akionim
akklimatizasiya 2021
OBASTAN VİKİ
Akkad
Akkad dövləti və ya Akkad padşahlığı — Cənubi Mesopotamiyanın(İkiçayarası) şimalında Sippar (indiki Abu Habba) yaxınlığında qədim şəhər. Akkad şəhəri İkiçayarasının zəngin şəhərlərindən, Akkad dövləti isə regionun qüdrətli dövlətlərindən idi. Babilin sami əhalisinin yaşadığı şəhərlərdən biri. == Tarixi haqqında == Akkad dövlətinin yaradıcısı I Şarri-kin (akkad:Şarrumkenu) olmuşdur. O, e.ə. 2316–2261 illərdə bu dövlətin çarı olmuşdur. Yunanlar ona Sarqon deyirdilər. O sami olmuşdur və Kiş şəhərinin çarı Ur-Zababanın bağbanı vəzifəsində çalışırdı. Ur-Zababa Umma şəhərinin çarı tərəfindən savaşda məğlub edildiyindən sonra, bilinməyən səbəblər nəticəsində (əfsanəyə görə tanrıca İştarın himayəçiliyinin nəticəsində Sarqon çarlığı ələ keçirmişdi. Çar olandan sonra o, Kişdən Akkad şəhərinə köçmüş və onu ölkəsinin baş şəhəri elan etmişdir.
Akkad (şəhər)
Akkad və ya Aqade (akkad. 𒀀𒂵𒉈𒆠, A-ga-de3ki; şum. 𒌵𒆠, URIKI) — Cənubi Mesopotamiyanın şimalında, Sippar (indiki Abu Habba) yaxınlığında qədim şəhər. Babilistanın sami əhalisinin yaşadığı şəhərlərdən biri olmuşdur. Akkadın yeri hələlik dəqiq məlum deyil. E.ə. 2,300-cü ildə Sarqonun yaratdığı Akkad dövlətinin paytaxtı olmuşdur. E.ə. təqribən 2,200-cü ildə Akkadı yarımköçəri quti tayfaları dağıtmış, o vaxtdan Babil şəhəri Cənubi Mesopotamiyanın əsas mərkəzi olmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == Foster, Benjamin R., Akkad (Agade) // Bagnall, Roger S. (redaktor), The Encyclopedia of Ancient History, Chicago: Blackwell, 2013, 266–267, doi:10.1002/9781444338386.wbeah01005, ISBN 9781444338386 Meador, Betty De Shong, Inanna, Lady of the Largest Heart.
Akkad dili
Akkad dili – Mesopotamiya və Assuriyanın qədim yerli əhalisinin dilidir. E.ə. III minillikdə Orta-aşağı və Aşağı Mesopotamiyada şumer dili ilə bərabər yayılmışdır. E.ə. II minillikdə Dəclə çayının sahilboyu-nun və Mesopotomiyanın bütün əhalisi assiriya dilindən istifadə etmişlər. Diaxronoloji və coğrafı baxımdan akkad dilləri 5 dialektə bölünür: köhnə akkad (E.ə. III minillik), köhnə Vaviliyon və köhnə Assiriya (b.e.ə. II minillik), yeni vavilion (e.ə. 10–5-ci əsrlər), yeni assiriya (E. ə. 10–7-ci əsrlər), Vavilyondan sonrakı dövr (E.ə.
Mustafa Akkad
Mustafa Akkad (ərəb. مصطفى العقاد‎, ‎ing. Moustapha Akkad; 1 iyul 1930, Hələb – 11 noyabr 2005[…], Amman) — Suriya əsilli ABŞ kinorejissoru və kinoprodüseri. == Həyatı == Mustafa Akkad 1930-cu ildə anadan olmuşdur. 19 yaşında Kaliforniya Universitetində teatr təhsili almaq üçün Los-Anceles-ə getmişdir. Tanınmış ABŞ kinorejissorlarının yanında təcrübə keçmişdir. Dünyada ən çox "Allahın elçisi Məhəmməd" və "Səhra aslanı Ömər Muxtar" filmlərinin rejissoru, "Hellovin" ("İfritələr bayramı" silsiləsinin 8 filmin) prodüseri kimi tanınmışdır. Ən tanınmış filmi olan "Allahın elçisi Məhəmməd" Məhəmməd peyğəmbərin həyatından bəhs edir. Filmdə baş rol olan Həmzə roluna tanınmış Hollivud aktyoru Entoni Kuinn çəkilmişdir. Mustafa Akkadın "Allahın elçisi Məhəmməd" filmi qədər uğur qazanan ikinci filmi Ömər Muxtar haqqında çəkdiyi "Çöl aslanı" olmuşdur.
Əbdülrəhman Akkad
Əbdülrəhman Akkad (17 may 1998, Hələb) – suriyalı gey, siyasi bloqqer və insan haqları müdafiəçisi. Akkad hazırda Berlində yaşayır. == Həyatı == Akkad 1998 -ci ildə Suriyanın şimalındakı Hələb şəhərində yəhudi əsilli Suriyalı müsəlman bir ailədə anadan olub. Ailəsi, 1492 -ci ildə İspaniya və Portuqaliyanı tərk edərək Suriyaya köçmək məcburiyyətində qalan Sefarad Yəhudilərindəndir. Akkadın üç qardaşı və bir bacısı var. Hadisələrin artması və Suriya vətəndaş müharibəsi ilə Akkad və ailəsi 2013 -cü ilin iyul ayında Suriyanı tərk etməli oldular, Suriya rejimi tərəfindən təqib edildi və axtarış edildi. 2013 -cü ilin iyul ayında ailəsi ilə birlikdə Türkiyəyə gələn və İstanbulda yaşayan Akkad, şəhərdəki çağrı mərkəzi şirkətlərində tərcüməçi olaraq çalışmış və türk dilini mükəmməl bilir. Atası 2015 -ci ilin yayında qanunsuz olaraq Almaniyaya getdi və Akkad və ailəsi Türkiyədə daha sonra ailənin yenidən birləşməsi üçün müraciət etməsini gözləyərkən Akkad cinsi oriyentasiyasını kəşf etdi. Akkad dəniz yolu ilə qeyri -qanuni yollarla Yunanıstana, daha sonra 5 dekabr 2015 -ci ildə Almaniyaya gələnə qədər Makedoniya, Serbiya, Xorvatiya, Sloveniya və Avstriyaya getdi, cinsi mənsubiyyətinə görə Almaniyadan sığınacaq istədi və 2016 -cı ildə sığınacaq aldı. == Almaniyada aktivlik == Sonrakı illərdə Akkad, başda Alman və Ərəb olmaqla, müxtəlif media təşkilatlarına yaşadıqları və siyasi baxışları haqqında çoxsaylı müsahibələr verdi.
Naram-Sin Akkadlı
Naram-Sin Akkadlı (akkadca Nāram-Sîn "tanrı Sinin sevimlisi") — e. ə. 2237–2200 Akkad çarı, çar Maniştunun oğlu. Çar Sarqondan sonra Akkad dövləri zəifləmiş, parçalanma meylləri artmışdır. Atası Maniştunun ölümündən sonra hakimiyyətə gələn Naram-Sin Akkadı yenidən qüdrətli ölkəyə çevirə bilmişdir. O ilk hökmdar idi ki, "Akkadın tanrısı" şərəfinə nail olmuşdu. O, işğalçılıq siyasətini davam etdirməyə başladı, Akkadın siyasi təsir dairəsindən çıxmış bir sıra ölkələri yenidən özünə tabe etdi. O, Subartunu və qərbdə "Sidr meşələrinə" qədərki ərazini zəbt etdi və onlardan xərac aldı. Naram-Sin Dəclə çayının şərqində yerləşən Arman vilayətini, Fərat çayının qərbindəki Elba və Aman (şimali Suriya) ölkələrini Akkad siyasi təsir dairəsinə saldı. "yuxarı dənizə" (Urmiyyə gölü) kimi ərazi tutuldu.
Sarqon Akkadlı
Sargon Akkadlı, Böyük Sarqon və ya Qədim Sarqon (e. ə. XXIV əsr – e. ə. XXIII əsr, Akkad; akkadca Šarru-kīnu) — e.ə. 2300-cü ildə böyük Akkad padşahlığının yaradan hökmdar. O, hakimiyyətə gəldikdən sonra Akkad şəhərini saldırmış və onu paytaxt etmişdir. Akkad dövlətinin adı bu şəhərin adından götürülmüşdür. Sarqonun apardığı müharibələr nəticəsində Akkadın ərazisi xeyli genişlənmişdi. Onun dövründə Akkad nəinki İkiçayarasının, eləcə də Ön Asiyanın yeganə qüdrətli dövlətinə çevrilmişdi.
досу́чивать зава́рник заготовле́ние ли́чный намётом прославля́ть излучи́ть коле́нный кроха́ль лёгочница окро́л органи́ческая химия отпыло́вка пакетиро́вщик санпропускни́к сни́ться anglerfish French fried potatoes gnomic patina smeek stratum лаванда льноуборочный этичный