ALAGÖZ

I
прил. голубоглазый, с большими голубыми глазами
II
в знач. сущ. голубоглазый, голубоглазая
ALAGÖLLÜK
ALAGÖZLÜ
OBASTAN VİKİ
Alagöz
Yaşayış məntəqələri ErmənistandaAlagöz rayonu — Ermənistanda rayon. Alagöz (Abaran) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Alagöz (Araqadz) rayonunda kənd. Alagöz (İrəvan quberniyası) — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. Alagöz (Talin) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Talin rayonunda kənd. Alagöz — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazisində mahal.İrandaAlagöz (Marağa) — İranın Şərqi Azərbaycan ostanında kənd. Alagöz (Urmiya) — İranın Qərbi Azərbaycan ostanında kənd. Alagöz (Sayınqala) —DigərAlagöz — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda qala. Alagöz — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda çay. Alagöz dağı — Ermənistan adlanan ərazidə dağ. Adı dəyişdirilib Araqadz qoyulmuşdur.
Alagöz (Abaran)
Alagöz (Camışlı, Böyük Camışlı və Kiçik Camışlı) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Alagöz (Araqadz) rayonunda kənd. Böyük Camışlı == Tarixi == === Camışlı === İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Alagöz (Araqadz) rayonunda kənd. Rayondakı Böyük Camışlı və Kiçik Camışlı kəndlərinin birləşdirilməsi əsasında yaradılmıışdır. Alagöz (Araqadz) rayonu təşkil edilənədək, yəni 15 mart 1972-ci ilə kimi Abaran rayonunun inzibati ərazi bölgüsünə daxil olmuşdur. Toponim camışlı türk tayfa adı əsasında formalaşmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. === Böyük Camışlı === 1972-ci ilə kimi Abaran rayonunun tərkibində olmuş, 15 mart 1972-ci ildə Alagöz (Araqadz) rayonu yaradıldıqdan sonra onun tərkibinə daxil edilmişdir. Abaran çayının sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.
Alagöz (Bicar)
Alagöz (fars. الاگز‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 15 nəfər yaşayır (4 ailə). Əhalisini kürdlər təşkil edir.
Alagöz (Sayınqala)
Alagöz (fars. الاگوز‎) - İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Marağa şəhristanının Mərkəzi bölgəsinin Çahardolu kəndistanında, Marağa şəhərindən 75 km cənub-şərqdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 276 nəfər yaşayır (54 ailə).
Alagöz (Talin)
Alagöz — İrəvan quberniyasının İrəvan qəzasında, indi Talın rayonunda kənd Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə adı dəyişdirilib Aragatsavan qoyulmuşdur.
Alagöz (Talın)
Alagöz — İrəvan quberniyasının İrəvan qəzasında, indi Talın rayonunda kənd Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə adı dəyişdirilib Aragatsavan qoyulmuşdur.
Alagöz (Urmiya)
Alagöz — İranın Qərbi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Urmiya şəhristanının Sulduz bölgəsinin qəsəbəətrafı kəndistanında, Nəqədə qəsəbəsindən 9,5 km şimal-qərbdədir.
Alagöz dağı
Alagöz dağı — Ermənistanın ən yüksək dağıdır. Hündürlüyü 4090 metrdir. İrəvan şəhərindən 40 km şimal-qərbdə yerləşən sönmüş bir stratovulkandır. == Toponim == Alagöz dağı - İrəvan xanlığı ərazisində ən böyük dağın adı. V əsrə aid ermənicə mənbələrdə yazılışı Araqadz kimidir (Favst Buzald, III, kitab, 24-cü fəsil, Moisey Xorenasi, I kitab, 12-ci fəsil). Qədim ermənicə dağın adı Qaxtik (Xaldik adının qədim erməni dilində l səsi olmadığına görə yazılışıdır, Urartuluların etnik adı olan Xaldi, Haldi adındandır) olmuşdur. Bir sıra tədqiqatçıların Alagöz adının erməni dili əsasında etimologiyası haqqında axtarışları nəticəsiz qalmışdır. Qax rayonunun Sarıbaş kəndi yaxınlığında Alagöz dağının adı ilə mənaca eynidir. Əslində bu oronim qədim türkcə olmaq etibarilə ala və kəz (gəz) hissələrindən ibarətdir. Adın birinci komponenti olan ala sözü türk dillərində geniş (böyük) mənasındadır və bu söz məsələn, Alazan (əsli Alaözən) Geniş çay çayının adında da vardır.
Alagöz rayonu
Araqats rayonu, Alagöz rayonu[mənbə göstərin], Ələyəz rayonu[mənbə göstərin] — Ermənistanda mövcud olmuş rayon. 1937-1951-ci illərdə mövcud olmuşdur. Mərkəzi Alagöz kəndi idi. 1972-ci ildə yenidən yaradılarkən Araqats rayonu adı ilə yaradılmış, mərkəzi isə Saxkaovit kəndi olmuşdur. Ermənistan SSR Ali Soveti Rəyasət heyətinin 15 mart 1972-ci il fərmanı ilə Abaran, Artik və Spitak rayonlarının bəzi əraziləri - kəndləri əsasında yaradılmışdır. Sahəsi 382,2 km² - dir. Rayonun adı Azərbaycan dilində Ələyəz formasında qeyd edilir. Ələyəz «Alagöz»ün fonetik formasıdır. Rayon Alagöz (Ələyəz) dağının ətəyində yerləşir. Toponim alagöz türk etnonimi əsasında əmələ gəlmişdir, Etnotoponimdir.
Alagöz (İrəvan quberniyası)
Alagöz — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. == Tarixi == Rayon mərkəzində 15 km şimal-şərqdə, Alagöz çayının yanında, Alagöz çayının sağ qolu olan Yoğun su çayının sahilində yerləşir. Kəndin adı 1728-ci il tarixdə tərtib edilmiş «İrəvan əyalətinin icmal dəftəri»ndə Ələyəz, Qafqazın 5 verstlik xəritəsində Alagöz, «Сборник сведений о Кавказе» toplusunda Alagöz və Alayaz formasında qeyd edilmişdir. Erməni mənbələrində Alayaz , Alagəz, Alagöz kimi qeyd edilir. Araşdırmalara görə, kəndin ilkin və əsl adı «Alagöz«dür. Burada XI-XIII əsrlərə aid azərbaycanlılarla bağlı tarixi abidələr mövcuddur. Toponim alagöz türk etnonimi əsasında əmələ gəlmişdir. Alagöz türk tayfası haqqında ilk məlumata Vamberinin 1863 - cü ildə türk tayfaları ilə bağlı məlumatında rast gəlinir. == Əhalisi == Kənddə 1831-ci illərdə 32 nəfər, 1873 - cü ildə 223 nəfər, 1886-cı ildə 356 nəfər, 1897-ci ildə 412 nəfər, 1904 - cü ildə 524 nəfər, 1914 - cü ildə 576 nəfər, 1916-cı ildə 322 nəfər, 1919 - cu ildə 97 nəfər yalnız azərbaycanlılar yaşamışdır. 1918-1919-cu illərdə kənd erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuş və kəndə ermənilər yerləşdirilmişdir.
Aşağı Alagöz (Sulduz)
Aşağı Alagöz (fars. الاگوز سفلی‎) - İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 12 nəfər yaşayır (8 ailə).
Rauf Qərib Alagöz
Rauf Qərib Alagöz (əsl adı: Rauf Mübariz oğlu Alagözov; 26 oktyabr 1982, Ərcivan-Sarvan, Kvemo-Kartli) – Azərbaycan nasiri, şair və bəstəkarı. O, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsüdür. == Həyatı == Rauf Mübariz oğlu Alagözov 26 oktyabr 1982-ci ildə indiki Gürcüstanın Kvemo-Kartli diyarının Dağ-Sarvan kəndində anadan olmuşdur. V sinifə qədər həmin kəndin orta məktəbində, daha sonra isə Bakı şəhər, Sabunçu rayonu, 192 saylı tam orta məktəbində təhsil almışdır. Orta məktəbi bitirdikdən sonra 2002–2006-cı illər İstanbulda yaşamış, Bakıya qayıtdıqdan sonra Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsini bitirmişdir. Ədəbi fəalliyyətə bir sıra qəzet və jurnallarda çap olunmaqla başlayan Alagöz daha sonra Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvlüyünə qəbul olunmuş, Yazıçılar Birliyinin xətti ilə Prezident Təqaüdünə layiq görülmüşdür. Onlara şeirinə mahnılar bəstələnən şairin "Dəli Afət", "Maqnum Arzusu", "Axirətdən gələn zəng" və s. hekayələri oxucular tərəfindən rəğbət görmüşdür. Alagöz eyni zamanda onlarla mahnının da söz və musiqi müəllifidir ("Zəfər Marşı", "Can Şəhidim", "Qarabağ FK Marşı", "Türke Zafer Yakışır" və s.). Şairin 2 kitabı işıq üzü görmüşdür.
Yuxarı Alagöz (Sulduz)
Yuxarı Alagöz (fars. الاگوزعلياا‎) - İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 178 nəfər yaşayır (43 ailə).
Alagöz yaylağında (film, 1955)
Alagöz yaylağında qısametrajlı sənədli filmi rejissor İsmayıl Əfəndiyev tərəfindən 1955-ci ildə çəkilmişdir. Film Bakı Kinostudiyasında istehsal edilmişdir. Film Qax rayonunun Sarıbaş kəndinin çobanlarına həsr olunmuşdur. == Məzmun == Film Qax rayonunun Sarıbaş kəndinin çobanlarına həsr olunmuşdur.

Digər lüğətlərdə

буль взаимозаменя́емый га́ечный незамыслова́тость силлогисти́чески учи́тельница барда́к гра́дина земля́ческий лист неблестя́ще по-ско́тски фи́гу с маслом францу́зы gemstone perfoliate queen cage Trowbridge ubiquist беспрепятственный выделывать девичья зачесаться обделять растяжка