ALBUXARA
ALÇACIQ
OBASTAN VİKİ
Alça
Alça (lat. Prunus cerasifera) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. Azərbaycanın meşələri cır alça ilə boldur. Bundan başqa o rayonların çoxunda becərilir. Azərbaycanda ilboyu cır alça böyük həcmdə yığılır. Meyvəsi qidada tər və quru şəkildə itsifadə olunur. Həmçinin mürəbbə, cem istehsalında və konservləşdirilmədə istifadə edilir. Bundan əlavə, Azərbaycanda alça "lavaşı" hazırlamaq geniş yayılıb. Bunun üçün alçanın əti məcməilərə yayılaraq günəşdə qurudulur. Alça lavaşı qida ilə yeyilir.
Alça (dəqiqləşdirmə)
Alça-i Savalan
Alça-i Savalan (fars. الوچه سبلان‎) — İranın Ərdəbil ostanının Səreyn şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 121 nəfər yaşayır (26 ailə).
Alça-i Fuladlı (Ərdəbil)
Alça-i Fuladlı (fars. الوچه فولادلو‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 336 nəfər yaşayır (79 ailə).
Yabanı alça
Yabanı alça– Qızılgülçiçəklilər fəsiləsinin gavalı cinsinə aiddir. 30-dan çox növü vardır. Yabanı alça Qafqaz, Orta Asiya və Zaqafqaziyada geniş yayılmışdır. Azərbaycanda ən çox Quba və Xaçmaz rayonlarında, Dağlıq Qarabağda bitir. Alça yarpaqlamazdan bir az əvvəl mart-may aylarında çiçəkləyir. Çiçəkləri ağ və xırdadır. Yabanı alçanın meyvələri iyun ayından başlamış sentyabrın axırına qədər müxtəlif vaxtlarda yetişir. 4-7 yaşında bar verir. 100-120 il ömür sürür. Meyvələri əksəriyyətlə yumrudur.
Adi rus alçası
Adi qarağat (lat. Ribes uva-crispa) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin motmotukimilər fəsiləsinin qarağat cinsinə aid bitki növü. == Təbii yayılması == Orta və Cənubi Avropa, Şimali Amerikada geniş yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 1 m olan koldur. Zoğları tikanlıdır. Tikanları 2,5 sm uzunluqda sadə və qısadır. Qaratikanları 3-5-7 bölümlü, nadir hallarda düyümlərdə və adətən düyümlər arasında yerləşir. Yarpaqları yumru, xırda, eni 3-5 sm, 3-5 dilimlidir. Çiçəkləri ikicinsli, oturaq, dəstə halında 3 çiçəklidir. Yumurtalığı çılpaq meyvə saplağına qədər uzanmış, meyvələrlə birlikdə qalır.
Alçabulaq
Alçabulaq — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Alcabulaq Yardımlı rayonunun Sınq inzibati ərazi vahidində kənd. Viləş çayının sahilində, dağətəyi ərazidədir. Keçmış adı Sağolcandır. Toponim təhrif olunaraq Soxulcan kimi yazılmışdır. Sağolcan XIX əsrdə Lənkəran qəzasında yaşamış təklə tayfasının tirələrindən birinin adıdır. XX əsrin 80-ci illərində kəndin adı guya pis səsləndiyi üçün dəyişdirilərək yaxınlığındakı bulağın adı ilə adlandırılmışdır. == Bulaqları == Olduqca gözəl təbiəti olan Alçabulaq kəndinin gözəl şəfalı bulaqları mövcuddur. Yeddi çeşmə, kənd bulağı, Saxsılı bulaq və s. kimi bulaqları vardır.
Alçagülçiçi xalçaları
Alçagülçiçi xalçaları — Quba xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları.
Alçagülü (rəqs)
Alçagülü — Azərbaycanın milli rəqsi. 1910-1920-ci illərdə, Şamaxı rayonu Kalva kəndinin sakini Əli Kərimov tərəfindən yaranmışdır. Əsasən qadınlar oynayırlar. Tempi bir qədər cəlddir.
Alçagülü rəqsi
Alçagülü — Azərbaycanın milli rəqsi. 1910-1920-ci illərdə, Şamaxı rayonu Kalva kəndinin sakini Əli Kərimov tərəfindən yaranmışdır. Əsasən qadınlar oynayırlar. Tempi bir qədər cəlddir.
Alçalan dağı
Alçalan dağı - Culfa rayonu ərazisində dağ (hünd. 2603,0 m). Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan, onun Dəmirlisu-Kolanısu suayırıcısını təşkil edən eyniadlı qolunda zirvə. Ləkətağ kəndindən 4 km şimal-şərqdədir. Orta Eosenin Lütet mərtəbəsinə aid Dərəlik lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin cənub-şərq qurtaracağında müşahidə edilən eyniadlı sinklinalın şimal qanadında və ondan şimalda izlənilən Kolanısu antiklinalının cənub qanadında) yerləşir. Cənub-şərq və cənub-qərb yamaclarında müvafiq olaraq şimal-şərq və şimal-qərb istiqamətli qırılmalar izlənilir. Cənub-qərb yamacında eyniyaşlı andezit-porfirit tərkibli kiçik subvulkanik kütlələrin çıxışları müşahidə olunur.
Alçaldılmış və təhqir olunmuşlar
Alçaldılmış və təhqir olunmuşlar (rus. Униженные и оскорбленные) — Rusiya yazıçısı Fyodor Dostoyevskinin 1861-ci ildə nəşr edilən romanı. Fyodor Dostoyevskinin ən uğurlu əsərlərindən biri olan "Alçaldılmış və təhqir olunmuşlar"da, yazıçı digər romanlarında da etdiyi kimi ruh təhlil etmələrinə tez-tez yer vermiş, oxucunun xarakterlərin psixologiyasına bürünməsini təmin etmişdir. Romanda cəmiyyətdə həmişə alçaldılan və xor görülən insanların, nüfuzlu kəslərin eqoistcə hesabları arasında əzilmələri və sarsılmaları təsvir olunur. Dostoyevski seçdiyi sıravi, amma fövqəladə həyatlar, heyrət doğuran xarakterlər ilə oxucuda ürpərti qarışıq bir maraq doğurur. Yazıçı ustaca fantastikası, oxucunu sıxmayan izahatı ilə "Alçaldılmış və təhqir olunmuşlar"ı ən müvəffəqiyyətli romanlarından biri olaraq ədəbiyyat dünyasına qazandırmışdır. == Obrazlar == İvan Petroviç - baş qəhrəman. Əsərdə Vanya adı ilə anılır. Uşaqlıq dostu Nataşanı sevir. Nataşa Nikolayevna - Nikolay Sergeyeviçin və Anna Andreyevnanın qızıdır.
Alçalma (film, 1986)
== Film haqqında == === Aktyorlar === Hema Malini — Raano Kulbahişon Karbanda — Tirlok / Tirloka Rişi Kapur — Manqal Punam Cillon — Raci Cina Pathak — Zində A. K. Hanqal — Hazur Sinqx (Raanonun qayınatası) Qita Siddharth — Canno === Məzmun === Raano (Hema Malini), cəsarətli qadındır. Onun sərxoş əri, Triloka (Kulbahişon Karbanda) və iki uşağı kənddə yaşayırlar. Onun qayınanası, Zində (Cina Pathak), daim onun evliliyindən sonra ona böhtan atır‚ onun kifayət qədər cehizini satırdı. Yalnız onun qayınatası, Hazur Sinqx (A. K. Hanqal), kor qoca, ona qarşı rəhmlidir. Çox qoca olduğu üçün az iş görürdü. Trilokanın qəzəbindən onu (Raanonu) xilas edə biləcək ailənin yeganə üzvü onun qaynı, Manqaldır (Rişi Kapur). Bir gecə Triloka yaxınlıqdakı mehmanxanada dostları ilə yeyib içir və sərxoş vəziyyətdə evə gəlir. Evdə həyat yoldaşı ilə dalaşır. Səhərisi gün işə gedir. İşdə Tirlokanı öldürürlər.
Alçalı
Azərbaycan Alçalı — Azərbaycanın Kəlbəcər rayonunda kənd. Alçalı — Azərbaycanın Kəlbəcər rayonunda kənd. Alçalı (Kəlbəcər) — Azərbaycanın Kəlbəcər rayonunda kənd. Alçalı (Salyan) — Azərbaycanın Salyan rayonunda kənd. Ermənistan Alçalı (Göyçə) — Qərbi Azərbaycanın Göyçə mahalında kənd. Alçalı — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonu ərazisində kənd. Alçalı — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda çay. Aşağı Alçalı — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda kənd. Yuxarı Alçalı (Göyçə) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda kənd.
Alçalı (Göyçə)
Aşağı Alçalı, Ardzvanist (erm. Արծվանիստ) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 18 km şimal-şərqdə, Göyçə gölündən 2 km aralıda, Alçalı çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim fərqləndirici əlamət bildirən aşağı sözü ilə məasubluq bildirən -lı şəkilçisi qəbul etmiş alça bitki adı əsasında əmlə gəlmişdir. Fitotoponimdir. Quruluşca mürəkkəb toponiındir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 27.IX.1968-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Ardzvanist qoyulmuşdur. == Əhalisi == XIX əsrin 20-cı illərinə qədər burada azərbaycanlılar yaşamışdır. Türkmənçay müqaviləsindən sonra, 1829-30-cu illərdəTürkiyənin Alaşkerd bölgəsindən köçürülən ermənilər burada yerləşdirilmişdir.
Alçalı (Hurand)
Alçalı (fars. الچالو‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 28 nəfər yaşayır (5 ailə).
Alçalı (Kəlbəcər)
Alçalı — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Qılınclı kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Tarixi == Kəlbəcər rayonunun ərazisində 3 ədəd Alçalı kəndi var. Alçalı (Qılınclı sovetliyi), Alçalı (Daşbulaq sovetliyi) və Alçalı (Günəşli sovetliyi). Bu kəndlər alça ağacları ilə bol olan ərazilərdə yerləşdiyinə görə belə adlanırlar. == Toponimikası == Kənd dağətəyi ərazidədir.
Alçalı (Salyan)
Alçalı — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Salyan rayonunun Sarvan inzibati ərazi vahidində kənd. Bala Kurun sahilində, düzənlikdədir. Oykonim alca (meyvə ağacı) və -lı (varlıq, bolluq ifadə edən Şək.) komponentlərindən düzəlib, "alca ağacları cox olan və ya alca bağı olan kənd" deməkdir. Bu meyvə ağacı ilə bağlı Alçalı dağ (Laçın, Xanlar), Alçalıdərə (Qubadlı Daşkəsən, Kəlbəcər, Cəbrayıl), Alçalıgəz (Ağsu rayonunun Bico kəndi), Alçalı yaylaq (Abşeron), Alçalı cuxur (Laçın), Alcalıq (Yardımlı rayonunun Vəlixanlı kəndi, Lerik rayonunun Veri kəndi) oroqrafik obyektlər, XIX əsrin əvvəllərində İrəvan xanlığında Alçalı adlı iki kənd qeydə alınmışdır.
Qazaxıstan alçaq təpəliyi
Qazaxıstan alçaq təpəliyi (Сары́-Арка́, Центрально-Казахстанский мелкосопочник, qaz. Сары Арқа — «sarı silsilə») — Qazaxıstannın mərkəzi hissəsində alçaq dağlıq ərazidən ibarət olan çöl. Alçaq təpəliyinin qərbində Turqay vadisi, şimal-şərqində İrtış çayının vadisi, şimalda Qərbi-Sibir düzənliyi, cənub-qərbdə Turan ovalığı yerləşir. Şərqdən-qərbə 1200 km təşkil edir. Eni qərbdə 900 metr, şərqdə isə 400 metr təşkil edir. Mərkəzi hissəsində Karkalin Milli parkı yerləşir. Maksimal hündürlüyü 1565 metr olan Aksoran dağıdır. Cənub-qərbdə Ulıtay (1133 m), şimalında Kokçevat yüksəkliyi (947 m), şərqində Çingiztau (1077 m), Aktaşau (1305 m) yüksəklikləri yerləşir. Ərazisində yerləşən Naurzum və Korqaljın qoruqları YUNESCO ümumdünya irsi siyahısını daxil edilmişdir. Qazaxıstan alçaq təpəliyi çoxlu çaylara sahib olmasına baxmayaraq heç biri gəmiçiliyə yararlı deyildir.
Relyefin alçalan inkişafı
Relyefin alçalan inkişafı (rus. нисходящее развитие рельефа, ing. descending evolution of relief) — denudasiya proseslərinin tektonik qalxmadan üstün olduğu şəraitdə baş verir. Relyefin alçalan inkişafı üçün mütləq və nisbi yüksəkliyin azalması, yamacların hamarlanması və peneplenin əmələ gəlməsi səciyyəvidir.
Rus alçası
Qarağat (lat. Ribes) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin motmotukimilər fəsiləsinə aid bitki cinsi. 25-30 dərəcə şaxtaya və 30-40 dərəcə istiyə dözən, bol və sabit məhsul, tez bar verən qiymətli çoxbudaqlı kol bitkisidir. Qarağat üzüm kimi çoxillik meyvədir. Xəstəlik və ziyanvericilərə qarşı çox dözümlüdür. Əsasən qələm və kök vasitəsi ilə çoxalır. Qarağat mayda çiçəkləyir. Xırda yaşılımtıl çiçəkləri şivlərdə tək saplaqda yerləşir. Meyvəsi iyul-avqustda yetişir. Meyvəsi yumru və ya oval formalıdır.
Rus alçasıkimilər
Motmotukimilər (lat. Grossulariaceae) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinə aid bitki fəsiləsi.
Əyri rus alçası
Bir alçalmanın tarixi
Bir alçalmanın tarixi — rejissor Boris Svetlov tərəfindən 1919-cu ildə ekranlaşdırılmış tammetrajlı bədii film. "Filma" Səhmdar Cəmiyyətində istehsal edilmişdir. Müasir həyatdan bəhs edən kəskin dramda belə bir fikir irəli sürülür: insanların başına nə gəlirsə hamısı taleyin hökmüdür. Əsas rolları A. Polonski, Regina Lazareva və Yevgeni Muromski ifa edirlər. == Məzmun == Müasir həyatdan bəhs edən kəskin dramda belə bir fikir irəli sürülür: insanların başına nə gəlirsə hamısı taleyin hökmüdür. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Boris Svetlov Ssenari müəllifi: P.Muravyov Operator: Qriqori Lemberq == Rollarda == A.Polonski Regina Lazareva Yevgeni Muromski == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Alçaqışlaq (Vərziqan)
Ağcaqışlaq (fars. الوچه قشلاق‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. Horand qəsəbəsindən 27 km cənubda, Əhər-Kələybar avtomobil yolunun üstündədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 310 nəfər yaşayır (67 ailə).
Cinsi alçaltma
Cinsi alçaltma bu mənalara gələ bilər: Cinsi istismar — qeyri-razılıq əsasında zorakılıq tətbiq edilərək cinsi alçaltma. Erotik istismar — razılıq əsasında zorakılıq olmadan cinsi alçaltma.

Digər lüğətlərdə