ALE-HOUSE
ALE-WIFE
OBASTAN VİKİ
Tap
Tap (Goranboy) — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində kənd. Tap Qaraqoyunlu — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində kənd. Tap (film, 1989) — film.
Erta Ale
Erta Ale — Efiopiyadakı ən aktiv vulkandır. Afarca "dumanlı dağ" deməkdir. 1928-ci ildə italyan səyyah Ludovico M. Nesbitt tərəfindən kəşf edilib.
Tap (Goranboy)
Tap — Azərbaycan Respublikasının Goranboy rayonunun Tap Qaraqoyunlu kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == == Toponimikası == Tap kəndi dağətəyi ərazidədir. Keçmiş tam adı Tap Rus olmuşdur. XIX əsrdə Rus Borisi kəndindən ayrılmış rus ailələri Tap Qaraqoyunlu kəndi yaxınlığında saldığına görə belə adlandırılmışdır. Azərbaycan dilində tap “dağ döşündə, ətrafı dərə, yaxud yarğanla əhatə olunmuş kiçik düzən sahə”yə deyilir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 487 nəfər əhali yaşayır.
Tap Qaraqoyunlu
Tap Qaraqoyunlu — Azərbaycan Respublikasının Goranboy rayonunun Tap Qaraqoyunlu kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 31 may 2010-cu il tarixli, 1018-IIIQ saylı Qərarı ilə Goranboy rayonunun Tap Qaraqoyunlu kənd inzibati ərazi dairəsi tərkibindəki Tap Qaraqoyunlu kəndinin ərazisindən bələdiyyə mülkiyyətində olan 133,84 ha torpaq sahəsi Naftalan şəhərinin inzibati ərazisinə verilmişdir.İkinci Qarabağ müharibəsinə qədər kənd təcavüzkar ermənilər tərəfindən tez-tez atəşə tutuldu. == Tarixi == Kənd Qarabağ müharibəsi dövründə döyüşlərin getdiyi ərazilərə çox yaxın olduğundan Ermənistan ordusu bir neçə dəfə bura da hücum etmişdir. Lakin kəndi işğal etmək onlara nəsib olmadı. Müharibə dövründə və atəşkəsdən sonrakı 17 il ərzində Tap-Qaraqoyunlu kəndinin 38 sakini həlak olmuşdur. 2010-cu ilin oktyabrın 14-də Tap Qaraqoyunlu kəndində Azərbaycan ərazisindəki ikinci ən hündür bayrağın təntənəli açılışı olub. Dayaq hündürlüyü 65 metr olan bayrağın uzunluğu 18, eni isə 9 metrdir. Ölkənin yenilməz simvolu sayılan Azərbaycan bayrağı işğal altındakı ərazilərdən də aydın görünür. Kompleksin inşasını Dövlət Neft Şirkəti həyata keçirib və bu münasibətlə şirkətin prezidenti Rövnəq Abdullayev Tapqaraqoyunlu kəndinə gəlib. Rövnəq Abdullayev bütün cəbhəyanı ərazilərdə Azərbaycan bayrağının yüksəldiləcəyini və bu istiqamətdə işlərin getdiyini bildirib.
Cəlal Ale-Əhməd
Cəlal Ale-Əhməd (2 dekabr, 1923 – 9 sentyabr, 1969) — İran yazıçısı. == Həyatı == Cəlal Ale-Əhməd 1923-cü ildə Tehran şəhərində anadan olmuşdur. Onun aktiv siyasi fəaliyyətə başladığı XX əsrin 40-cı illərindən etibarən İranın ictimai-siyasi və ədəbi həyatında ciddi hadisələr baş verirdi. 1924-cü ildən etibarən ingilislər tərəfindən hakimiyyətə gətirilmiş Pəhləvilər tamamilə yeni siyasi xətt götürdülər. Təbii ki, şah da onların diktəsi ilə hərəkət edir, ölkədə İngiltərənin siyasi marağını qoruyurdu. İkinci dünya müharibəsinin başlanması ilə İran istər-istəməz bu hadisələrin iştirakçısına çevrildi. Təsadüfi deyil ki, dünyanın super dövlətləri olan SSRİ, ABŞ və İngiltərə dövlətlərinin başçıları 1943-cü ildə Tehran konfransı keçirmiş və dünyanın taleyini burada həll etməyə çalışmışlar. Bu da bir tarixi həqiqətdir ki, İran özünün siyasi coğrafiyası ilə dünya gücləri üçün əlverişli məntəqə idi. Cəlal Ale-Əhməd XX əsr İran ədəbiyyatının görkəmli nümayəndələrindəndir. Gənc yaşlarından yaradıcılığa başlayan yazıçının bədii irsi özünün realizmi ilə diqqəti cəlb edir.
Tap Qaraqoyunlu bələdiyyəsi
Goranboy bələdiyyələri — Goranboy rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Tap görək (oyun)
Tap görək — Azərbaycan milli uşaq oyunu. == Yaş == 15 6-10 == Oyunçuların sayı == 1 == Oyun qaydası == Bir dəstə uşaq bir yerə yığılır və hər bir uşağa ad qoyulur. Eləcə də adlarına müvafiq onların yeyəcəyi xörək təyin edilir. Məsələn: uşaqların biri dovşan yediyi-kələm; ikinci adam yediyi-cörək, üçüncü kirpi yediyi-ilan, dördüncü tülkü yediyi-toyuq, beşinci toyuq yediyi-darı, altıncı qarğa yediyi-pendir. Uşaqlar dairə vurub otururlar. Onlardan biri dairənin mərkəzinə gəlib barmağı və yaxud əlindəki ağac ilə yerdə dairə çəkə-çəkə deyir: karıxma-darıxma, darıxma-karıxma, karıxma-darıxma. O biri uşaqlar da barmaqları ilə və ya təbaşirlə dairə çəkə-çəkə karıxma-darıxma, darıxma-karıxma, karıxma-darıxma deyirlər. Dairənin ortasındakı uşaq birdən barmağını yuxarı qaldıraraq, yoldaşlarının birindən soruşur: yediyin nədir? Həmin uşaq çaşmayaraq qabaqcadan təyin edilən xörəyin adını düzgün söyləyərsə oyun davam edər. Uşaqlar yenə karıxma-darıxma, kəliməsini təkrar edirlər.
грабёж евхари́стия жела́нный непохва́льность перекрыва́ться притряхну́ть резану́ть холо́пка ширококоле́йка денёк непреста́нный распоряди́тельность фарфо́ро-фая́нсовый хронометра́ж bind dynamic positioning hornwork Hutchinson throughly trigonometrical Wuhan бронхи паровик послушание пропечь