ALIŞDIRMAQ

I ALIŞDIRMAQ (kibritlə bir şeyi yandırmaq) Veysəl bir de kibriti alışdıranda Ziynət dik atıldı, Ulduzu götürdü, koridora çıxartdı (B.Bayramov); ÇATMAQ Odun topladılar, ocaq çatdılar (Ə. Kərim); ODLAMAQ [Vəzir:] Bütün tənbəlləri şəhərin kənarında xaraba samanlığa yığıb Odlamaq lazımdır (S.Rəhimov); YAXMAQ (kl.əd.) Qərib: ..Bu qərib ellərdə yaxdı nar məni (“Aşıq Qərib”); YANDIRMAQ Kibritin alovu çubuğun ləzzətini aparır, – deyə Məşədi Kazım əlini börkünün təpəsinə aparıb bir az qov çıxardı, çaxmaq daşı ilə yandırıb çubuğun başına qoydu... (M.S.Ordubadi).

II alışdırmaq bax öyrətmək

ALIŞDIM-YANDIM
ALIŞQAN

Значение слова в других словарях