alapaça
alapələng
OBASTAN VİKİ
Alapars
Alapars — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indi Axta (Razdan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 18 km cənub-qərbdə, Zəngi (Razdan) çayının sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kənd XVIII əsrdə İrəvan xanlığının Dərəçiçək mahalının tabeliyində olmuş, xanlıq ləğv edildikdən sonra XIX əsrin əvvəllərində yaradılan İrəvan quberniyasının Yeni Bayazid qəzasının inzibati-ərazi bölgüsünə daxil edilmişdir. 1930-1964-cü illərdə Axta (Razdan) rayonunun tərkibində olmuş, 1964-cü ildə Sevan rayonunun tabeliyinə verilmişdir. Bir ildən sonra yenidən Axta (Razdan) rayonuna qaytarılmışdır. Toponim rəng bildirən ala sözü ilə bars türk etnonimi əsasında formalaşmışdır. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == Kəndin köklü sakinləri azərbaycanlılar olmuşdur.

Значение слова в других словарях