alçalı

alçalı
alçaldılmaq
alçalıq
OBASTAN VİKİ
Alçalı
Azərbaycan Alçalı — Azərbaycanın Kəlbəcər rayonunda kənd. Alçalı — Azərbaycanın Kəlbəcər rayonunda kənd. Alçalı (Kəlbəcər) — Azərbaycanın Kəlbəcər rayonunda kənd. Alçalı (Salyan) — Azərbaycanın Salyan rayonunda kənd. Ermənistan Alçalı (Göyçə) — Qərbi Azərbaycanın Göyçə mahalında kənd. Alçalı — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonu ərazisində kənd. Alçalı — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda çay. Aşağı Alçalı — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda kənd. Yuxarı Alçalı (Göyçə) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda kənd.
Alçalı (Göyçə)
Aşağı Alçalı, Ardzvanist (erm. Արծվանիստ) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 18 km şimal-şərqdə, Göyçə gölündən 2 km aralıda, Alçalı çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim fərqləndirici əlamət bildirən aşağı sözü ilə məasubluq bildirən -lı şəkilçisi qəbul etmiş alça bitki adı əsasında əmlə gəlmişdir. Fitotoponimdir. Quruluşca mürəkkəb toponiındir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 27.IX.1968-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Ardzvanist qoyulmuşdur. == Əhalisi == XIX əsrin 20-cı illərinə qədər burada azərbaycanlılar yaşamışdır. Türkmənçay müqaviləsindən sonra, 1829-30-cu illərdəTürkiyənin Alaşkerd bölgəsindən köçürülən ermənilər burada yerləşdirilmişdir.
Alçalı (Hurand)
Alçalı (fars. الچالو‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 28 nəfər yaşayır (5 ailə).
Alçalı (Kəlbəcər)
Alçalı — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Qılınclı kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Tarixi == Kəlbəcər rayonunun ərazisində 3 ədəd Alçalı kəndi var. Alçalı (Qılınclı sovetliyi), Alçalı (Daşbulaq sovetliyi) və Alçalı (Günəşli sovetliyi). Bu kəndlər alça ağacları ilə bol olan ərazilərdə yerləşdiyinə görə belə adlanırlar. == Toponimikası == Kənd dağətəyi ərazidədir.
Alçalı (Salyan)
Alçalı — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Salyan rayonunun Sarvan inzibati ərazi vahidində kənd. Bala Kurun sahilində, düzənlikdədir. Oykonim alca (meyvə ağacı) və -lı (varlıq, bolluq ifadə edən Şək.) komponentlərindən düzəlib, "alca ağacları cox olan və ya alca bağı olan kənd" deməkdir. Bu meyvə ağacı ilə bağlı Alçalı dağ (Laçın, Xanlar), Alçalıdərə (Qubadlı Daşkəsən, Kəlbəcər, Cəbrayıl), Alçalıgəz (Ağsu rayonunun Bico kəndi), Alçalı yaylaq (Abşeron), Alçalı cuxur (Laçın), Alcalıq (Yardımlı rayonunun Vəlixanlı kəndi, Lerik rayonunun Veri kəndi) oroqrafik obyektlər, XIX əsrin əvvəllərində İrəvan xanlığında Alçalı adlı iki kənd qeydə alınmışdır.
Aşağı Alçalı
Aşağı Alçalı, Ardzvanist (erm. Արծվանիստ) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 18 km şimal-şərqdə, Göyçə gölündən 2 km aralıda, Alçalı çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim fərqləndirici əlamət bildirən aşağı sözü ilə məasubluq bildirən -lı şəkilçisi qəbul etmiş alça bitki adı əsasında əmlə gəlmişdir. Fitotoponimdir. Quruluşca mürəkkəb toponiındir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 27.IX.1968-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Ardzvanist qoyulmuşdur. == Əhalisi == XIX əsrin 20-cı illərinə qədər burada azərbaycanlılar yaşamışdır. Türkmənçay müqaviləsindən sonra, 1829-30-cu illərdəTürkiyənin Alaşkerd bölgəsindən köçürülən ermənilər burada yerləşdirilmişdir.
Yuxarı Alçalı
Yuxarı Alçalı (Tikantəpə)
Aşağı Alçalı (Tikantəpə)
Aşağı Alçalı (fars. الوچلوي سفلي‎‎) — İranın Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 487 nəfər yaşayır (94 ailə).
Yuxarı Alçalı (Göyçə)
Yuxarı Alçalı — İrəvan quberniyasının Novobayazid qəzasında (sonra Martuni r-nunda) kənd adı. Digər adı Qarsaqqal Mollalı. 1728-ci ilə aid mənbədə Alçalı sonralar ondan Aşağı Alçalı məntəqəsi yarandıqdan sonra Yuxarı Alçalı adlandırılmışdır. Kənd öz adını oradan axan Alçalı çayından almışdır. 1918-ci ildə kənddə Türkiyədən gəlmə ermənilər də yerləşdirilmişdir. XX əsrin 30-cu illərində Azərbaycanlı əhali sıxışdırılıb çıxarılmışdır. 1968-ci ildə kənd Atsvanist adlandırılmışdır.
Yuxarı Alçalı (Tikantəpə)
Yuxarı Alçalı (fars. الوچلوي عليا‎‎) — İranın Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 116 nəfər yaşayır (20 ailə).
Alçalıdağ
Alçalıdağ — Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində dağ (hünd. 2603,0 m). Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan, onun Dəmirlisuçay-Kolanısuçay suayırıcısını təşkil edən eyniadlı qolunda zirvə. Ləkətağ kəndindən 4 km şimal-şərqdədir. Orta Eosenin Lütet mərtəbəsinə aid Dərəlik lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin cənub-şərq qurtaracağında müşahidə edilən eyniadlı sinklinalın şimal qanadında və ondan şimalda izlənilən Kolanısu antiklinalının cənub qanadında) yerləşir. Cənub-şərq və cənub-qərb yamaclarında müvafiq olaraq şimal-şərq və şimal-qərb istiqamətli qırılmalar izlənilir. Cənub-qərb yamacında eyniyaşlı andezit-porfirit tərkibli kiçik subvulkanik kütlələrin çıxışları müşahidə olunur.