AİŞƏXANIM
AKÇAY
OBASTAN VİKİ
Akça
Akça (osm. اقچه, türk. akçe — «ağımtıl») — Osmanlı imperiyası və qonşu dövlətlər ərazisində dövriyyədə olan XIV-XIX əsrlərə aid kiçik gümüş sikkə.Aspr (yun. άσπρος — "ağımtıl") - Orta-Şərqi Avropada mövcud olan "akça" sikkəsinin yunan adı. Bir sıra dillərdə (məsələn, Tatar dilində) akça toplu bir isim - "pul" mənasına malikdir. == Osmanlı akçaları == === İlk Osmanlı akçaları === İlk dəfə Osmanlı akçaları 1327-ci ildə Hülakü sikkələri modelində Sultan Orxan (Osmanlı dövlətinin qurucusu I Osmanın oğlu) tərəfindən zərb edilmışdi. Akça üzərində İslamın qanunlarına görə, şəkillər deyil, yalnız ərəb əlifbasında yazı var idi. Uzun namaz cümlələri olan sikkə hazırlanması üslubu tezliklə dəyişdirildi və sikkələrin üzərində Sultan və atasının adları, zərb yeri və tarixi, eyni zamanda ərəb dilində qısa arzuların mətni yazılmağa başladı. Sikkələrin üzərində Ərəb dilində: خلد ملكه "hullide mülkuhu" (hakimiyyəti sonsuza qədər olsun) və ya Ərəb dilində: عز نصره "azze nesruhu" (Allah sizə kömək etsin) yazılırdı. === Akçanın dəyəri === İlk dövrlər akçalar kiçik (1,15 q), lakin möhkəm gümüş sikkələr idi.
Akça Qoca
Akça Qoca — Osmanlı Dövlətinin qurucularından, Osman Qazinin silah yoldaşlarından olub, Orxan Qaziyə də lələlik etmişdir. == Həyatı == Təqribən 1320-ci ildə İzmit və ətraf ərazilərinin fəthi ilə vəzifələndirilmişdir. Akça Qoca Sakarya ətrafına və İzmitə etdiyi hücumlarda buralarda bəzi qalaları əldə etmiş Ayan gölü (indi Sapanca gölü) tərəfindəki palankanı (ətrafı xəndəklərlə qazılmış kiçik qala) alaraq özünə qərargah etmiş və daha sonra Ermənibazarı və Kandırını zəbt etmiş və tayfa bəylərindən Qonur Alp ilə birlikdə Aydos və Samandıranı almışdılar. Samandıra qalası Akça Kocaya mülk olaraq verilmişdir. İzmit ilə Üsküdar arasındakı bütün Türk müvəffəqiyyətləri Akça Qoca ilə Abdurrahman Qazinin fəaliyyətləri sayəsində təmin edilmişdir.Akça Qocanın vəfatı 1326-cı ildə sonra olub qəbri Kandırada bir təpə üstündədir. Bunun adına nisbətlə İzmit vilayətinə Kocaeli deyilmişdir. Respublika dövründə Düzceye 50 km məsafədəki Akça şəhərə Akçaqoca adı verilmişdir.Akça Qocanın oğlu Hacı İlyas və nəvəsi Gebze qazısı Fəzlullah, Osmanlı Dövlətində əhəmiyyətli xidmətlər etmişlər.
Akça Xan
Akçaabad
Ağcaabad — Trabzon ilinin ilçəsi. Əhalisinə görə Trabzonun ən böyük ilçəsi olan Akçaabad, köftə və horon ilə məşhurdur. Tütün 90-cı illərin sonuna qədər rayonda çox vacib bir yerə sahib idi. Akçaabad, yerli xalq tərəfindən vilayət daxilində bir il olaraq görülür. Akçaabadın futbol komandası (Akçaabat Sebatspor) Türkiyə Respublikası ilə yaşıd olub, Türk futbolunda 1. Liqaya çıxan ilk ilçə komandasıdır.
Akçabük (Türkeli)
Akçabük (türk. Akçabük) — Türkiyənin Sinop ilinin Türkeli ilçəsində yerləşən kənd. == Tarixi == Akçabük kəndinin məlum olan ən qədim adı "Makdil" olub indiki Marbel məhəlləsindən almışdır. Daha sonrakı adı "Yervi" olub Yervi məhəlləsindən götürmüşdür. Bu adlar romalılardan qalmışdır. Son adı "Akçabük"ü isə indiki Sancaqoğlu məhəlləsinin keçmiş adı "Bayaz" adından almışdır. "Bayaz" fars sözü olub "ağ, axça" deməkdir. "Bük" isə ağacsız yer mənasını verir. == Haqqında == Əhalinin başlıca gəlir mənbəyi heyvandarlıq və əkinçilikdir. Qışda yanacaq kimi odundan istifadə olunur.
Akçakol
Akçakol — (qaz. Ақшакөл) - Qazaxıstanın Kostanay vilayətinin Sarıkol rayonunda kənd. Çexov kənd dairəsinin tərkibinə daxildir. Kod - 396263200 . == Əhalisi == 1999-cu ildə kənd əhalisinin sayı 64 nəfər (29 kişi və 35 qadın) idi.. 2009-cu ildə aparılmış əhalinin siyahıya alınmasına əsasən kənddə 26 nəfər (13 kişi və 13 qadın) yaşayırdı..
Halit Akçatepe
Xalid Ağcatəpə (türk. Halit Akçatepe; 1 yanvar 1938, Üsküdar, İstanbul ili – 31 mart 2017, İstanbul) — türkiyəli aktyor. == Həyatı == Xalid Ağcatəpə 1 yanvar 1938-ci ildə Ünyedə anadan olub. Atası Sidqi bəydir. Konservatoriya təhsili heç almamışdır (özü konservatoriya təhsili uzaqdan yaxından heç bir əlaqəsi olmadığını bildirmişdir). Zamanın film rejissorlarından birinin atasına "bizə bir uşaq oyunçu lazımdır" dediyi zaman, atası tülüatçı Sidqi bəy oğlu Xalidi göndərmişdir. İlk filminə 1943-cü ildə 5 yaşında çəkilmişdir. Aktyor 1975-ci ildə lentə alınan "Hababam sınıfı" filmindəki "Güdük Nəcmi" obrazı ilə şöhrətinin zirvəsinə yüksəlmişdir. Halit Akçatepe karyerası boyunca 100-dən artıq filmdə və serialda müxtəlif obrazlar yaratmışdır.
Son Pliosen (Akçaqıl əsri) epoxası
== Son Pliosen (Akçaqıl əsri) epoxası == Respublika ərazisinin relyefinin inkişafının son pliosen epoxasının başlanması ilə morfostrukturların yüksələn xətt üzrə inkişafı və onların ekzogen parçalanması xeyli zəifləyir və dənizin «Böyük Akçaqıl» transqressiyası baş verir. Xəzər dənizi şimalda Qusar-Dəvəçi, cənubda isə Kür çökəkliklərini örtür. Bununla yanaşı Balaxanı dənizinin dibini təşkil etmiş Sudur zonası Akçaqıl transqressiyasına məruz qalmamışdır. Akçaqıl əsrinin paleocoğrafiyasına və paleogeomorfologiyasına aid materialların təhlili göstərir ki, həmin dövrdə Şahdağ massivi və Baş silsilə Tufan-Qızılqaya meridianından qərbdə orta yüksəklikli çox parçalanmış relyefə malik olmuşdur. Mülayim parçalanmış orta dağlıq isə Tufan və Dübrar zirvələri meridianları arasını, Yan silsiləni, Babadağ və Niyaldağ silsilələrini əhatə etmişdir. Alçaq dağlıq və ön dağlıq həmin silsilələrin cənub-şərq ətrafını və Böyük Qafqazın cənub yamacını əhatə etmişdir. Akçaqıl dənizinin transqressiyası Kür çökəkliyində geniş sahəni əhatə edərək, qərbdə Tbilisi şəhərinə qədər çatmışdır. Kür çökəkliyi daxilində və öndağlıq ərazilərdə akçaqıl çöküntülərinin təhlili göstərirki. Qanıx-Əyriçay vadisi sahəsində bu zaman öndağlıq maili düzənliyi formalaşmışdır. Son pliosen epoxası Kiçik Qafqazın relyefinin inkişafında onun ətraf alçaq dağlıq morfostrukturlarının planasiyası ilə səciyyələnmişdir.
Tanər Akçam
Altuğ Tanər Akçam (23 oktyabr 1953, Ərdahan, Türkiyə) – türk-alman tarixçi və sosioloq. O, Erməni soyqırımın məsələsini açıq müzakirəyə çıxaran ilk türk alimlərindən biri olmaqla, həmin mövzuda “qabaqcıl beynəlxalq nüfuz”a malikdir. Akçam türk və erməni tərəflərinin soyqırım haqqında məlumatlarını uyğunlaşdırmağı, milli stereotiplərin dəstəklənməsi üçün istifadə etməyi təklif edir: “Biz məsələni yenidən analiz və hər iki cəmiyyəti analizimizin mərkəzinə qoymalıyıq. Bu paradiqma dəyişikliyi hər iki cəmiyyətin bir-birinə alışması və bir-birini öyrətməsi üçün yeni mədəni mühitin formalaşdırılmasına imkan verəcək." . == Həyatı == Akçam Türkiyənin Ardahan ilinin Ölçək kəndində Dursun və Pəriham Akçamların ailəsində anadan olub. 1976-cı ildə Ankarada yerləşən Orta Doğu Teknik Universitetini bitirib. 1974-cü ildə Türkiyənin Kiprə ordu çıxarması əməliyyatının əlehinə keçirilən tələbə hərəkatında iştirak etdiyinə görə həbs edilib. 1975-ci ildə şəhərdə elanlar və plakatlar yaydığına görə həbs edilib (Akçam qeyd edir ki, “o zaman, əlində indi Milli Təhlükəsizlik İşləri Üzrə Dərnək Müdürlüyü adlanan qurumdan icazə olmasına baxmayaraq həbs edilmiş və 3-5 gün ərzində polis şöbəsində saxlanmışdır.) Bakalavrı bitirib, həmin universitetdə aspirant təhsili aldığı dövrdə, 9 mart 1976-cı ildə kürd azlıqlarla bağlı jurnalın nəşrində iştirak etdiyinə görə həbs edilib. “Devirimci Gençlik” (İnqlabçı Gənclik) “Devirimci Yol” (İnqlabçı Yol) adlı radikal təşkilatın nəşri idi. Akçam qeyd edir ki, onunla bir yerdə təhsil alanların hamısı həbs olunmaqdan qorxduqlarına görə, qəzetlə işləməkdən imtina etdikləri halda, o, redaktor vəzifəsində işləməyə razılaşmışdı.
вы́тянутый жасми́новый пришварто́вывать суста́в вто́рить дефектоскопи́ческий общеполе́зный прособира́ть фосфори́т фотоэкспози́ция чередование гласных и согласных букв шестна́дцатый дерн каравый мочь сколба blue-line bureaucratese chalcedonic horsetail subdual истрепать метода обмолвиться приписка