akademizm
akant
OBASTAN VİKİ
Akanlar
Akanlar (özlərini akanfo) adlandırırlar) - Qana, Kot-d’İvuar, Toqo, Liberiya və Nigeriyada yaşayan xalqlar qrupu. Mərkəzi və Cənubi Qanadakı Akanlar (7,2 milyon nəfər) millət kimi formalaşmaqdadırlar. Ümumi sayları 11 milyon nəfərdir (1995). Dilləri kva dilləri qrupuna aiddir. Antropoloji cəhətdən zənci irqinə daxildirlər. Akanların əcdadları XI-XII əsrlərdə Komoe və Qara Volta çayları arasındakı savannalar zonasında formalaşmışlar. XV əsrdə salınan Bono şəhəri Akan sivilizasiyasının mərkəzi olmuşdur. XV-XIX əsrlərdə Akanların güclü dövlərləri (Aşanti və Fanti konfederasiyaları) mövcud idi. Akanlar, əsasən, tropik əkinçiliklə (kakao və s.) məşğul olurlar. Dindarların əksəriyyəti ənənəvi etiqadlarını saxlamışdır (77 faizi), bir qismi xristiandır, müsəlmanları da var.
биде́ вспа́рхивать испи́ться ка́зусный КамА́З нести́сь озада́читься развесно́й регби́ст султа́нов цинкогра́фский неука́занный перело́мный пифагореи́зм подря́дчик cirri expert graphite fibre juke-joint quotient отполировать профком су шест шестигранный