AKADEMİYA

Yunan sözüdür. Afinada yer adı ilə bağlıdır. Həmin yerdə e.ə 385-ci ildən eranın 579-cu ilinə qədər Platonun təsis etdiyi akademiya fəaliyyət göstərib. Tədqiqat (və ya tədris) müəssisələrinə deyirik. 

AİŞƏ
AKIN
OBASTAN VİKİ
Britaniya Akademiya Film mükafatı
"BAFTA" (ing. British Academy of Film and Television Arts) — İngilis Film və Televiziya Sənətləri Akademiyasıdır. Oscarın Birləşmiş Krallıqdakı tayı olan bu akademiya hər il film, televiziya, uşaq film və televiziya əsərlərinə mükafatları verir. 1947də İngilis Film Akademiyası olaraq, David Lean, Aleksandr Közdə, Carol Reed, Charles Laughton, Roger Manvell kimi adlar tərəfindən qurulmuşdur. 1958-də Televiziya Prodüserləri və Rejissorları Loncası ilə birləşərək Film və Televiziya Klubu olmuşdur. 1976-da isə indiki adını almışdır. BAFTA-nın ana ofisi Piccadilly, Londonda, amma İngiltərənin şimalında, Şotlandiyada, Uelsdə, Nyu-Yorkda və Los-Ancelesdə da ofisləri var. Akademiyanın mükafatı Amerikalı heykəltaraş Mitzi Cunliffe tərəfindən hazırlanmış teatr maskası şəklindədir və 1955-ci ildə Televiziya Prodüserləri Loncası tərəfindən sifariş olunmuşdu. 1989-cu ildən bu yana Los-Anceles ofisi, BAFTA, hər il öz mükafatları olan Britanya Mükafatlarını verməkdədir.
Akademiya
Akademiya — müəyyən sahə üzrə ali və əlavə təhsil prоqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar aparan ali təhsil müəssisəsi; eramızdan əvvəl IV əsrdə qədim yunan filosofu Platon tərəfindən Afina şəhəri yaxınlığındakı bağlarda əsası qoyulmuş fəlsəfi məktəbin ilk adı. Bu məktəb yunan mifik qəhrəmanı Akademin şərəfinə salınmış bağda təsis olunmuşdur. Qədim Yunanıstanda idealist fəlsəfənin mərkəzi. Müasir dövrdə bir çox elmi-tədqiqat idarələri, tədris və incəsənət xarakteri daşıyan bir çox müəssisələr akademiya adlandırılır. Əliquliyev R.M., Şükürlü S.F., Kazımova S.İ., Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2009. 201 s.
Google Akademiya
Google Akademiya (ing. Google Scholar) — bütün format və fənlərin elmi nəşrlərinin tam mətnləri üçün pulsuz axtarış sistemi. Layihə 2004-cü ilin noyabr ayından bəri beta statusunda davam edir. Google Scholar Index, Avropada və Amerikadakı ən böyük elmi nəşrçilərin nəzərdən keçirdiyi onlayn jurnalların əksəriyyətinin məlumatlarını ehtiva edir. Google Scholar funksionallığı baxımından Scirus, CiteSeerX və GetCITED-ə bənzəyir. Ayrıca, Google Scholar, pullu bir abunəlikdən sonra nəşrlərə giriş imkanı verən saytlara bənzəyir, məsələn, Scopus və Web of Science. Google Scholar-un reklam şüarı — "nəhənglərin çiyinlərində durmaq" — İsaak Nyutonun məşhur "Başqalarından daha çox şey görməyimin səbəbi nəhənglərin çiyinlərində dayandığım üçün idi" ifadəsinin bir hissəsidir, elm adamlarına hörmət əsrlər boyu elmin inkişafına töhfə verən və yeni kəşflər və nailiyyətlər üçün zəmin yaradanlar. Google Scholar layihəsi, Aleks Verstak və daha sonra Google axtarış indeksinin yaradılması üzərində işləyən Anuraq Açarya ilə müzakirə ilə başladı. 2006-cı ildə Microsoft Windows Live Academic Search layihəsini başlatdı. Potensial bir rəqibin ortaya çıxmasından sonra Google Scholar biblioqrafik məlumat idarəetmə proqramlarına (RefWorks, RefMan, EndNote və BibTeX kimi) istinadları idxal etmək qabiliyyətini əlavə etdi.
Hərbi Akademiya insidenti
Hərbi Akademiya insidenti (士官学校事件, Şikan Qakko ciken) və ya Noyabr insidenti (十一月事件, Cuiçiqatsu ciken) – 1934-cü ilin noyabrında Yaponiyada baş vermiş hərbi çevriliş cəhdi. 1934-cü ilin noyabrında İmperiya yolu fraksiyasına (Kodoha) mənsub olan bir sıra zabitlər və Hərbi Akademiyadakı bir sıra kursantlar hərbi çevrilişə cəhd etməyi planlaşdırdıqları səbəbilə həbs olunmuşdur. Yaponiya Ordu Nazirliyi belə bir planın mövcudluğundan xəbər tutmuş, kapitan Koci Muranaka və leytenant Asaiçi İsobeni həbs etmişdir. Dəlillərin azlığı səbəbilə onlar təqsirkar hesab olunmamış, lakin altı ay müddətinə uzaqlaşdırılmışdırlar. Kursantlar isə akademiyadan xaric edilmişdirlər. Hərbi Akademiya insidenti Kodoha ilə Toseyha (Kontrol fraksiyası) arasındakı münasibətlərin gərginləşməsinə səbəb olmuşdur. Kodoha bu hadisənin Toseyha tərəfindən hərbi təhsil üzrə inspektor olan Cinzaburo Mazakini gözdən salmaq məqsədilə uydurulduğunu iddia etmişdir. Belə ki, Mazaki Kodohaya qarşı açıq simpatiyası ilə tanınırdı. İnsident Mazakinin vəzifədən uzaqlaşdırılması, davamçısı olan Tetsuzan Naqatanın bir Kodoha zabiti tərəfindən öldürülməsi ilə nəticələnmişdir. 1936-cı ildə baş vermiş 26 Fevral insidentində Muranaka və İsobe də iştirak etmişdirlər.
Azərbaycan Prezidentinin yanında Dövlət İdarəçilik Akademiyası
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Azərbaycan Respublikası Prezidentinin 3 yanvar 1999-cu il tarixli 60 saylı fərmanı ilə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun əsasında yaradılmış elm və təhsil müəssisəsidir. Bir neçə dəfə "İlin təhsil müəssisəsi" seçilmişdir. Azərbaycanda yüksək tipli ilk siyasi təhsil müəssisəsi 1921-ci ilin dekabrında təşkil edilmiş Mərkəzi Sovet Partiya Məktəbi olmuşdur. Bu məktəb 1928-ci ildə Bakı partiya komitəsi nəzdində olan Ali Sovet Partiya məktəbi ilə birləşərək, ikiillik Azərbaycan Mərkəzi Sovet Partiya məktəbi adı altında fəaliyyətini Böyük Vətən müharibəsinin başlanmasına qədərki dövrdə davam etdirmişdir. Bakı Ali Partiya məktəbi 1954-cü ildə fəaliyyətdə olan üçillik respublika partiya məktəbi əsasında 1956-cı ildə yaradıldı. Məktəbin xüsusi fakültəsində Cənubi Azərbaycandan 1945–1946-cı illərdə gəlmiş demokratik gənclər təhsil alırdı. Həmin dövrdə respublikanın bu yeganə ali siyasi təhsil ocağında təxminən 500 nəfərə qədər müdavim oxuyurdu: məktəbdə təhsil Azərbaycan və rus dillərində aparılırdı və Cənubi Azerbaycandan Azərbaycana pənah gətirmiş ziyalıların, demək olar ki, əksəriyyəti bu illərdə hissə-hissə Bakı Ali Partiya Məktəbinə qəbul olundular və hamısı da yaxşı siyasi təhsil aldılar. 1955–1959-cu illərdə Bakı Ali Partiya Məktəbində Bolqarıstan Xalq Respublikasından 10 nəfər türk; Gürcüstan və Dağıstandan, hər il hərəsindən 5–10 nəfər təhsilə qəbul olunurdular və təhsillərini qurtararaq öz vətənlərinə qayıdırdılar. Bakı Ali Partiya məktəbində işləyən professor — müəllim heyəti hər il Partiya Mərkəzi komitəsi tərəfindən təsdiq edilirdi. Həmin illərdə ştat və ya yarımştat dərs yükü ilə Bakı Ali Partiya məktəbində respublikanın tanınmış ziyalılarından professorlar Vahid Qəhrəmanov, Ələsgər Qasımov, Qurban Yusifzadə, Qanbay Xanməmmədov, Hadi Mirzəzadə, Pyotr Valuyev,dosentlərdən Əli Əliyev, Əyyub Axundov, Dilşad Muqanlinskaya, Əbülfəz Qasımov, Mirzə Cəbiyev və onlarla digər tanınmış müəllimlər səmərəli işləmişlər.
Azərbaycan Respublikası Daxili Qoşunları Ali Hərbi Akademiyası
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi İnstitutu — Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları Komandanının 30 sentyabr 1994-cü il tarixli, müvafiq əmrinə əsasən Bakı şəhəri, Xəzər rayonunun Qala qəsəbəsinin ərazisində Tədris Taboru kimi yaradılmış, zabit və mütəxəssis kadrları hazırlayan ali hərbi məktəbi. Daxili Qoşunların Ali Hərbi Məktəbi Daxili Qoşunlar Komandanının 30 sentyabr 1994-cü il tarixli, müvafiq əmrinə əsasən Bakı şəhəri, Xəzər rayonunun Qala qəsəbəsinin ərazisində Tədris Taboru kimi yaradılmışdır. Azərbaycan və Türkiyə dövləti 31.10.1997-ci il tarixində Türkiyə Jandarm təşkilatı tərəfindən DQBİ-nin şəxsi heyətinə Təlim-tədris və Arxa cəbhə üzrə göstəriləcək yardıma dair imzalanmış Protokolun tələblərinə uyğun olaraq, Daxili Qoşunlarda müasir tələblərə cavab verən Tədris müəssisəsinin yaradılmasına start verilmişdir. 05 iyul 2001-ci il tarixdə Daxili Qoşunlar Komandanının müvafiq əmri ilə Tədris Mərkəzi kimi fəaliyyətə başlamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirinin 20 sentyabr 2003-cü il tarixli əmri ilə Tədris Mərkəzinin bazasında "N" saylı hərbi hissə yaradılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 aprel 2006-cı il tarixli qərarına əsasən, həmin hərbi hissənin nəzdində Daxili Qoşunların Orta İxtisas Hərbi məktəbi yaradılmışdır. 04 iyul 2008-ci il tarixində Azərbaycan Respublikası Daxili işlər naziri general-polkovnik Ramil Usubov tərəfindən hərbi hissəyə döyüş bayrağı təqdim olunmuşdur. Daxili İşlər nazirliyinin Daxili Qoşunlarının Ali Hərbi Məktəbi Azərbaycan Respublikasının Prezidentinin 25 fevral 2011-ci il tarixli Sərəncamı ilə Orta Ixtisas Hərbi məktəbinin bazasında yaradılmışdı. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 09 iyul tarixli Fərmanı ilə Ali Hərbi Məktəbin Nizamnaməsi təsdiq edilmişdir. 22 may 2024-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanına əsasən Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbi Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi İnstitutu adlandırılıb. 11 iyun 2024-cü ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi İnstitutunun rektoru təyin edilib.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis Akademiyası
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis Akademiyası — zabit kadrları və sıravi polis nəfərləri hazırlayan xüsusi ali məktəb. Polis Akademiyası sıravi milis nəfərləri və komandir kadrları hazırlayan bir məktəb kimi 1921-ci ildə Azərbaycan Respublikasının Xalq Daxili İşlər Komissarlığının qərarı ilə təsis olunmuş, 1936-cı ilədək Bakı şəhərində fəaliyyət göstərmiş, 1936-cı ildən isə Mərdəkan qəsəbəsinə köçürülmüşdür. 1957-ci ildə Bakı Milis Məktəbi SSRİ DİN-in Bakı Xüsusi Orta Milis Məktəbinə çevrildi. Təhsil müddəti iki il müəyyən edilmişdi və məktəbi qurtaranlara orta təhsilli hüquqşünas diplomu verilirdi. 1957–1961-ci illərdə məktəb əyani, qiyabi şöbələr və təkmilləşdirmə kursları vasitəsilə Gürcüstan, Dağıstan, Kabarda-Balkariya, Altay, İrkutsk, Krasnodar, Kuybışev, Novosibirsk, Kemerovo, Saratov və onlarca başqa şəhərlər və respublikalar üçün peşəkar kadrlar hazırlayırdı. Azərbaycan Respublikası Prezidentinin 23 may 1992-ci il tarixli 782 saylı Fərmanı və Nazirlər Kabinetinin 9 iyun 1992-ci il tarixli 321 saylı qərarına əsasən Bakı Xüsusi Orta Milis Məktəbi zəminində Polis Akademiyası yaradıldı. Az bir müddət ərzində Akademiyaya I dərəcəli status verildi.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası — 24 yanvar 2012-ci ildə yaradılmışdır. Akademiyası Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2012-ci il tarixli 1972 nömrəli Sərəncamına əsasən yaradılıb. 2014 / 2015-ci tədris ilində Akademiyaya "Hüquqşünaslıq" və "İqtisadiyyat" ixtisasları üzrə bakalavriat səviyyəsinə tələbə qəbulu həyata keçirilib. 2017 / 2018-ci tədris ilində Dövlət Gömrük Komitəsinin Akademiyası ilk məzun buraxılışını həyata keçirib. Gömrük işi İqtisadiyyat Hüquqşünaslıq İnformasiya təhlükəsizliyi Beynəlxalq ticarət və logistika İnformasiya texnologiyaları Gömrük işi Beynəlxalq iqtisadi hüquq Akademiyada bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti dörd ildir. Akademiyada əlavə təhsil aşağıdakı istiqamətləri əhatə edir: İxtisasartırma; Kadrların yenidən hazırlanması; Stajkeçmə və kadrların təkmilləşdirilməsi; Təkrar ali təhsil; Dərəcələrin yüksəldilməsi Əlavə təhsil ödənişlidir. Gömrük orqanlarının əməkdaşlarının əlavə təhsilinin xərcləri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş "Azərbaycan Respublikasının gömrük sisteminin büdcədənkənar inkişaf fondu haqqında Əsasnamə və fondun vəsaitinin xərclənməsi Qaydaları"na əsasən gömrük sisteminin büdcədənkənar inkişaf fondu hesabına ödənilir.
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Akademiyası
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Akademiyası – Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 12 iyun tarixli 2217 nömrəli Sərəncamına əsasən yaradılmış Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Akademiyası ali və əlavə təhsil proqramlarını, ali təhsilin bütün səviyyələrində kadr hazırlığını həyata keçirən, elmi tədqiqatlar aparan xüsusi təyinatlı dövlət ali hərbi təhsil müəssisəsi. Dövlət Sərhəd Xidmətinin Akademiyası Prezident İlham Əliyevin 2007-ci il 12 iyun tarixli Sərəncamı ilə yaradılmışdır. Akademiya Dövlət Sərhəd Xidməti üçün xüsusi ixtisaslı ali hərbi təhsilli zabit kadrların, komandir və qərargah zabitlərinin, hərbi elmi işçilərin hazırlanması, onların ixtisasının artırılması, dövlət sərhədinin mühafizəsi və hərbi iş sahəsində elmi tədqiqatların aparılmasını təmin etmək məqsədilə təsis edilmişdir. Akademiyanın yeni binası 10 avqust 2010 tarixində istifadəyə verilmişdir. Binayla əlaqədar maraqlı fakt burasındadır ki, binanın peyk görünüşünə diqqət yetirdikdə burada İlham Əliyevin ad və soyadının baş hərflərini tərs şəkildə rahatlıqla görmək olar. Dövlət Sərhəd Xidməti Akademiyasının rəisi general-mayor Azər İbrahimovdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Akademiyasının Nizamnaməsi”nin təsdiq edilməsi haqqında 24 iyun 2016-cı il 978 nömrəli fərmanı imzalamışdır. "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülmüş sərhədçilər sırasındakı 4 hərbi qulluqçu Dövlət Sərhəd Xidməti Akademiyasının məzunu olmuşdur.
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Akademiyası

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası
Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası — ali və əlavə təhsil proqramlarını həyata keçirən, dövlət təhlükəsizlik orqanları üçün xüsusi ixtisaslı ali təhsilli zabit kadrlar hazırlayan, fundamental və tətbiqi elmi tədqiqatlar aparan xüsusi təyinatlı dövlət ali təhsil müəssisəsi. Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 1 dekabr tarixli, 37 nömrəli Sərəncamı ilə yaradılmışdır. Akademiyaya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci il dekabr ayının 20-də imzaladığı Fərman ilə Akademiyaya Heydər Əliyevin adı verilmişdir. Müstəqil Azərbaycan Respublikasının mühüm dövlətçilik təsisatlarından olan təhlükəsizlik orqanları üçün xalqına və dövlətinə ləyaqətlə xidmət edən, onun təhlükəsizliyinin keşiyində dayanan, sədaqətli və vətənpərvər, yeni nəsil peşəkar və ixtisaslı kadrların hazırlanmasını həyata keçirən Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının yaradılması bilavasitə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderimiz Heydər Əliyevin Universitet və Təhlükəsizlik xidməti haqqında söylədiyi sitat: 2006-cı il mart ayının 27-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Akademiyanı ziyarət etmiş, Heydər Əliyevin möhtəşəm abidəsini, unikal məzmuna və nəfis tərtibata malik "Şöhrət" muzeyini açmış, şücaət rəmzi olan "Döyüş bayrağı"nı Akademiyaya şəxsən təqdim etmişdir. 2008-ci ilin dekabr ayında Akademiyanın yaradılmasının 10 illiyi, 2013-cü ilin dekabr ayında isə 15 illiyi təntənəli surətdə qeyd edilmişdir. Hazırda Akademiyanın maddi-texniki bazasına müasir texniki vasitələr və avadanlıqlarla təchiz edilmiş tədris və inzibati korpuslar, zəngin fonda malik kitabxanalar, kursant yataqxanaları, gözəl tərtibata və audio-video qurğulara malik klublar və mədəni-məişət kompleksi, zəruri avadanlıq və trenajorlarla təchiz edilmiş idman zalları, stadionu, qaçış zolaqları və hovuzu olan İdman və Sağlamlıq kompleksi, tibb xidməti, kursant və zabit yeməkxanaları və digər infrastrukturlar daxildir. Heydər Əliyevin "Şöhrət" muzeyi Akademiya kompleksində xüsusilə önəmli yer tutur. Muzey qarşısında Heydər Əliyevin abidəsi ucaldılmışdır. Akademiyada təhlükəsizlik orqanları üçün xüsusi əməliyyat hazırlığı, hüquqşünaslıq, informasiya təhlükəsizliyi və digər istiqamətlərdə peşəkar əməliyyatçı zabit kadrlar hazırlanır.
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyası
Fövqəladə Hallar Nazirliyinin Akademiyası — Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin strukturuna daxil olan xüsusi təyinatlı dövlət ali təhsil müəssisəsi. İlham Əliyev 2 iyun 2008-ci il tarixində "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının yaradılması haqqında" sərəncam imzalamış, 2009-cu il 10 iyul tarixli fərmanı ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Nizamnaməsini təsdiq etmişdir. Sərəncama görə, akademiya FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Bakı Yanğın-Texniki Məktəbinin, S.Ə.Dadaşov adına Elmi Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutunun, Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi Tədqiqat İnstitutunun və Tədris-Təlim Mərkəzinin bazasında yaradılır. Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi, general-mayor Baba Salayevdir.
Azərbaycan Rəssamlıq Akademiyası
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi, 13 iyun, 2000-ci il tarixində Ulu Öndər Heydər Əliyevin fərmanı ilə yaradılmış ali təhsil müəssisəsi. Fərmanda yazıldığı kimi ADRA Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin bazası əsasında yaradılmışdır. Akademiya orta ixtisas məktəbləri, ali məktəb və ali məktəbdən sonrakı səviyyələrdə olan tədris proqramlarını həyata keçirən və ali rəssamlıq təhsilinin tələblərinə uyğun məzmun və keyfiyyət hazırlığını təmin edən, respublikada bütün təsviri sənət növləri üzrə professional kadrlar hazırlayan yeganə ali təhsil müəssisəsidir. Hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında 1200-dən çox tələbə təhsil alır. Akademiyanın binası 6500 kvadratmetrdir və 128 sinif otağı, müxtəlif fənn kabinetləri, laboratoriya və emalatxanalardan ibarətdir. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında respublikanın ən tanınmış heykəltaraş və rəngkarları, qrafik dizaynerləri, dekorativ-tətbiqi sənətin müxtəlif sahələrinin ən tanınmış nümayəndələri fəaliyyət göstərir. Bu gün çoxprofilli tədris ocağı olan akademiyada 7 ixtisas və 20 ixtisaslaşma üzrə yüksəkixtisaslı rəssam kadrları hazırlanır. Akademiya təhsilin bütün formaları üzrə rəngkarlıq, heykəltaraşlıq, qrafika, incəsənət tarixi və nəzəriyyəsi, dizayn, memarlıq, dekorativ tətbiqi sənət ixtisasları üzrə təhsil fəaliyyətini qanunvericiliklə müəyyən edilmiş qaydada lisenziya və akkreditasiya əsasında həyata keçirir. Akademiyaya akademik Ömər Eldarov və onun sədr olduğu Elmi şura rəhbərlik edir. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında tədrisi, “Təsviri sənət”, “Sənətşünaslıq”, “Memarlıq və Dizayn”, “Dekorativ-tədbiqi Sənət” fakültələri və “Rəsm”, “Qrafika”, “Rəngkarlıq”, “Heykəltaraşlıq”, “Dizayn”, “Geyim dizaynı”, “Dekorativ — tətbiqi sənət”, “Memarlıq”, “İncəsənət tarixi”, “Humanitar və ictimai fənlər” kafedraları təşkil edir.
Azərbaycan Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kolleci
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kolleci — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi Məktəb 1920-ci ildə rəssam Əzim Əzimzadənin təşəbbüsü ilə yaradılmışdır. Təhsil müəssisəsi əvvəlcə Ali Bədii Emalatxana, sonralar Azərbaycan Ali Rəssamlıq Məktəbi adlanmış, 1929-cu ildən Rəssamlıq Pedaqoji Texnikumu, 1937-ci ildən Dövlət Rəssamlıq Məktəbi adı ilə fəaliyyət göstərmişdir. 1943-cü ildə isə məktəbə Əzim Əzimzadənin adı verilmişdir. 13 iyun 2000-ci ildə Azərbaycan Rəssamlıq Akademiyası yaradılan zaman məktəb İncəsənət Kolleci adı ilə həmin akademiyanın tabeliyinə verilmişdir.13 iyun 2000-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən Azərbaycan Rəssamlıq Akademiyasının nəzdində yaradılmışdır. Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır: Dekorativ-tətbiqi incəsənət; Rəngkarlıq; Qrafika üzrə texnik; Heykəltəraşlıq; Teatr dekor sənəti; Dizayn.
Azərbaycan SSR Elmlər Akademiyası
Azərbaycanın Milli Elmlər Akademiyası və ya qısaca: AMEA — Azərbaycan Respublikasında dövlətin təsis etdiyi ali elmi qurum, Respublikanın ali elmi idarəsi. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 17 sentyabr tarixli Fərmanına əsasən çap mediası subyektinin təsisçisi ola bilən 10 dövlət orqanından biridir. Azərbaycan elminin, onun intellektual dəyərlərinin milli sərvət kimi qəbul edilməsində Azərbaycan Xalq Cümhuriyyətinin (1918–1920) mühüm rolu olmuşdur. Bakı Universitetinin yaranması, azərbaycanlı tələbələrin Avropa ali məktəblərinə göndərilməsi milli dilin, mədəniyyətin intişarı bütövlükdə Azərbaycan elminin inkişafına mühüm təsir göstərən amillərdən olmuşdur. 1920-ci ilin əvvəllərində respublikada elmi tədqiqatlar əsasən Azərbaycan Dövlət Universitetində (indiki BDU) mərkəzləşmişdi. 1920–1922-ci illərdə burada humanitar, tibb və təbiət bölmələrindən ibarət elmi assosiasiya təşkil edilmiş və fəaliyyət göstərmişdir. 1925-ci ildə Cəmiyyət Azərbaycan Hökumətinin sərəncamına verildi. 1923–1929-cu illər arasında Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti fəaliyyət göstərmişdi. Həmin cəmiyyətin sədri Əbdürrəhim bəy Haqverdiyev, üzvlərindən biri isə Məhəmmədhəsən bəy Vəlili-Baharlı seçilmişdi. 1929-cu ildə bu cəmiyyət yenidən təşkil edilərək Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutu (DETİ) adlandırılmışdı.
Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyası
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası — Azərbaycan Respublikası Silahlı Qüvvələri üçün ali hərbi təhsilli komandir və qəragah zabitlərinin, hərbi-elmi işçilərin hazırlanmasını, onların ixtisasının artırılmasını, hərbi iş sahəsində elmi tətqiqatların aparılmasını və dövlət orqanlarında çalışan yüksək vəzifəli şəxslərə respublikanın müdafiəsi ilə əlaqədar hərbi-strateji, hərbi-iqtisadi və hərbi-siyasi məsələlərin öyrədilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 20 fevral 1999-cu il tarixli fərmanı ilə yaradılmışdır. Hərbi Akademiyanın rektoru general-leytenant Heydər Piriyevdir. 5 mart 2022-ci ildə Milli Müdafiə Universitetinin tabeliyinə verildi. Hərbi Akademiyada iki il müddətində təhsil alan dinləyicilər taktiki və operativ səviyyədəki birlik və qərargahlarda komandir və qərargah zabitləri vəzifələrində çalışmaq üçün hazırlanırlar. Hərbi Akademiyada təşkil olunmuş tədris prosesi hərbi-strateji, operativ-taktiki, eləcə də hərbi-siyasi və hərbi-iqtisadi məsələlərin öyrənilməsini təmin edir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının nəzdində Strateji tətqiqatlar və dövlət müdafiəsini idarəetmə və hərbi diplomatiya kursları da fəaliyyət göstərir. Kursların vəzifəsi respublikanın müdafiəsi ilə əlaqədar hərbi-strateji, hərbi-iqtisadi və hərbi-siyasi məsələlərin öyrənilməsini təmin etməkdir. Hazırda akademiyaya general-leytenant Heydər Piriyev başçılıq edir. Heydər Piriyev Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən general rütbəsi verilmişdir.
Azərbaycan Televiziya və Radio Akademiyası
Teleradio Akademiyası — Azərbaycan Televiziyasının tabeliyində fəaliyyət göstərən təhsil müəssisəsi. Məqsəd ali təhsil bazası əsasında müxtəlif peşələr üzrə peşəkar mütəxəssislərinin hazırlanması, əməkdaşların ixtisaslarının təkmilləşdirilməsidir. 2010-cu il iyunun 14-də Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində Televiziya və Radio Akademiyasının açılış mərasimi keçirilib. Teleradio Akademiyası Azərbaycan Radiosunun binasında yerləşir. Akademiyanın maddi-texniki bazası formalaşdırılıb, çəkiliş və montaj avadanlığı quraşdırılıb, çəkiliş pavilyonları və səsyazma studiyası yaradılıb. Akademiyanın yaradılmasından məqsəd ali təhsil bazası əsasında peşəkar teleradio mütəxəssislərinin hazırlanması, əməkdaşların ixtisaslarının təkmilləşdirilməsidir. Tədris zamanı yerli alim və mütəxəssislərlə yanaşı, Türkiyə, Rusiya, Avropa ölkələri, eləcə də ABŞ-dən telemütəxəssislər dərs demək üçün akademiyaya dəvət edilir. Teleradio Akademiyasının ilk rektoru Etibar Babayev olmuşdur. Hazırkı rektoru isə Telli Pənahqızıdır.
Beynəlxalq Antikorrupsiya Akademiyası
IACA (ing. International Anti-Corruption Academy) — hökumət üzvləri və digər vəzifəli şəxslərə antikorrupsiya tədbirləri ilə bağlı təlim keçən, qərargahı Avstriyanın Laksenburq şəhərində yerləşən beynəlxalq hökumətlərarası təşkilat. Təşkilata üzvlük BMT-yə üzv olan dövlətlər və beynəlxalq hökumətlərarası təşkilatlar üçün açıqdır. Təşkilata üzvlük haqqının ödənilməsi məcburi deyil. Antikorrupsiya təhsilinə yönəlmiş beynəlxalq təşkilatın yaradılması prosesi 2005-ci ilə təsadüf edir. Belə ki, İnterpolun işçi qrupu həmin dövrdə bu təşəbbüslə bağlı müzakirələrə başlayır. İnterpolun 2006-cı ilin sentyabrında keçirilən 75-ci iclasında üzv dövlətlər yekdilliklə "dünya üzrə dövlət xidmətləri sektorunda korrupsiya problemi ilə mübarizə aparmaq məqsədi güdən" akademiyanın qurulmasının lehinə səs verirlər. İclasın ardınca, 9 oktyabr 2006-cı ildə Avstriyanın Daxili İşlər naziri Liza Prokop, İnterpolun baş katibi Ronald Noubl və Daxili İşlər İdarəsinin direktoru Martin Krutner Avstriyanın paytaxtı Vyanada IACA-nı yaratmaq istədiklərini rəsmi şəkildə bəyan etdilər. 2007-ci ilin iyulunda Noubl və Avstriyanın Daxili İşlər naziri Günter Platter Vyanada görüşərkən IACA-nın Laksenburqda yaradılması ilə əlaqədar saziş imzaladılar. Saziş 2007-ci ilin noyabrında İnterpolun 76-cı iclasında təsdiq edildi.
Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyası
[mənbə göstərin] Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyası (BEAA) — 1993-cü ildə MDB ölkələri və Vyetnam elmlər akademiyalarının ən vacib elmi problemlərin çoxtərəfli əsasda həlli, tarixən inkişaf etmiş əlaqələrin qorunub saxlanılması və alimlər arasında əlaqələrin inkişaf etdirilməsi səylərini birləşdirmək məqsədilə yaradılan beynəlxalq bir qeyri-hökumət təşkilatıdır. BEAA-dakı elmlər akademiyalarının hər biri müstəqildir. BEAA qərarları elmlər akademiyaları üçün tövsiyə olunur. Assosiasiyanın qərargahı Kiyev şəhərində yerləşir. Beynəlxalq Akademiyalar Birliyi (BEA) və ya 1899-cu ildə qurulan Beynəlxalq Akademiyalar Birliyi (Association Internationale des Academies) ilə qarışdırmaq olmaz. 1991-ci ilin oktyabr-dekabr ayları ərzində Kiyevdə Akademiyanın yaradılması üzrə işçi qruplarının üç iclası keçirildi. 1992 və 1993-cü illərdə Akademiyanın yaradılması ilə bağlı daha 2 iclas keçirildi. Oktyabr 1991, Kiyev, Ukrayna. IAAS-ın yaradılması məsələsini öyrənmək üçün işçi qrupunun yaradılması.
Beynəlxalq Hind Film Akademiyası Mükafatları
Aşağıdakı siyahıda 2000-ci ildən bəri Beynəlxalq Hind Film Akademiyası Mükafatları mərasimləri qeyd olunmuşdur.
Beynəlxalq Türk Akademiyası
Beynəlxalq Türk Akademiyası — (ing. International Turkic Academy) 25 may 2010-cu ildə Qazaxıstanın paytaxtı Astana şəhərində qurulan beynəlxalq təşkilatdır. 23 avqust 2012-ci ildə Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Türk Şurasının II. Zirvə toplantısında beynəlxalq təşkilat ünvanını almışdır. Beynəlxalq Türk Akademiyası (TWESCO – Turkic World Educational and Scientific Cooperation Organization) 3 oktyabr 2009-cu ildə Azərbaycanın Naxçıvan şəhərində keçirilən Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə görüşündə Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin təklifi ilə yaradılmışdır. 25 may 2010-cu ildə Qazaxıstanın paytaxtı Astanada açılışı olan Türk Akademiyası bir müddət Qazaxıstan Respublikası Təhsil və Elm Nazirliyinin tabeliyində fəaliyyət göstərmiş, 23 avqust 2012-ci ildə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının (Türk Şurası) Bişkekdə keçirilən II Zirvə toplantısında beynəlxalq status almışdır. BTA-nın prezidenti tarix elmləri doktoru, professor Şahin Mustafayev, vitse-prezidenti siyasi elmlər doktoru Füzuli Zülfü oğlu Məcidlidir. BTA-nın əsas məqsədi Türk xalqlarının qədim və müasir tarixi, dil, ədəbiyyat və mədəniyyətini, habelə, Türk mədəniyyətinin bəşər sivilizasiyasına töhfəsini tədqiqi etmək, Türk dünyasında akademik fəaliyyəti koordinasiyasını həyata keçirməkdir. Bu məqsədlə Akademiya Türk xalqlarının elmi təşkilatlarına elm və təhsil məsələsində yardımçı olur, Türkdilli ölkələr və xalqların ziyalıların təşəbbüslərinə dəstək verir, onları müntəzəm olaraq bir araya gətirir. Azərbaycan Türkiyə Qazaxıstan Qırğızıstan Macarıstan BTA elmi inteqrasiyanın inkişaf etdirilməsi məqsədilə tanınmış beynəlxalq və elmi təşkilatlar ilə geniş əlaqələr qurub. Buraya BMT (ECOSOC), BMT Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, ISESCO, SESRIC, ECO (SF), COMSTECH (OIC), IRCICA kimi nüfuzlu qurumlar daxildir.
Brera Akademiyası
Brera Akademiyası - məzunları və görkəmli sənət kolleksiyası (Pinakoteka Brera Muzeyi) ilə məşhur olan İtaliyanın Milan şəhərində yerləşən ali təhsil müəssisəsi (Təsviri Sənət Akademiyası). Akademiya adını yerləşdiyi sarayın şərəfinə, orada olan tarixi məhəllənin şərəfinə almışdır. Akademiya 1776-cı ildə Avstriya imperatriçası Mariya Tereza tərəfindən quruldu (o dövrdə Avstriya Milan da daxil olmaqla, Şimali İtaliyanın əhəmiyyətli bir hissəsinə sahib idi). İmperatriça Mariya Tereza çağdaşı II Katerina kimi aydın mütləqiyyətin tərəfdarı idi və buna görə də hər cür təhsil və elmi müəssisəni həvəslə qururdu. Gözəl Sənətlər Akademiyası 1615-ci ildə məşhur memar Françesko Mariya Riçini tərəfindən inşa edilən Brera Sarayında yerləşirdi. Akademiyanın yaradılmasından üç il əvvəl yezuitilərin Avstriyadan qovulmasına qədər, 1773-cü ildə Yezuitilər Kollegiyası orada yerləşirdi. Gözəl Sənətlər Akademiyasına əlavə olaraq, Mariya Terezanın əmri ilə Brera Sarayının binasında bir astronomik rəsədxana, fiziki və kimyəvi laboratoriyalar, Palatin Fəlsəfə və Hüquq Məktəbi, bir gimnaziya, bir kitabxana, bir əkinçilik cəmiyyəti və 1806-cı ildən bəri Pinakoteka - bir sənət kolleksiyası yerləşdirildi. Sarayın arxa bağında yezuit bitki bağçasının yerində kiçik bir botanika bağı yerləşirdi. Baş rahib və botanik F. Vitman tərəfindən qurulan 5000 m2-lik botanika bağçası uzun müddət bərbad vəziyyətdə olsa da, nadir bitkilərin bəzi nümunələrini, xüsusən Avropanın ən yaşlı ağacı olan ikidilim ginkqo ağacını qorumaqla 1998-ci ildə bərpa edildi. Daha sonra Brera Akademiyası İtaliyanın əsas sənət təhsil müəssisələrindən biri oldu, onun muzeyi isə ölkənin ən əhəmiyyətli sənət kolleksiyalarından biri və Milandakı əsas sənət muzeyi oldu.
Britaniya Akademiyası Film Mükafatları
Britaniya Akademiyası Film Mükafatları (ing. British Academy Film Awards, ing. BAFTA Film Awards) — Böyük Britaniyada müstəqil ictimai və xeyriyyə təşkilatı, həmçinin kinematoqrafiya, televiziya sənəti, kompüter oyunları və uşaqlar üçün incəsənət sahəsində nailiyyətlərə görə bu qurum tərəfindən təqdim olunan faktiki mükafatlar. Akademiya 1947-ci il aprelin 16-da Devid Linin rəhbərliyi ilə yaradılmışdır. Yarandığı ildə və 1976-cı ilə qədər akademiya Britaniya Kino Akademiyası adlanırdı. 1958-ci ildə Televiziya Prodüserləri Gildiyası akademiyaya qoşuldu və 1976-cı ildə Britaniya Film və Televiziya Filmləri Akademiyası kimi tanındı. Qaliblərə mükafat olaraq qızıl maska ​​verilir. Britaniya Kino və Televiziya İncəsənət Akademiyasının film mükafatlandırma mərasimləri - qalibləri Hollivud Xarici Mətbuat Assosiasiyasının üzvləri tərəfindən seçillən "Qızıl Qlobus" mükafatı ilə yanaşı, Oskar üçün bir növ geyim məşqidir, çünki əksər hallarda bu mükafatların təqdim olunacağını gözləyirlər. Əksər hallarda qalib Amerika Kino Filmləri və İncəsənət Akademiyasının üzvləri tərəfindən səsvermənin nəticəsində seçilir. . Mükafat ilk dəfə 1948-ci ildə Londonda verilib.
Britaniya Kino və Televiziya Sənətləri Akademiyası
"BAFTA" (ing. British Academy of Film and Television Arts) — İngilis Film və Televiziya Sənətləri Akademiyasıdır. Oscarın Birləşmiş Krallıqdakı tayı olan bu akademiya hər il film, televiziya, uşaq film və televiziya əsərlərinə mükafatları verir. 1947də İngilis Film Akademiyası olaraq, David Lean, Aleksandr Közdə, Carol Reed, Charles Laughton, Roger Manvell kimi adlar tərəfindən qurulmuşdur. 1958-də Televiziya Prodüserləri və Rejissorları Loncası ilə birləşərək Film və Televiziya Klubu olmuşdur. 1976-da isə indiki adını almışdır. BAFTA-nın ana ofisi Piccadilly, Londonda, amma İngiltərənin şimalında, Şotlandiyada, Uelsdə, Nyu-Yorkda və Los-Ancelesdə da ofisləri var. Akademiyanın mükafatı Amerikalı heykəltaraş Mitzi Cunliffe tərəfindən hazırlanmış teatr maskası şəklindədir və 1955-ci ildə Televiziya Prodüserləri Loncası tərəfindən sifariş olunmuşdu. 1989-cu ildən bu yana Los-Anceles ofisi, BAFTA, hər il öz mükafatları olan Britanya Mükafatlarını verməkdədir.
Dei Linçei Akademiyası
Dei Linçei Akademiyası (it. Accademia Nazionale dei Lincei, çox vaxt qısa şəkildə Accademia dei Lincei, yaxuq "Vaşaqgözlülər Akademiyası") — İtaliyanın ən qədim elmlər akademiyası. Romada, Korsini palazzoda yerləşir. Akademiklər özlərini "vaşaqgözlü" (lincei) adlandırır. Elmi idrak üçün vacib olan itigözlülük xüsusən vaşaqa (it. lince, lat. lynx) — vəhşi meşə pişiyinə xas olduğu üçün özlərini belə adlandırırlar. Bu təşbeh Yunan mifologiyasında arqonavtların öncəgörəni kimi tanınmış Linkeyin itigözlülüyünə işarə olan "Linkey gözləri" ifadəsindən formalaşmışdır. İtaliyanın ən qədim akademiyası olan Dei Linçei akademiyası 1603-cü ildə Federiko Çezi tərəfindən yaradılmışdır və üç yüz il ərzində İtaliya elminin intelektual məkrəzi olmuşdur. İlk dövrlərdə akademiyanın cəmi dörd üzvü var idi.
Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası
Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası — ali və əlavə təhsil proqramlarını həyata keçirən, dövlət təhlükəsizlik orqanları üçün xüsusi ixtisaslı ali təhsilli zabit kadrlar hazırlayan, fundamental və tətbiqi elmi tədqiqatlar aparan xüsusi təyinatlı dövlət ali təhsil müəssisəsi. Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 1 dekabr tarixli, 37 nömrəli Sərəncamı ilə yaradılmışdır. Akademiyaya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci il dekabr ayının 20-də imzaladığı Fərman ilə Akademiyaya Heydər Əliyevin adı verilmişdir. Müstəqil Azərbaycan Respublikasının mühüm dövlətçilik təsisatlarından olan təhlükəsizlik orqanları üçün xalqına və dövlətinə ləyaqətlə xidmət edən, onun təhlükəsizliyinin keşiyində dayanan, sədaqətli və vətənpərvər, yeni nəsil peşəkar və ixtisaslı kadrların hazırlanmasını həyata keçirən Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının yaradılması bilavasitə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderimiz Heydər Əliyevin Universitet və Təhlükəsizlik xidməti haqqında söylədiyi sitat: 2006-cı il mart ayının 27-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Akademiyanı ziyarət etmiş, Heydər Əliyevin möhtəşəm abidəsini, unikal məzmuna və nəfis tərtibata malik "Şöhrət" muzeyini açmış, şücaət rəmzi olan "Döyüş bayrağı"nı Akademiyaya şəxsən təqdim etmişdir. 2008-ci ilin dekabr ayında Akademiyanın yaradılmasının 10 illiyi, 2013-cü ilin dekabr ayında isə 15 illiyi təntənəli surətdə qeyd edilmişdir. Hazırda Akademiyanın maddi-texniki bazasına müasir texniki vasitələr və avadanlıqlarla təchiz edilmiş tədris və inzibati korpuslar, zəngin fonda malik kitabxanalar, kursant yataqxanaları, gözəl tərtibata və audio-video qurğulara malik klublar və mədəni-məişət kompleksi, zəruri avadanlıq və trenajorlarla təchiz edilmiş idman zalları, stadionu, qaçış zolaqları və hovuzu olan İdman və Sağlamlıq kompleksi, tibb xidməti, kursant və zabit yeməkxanaları və digər infrastrukturlar daxildir. Heydər Əliyevin "Şöhrət" muzeyi Akademiya kompleksində xüsusilə önəmli yer tutur. Muzey qarşısında Heydər Əliyevin abidəsi ucaldılmışdır. Akademiyada təhlükəsizlik orqanları üçün xüsusi əməliyyat hazırlığı, hüquqşünaslıq, informasiya təhlükəsizliyi və digər istiqamətlərdə peşəkar əməliyyatçı zabit kadrlar hazırlanır.
Dövlət İdarəçilik Akademiyası
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Azərbaycan Respublikası Prezidentinin 3 yanvar 1999-cu il tarixli 60 saylı fərmanı ilə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun əsasında yaradılmış elm və təhsil müəssisəsidir. Bir neçə dəfə "İlin təhsil müəssisəsi" seçilmişdir. Azərbaycanda yüksək tipli ilk siyasi təhsil müəssisəsi 1921-ci ilin dekabrında təşkil edilmiş Mərkəzi Sovet Partiya Məktəbi olmuşdur. Bu məktəb 1928-ci ildə Bakı partiya komitəsi nəzdində olan Ali Sovet Partiya məktəbi ilə birləşərək, ikiillik Azərbaycan Mərkəzi Sovet Partiya məktəbi adı altında fəaliyyətini Böyük Vətən müharibəsinin başlanmasına qədərki dövrdə davam etdirmişdir. Bakı Ali Partiya məktəbi 1954-cü ildə fəaliyyətdə olan üçillik respublika partiya məktəbi əsasında 1956-cı ildə yaradıldı. Məktəbin xüsusi fakültəsində Cənubi Azərbaycandan 1945–1946-cı illərdə gəlmiş demokratik gənclər təhsil alırdı. Həmin dövrdə respublikanın bu yeganə ali siyasi təhsil ocağında təxminən 500 nəfərə qədər müdavim oxuyurdu: məktəbdə təhsil Azərbaycan və rus dillərində aparılırdı və Cənubi Azerbaycandan Azərbaycana pənah gətirmiş ziyalıların, demək olar ki, əksəriyyəti bu illərdə hissə-hissə Bakı Ali Partiya Məktəbinə qəbul olundular və hamısı da yaxşı siyasi təhsil aldılar. 1955–1959-cu illərdə Bakı Ali Partiya Məktəbində Bolqarıstan Xalq Respublikasından 10 nəfər türk; Gürcüstan və Dağıstandan, hər il hərəsindən 5–10 nəfər təhsilə qəbul olunurdular və təhsillərini qurtararaq öz vətənlərinə qayıdırdılar. Bakı Ali Partiya məktəbində işləyən professor — müəllim heyəti hər il Partiya Mərkəzi komitəsi tərəfindən təsdiq edilirdi. Həmin illərdə ştat və ya yarımştat dərs yükü ilə Bakı Ali Partiya məktəbində respublikanın tanınmış ziyalılarından professorlar Vahid Qəhrəmanov, Ələsgər Qasımov, Qurban Yusifzadə, Qanbay Xanməmmədov, Hadi Mirzəzadə, Pyotr Valuyev,dosentlərdən Əli Əliyev, Əyyub Axundov, Dilşad Muqanlinskaya, Əbülfəz Qasımov, Mirzə Cəbiyev və onlarla digər tanınmış müəllimlər səmərəli işləmişlər.
M. V. Frunze adına Hərbi Akademiya
M. V. Frunze adına Hərbi Akademiya — 1918-ci ildən 1998-ci ilədək Lenin, Oktyabr İnqilabı, Qırmızı Bayraq, Suvorov ordenli M. V. Frunze adına Hərbi Akademiya. 1998-ci ilin avqust ayından sonra Lenin, Oktyabr İnqilabı, Qırmızı Bayraq, Suvorov ordenli M. V. Frunze adına Hərbi Akademiyada yenidən təşkilatlanma keçirilib və hal-hazırda Rusiya Federasiyası Silahlı Qüvvələrinin Ümümqoşun Akademiyası adlandırılır.
M.V.Frunze adına Hərbi Akademiya

Значение слова в других словарях