öz sərəncamına alsın, onun satınalma qiymətini müəyyənləşdirmək üçün xüsusi komissiya yaratsın və həmin teatr bundan sonra Dövlət Teatrı adlandırılsın. Cümhuriyyət dövründə Dövlət Teatrı səhnəsində opera, musiqili teatr tamaşaları, xalq musiqisindən ibarət konsertlərlə yanaşı, onda mühüm dövlət tədbirləri üçün istifadə etmək nəzərdə tutulurdu. Zülfüqar və Üzeyir Hacıbıyli qardaşları truppasının bütün tədbirləri Dövlət Teatrının səhnəsində keçirilirdi. Azərbaycan Xalq Cümhuriyyəti Dövlət Teatrı öz pərdələrini ilk dəfə 1918-ci il noyabrın 4-də Hacıbəyli qardaşları truppasının hazırlağı, Nəriman Nərimanovun "Nadir Şah" faciəsinin tamaşası ilə açdı. 1919–1920-ci illərdə teatrın səhnəsində daha çox Üzeyir Hacıbəylinin opera və operattaları göstərilirdi.
Akademik Validə Tutayuq (film, 2008)
Akademik Validə Tutayuq qısametrajlı sənədli televiziya filmi rejissor Nazim Rza İsrafiloğlu tərəfindən 2008-ci ildə çəkilmişdir. Azərbaycan televiziyasında istehsal edilmişdir. Film Azərbaycan botaniki, ilk azərbaycanlı qadın biologiya elmləri doktoru Validə Tutayuq haqqındadır. == Məzmun == Film Azərbaycan botaniki, ilk azərbaycanlı qadın biologiya elmləri doktoru, professor Validə Tutayuqun həyat və fəaliyyətini əks etdirir.
Akademik Vernadski (Antarktika stansiyası)
Akademik Vernadski (ukr. Антарктична станція Академік Вернадський) — Antarktidada Ukraynaya aid qütb stansiyası. Stansiya Ukrayna Milli Elmlər Akademiyasının ilk prezidenti olmuş rus və ukraynalı mineraloq Vladimir Vernadskinin (1863-1945) adını daşıyır. Stansiya 1996-cı ildə Ukraynaya təhvil verilməzdən əvvəl, təxminən yarım əsrlik bir dövrdə İngilis araşdırma bazası olaraq mövcud idi.Bazanın əlaqələndirilməsi və operativ idarə olunması Ukrayna Təhsil və Elmlər Nazirliyinin tərkibinə daxil olan Ukraynanın Milli Antarktika Elmi Mərkəzi tərəfindən həyata keçirilir. == Tarix == === Britaniya Faraday stansiyası (Stansiya F) === Faraday Stansiyası FİDS və BAS tərəfindən idarə olunurdu və 49 il 31 gün (7 Yanvar 1947 - 6 Fevral 1996) mövcud idi.Tədqiqat bazası 1947-ci ildə bugünkü Britaniya Antarktik Müşahidə mərkəzi tərəfindən Qış Adasında quruldu. Stansiyanın əsas məqsədi geofizika, meteorologiya və ionosferika sahələrini tədqiq etmək idi. == Ukrayna Vernadski stansiyası == Ukrayna bazanı 1996-cı ilin fevralında, Britaniyadan simvolik olaraq bir funta icarəyə götürdü. Ətraf mühitin yaxşı təcrübələri və standartları ilə bazanın sökülməsi dəyəri çox baha olacaqdır. Ukraynanın Milli Antarktika Elmi Mərkəzi meteorologiya, üst atmosfer fizikası, geomaqnetizm, ozon, seysmologiya, glaciologiya, ekologiya, biologiya və fiziologiya tədqiqatlarını davam etdirir. == İqlim == Bazanın iqlimi okean subantarktikası kimi təsnif edilir.
Akademik Yusif Məmmədəliyev (film, 2005)
Akademik Yusif Məmmədəliyev qısametrajlı sənədli televiziya filmi rejissor Tahir Əliyev tərəfindən 2005-ci ildə çəkilmişdir. Azərbaycan Televiziyasında istehsal edilmişdir. Film kimyaçı, alim Yusif Məmmədəliyevə həsr olunmuşdur. Bədii obrazları Azad Şükürov, Şəlalə Şahvələdqızı, Leyla Məmmədova və Elşən Rafiqoğlu canlandırırlar. == Məzmun == Film kimyaçı, alim Yusif Məmmədəliyevə həsr olunmuşdur. Vaxtilə SSRİ EA-nın prezidenti V. L. Komarov əbəs yerə deməmişdir : Təkcə Yusif Məmmədəliyevə görə Azərbaycanda Elmlər Akademiyası açılmalıdır.
Akademik Z.Əliyeva adına Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutu
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi - Azərbaycanda xəstəxana. == Haqqında == 1946-cı ildə Elmi-Tədqiqat Göz xəstəlikləri İnstitutu fəaliyyətə başlamışdır. İnstitutun ilk direktoru tibb elmləri namizədi M.Ə.Abbasov, elmi işlər üzrə direktor müavini – prof. S.İ.Vəlixan olmuşdur. 1957-ci ildə instituta rəhbərliyi N.M.Əfəndiyev öz üzərinə götürmüşdür və bu ildən başlayaraq bu instituta 40 il ərzində rəhbərlik etmişdir. İnstitutun tarixində onun şəxsiyyəti unudulmaz bir iz qoymuşdur. N.M.Əfəndiyevin səyləri nəticəsində institutun kollektivi öz tərkibində yüksəkixtisaslı, zəkalı mütəxəssisləri, xalqına və vətəninə fədakarcasına xidmət göstərən əsl ziyalıları toplamışdır. 1998-2005-ci illərdə institutun direktoru vəzifəsini K.T.Kərimov tutmuşdur. 21 yanvar 2002-ci il tarixdə institut yüksək bir şərəfə layiq görülmüşdür. Akademik Zərifə Əliyevanın milli oftalmologiyanın inkişafında qiymətə gəlməz xidmətlərini, Azərbaycan oftalmologiya elminin görülməmiş bir səviyyəyə qaldırmağını və dünyada tanıtdırmağını, Oftalmologiya institutunun yeni binasının tikintisi haqda təşəbbüsünü və səyini nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin Heydər Əliyevin 869 saylı sərəncamı ilə institutumuza görkəmli alim, akademik Z.Ə.Əliyevanın adı verilmişdir.
Akademik Zemfira Səfərova (film, 2017)
Akademik Zemfira Səfərova qısametrajlı sənədli televiziya filmi 2017-ci ildə Azərbaycan televiziyasında istehsal edilmişdir. Film əməkdar incəsənət xadimi Zemfira Səfərova haqqındadır. == Məzmun == Film əməkdar incəsənət xadimi, əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü Zemfira Səfərovanın həyat və fəaliyyətini əks etdirir.
Azərbaycan Dövlət Akademik Dram Teatrı
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı və ya qısaca Azdrama — Bakıda yerləşən akademik dram teatrı. == Tarixi == Görkəmli maarifçilər Həsən bəy Zərdabinın rəhbərliyi ilə Bakı realnı məktəbin şagirdləri 1873-cü il martın 10-da "Nəciblər klubu"nda M. F. Axundovun "Lənkəran xanının vəziri" komediyasını tamaşaya qoydular. Bununla peşəkar Milli teatrımızın, başqa sözlə, Akademik Milli Dram teatrının (AMDT) bünövrəsi qoyuldu. Əvvəllər müxtəlif truppalar şəklində "Nicat", "Səfa" , "Həmiyyət" mədəni-maarif cəmiyyətləri nəzdindəki teatr dəstələrində, həmçinin "Müsəlman Dram Artistləri İttifaqı", "Hacıbəyov qardaşları müdiriyyəti" şəklində tamaşalar verən teatr, 1919-cu ildən bu günədək Dövlət Teatrı statusu ilə fəaliyyət göstərir. 1918-ci il oktyabrın 18-də Cümhuriyyət Hökuməti xalq maarifi nazirinin Azərbaycan Dövlət Teatrının yaradılması haqqında məruzəsini dinləyərək, teatr üçün Mayılov Qardaşları Teatr binasını (indiki Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının binası) almaq barədə qərar qəbul etdi. Qərarda göstərilirdi ki, Bakıda Dövlət Teatrının yaradılmasının vacibliyini və bu məqsəd üçün daha çox Mayılov qardaşları Teatr binasının yararlı olduğunu nəzərə alaraq, xalq maarifi nazirinə tapşırılsın ki, Mayılov Qardaşları Teatrını məcburi surətdə, lakin ədalətli qiymətlə, dövlət teatrı üçün öz sərəncamına alsın, onun satınalma qiymətini müəyyənləşdirmək üçün xüsusi komissiya yaratsın və həmin teatr bundan sonra Dövlət Teatrı adlandırılsın. Cümhuriyyət dövründə Dövlət Teatrı səhnəsində opera, musiqili teatr tamaşaları, xalq musiqisindən ibarət konsertlərlə yanaşı, onda mühüm dövlət tədbirləri üçün istifadə etmək nəzərdə tutulurdu. Zülfüqar və Üzeyir Hacıbıyli qardaşları truppasının bütün tədbirləri Dövlət Teatrının səhnəsində keçirilirdi. Azərbaycan Xalq Cümhuriyyəti Dövlət Teatrı öz pərdələrini ilk dəfə 1918-ci il noyabrın 4-də Hacıbəyli qardaşları truppasının hazırlağı, Nəriman Nərimanovun "Nadir Şah" faciəsinin tamaşası ilə açdı. 1919–1920-ci illərdə teatrın səhnəsində daha çox Üzeyir Hacıbəylinin opera və operattaları göstərilirdi.
Azərbaycan Dövlət Akademik Filarmoniyası
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası — Bakıda konsert kompleksi. Filarmoniya binası 1910–1912-ci illərdə mülki-mühəndis Qavril Ter-Mikelovun layihəsi əsasında Niyazi küçəsi (keçmiş Sadovaya küçəsi) və İstiqlaliyyət küçəsinin (keçmiş Nikolayevskaya küçəsi) kəsişməsində, sonradan Filarmoniya bağı adlandırılmış park (keçmiş adı Qubernator bağı) ərazisində inşa edilmişdir. Dövlət Filarmoniyası isə 25 may 1936-cı ildə yaradılmışdır. == Binası == === Tarixi === 1910-cu ilə kimi Bakıda şəhər varlılarının əylənməsi üçün taxtadan pavilyon mövcud idi. Suvaqlanmış və əhənglənmiş bu taxta bina "Ağ klub" adlandırılırdı. Bina Bakı qalasının Şirvan qapısı yaxınlığında yerləşirdi. Bir dəfə gecə güclü xəzri nəticəsində binada yanğın başlayır və "Ağ klub" tamamilə yanaraq məhv olur. Binanın qəsdən yandırılması da ehtimal edilir. 1910-cu ildə "Ağ klub"un yanaraq məhv olmasından sonra şəhərdə zənginlərin əylənməsi üçün yeni bina inşa edilməsinə ehtiyac var idi.Binanın layihəsinin hazırlanması mülki-mühəndis Qavriil Ter-Mikelova həvalə edilir. O, yerli filarmoniya binası ilə tanış olmaq üçün Azur sahilə — Monte Karloya ezam edilir.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı və ya qısaca Azdrama — Bakıda yerləşən akademik dram teatrı. == Tarixi == Görkəmli maarifçilər Həsən bəy Zərdabinın rəhbərliyi ilə Bakı realnı məktəbin şagirdləri 1873-cü il martın 10-da "Nəciblər klubu"nda M. F. Axundovun "Lənkəran xanının vəziri" komediyasını tamaşaya qoydular. Bununla peşəkar Milli teatrımızın, başqa sözlə, Akademik Milli Dram teatrının (AMDT) bünövrəsi qoyuldu. Əvvəllər müxtəlif truppalar şəklində "Nicat", "Səfa" , "Həmiyyət" mədəni-maarif cəmiyyətləri nəzdindəki teatr dəstələrində, həmçinin "Müsəlman Dram Artistləri İttifaqı", "Hacıbəyov qardaşları müdiriyyəti" şəklində tamaşalar verən teatr, 1919-cu ildən bu günədək Dövlət Teatrı statusu ilə fəaliyyət göstərir. 1918-ci il oktyabrın 18-də Cümhuriyyət Hökuməti xalq maarifi nazirinin Azərbaycan Dövlət Teatrının yaradılması haqqında məruzəsini dinləyərək, teatr üçün Mayılov Qardaşları Teatr binasını (indiki Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının binası) almaq barədə qərar qəbul etdi. Qərarda göstərilirdi ki, Bakıda Dövlət Teatrının yaradılmasının vacibliyini və bu məqsəd üçün daha çox Mayılov qardaşları Teatr binasının yararlı olduğunu nəzərə alaraq, xalq maarifi nazirinə tapşırılsın ki, Mayılov Qardaşları Teatrını məcburi surətdə, lakin ədalətli qiymətlə, dövlət teatrı üçün öz sərəncamına alsın, onun satınalma qiymətini müəyyənləşdirmək üçün xüsusi komissiya yaratsın və həmin teatr bundan sonra Dövlət Teatrı adlandırılsın. Cümhuriyyət dövründə Dövlət Teatrı səhnəsində opera, musiqili teatr tamaşaları, xalq musiqisindən ibarət konsertlərlə yanaşı, onda mühüm dövlət tədbirləri üçün istifadə etmək nəzərdə tutulurdu. Zülfüqar və Üzeyir Hacıbıyli qardaşları truppasının bütün tədbirləri Dövlət Teatrının səhnəsində keçirilirdi. Azərbaycan Xalq Cümhuriyyəti Dövlət Teatrı öz pərdələrini ilk dəfə 1918-ci il noyabrın 4-də Hacıbəyli qardaşları truppasının hazırlağı, Nəriman Nərimanovun "Nadir Şah" faciəsinin tamaşası ilə açdı. 1919–1920-ci illərdə teatrın səhnəsində daha çox Üzeyir Hacıbəylinin opera və operattaları göstərilirdi.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı — Azərbaycan Respublikasının ən böyük musiqili teatrlarından biri. Teatr tamaşaları əsasən musiqili komediya janrındadır. Böyük Vətən müharibəsi illərində teatrın işi yenidən qurulur və bu teatra Azərbaycan Dövlət Təbliğat Teatrı adı verilir. == Yaranma tarixi == Azərbaycan milli musiqili komediya janrı 20-ci əsrin əvvəllərində yaranmışdır. Opera kimi bu janrın da yaradıcısı Üzeyir Hacıbəylidir. Onun 1909-cu ildə yazdığı "Ər və arvad" musiqili komediyasının ilk tamaşası 24 may 1910-cu ildə Bakıda Nikitin qardaşlarının sirk binasında olmuşdur: Məhz bu tamaşa ilə də Azərbaycan Musiqili Komediya Teatrının əsası qoyulmuşdur. Sonrakı illərdə Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" (1911), "Arşın mal alan" (1913) musiqili komediyaları oynanıldı. İnqılaba qədərki dövrdə həmçinin Z.Hacıbəyovun "Əlli yaşında cavan", "Evliykən subay", M.Kazımovskinin "Molla Cəbi", "Vurhavur" musiqili komediyaları da tamaşaya qoyuldu. Bu komediyalarda məişətdə hökm sürən feodal-patriarxal münasibətlər, ictimai bərabərsizlik, qadın hüquqsuzluğu, rüşvətxorluq, cəhalət və s. ifşa olunur.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı
== Tarixi == 1910-cu ilin sonlarında Bakıya Rusiyadan məşhur bir opera müğənnisi qastrola gəlir. Müğənninin şərəfinə verilən ziyafətlərdən birində Bakı milyonçusu Mayılov sənətçi qadından bir də bu şəhərə nə vaxt gələcəyini soruşur. Aktrisa "heç vaxt!" deyə cavab verir. Milyonçu bu cavabın səbəbi ilə maraqlandıqda müğənni qadın deyir: "Belə böyük şəhərdə oxumağa opera binası yoxdursa, gəlməyimin nə mənası var?" Bu sözlər bakılı milyonçuya bərk təsir edir və elə oradaca qadına söz verir ki, cəmi bir il ərzində opera teatrı üçün gözəl bina tikdirəcək. Gələcək teatr binası üçün Qubernski – Torqovı (indiki Nizami) küçəsində yer alınır və tikinti başlayır. Bu cür təşəbbüsləri həmişə alqışlayan Hacı Zeynalabdin Tağıyev bildirir ki, belə bir binanı bir ilə tikmək qeyri – mümkündür. Mərc gəlirlər ki, əgər opera teatrı vaxtında hazır olsa, onun bütün xərclərini Tağıyev çəkəcək. Beləliklə, cəmi on ay ərzində – 1910–1911-ci illərdə memar N. Q. Bayevin layihələşdirdiyi teatr binası hazır olur. Ölkəmizdə ən böyük musiqili teatrı olan Azərbaycan Opera və Balet Teatrı 1920-ci ildən bu günədək bu yaraşıqlı binada fəaliyyət göstərir. 1928-ci ildə teatra M. F. Axundovun adı verilmişdir.
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı
Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı — Bakıda rus dilində fəaliyyət göstərən teatr. == Tarixi == Teatr 1920-ci ildən Bakı Azad Tənqid-Təbliğ Teatrı (BATTT), 1923-cü ildən Bakı İşçi Teatrı (BİT) adı ilə fəaliyyət göstərmişdir. 1937-ci ildən Azərbaycan Dövlət Rus Dram Teatrı adlanır. 1956-cı ildə teatra Səməd Vurğunun adı verilmişdir.1925–30 illərdə teatr "Lyubov Yarovaya" (K. Trenyov), "Qiyam" (B. Lavrenyov) və s. tamaşaları səhnələşdirmişdir. 1930–40-cı illərdə teatrın repertuarı "Don Karlos" (F. Şiller), "Romeo və Cülyetta" (V. Şekspir), "Canlı meyit" (L. Tolstoy) və s. əsərlərlə zənginləşmişdi. XX əsrin 50-ci illərdə səhnələşdirilən "Aydın" (C. Cabbarlı), "Hamam" (V. Mayakovski) və başqa tamaşalar teatrın yaradıcılıq nailiyyəti kimi qiymətləndirilməlidir. 5 mart 2019-cu ildə Azərbaycan Dövlət Rus Dram Teatrına "akademik" statusu verilməsi barədə sərəncam imzalanmışdır. == Tamaşaları == Hazırda teatrın səhnəsində dünya klassiklərinin və Azərbaycan yazıçılarının əsərləri səhnələşdirilir.
Babur adına Oş Dövlət Akademik Özbək Musiqi və Dram Teatrı
Babur adına Oş Dövlət akademik özbək musiqi və dram teatrı (rus. Ошский Государственный академический узбекский музыкально-драматический театр имени Бабура) — Qırğızıstanda ən qədim peşəkar teatr, Mərkəzi Asiyada ikinci qədim teatr. == Teatr tarixi == 1914-cü ildə Rahmonberdi Madazimovun rəhbərliyi ilə Oş yerli məktəb müəllimi Baltyhodzha Sultanov ilə teatr dərnəyi yaradılmışdır. 1918-ci ildə Oş vilayətində Rahmonberdi Madazimov rəhbərliyi ilə digər maarif rəhbərləri və müəllimlər Ibrohim Musaboev, Beknazar Nəzərov, Zhurahon Zaynobiddinov, Nazirhan Kamolov, A.Saidov, A.Eshonhonov, Abdukodir Iskhokov, Isroiljon İsmoilov, Cəlil Sobitov tərəfindən Türküstan cəbhəsində İnqilab Əsgəri Şura konsert briqadası əsasında Qırğızıstanda ilk dəfə həvəskar teatr dərnəyi təsis edildi. Rahmonberdi Madazimov teatr qrupunun ilk bədii rəhbəri, Qırğızıstanda isə teatr hərəkatının ilk təsisçisi və təşkilatçısı idi. 1919-cu ildə teatr dərnəyi drama truppası yaradılmışdır. Bu teatr truppası yalnız teatr sənətinin inkişafına deyil, həm də Qırğızıstanın cənubunda peşəkar musiqi sənətinin inkişafına xidmət etmişdir. Teatr truppasının repertuarında istehsaldan əlavə çoxsaylı konsertlər olmuşdur, həmçinin peşəkar musiqiçilərin meydana gəlməsinə qatqı təmin tamaşaların musiqi müşayiəti xalq melodiyalarının emal ilə həyata keçirilir. Gələcəkdə bu teatr truppası Babur adına Oş Dövlət akademik özbək musiqi və dram teatrının yaradılması üçün əsas oldu. Babur adına Oş Dövlət akademik özbək musiqi və dram teatrı Daşkənddə Həmzə adına Özbəkistan milli akademik dram teatrından (1913–27 fevral 1914 ildə yaradılmışdır) sonra Mərkəzi Asiyada ən qədim teatr hesab edilir.

Значение слова в других словарях

высокопроизводи́тельный высу́чивание исто́к переса́лить по-вьетна́мски самши́товый танкострои́тельный то́-то же цвирк рационали́стский фрейди́стски endotrophic great lacrimator sap-green work around вздыматься видовой гедонист докторант компостировать предвестница прочёркивать самоопределиться скотский