AİLƏVİ
AKİL
OBASTAN VİKİ
Akif
Akif — Azərbaycanlı kişi adı. Akif Əlizadə — Azərbaycanın görkəmli geoloq alimi, əməkdar elm xadimi, Akif Paşa — Osmanlı dövlət adamı, şair və yazıçı. Akif Salamoğlu — mühəndis-yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü. Akif Ağabalayev — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, I Qarabağ müharibəsinin şəhidi. Akif Bağırov — Akif NəcəfovAkif MirzəyevAkif Mirzəyev (aktyor) — aktyor.
Akif Abbasov
Akif Nurağa oğlu Abbasov (28 may 1950, Əli-Bayramlı) — Azərbaycan pedaqoqu, yazıçı, tərcüməçi, 2002-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (2000), pedaqoji elmlər doktoru (1995), professor (2004), əməkdar müəllim (2012), Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü (2009). == Həyatı == Akif Abbasov 1950-ci il mayın 28-də Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuşdur. Burada Nəriman Nərimanov adına 2 saylı orta məktəbi bitirdikdən sonra "İşıq" şəhər qəzeti redaksiyasında müxbir işləmişdir (1967–1968). M. F. Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun ingilis və Azərbaycan dilləri fakültəsində təhsil almışdır (1968–1973). Təyinatı Sabirabad rayonuna verilmiş, rayonun Şıxsalahlı və Qaragünə kənd orta məktəblərində ingilis dili müəllimi işləmişdir (1973–1975). Müsabiqə yolu ilə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun (hazırda Azərbaycan Respublikasının Təhsil İnstitutu) tərbiyənin ümumi problemləri şöbəsinə kiçik elmi işçi vəzifəsinə qəbul olunmuşdur (1975). Sonralar elmi işçi, baş elmi işçi, şöbə müdiri vəzifələrində işləmişdir (1975–2001). 2001-ci ildən həmin institutun elmi katibidir. Namizədlik (1987) və doktorluq dissertasiyaları (1995) müdafiə etmişdir. Tədqiqatları təlim və tərbiyə prosesinin optimallaşdırılmasına, didaktikanın müasir problemlərinə və s.-ə həsr olunmuşdur.
Akif Ağabalayev
Akif Ağabala oğlu Ağabalayev (d. 13 may 1974; Xaçmaz, Azərbaycan - ö. 1992; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, I Qarabağ müharibəsinin şəhidi. == Həyatı və hərbi xidməti == Akif Ağabalayev 1974-cü il 13 mayda Xaçmaz şəhərində anadan olub. 1992-ci ildə hərbi xidmətə yollanan Akif Ağabalayev, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri qismində I Qarabağ müharibəsinin bir sıra döyüşlərinə qatıldı. O, 1992-ci ildə şəhid oldu. Əsgər Akif Ağabalayev, Xaçmaz şəhərində dəfn olunub.
Akif Ağatalıbov
Akif Ağatalıbov — "Tərəqqi" medalı laureatı, Özbəkistanda Azərbaycan Mədəniyyət Mərkəzi Assosiasiyasının sədri. == Həyatı == Akif Ağatalıbov 1957-ci ildə iyulun 18-də Bakı şəhərində anadan olub. 2010-cu ildə avqustun 6-da Özbəkistan Respublikasında Azərbaycan Mədəniyyət Mərkəzi Assosiasiyasının sədri təyin edilib. == Mükafatları == "Özbəkistan Respublikasının müstəqilliyinin 15-ci ildönümü" ilə əlaqədar yubiley medalı, 2011-ci il iyulun 4-də isə Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunub.
Akif Ağayev
Akiv Ağayev - fotoqraf, fotojurnalist. == Həyatı == Akif Ağayev 3 May 1946-cı il, Bakı şəhərində anadan olmuşdur. 1963-cü ildə, orta məktəbi bitirdikdən sonra o M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutun filologiya fakultəsinə daxil olmuşdur. Axırıncı kursda oxuyarkən "Bakı" qəzetində ştatdankənar fotomüxbir kimi çalışmışdır. İnstitutu bitirdikdən dərhal sonra, 1968-ci ildə o "Bakı" qəzetinin "Mədəniyyət və İncəsənət" şöbəsinin müdiri vəzifəsinə qəbul olunmuşdur. Bu qəzetin ən populyar rubrikalarından biri olan "Axtarışlar və tapıntılar" silsiləsinin yaradılması ideyası məhz ona məxsus idi. Həmin illərdə o Bakı şəhərinin, Azərbaycanın tarixi, memarlıq abidələri haqqında, tanınmış mədəniyyət xadimləri, təzə-təzə yazmağa başlayan, hal-hazırda isə bütün dünyada tanılan istedadlı yazıçılar, müğənnilər haqqında məqalələr yazardı və bu məqalələri öz cəkdiyi fotoqrafiyalarla müşaiət edərdi. Elə məhz bu silsilə məqalələrinə görə Azərbaycan Jurnalistlər Birliyi Akif Ağayevi "Qızıl qələm" mükafatı ilə təltif etdi. 1976-cı ildə o APN-nin (Aqenstvo Peçati Novosti) Azərbaycan bölməsinin rəhbəri vəzifəsinə təyin edilmişdir. 1984-cü ildən Akif Ağayev Qafqaz Müsəlmanları İdarəsinin informasiya şöbəsinə rəhbərlik etmişdir.
Akif Aşırlı
Akif Abduləzim oğlu Vəliyev (Aşırlı) (15 fevral 1969, Daş Salahlı, Qazax rayonu) — Azərbaycan Respublikasının Əməkdar jurnalisti, tarix üzrə fəlsəfə doktoru, "Şərq" qəzetinin təsisçisi və baş redaktoru, "Tərəqqi" və "Azərbaycan Xalq Cümhuriyyəti-100" medalı laureatı == Həyatı == Akif Aşırlı 1969-cu il fevralın 15-də Qazax rayonunun Daş Salahlı kəndində anadan olub. 1986-cı ildə Daş Salahlı kənd 1 saylı orta məktəbini bitirib. 1988–1990-cı illərdə keçmiş SSRİ ordusunda hərbi xidmətdə olub. 1998-ci ildə BDU-nun tarix fakültəsini bitirib. BDU-da təhsil aldığı illərdə paralel olaraq Azərbaycan Jurnalist Sənətkarlığı İnstitutunda oxuyub. 2005-ci ildə "Təfəkkür" Universitetində jurnalist ixtisası üzrə magistr dərəcəsi alıb. 1993-cü ildə ABŞ-nin rəsmi dövlət agentliyi YUSİA-nın dəvəti ilə bu ölkədə olub. 2005-ci ildə İsveçin Stokholm şəhərində keçirilən Dünya Azərbaycanlıları Konqresində Məclis üzvü və məclis katibi seçilib. 2007-ci ilə qədər bu vəzifəni icra edib. Bir qrup ziyalı ilə birgə 1918–1920-ci illərdə fəaliyyət göstərən Azərbaycan Türk Ocağı təşkilatını barpa edib.
Akif Bakıxanov
Akif Bakıxanov (1933, Bakı – 2020, Bakı) — musiqiçi. == Həyatı == Bakıxanov Akif Məmmədxan oğlu 1933-cü ildə Bakı şəhərində musiqiçi ailəsində anadan olub. Məşhur Bakıxanovlar ailəsinin yaxın dostu dahi bəstəkar Üzeyir Hacıbəyovun məsləhəti və təşəbbüsü ilə Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki (indiki Bülbül adına Orta İxtisas Musiqi Məktəbi, 1940-cı il) 10 illik musiqi məktəbinin skripka sinfinə qəbul olunur. Onun ixtisas müəllimi Üzeyir Hacıbəyovun dəvəti ilə Xarkov şəhərindən Bakıya gələrək, Azərbaycan Dövlət Konservatoriyasında skripka sinfi üzrə müəllim işləyən Nison İliç Simberov olub. Görkəmli incəsənət xadimlərimizdən Ə.Bədəlbəyli, C.Hacıyev, Ç.Hacıbəyov, Ə.Həsənov, T.Bakıxanov və başqaları onun yetirmələridir. Akif Bakıxanov bir solist kimi görkəmli bəstəkar Qara Qarayevə həsr etdiyi viola ilə simfonik orkestr üçün "Konsert-vokaliz"i müvəffəqiyyətlə ifa edib və həmin ifa hazırda qızıl fondda saxlanılır. A.Bakıxanov rus, Qərbi Avropa bəstəkarları ilə yanaşı, Azərbaycan bəstəkarlarının kamera-instrumental əsərlərini də ifaçılıq proqramına daxil edib. Tofiq Bakıxanovun viola və fortepiano üçün 1 saylı sonatasının və bəstəkarın "Elegiya" əsərinin ifaçısıdır. 1950-ci ildə o, Azərbaycan Dövlət Konservatoriyasına viola üzrə dosent Qrosmanın sinfinə təyin olunur və 1955-ci ildə oranı əla qiymətlərlə bitirir. Oxuduğu dövrdə müxtəlif proqramlarla tez-tez uğurlu çıxışları olur.
Akif Bağırov
Akif Məmməd oğlu Bağırov (27 oktyabr 1959, Şahbuz rayonu) — Azərbaycan həkimi, uroloqu, tibb elmləri doktoru, professoru. == Həyatı == Akif Bağırov 27 oktyabr 1959-cu ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Nurs kəndində müəllim ailəsində anadan olmuşdur. 1976-cı ildə orta məktəbi bitirib indiki Azərbaycan Tibb Universitetinə qəbul olunmuş, 1982-ci ildə Universiteti adlı təqaüdlə bitirib. 1983-cü ilin sentyabrında elmi şuranın qərarı ilə Universitetin Urologiya kafedrasında baş laborant vəzifəsində işə başlamış, 1986-cı ildə kafedranın assistenti, 1998-ci ildə dosenti, 2018-ci ildə professoru seçilmişdir. 1990-cı ildə Moskva Vilayət Elmi-Tədqiqat İnstitutunda namizədlik dissertasiyasını müdafiə etmiş, 1993-1997-ci illərdə Azərbaycan Tibb Universitetinin göndərişi ilə İstanbul Universiteti Cərrahpaşa Tibb fakultəsində renal transplantastiya üzrə doktoranturada olmuşdur. 2000-ci ildə doktorluq dissertasiyasını müdafiə etmiş və 2001-ci ildə tibb elmləri doktoru elmi dərəcəsi almışdır. 1997-ci ildən başlayaraq klinik fəaliyyətimdə bir çox müasir və yeni cərrahi müalicə üsullarının Azərbaycanda tətbiq edilməsində fəal iştirak etmişdir. Böyrəkköçürmə, radikal uroonkologiya və rekonstruktiv əməliyyatların tətbiqinə nail olmuşdur. Hazırda bu sahədə fəaliyyətini ATU-nun cərrahi klinikasında davam etdirir. Azərbaycan, türk, rus və ingilis dillərində müxtəlif ölkələrdə nəşr olunmuş 94 elmi məqalənin, 2 metodik dərs vəsaiti, 5 kitabın, 1 elmi ixtiranın müəllifidir.
Akif Bəşirov
Akif Vahid oğlu Bəşirov (8 noyabr 1988, Soyuqbulaq, Ağstafa rayonu – 3 oktyabr 2020, Suqovuşan, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Akif Bəşirov 1988-ci il noyabrın 8-də Ağstafa rayonunun Soyuqbulaq qəsəbəsində dünyaya göz açıb. 1995–2006-cı illərdə M. Omarov adına Soyuqbulaq qəsəbə tam orta məktəbində təhsil alıb. == Hərbi xidməti == Akif Bəşirov 2007–2008-ci illərdə Füzuli rayonunda yerləşən "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olub. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Akif Bəşirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Akif Bəşirov oktyabrın 3-də Madagizin azad edilməsi zamanı snayper gülləsinə tuş gələrək şəhid olub. Ağstafa rayonunun Soyuqbulaq qəsəbəsindı dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Akif Bəşirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Akif Bəşirov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Akif Bəşirov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Akif Cabbarov
Akif Elxan oğlu Cabbarov (24 oktyabr 1997, Gədəbəy rayonu – 25 oktyabr 2020, Alxanlı, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Akif Elxan oğlu Cabbarov 1997-ci il sentyabrın 20-də Gədəbəy rayonunda dünyaya göz açıb. Orta məktəbi Şəmkir rayonu Könüllü kəndində bitirən Akif anası ilə birgə 2014–cü ildə Sumqayıt şəhərinə köçür. Dayısı Möhübbət kişinin və onu anası kimi sevən Nigar xanımın evinə pənah gətirib.Akif uşaq vaxtından zəhmətə qatılıb, Sumqayıtda da fəhləlik edərək anasına yardımçı olub. 2016-cı ildə əsgərliyə çağırılıb və elə həmin il anası Ayşanı itirib.General Polad Həşimovun ölümü onu çox sarsıdır. Avqust ayında Qarabağ yürüşünə çıxan Akif könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə yazılır və doğum gününü qeyd edib, sentyabrın 21-də Daşkəsəndə təlimlərə cəlb olunur. Sentyabrın 27-də İkinci Qarabağ müharibəsi başlayır. Akifdə Vətən borcunu ödəmək üçün döyüşə qatılır. Akif Cabbarov Suqovuşan, Füzuli uğrunda döyüşlərdə iştirak edib. Akif oktyabrın 25-də Füzulinin Alıxanlı kəndində həlak olub və Sumqayıtdakı Şəhidlər xiyabanında dəfn olunub.
Akif Hacıyev
Akif Cəfər oğlu Hacıyev (8 dekabr 1937, Bakı – 3 fevral 2015, Bakı) — Azərbaycan Respublikasının tanınmış riyaziyyatçı alimi, əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, fizika-riyaziyyat elmləri doktoru, professor akademik. == Həyatı == Akif Hacıyev 1937-ci il dekabr ayının 8-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1955–1960-cı illərdə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində ali təhsil almışdır [1] Əmək fəaliyyətinə 1960-cı ildən etibarən Azərbaycan Respublikası Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda "Funksiyalar nəzəriyyəsi" şöbəsində kiçik elmi işçi kimi başlayan Akif Hacıyev, 1961–1967-ci illərdə həmin İnstitutda elmi katib, 1967–1978-ci illərdə baş elmi işçi, 1978–1992-ci illərdə şöbə müdiri vəzifələrində çalışmışdır. Türkiyə tərəfinin dəvəti ilə o, 1992–1999-cu illərdə Ankara Universitetinin professoru kimi fəaliyyət göstərmişdir. 1999-cu ildə elmi fəaliyyətini yenidən Azərbaycan Respublikası Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda şöbə müdiri olaraq davam etdirən Akif Hacıyev, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi seçilmişdir. O, 2004-cü ildən 2013-cü ilədək Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunun direktoru işləmiş, 2013-cü ildən isə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti olmuşdur. Akif Hacıyev 1964-cü ildə fizika-riyaziyyat elmləri üzrə namizədlik, 1982-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, 1985-ci ildə riyazi analiz ixtisası üzrə professor elmi adını almışdır. O, 1989-cu ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının müxbir üzvü, 2001-ci ildə isə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. Akademik Akif Hacıyev səmərəli elmi fəaliyyəti ilə respublikamızda müasir riyaziyyat elminin inkişafına sanballı töhfələr vermişdir. Onun riyaziyyatın müxtəlif aktual problemlərini, o cümlədən operatorlar nəzəriyyəsi, sinqulyar inteqrallar və digər istiqamətləri əhatə edən araşdırmaları mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir.
Akif Hüseynov
Akif Hüseynov (ədəbiyyatşünas) — ədəbiyyatşünas, tənqidçi. Akif Hüseynov (mühəndis) — texnika elmləri doktoru, professor.
Akif Həsənov
Akif Ənvər oğlu Həsənov (5 noyabr 1952, Marneuli) — Gürcüstanın ictimai-siyasi və dövlət xadimi, 1990–1992-ci illərdə Gürcüstan Respublikası Ali Şurasının deputatı. Gürcüstan Respublikasının 1991-ci il İstiqlal Bəyannaməsini imza atmış istiqlalçı deputatı. == Həyatı == Akif Həsənov 5 noyabr 1952-ci ildə Gürcüstan SSR-in Marneuli şəhərində ziyalı ailəsində dünyaya göz açmışdır. Uşaqlığı və erkən gəncliyi Marneuli şəhərində keşmişdir. 1969-cu ildə Marneuli şəhər 3 saylı Ümumtəhsil Azərbaycandilli orta məktəbini başa vurmuşdur. 1969-cu ildə Bakıda, N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olmuş və 1973-cü ildə Fizika fakültəsini bitirmişdir. Akif Həsənov əmək fəaliyyətinə 1973-cü ildə başlamışdır. 1973–1974-cü illərdə Gürcüstan SSR Ali və Orta Təhsil Nazirliyinin Texniki Peşə Məktəbində Fizika fənni üzrə müəllim işləmişdir. 1974-cü ildə SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə çağrılmış və 1975-ci ildə Sovet Ordusunda hərbi xidməti başa vurduqdan sonra yenidən Marneuliyə dönmüşdür. Akif Həsənov yenidən 1975-ci ildən 1983-cü ilə qədər Gürcüstan SSR Ali və Orta Təhsil Nazirliyinin 70 saylı Texniki Peşə Məktəbində Fizika fənni üzrə müəllim vəzifəsində çalışmışdır.
Akif Kazımov
Akif Davud oğlu Kazımov (d. 6 mart 1957) — Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında rəngkarlıq kafedrasının dosenti, Beynəlxalq Byennal, simpoziumlarda, beynəlxalq qrup sərgilərinin iştirakçısı, Azərbaycan Rəssamlar İttifaqının üzvü. == Həyatı == Kazımov Akif Davud oğlu 6 mart 1957-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, 1981-ci ildə Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun bitirmişdir. Akif Kazımov 1982-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Rəssam 1991-ci ildən N.Tusi adına Azərbaycan Dövlət Pedoqoji İnstitutunda rəngkarlıq kafedrasında baş müəllim işləmişdir. O, 2001-ci ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında rəngkarlıq kafedrasının dosentidir. Rəssamın 1991 və 1998-ci illərdə iki fərdi yaradıcılıq sərgisi keçirilmişdir. O, Beynəlxalq Byennal, simpoziumlarda, beynəlxalq qrup sərgilərinin iştirakçısıdır. Akif Kazımov əsərləri, Moskva, Gürcüstan, Almaniya, Bolqarıstan, Türkiyə və Azərbaycanda nümayiş edilmişdir.
Akif Kərimov
Akif Kərimov (tam adı Akif Əkbər oğlu Kərimov) — Azərbaycan Respublikasının ilk əmək və əhalinin sosial müdafiəsi naziri (1992-1993) == Karyerası == Akif Kərimov 20 sentyabr 1991-ci ildə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin sədri vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 10 dekabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə təyin edilmiş, 10 noyabr 1993-cü ildə həmin vəzifədən azad edilmişdir.
Akif Mirzəyev
Akif Mirzəyev (aktyor) — Aktyor. Akif Mirzəyev (əməkdar artist) — Azərbaycan Respublikasının əməkdar artisti.
Akif Muradverdiyev
Akif Muradverdiyev (24 avqust 1948, İrəvan) — Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı, Prezidentin İşlər İdarəsinin keçmiş rəhbəri. == Həyatı == Akif Muradverdiyev 1948-ci ildə Ermənistanda anadan olub. 2013-cü ilin iyun ayında tutulub, Xəzər Rayon Məhkəməsinin həmin il dekabrın 13-də çıxardığı qərarla qaçaqmalçılıqda təqsirli bilinərək 4 il azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsi 2014-cü il fevralın 12-də bu hökmü qüvvədə saxlayıb. Apelyasiya Məhkəməsinin hökmündən Ali Məhkəmə şikayət verilib. Ali Məhkəmə də Apelyasiya Məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Akif Muradverdiyev prezidentin işlər müdiri vəzifəsindən azad edilən vaxt — 2005-ci ilin oktyabrında da tutulmuşdu. O zaman dövlət çevrilişinə cəhdə hazırlıq ittihamı ilə həbs edilən, sonradan iqtisadi cinayətlərə görə 6 il azadlıqdan məhrum olunan Akif Muradverdiyev 2008-ci il yanvarın 15-də Ali Məhkəmənin qərarı ilə sərbəst buraxılmışdı. Ali Məhkəmə onun cəzasını 5 il sınaq müddətli şərti cəza ilə əvəz etmişdi.
Akif Musayev
Akif Musayev (iqtisadçı) — Azərbaycan professoru, AMEA-nın müxbir üzvü (2001). Akif Musayev (film direktoru) — film direktoru, icraçı prodüser.
Akif Məhərrəmov
Akif Əli — Azərbaycan yazıçısı, filoloq alim, Azərbaycan Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri (1994–2019). Əməkdar jurnalist, 2-ci dərəcə Dövlət müşaviri. == Həyatı == ƏLİ Akif Əli oğlu — 22 fevral 1952-ci ildə Azərbaycanın Şuşa şəhərində doğulub. Atası – hüquqşünas Əli Məhərrəmov (1924–1977) uzun illər respublikanın prokurorluq və məhkəmə sistemində çalışıb, Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvü olub. Anası – Şəhla Məhərrəmova (1928–2008) evdar qadın olub. Akif ƏLİ Bakı ş. 16 №-li orta məktəbi (1970), M. F. Axundov adına Azərbaycan Dövlət Rus dili və Ədəbiyyatı İnstitutunu (1974), "Azərbaycanfilm" k/st nəzdində Kinoaktyorluq kurlarını (1974) və Bakı Ali Partiya Məktəbini (1989) bitirib. == Yaradıcılıq fəaliyyəti == Uzun illər ədəbi-bədii yaradıcılıqla məşğul olaraq, kino, radio, televiziya, elm, təhsil, mətbuat, həmçinin Dövlət qulluğu sahələrində işləyib. İlk əmək fəaliyyətinə "Azərbaycanfilm"də dahi sənətkar Rəşid Behbudovun iştirakı ilə çəkilən "1001-ci qastrol" filmində rejissor assistenti kimi başlayıb. Sonra kinoaktyor kimi bədii filmlərdə baş rollara dəvət olunaraq, kinoda yaddaqalan obrazlar yaradıb: Rüstəm — "Uzun müharibədə qısa görüşlər" ("Tacikfilm" — "Lenfilm"), Tapdıq — "Tütək səsi", Fazil müəllim — "Arxadan vurulan zərbə", Məmməd — "Əgər biz biryerdəyiksə" ("Azərbaycanfilm"); və b.
Akif Məlikov
Akif Məlikov (1950, Bakı) — Azərbaycan Dövlət Akademik Balet və Opera Teatrının direktoru, Azərbaycanın əməkdar incəsənət xadimi. == Həyatı == Akif Məlikov 1950-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1973-cü ildə Azərbaycan Dövlət Konservatoriyasının ifaçılıq fakültəsində professor Mayor Rafaeloviç Brennerin sinfində təhsil alıb. Hələ tələbəlik illərindən komsomol orqanlarında çalışmış, 1976-cı ildə YİLKKİ MK yanında Ali Komsomol Məktəbini bitirmiş və Azərbaycan YİLKKİ MK-nın təlimatçısı vəzifəsinə təyin olmuşdur. 1977–1978-ci illərdə Ş. Məmmədova adına Opera studiyasının direktoru vəzifəsində işləmiədir. Yüksək təşkilatçılıq qabliyyətinə malik olan A. Məlikovun rəhbərliyi altında Opera və Balet teatrı bu illər ərzində yüksək yaradıcılıq uğurları qazanmışdır. 1998–2006-cı illərdə A. Məlikov həm də M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktoru vəzifəsində çalışmışdır. 1987-ci ildə A. Məlikov Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının sərəncamçı direktoru, 1989-cu ildə isə direktor vəzifəsinə təyin edilmişdir. O, 4 aprel 2023-cü il tarixində vəzifəsindən azad edilmişdir. == Mükafatları == Arif Məlikovun Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliğindəki xidmətlərinə görə hər zaman dövlət tərəfindən yüksək qiymətləndirilib, 2000-ci ildə "Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi" adına, 2002-ci ildə "Hümay" mükafatına, 17 mart 2020-ci ildə isə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.
Akif Məmmədov
Məmmədov Akif Güləli oğlu — dilçi, metodist, pedaqoq. Bakı Slavyan Universitetinin Müasir Azərbaycan dili kafedrasının dosenti, Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksinin Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, dilçilik və Azərbaycan dilinin tədrisi metodikası üzrə mütəxəssis. == Həyatı == 17 may 1953-cü ildə Lerik rayonunda anadan olmuşdur. 1970-ci ildə orta təhsilini başa vurub, 1971-1975-ci illər arasında V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitunun (indiki ADPU) Filologiya fakültəsində oxuyaraq oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1975-1981-ci illərdə Puşkin rayonunda (indiki Biləsuvar rayonu) ixtisası üzrə işləmişdir. 1981-1990-cı illərdə Bakıdakı Respublika internat-məktəbində müəllim, 1990-1991-ci illərdə Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda (İndiki Təhsil Problemləri İnstitutu) professor Əziz Əfəndizadənin rəhbərlik etdiyi Azərbaycan dilinin tədrisi şöbəsində baş elmi işçı kimi çalışmışdır. 1991-ci ildən 2007-ci ilə kimi Təhsil Nazirliyinin “Azərbaycan dili və ədəbiyyat tədrisi” jurnalında şöbə müdiri vəzifəsində çalışmışdır. 1987-ci ildə professor Bəşir Əhmədovun rəhbərliyi altında “Orfoqrafiya təlimində etimoloji təhlildən istıfadə (V-VIII siniflərin materialları əsasında)” adlı dissertasiya müdafiə edərək Azərbaycan dilinin tədrisi metodikası üzrə pedaqoji elmlər namizədi alimlik dərəcəsi almışdır. 1993-1995-ci illərdə “Futuroloq” Fasiləsiz Təhsil Kompleksində, 1993-2001-ci illərdə M.F.Axundov adına APRDƏİ-də (indiki Bakı Slavyan Universiteti) baş müəllim kimi pedaqoji fəaliyyətini davam etdirmişdir. 1991-1994-cü illərdə Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda ixtisaslaşmış müdafiə şurasının üzvü olmuşdur.
Akif Nağı
Akif Nağı (13 avqust 1957, Ağdam rayonu) — azərbaycanlı siyasətçi, tarix elmlər namizədi, dosent; əvvəl Qarabağ Azadlıq Təşkilatının sədri, sonra isə Azad Vətən Partiyasının sədri. == Həyatı == 13 avqust 1957-ci ildə Ağdam rayonunun Papravənd kəndində anadan olub. Orta məktəbi həmin kənddə bitirib daha sonra Bakıya gəlib. Bakıda 1 saylı evtikmə kombinatında işləmişdir. 1976–1978-ci illərdə Sovet ordusunda, Baltik flotunda xidmət etmişdir. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsinə daxil olub, 1982-ci ildə təhsilini davam etdirmək üçün Moskva Dövlət Universitetinə daxil olub. 1985-ci ildə oranı bitirib, həmin ildən Azərbaycan Politexnik İnstitutun (indiki Texniki Universitet) tarix kafedrasında işləmişdir. 1991-ci ildə dissertasiya müdafiə etmiş, tarix elmləri namizədidir. 2004-cü ildə həmin universitetin dosenti olub. == İctimai-siyasi fəaliyyəti == 2004-cü ilin iyun ayında erməni zabitlərinin Bakıya səfərinə etiraz olaraq aksiya keçirdib, həbs olunub.
Akif Nurağaoğlu
Akif Nurağa oğlu Abbasov (28 may 1950, Əli-Bayramlı) — Azərbaycan pedaqoqu, yazıçı, tərcüməçi, 2002-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (2000), pedaqoji elmlər doktoru (1995), professor (2004), əməkdar müəllim (2012), Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü (2009). == Həyatı == Akif Abbasov 1950-ci il mayın 28-də Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuşdur. Burada Nəriman Nərimanov adına 2 saylı orta məktəbi bitirdikdən sonra "İşıq" şəhər qəzeti redaksiyasında müxbir işləmişdir (1967–1968). M. F. Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun ingilis və Azərbaycan dilləri fakültəsində təhsil almışdır (1968–1973). Təyinatı Sabirabad rayonuna verilmiş, rayonun Şıxsalahlı və Qaragünə kənd orta məktəblərində ingilis dili müəllimi işləmişdir (1973–1975). Müsabiqə yolu ilə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun (hazırda Azərbaycan Respublikasının Təhsil İnstitutu) tərbiyənin ümumi problemləri şöbəsinə kiçik elmi işçi vəzifəsinə qəbul olunmuşdur (1975). Sonralar elmi işçi, baş elmi işçi, şöbə müdiri vəzifələrində işləmişdir (1975–2001). 2001-ci ildən həmin institutun elmi katibidir. Namizədlik (1987) və doktorluq dissertasiyaları (1995) müdafiə etmişdir. Tədqiqatları təlim və tərbiyə prosesinin optimallaşdırılmasına, didaktikanın müasir problemlərinə və s.-ə həsr olunmuşdur.
Akif Nuriyev
Akif Ənvər oğlu Nuriyev (22 oktyabr 1938 – 15 mart 2000)— Azərbaycanlı səs operatoru, Azərbaycan SSR Dövlət mükafatı laureatı (1988). == Həyatı == Akif Ənvər oğlu Nuriyev 22 oktyabr 1938-ci ildə Bakıda anadan olmuşdur. 1969-cu ildən "Azərbaycanfilm" kinostudiyasında işləmişdir. 130-a qədər filmin səsini yazmışdır.
Akif Nəcəfov
Nəcəfov Akif Rzaqulu oğlu (8 oktyabr 1921 – 21 yanvar 1989) — azərbaycanlı rəssam, SSRİ Rəssamlar İttifaqının üzvü. == Həyatı == Akif Nəcəfov 8 oktyabr 1921-ci ildə Tiflisdə anadan olmuşdur. Atası Rzaqulu Nəcəfov mətbuat xadimi, publisist olmuşdur, 1937-ci ildə repressiya edilmişdir. Anası Məsumə Fərəcullayevadır. Akif Nəcəfov Əvvəl Tiflisdə, sonra isə Bakıda alman məktəbində təhsil almış, alman dilini mükəmməl öyrənmişdir. Bu səbəbdən, İkinci dünya müharibəsi illərində Sovet ordusunda kəşfiyyatçı kimi xidmət göstərmişdir. Müharibədən sonra iki il sovet hərbi administrasiyasının əməkdaşı kimi Berlində və Almaniyanın bir sıra başqa şəhərlərində xidmət etmişdir. Cəbhədən qayıtdıqdan sonra Leninqrad Dövlət Universitetinə daxil olmuşdur. 1947-ci ildə, hələ birinci kursda olarkən, universitetin həmkarlar ittifaqının sektoruna rəhbərlik etmişdir. Üçüncü kursda olanda Stalin təqaüdünə layiq görülmüşdür.
Akif Abbasov (əsgər)
Abbasov Akif Elşən oğlu (25 mart 2001, Ağcabədi rayonu – 16 yanvar 2020, Tovuz rayonu) — əsgər. == Həyatı == Akif Abbasov 25 mart 2001-ci ildə Ağcabədi rayonunda anadan olub. Ağcabədi şəhər 1 saylı orta məktəbində orta təhsilini alaraq 2019-cu ilin aprel ayında Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətə yollanıb. Tovuz rayonunun Ağdam kəndi istiqamətində qulluq edən Akif Abbasov 16 yanvar 2020-ci il tarixində doyüş tapşırığını yerinə yetirərkən düşmənin basdırdığı minaya düşüb. Şəhidin nəşi Azərbaycan-Ermənistan sərhədində neytral ərazidə tapılıb. Şəhid hərbçi 22 fevral 2020-ci il tarixində Ağcabədi Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra medalla təltif edilib.
Akif Abbasovun biblioqrafiyası
Akif Abbasovun biblioqrafiyası — Azərbaycanlı yazıçı, pedaqoji elmlər doktoru, professor Akif Abbasovun biblioqrafiyası. == Bədii əsərləri == Lələşin ayaqqabısı (hekayələr). Bakı: Mütərcim, 1998, 40 səh. Xəyanət (povest və hekayələr). Bakı: Mütərcim, 1999, 104 səh. Qaş düzəltdiyi yerdə (hekayələr və lətifələr). Bakı: Mütərcim, 1999, 84 səh. Dədəmə oxşayırsan (hekayələr və lətifələr). Bakı: Mütərcim, 2004, 56 səh. Aldanma sözlərə (roman).
Akif Cəfərov (neftçi)
Akif Allahyar oğlu Cəfərov (9 oktyabr 1930, Tiflis – 30 noyabr 1992, Bakı) — Mühəndis-geoloq, geologiya-mineralogiya elmləri namizədi, Sosialist Əməyi Qəhrəmanı, Gürganneft Mədənlər İdarəsində mədən müdiri == Həyatı == Əmək fəaliyyətinə "Gürganneft" NMİ-də operator kimi başlamışdır. 1959-cu ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. 1971-ci ildə Cənub NQÇİ-nin rəisi təyin edilmiş, 1978–1984-cü illərdə "Xəzərdənizneftqaz" Sənaye Birliyinin Baş direktorunun müavini, baş mühədisi işləmişdir. 1984-cü ildən 1992-ci ilə qədər Azərneft İstehsalat Birliyinin Baş direktoru vəzifəsində çalışmışdır. A.Cəfərov çoxlu sayda dölət təltiflərinə layiq gürülmüş, seçki orqanlarında Azərbaycan neftçilərini layiqincə təmsil etmişdir. Akif Allahyar oğlu Cəfərov respublikamızda zərbəçi kommunist əməyi briqadaları yaradılmasının təşəbbüsçülərindən olmuş və onun rəhbərlik etdiyi briqada ilk dəfə bu ada layiq görülmüşdür.
Akif Cəfərovun briqadası (film, 1960)
Akif Cəfərovun briqadası filmi rejissor Zeynəb Kazımova tərəfindən 1960-cı ildə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. == Məzmun == Kinolent mühəndis-geoloq, geologiya-mineralogiya elmləri namizədi, Sosialist Əməyi Qəhrəmanı, Gürganneft Mədənlər İdarəsində mədən müdiri işləmiş Akif Cəfərovun başçılıq etdiyi kollektivin əmək fəaliyyətindən söhbət açır. Filmdə göstərilir ki, Akif Cəfərov respublikamızda zərbəçi kommunist əməyi briqadaları yaradılmasının təşəbbüsçülərindən olmuş və onun rəhbərlik etdiyi briqada ilk dəfə bu ada layiq görülmüşdür. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Pyotr Simonov Rejissor: Zeynəb Kazımova Operator: Arif Nərimanbəyov == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Akif Hacıyev (riyaziyyatçı)
Akif Hüseynov (mühəndis)
Hüseynov Akif Məhərrəm oğlu (d.31 yanvar, 1950-ci il-v.25 may, 2013-cü il) — məşhur alim və pedaqoq, texniki elmlər doktoru, professor, Azərbaycan Neft Akademiyasının “Elektrik stansiyalar” kafedrasının müdiri. == Həyatı == Akif Hüseynov 31 yanvar 1950-ci ildə anadan olub. O, 1967-ci ildə orta məktəbi bitirdikdən sonra, Məşədi Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) “Elektrik enerjisi” fakültəsinə daxil olub, 1972-ci ildə elektrik şəbəkələri və sistemləri üzrə mühəndis-elektrik ixtisasına yiyələnib. A.Hüseynov əmək fəaliyyətinə “Azərenerji”də proqramçı kimi başlayıb, sonra isə avtomatlaşdırma idarəetmə sistemləri informasiya təminatı qrupunun rəhbəri olub. 1976-cı ildə A.Hüseynov Moskva Energetika İnstitutuna “Elektrik enerji sistemləri” kafedrasının əyani aspiranturasına qəbul olub. 1979-cu ildə o, professor Litkensin rəhbərliyi altında “Tərkibində zəif sistemlərarası əlaqələr olan elektrik sistemlərdə nəticə sabitliyi məsələləri” mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib. Bakıya qayıtdıqdan sonra A. Hüseynov Neft və Kimya İnstitutuna “Elektrik stansiyaları” kafedrasına assistent vəzifəsinə işə qəbul edilib. Bir neçə vaxtdan sonra o dosent olub. O, Azərbaycan və rus dilində bir neçə fənlərdən leksiya oxuyub. Pedaqoji fəaliyyətlə yanaşı o, aktiv şəkildə elmi tədqiqatlarla məşğul olub.
Akif Hüseynov (professor)
Hüseynov Akif Məhərrəm oğlu (d.31 yanvar, 1950-ci il-v.25 may, 2013-cü il) — məşhur alim və pedaqoq, texniki elmlər doktoru, professor, Azərbaycan Neft Akademiyasının “Elektrik stansiyalar” kafedrasının müdiri. == Həyatı == Akif Hüseynov 31 yanvar 1950-ci ildə anadan olub. O, 1967-ci ildə orta məktəbi bitirdikdən sonra, Məşədi Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) “Elektrik enerjisi” fakültəsinə daxil olub, 1972-ci ildə elektrik şəbəkələri və sistemləri üzrə mühəndis-elektrik ixtisasına yiyələnib. A.Hüseynov əmək fəaliyyətinə “Azərenerji”də proqramçı kimi başlayıb, sonra isə avtomatlaşdırma idarəetmə sistemləri informasiya təminatı qrupunun rəhbəri olub. 1976-cı ildə A.Hüseynov Moskva Energetika İnstitutuna “Elektrik enerji sistemləri” kafedrasının əyani aspiranturasına qəbul olub. 1979-cu ildə o, professor Litkensin rəhbərliyi altında “Tərkibində zəif sistemlərarası əlaqələr olan elektrik sistemlərdə nəticə sabitliyi məsələləri” mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib. Bakıya qayıtdıqdan sonra A. Hüseynov Neft və Kimya İnstitutuna “Elektrik stansiyaları” kafedrasına assistent vəzifəsinə işə qəbul edilib. Bir neçə vaxtdan sonra o dosent olub. O, Azərbaycan və rus dilində bir neçə fənlərdən leksiya oxuyub. Pedaqoji fəaliyyətlə yanaşı o, aktiv şəkildə elmi tədqiqatlarla məşğul olub.
Akif Hüseynov (ədəbiyyatşünas)
Hüseynov Akif Məmməd oğlu (26 may 1941, Tbilisi) — ədəbiyyatşünas, tənqidçi, 1972-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1989). == Həyatı == Akif Hüseynov 1941-ci il mayın 26-da Gürcüstanın Tbilisi şəhərində doğulmuşdur. Burada 31 saylı şəhər məktəbində, sonra Bakıda 132 saylı orta məktəbdə oxumuşdur (1948-1958). ADU-nun filologiya fakültəsini bitirmişdir (1964). Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsil almışdır (1965-1968). "Azərbaycan" jurnalı redaksiyasında tənqid ədəbiyyatşünaslıq şöbəsinin müdiri (1967-1971), Ulduz jurnalının baş redaktoru (1971-1973), Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun ədəbiyyat nəzəriyyəsi şöbəsinin kiçik elmi işçisi (1973-1976), orada müasir ədəbi proses şöbəsində böyük elmi işçi (1976-1992) olmuşdur. Hazırda institutda şöbə müdiri vəzifəsində çalışır (1992-ci ildən). Ədəbi fəaliyyətə 1966-cı ildə "Ədəbiyyat və incəsənət" qəzetində çıxan "Ədəbiyyatda milli xüsusiyyətlər" məqaləsi ilə başlamışdır. Dövri mətbuatda vaxtaşırı çıxış edir. == Əsərləri == Nəsr və zaman.
Akif Mirzəyev (I)
Akif Mirzəyev (10 aprel 1944, Bakı) — Azərbaycan Respublikasının "Əməkdar artist"i (2011). == Həyatı == Akif Mirzəyev 1944-cü il aprelin 10-da Bakı şəhərində anadan olub. Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında Qara Qarayevin sinfində təhsil alıb. 1990-cı il 20 Yanvar faciəsinə həsr etdiyi matəm musiqisi olan "Yanvar mərsiyələri", Heydər Əliyevin xatirəsinə həsr etdiyi "Dahi Prezidentə xatirə duaları" adlı əsəri ABŞ, Fransa və Almaniyada ifa olunub. Hazırda Alman Azərbaycan Forumunun mədəniyyət üzrə müşaviri, Fulda şəhərindəki Yohannesriş (Johannesrische) kilsəsində orqan ifacısıdır. == Mükafatları == 2011-ci il iyulun 4-də Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə mədəniyyət, incəsənət sahəsindəki nailiyyətlərinə görə "Əməkdar artist" fəxri adına layiq görülüb.

Digər lüğətlərdə

вы́таращить исторже́ние компо́тик ма́ковка намасти́ть фли́гельный я́щур бечева́я досня́ть заварно́й на свою ше́ю нахлёстываться обозри́мый перебра́нка профильтро́вываться слу́пливаться совеща́тельный голос canalization cost-efficient flatboat hydroelasticity polynucleosis внеконкурсный вынудить конгрессмен