akrixin 2021
akrilon
OBASTAN VİKİ
Akril turşusu
Akril turşusu (СН2=СН–СООН, Propen turşusu və ya Etilkarbonal turşusu) — doymamış alifatik sırası turşuların ilk nümayəndəsidir. == Fiziki xassələri == Akril turşusu kəskin iyli, boğucu maye olub, qatı rəngə malikdir. Suda, dietil efirində, etil spirtində, benzolda və xloroformda yaxşı həll olur. Akril turşusu saxlanıldıqda asanlıqla polimerləşir, onun polimerləşməsinin qarşısını almaq üçün inhibitorlardan istifadə edilir. inhibitor olaraq hidroxinon əlavə etməklə akril turşusunu uzun müddət saxlamaq olur. == Kimyəvi xassələri == Akril turşusunun kimyəvi xassələri karbon turşusunun kimyəvi xassələrinin analoqudur, yəni, eynisidir. Akril turşusu polimerləşmə qabiliyyətinə malik olub irimolekullu birləşmələr əmələ gətirir. akril turşusu duzlar, xloranhidrid, anhidrid, mürəkkəb alkil və tsikloalkil efirləri və amidlər əmələ gətirir; Karbon turşularının daxilinə halogen daxil etməklə karbon turşularının qüvvetliliyini artırırlar; Aldehidlerin xarakterik reaksiyalarına daxil olmur. == Sintezi == Hal-hazırda akril turşusunu sintez etmək üçün parofazlı propilen ilə havanın oksigeninin oksidləşməsindən istifadə edilir: СН2=СН–СН3 + O2 → СН2=СН–СООН Əvvəllər reaksiyada asetilen, karbon 2-oksid və sudan istifadə edilirdi: СН≡СН + СО + Н2О → СН2=СН–СООН və ya keten ilə formaldehid: СН2=С=О + H2C=O → СН2=СН–СООН == Tətbiqi == Akril turşusu və onun mürəkkəb efirləri akril liflərinin, lak örtüklərinin, yapışqanların, boyaların, toxuculuq üçün köməkçi materialların istehsalında, kağız və dəri sənayesində tətbiq olunur . Akril turşusu hazırda sənayenin ən mühüm monomerlərindən biridir.
Akrilamid
Akrilamid (CH2=CHC(O)NH2) — praktiki əhəmiyyətə malik monomerdir. == Fiziki xassələri == Akrilamid ağ kristallik maddədir, 357.5K əriyir. Spirtdə, asetonda və suda yaxşı həll olur. == Alınması == Akrilamid ilk dəfə 1893-cü ildə Mure tərəfindən akril turşusunun xloranhidridinin benzolda məhluluna quru ammonyak daxil etmək yolu ilə alınmışdır: H2C=CH-C(O)-Cl +2NH3 → H2C=CH-C(O)-NH2 + NH4Cl Reaksiyadan ammonium xloridi kənarlaşdırdıqdan sonra akrilamid benzolda ağ kristallik şəklində olur. 2. Litium fosfatın iştirakı ilə 2-metoksipropionamid 523–773K-də, titan üzərində isə 498–673K parçalanaraq akrilamidə çevrilir: H3C-O-CH2-CH2-CO-NH2 → H2C=CH-C(O)-NH2 + CH3OH == Tətbiqi == akrilamidin polimerləşməsindən istehsalatda poliakrilamid alınır. Bu polimer sənayedə alınan sellüloza kağızı əvəz edir. Poliakrilamid bir çox sənaye sahələrində, o cümlədədn yeyinti sənayesində, neftçıxartmada tətbiq olunur. Ondan lakların, boyaların, süni dərilərin və sintetik liflərin istehsalında da istifadə edilir.
Akrilat turşusu
Akril turşusu (СН2=СН–СООН, Propen turşusu və ya Etilkarbonal turşusu) — doymamış alifatik sırası turşuların ilk nümayəndəsidir. == Fiziki xassələri == Akril turşusu kəskin iyli, boğucu maye olub, qatı rəngə malikdir. Suda, dietil efirində, etil spirtində, benzolda və xloroformda yaxşı həll olur. Akril turşusu saxlanıldıqda asanlıqla polimerləşir, onun polimerləşməsinin qarşısını almaq üçün inhibitorlardan istifadə edilir. inhibitor olaraq hidroxinon əlavə etməklə akril turşusunu uzun müddət saxlamaq olur. == Kimyəvi xassələri == Akril turşusunun kimyəvi xassələri karbon turşusunun kimyəvi xassələrinin analoqudur, yəni, eynisidir. Akril turşusu polimerləşmə qabiliyyətinə malik olub irimolekullu birləşmələr əmələ gətirir. akril turşusu duzlar, xloranhidrid, anhidrid, mürəkkəb alkil və tsikloalkil efirləri və amidlər əmələ gətirir; Karbon turşularının daxilinə halogen daxil etməklə karbon turşularının qüvvetliliyini artırırlar; Aldehidlerin xarakterik reaksiyalarına daxil olmur. == Sintezi == Hal-hazırda akril turşusunu sintez etmək üçün parofazlı propilen ilə havanın oksigeninin oksidləşməsindən istifadə edilir: СН2=СН–СН3 + O2 → СН2=СН–СООН Əvvəllər reaksiyada asetilen, karbon 2-oksid və sudan istifadə edilirdi: СН≡СН + СО + Н2О → СН2=СН–СООН və ya keten ilə formaldehid: СН2=С=О + H2C=O → СН2=СН–СООН == Tətbiqi == Akril turşusu və onun mürəkkəb efirləri akril liflərinin, lak örtüklərinin, yapışqanların, boyaların, toxuculuq üçün köməkçi materialların istehsalında, kağız və dəri sənayesində tətbiq olunur . Akril turşusu hazırda sənayenin ən mühüm monomerlərindən biridir.
Akrilatlar
Akrilatlar - akril turşusunun duzları və ya efirlərinin ümumi adıdır. Efirlərin çoxu Akrilat boyaları üçün istifadə edilir.
Akrilnitril
Akrilnitril(siyanid vinil, vinilsianid, prop-2-enonitril) CH2 = CH-C≡N - akril turşusunun nitrili. == Fiziki xassələri == Akrilnitril - badam və ya albalı tumlarının xarakterik qoxusuna bənzər olan rəngsiz bir mayedir. Kanserogen maddədir. == Alınması == Akrilonitril sənayedə poliakrilamidin, poliektrolitlərin geniş miqdarda istehsalını təmin edir. Sintetik liflər akrilonitrilin polimeri (sintetik yun) yüksək möhkəmliyə, termiki davamlılığa, möhkəmliyə, elastikliyə, yaxşı boyanma qabiliyyətinə malikdir. Bu xassələrinə görə ondan geyim materialları üçün parçaların, süni mexlərin, xalçaların hazırlanmasında istifadə edilir. O həmçinin, pambıq və yun məhsullarla qarışıq halda da istifadə olunur. Akrilonitril əsas etibarı ilə butadien-nitril kauçukunun istehsalında istifadə olunur. Hazırda istehsal olunan perbutan kauçuku 72% butadiendən və 28% akrilonitrildən ibarətdir, perbutan eksta isə 60% butadiendən və 40% akrilonitril tərkiblidir. Axırıncı tətbiq kauçuka görə yağda 30-100 dəfə, benzində isə 10-20 dəfə az şişmək qabiliyyətinə malikdir.
антисове́тчица боро́здка кто́ ни метро́ оку́тываться прежа́лко прору́ха сия́тельная фра́нциевый безве́рие застуднева́ние понасажа́ть спёртый шушу́н способ actigraph gadding good-sister levo- long johns outflush pre-exam rusk склянка фруктоза